ƏKMƏ
ƏKMƏK
OBASTAN VİKİ
Ağac əkmə günü
"Ağac əkilməsi günü", "Ağac günü", "Ağaclar günü" — bir sıra ölkələrdə ağac əkilməsi, yaşıllıq zolaqlarının və parkların salınması, şəhər və digər yaşayış zonalarının yaşıllaşdırılması, meşələrin bərpası məqsədilə ağac əkilməsi tədbirləri dövrü. == Mənbələr == International Arbor Days (англ). Çində Ağac əkilməsi günü Cənubi Koreyada Ağac əkilməsi günü == Xarici keçidlər == Vikianbarda Ağac əkmə günü ilə əlaqəli mediafayllar var.
Əkməl Nur
Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik. Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.
Əkmələddin Ehsanoğlu
Ekmeleddin İhsanoğlu (türk. Ekmeleddin İhsanoğlu, 26 dekabr 1943, Qahirə) — İslam Əməkdaşlıq Təşkilatının 2005–2014-cü illərdə Baş katibi. 1943-cü ildə Qahirədə doğulub. Ali təhsilini Misir Ayn Şəms Universitetində alıb, 1974-cü ildə Ankara Universitetində ədəbiyyat üzrə doktorluq dərəcəsinə yüksəlib. Ardınca elmi fəaliyyətini Böyük Britaniya universitetlərində davam etdirib. E. İhsanoğlu YUNESKO-da və ABŞ-nin dünyaca ünlü Harvard Universitetinin fənn fakültəsini bitirib, tarix, batı-doğu mədəni-siyasi münasibətləri haqqında çoxsaylı elmi əsərlər yazıb. Onun əsərləri Harvard başda olmaqla, dünyanın bir sıra nüfuzlu ali məktəblərində dərslik statusundadır. 1974-cü ildə Ankara Universiteti Fen fakültəsində doktorluq tamamladıqdan sonra, İngiltərədə Exeter Universitetində doktor sonrası işlər etdi. İslam və Qərb mədəniyyəti ilə yaxından təması olan İhsanoğlu 1984-cü ildə professor oldu. Osmanlı, Türk və İslam mədəniyyəti üzrə tanınmış mütəxəssislərdən biridir.
Əkmələddin Naxçıvani
Əkmələddun Müəyyəd bin Əbubəkr bin İbrahim əl Naxçıvani ət-Təbib (ö. 1302-ci ildən sonra) — XIII əsr həkimi. Məlum olduğu kimi, XI əsrin ikinci yarısından başlayaraq Azərbaycan və Anadoluda səlcuq türkləri fəthlərini genişləndirmiş, beləliklə, Ön Asiyada böyük Səlcuq dövləti qurulmuşdur. Məhz səlcuqlar dövründə Orta Asiya, Anadolu, Azərbaycan və Xorasanda xeyli sayda saray, məscid, mədrəsə, hamam, türbə, imarət, zaviyə, körpü, karvansara, xəstəxana inşa edilmiş və bunlar o dövrün memarlıq abidələri kimi özünəməxsus ortaq üsluba malik olmuşlar. Türkiyə Cümhuriyyətinin qədim Konya şəhəri uzun müddət Rum sultanlığının paytaxtı olmuşdur. Səlcuq hökmdarlarından xüsusilə I Əlaəddin Keyqubad zamanında Anadoluya, əsasən, İran, Azərbaycan və Orta Asiyadan elm və sənət adamları gəlib yerləşmişlər. Bu dövrdə Cəlaləddin Ruminin atası şeyx Bahaəddin Vələdin Karamandan hökmdarın dəvəti ilə Konyaya gətirilməsi də təsadüfi olmamışdır. Həmin dəvət məktubunun arxiv materialları içərisindən aşkara çıxarılması dediklərimizi təsdiq edir. Həmçinin qaynaqlarda bu dövrdə digər türk ölkələrindən gəlib Anadoluda yaşayıb-yaratmış Hübeyş Tiflisi, Nəcməddin Naxçıvani, Əkmələddin Naxçıvani, Qəzənfər Təbrizi, Şəms Təbrizi, Hüsaməddin Çələbi kimi elm və mədəniyyət adamlarının adına tez-tez rast gəlirik. Bunlardan Nəcməddin Naxçıvani Konya Səlcuqlu dövlətində hökmdarın vəziri mərtəbəsinə qədər yüksəlmişdir.

Значение слова в других словарях