ƏNDƏM

в сочет. əndəm ağacı бот. драконово дерево (дерево рода драцена сем. агавовых)
ƏNDƏLİB
ƏNDƏR-DÖNDƏR
OBASTAN VİKİ
Aşağı Əndəmic
Aşağı Əndəmic (əvvəlki adı: Aşağı Əndəmiç) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Əndəmiç kəndi Aşağı Əndəmic kəndi adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Aşağı Əndəmic kəndi Yuxan Əndəmic kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşağı Əndəmic kənd inzibati ərazi vahidi yaradılmışdır. Aşağı Əndəmiç oyk., mur. Ordubad rayonunun Nüsnüs inzibati ərazi vahidində kənd. Ordubad çayının sahilindədir. Yaşayış məntəqəsini XIX əsrin əvvəllərində keçmış Əndəmiç kəndindən çıxmış ailələr salmış və Aşağıda, çökəkdə yerləşdiyinə görə belə adlanmışdır. Xalq danışıq dilində əndə "eniş-yoxuş"; "cala-cuxur", mış "su yığılan yer" mənalarını ifadə edir. Beləliklə, oykonim "su yığılan cala, cuxur yer" mənasındadır. 2003-cu ildən kəndin adı Aşağı Əndəmic kimi rəsmiləşdirilmişdir..
Köhnə əndəmic (Gülaman)
Köhnə əndəmic (Gülaman) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əndəmic kəndindən qərbdə arxeoli abidə. == Tarixi == Divar qalıqlarına əsasən demək olar ki. evlərin tikintisində daş və möhrədən. bəzi evlərdə kvadrat formalı çiy kərpicdən istifadə edilmişdir. Evlər dördkünc formalıdır. Onlar bir, iki, bəzən isə üç otaqlıdır. Yaşayış binaları dağın yamacında yaradılan səkilərdə inşa olunmuşdur. Tədqiqat zamanı Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatına rast gəlinmişdir. Araşdırmalara əsasən demək olar ki, yaşayış yerində XIV-XVIII əsrlərdə yaşayış olmuşdur.
Yuxarı Əndəmic
Yuxarı Əndəmic (əvvəlki adı: Yuxarı Əndəmiç) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Əndəmiç kəndi Yuxarı Əndəmic kəndi adlandırılmışdır. Keçmiş adı Əndəmiç olmuşdur. XIX əsrdə bu kənddən çıxmış ailələr Ordubad çayının sahilində, bir qədər aşağıda yeni yaşayış məntəqəsi saldıqdan sonra yeni kənd Aşağı Əndəmiç, köhnə isə Yuxarı Əndəmiç adlandırılmışdır. Əhalisi 1041 nəfərdir.

Digər lüğətlərdə