Aşağı Ağdan
Aşağı Ağdan — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray
(İcevan) rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 21 km məsafədə yerləşir.
Toponim türk dilində «kiçik, alçaq, çox da hündür olmayan» mənasında işlənən ağ sözü ilə «çöl, səhra, açıq yer» mənasında işlənən dan sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.V.1967-cı il fərmanı kəndin adı ilə dəyişdirilib Morut, ll.XI.1970-ci il
fərmanı ilə yenidən dəyişdirilərək Aknaxbyur qoyulmuşdur.