ətraf aləm

ру окружающая среда en environment de Umwelt fr ambiance es ambiente it ambiente
əsaslı quraşdırma
ətraf aləmə baxış
OBASTAN VİKİ
Aləm Nuriyev
Nuriyev Aləm Bayram oğlu — tarix elmləri doktoru, professor, arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu ilk orta əsrlər Azərbaycan arxeologiyası şöbəsinin müdiri. Aləm Nuriyev 1936-cı il oktyabr ayının 7-də Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1984–1989-cu illərdə qədim Bərdə şəhərinin araşdırılması məqsədilə qazıntı işlərində iştirak etmişdir. 1984-cü ildə Bərdə rayonunun Şatırlı kəndi yaxınlığında üzərində alban əlifbası ilə yazılar yazılmış insan fiqurlu qədim məzar daşı abidəsi aşkar etmişdir. Əsasən Qafqaz Albaniyasının müxtəlif problemlərinin tədqiqi və öyrənilməsi, sənətkarlıq, şüşə, dulus, metalişləmə tarixi, Bərdə şəhərinin inkişaf mərhələləri, xaraba şəhərlərin (Şamaxı, Bərdə, Naxçıvan, Ərəs və s.) üzrə çıxarılması və Azərbaycan tarixinin digər problemlərinin öyrənilməsi və tədrisi ilə məşğul olur. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk Orta Əsrlər Azərbaycan Arxeologiyası şöbəsinin müdiridir. Rusiya Federasiyası Abidələrinin Mühafizəsi Cəmiyyətinin üzvüdür. 115-dən çox elmi məqalənin müəllifidir. Qafqaz Albaniyasının şüşə məmulatı və istehsalı tarixi. Bakı: Elm, 1981 Bərdə şəhərinin tarixi arxeoloji oçerki.
Müzəffər Aləm
Müzəffər Aləm (d.1882-ö.1973) — İranın Xarici İşlər vəziri. Müzəffər Aləm 1882-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəkbar xan Mötamədəlvüzəra Qəzvini Bakı, İstanbul, Dəməşq, Bağdad şəhərlərində konsul işləmişdi. Növbəti xidməti yerində Müzəffər xan dünyaya gəldi. İlk təhsilini Bakıda, sonra Tehranda aldı. İstanbulda Osmanlı Hərbiyyə məktəbində oxudu. Sonra Fransaya Sen-Sir (Saint Sier) Artileriya məktəbində təhsilini davam etdirdi. Müzəffər xan vətənə döndükdən sonra İran Xarici İşlər vəzarətində işə düzəldi. Dəməşq şəhərində konsul kimi xidmət etdi. Müzəffər xan 1910-cu ildə Xarici İşlər vəzarətindən istefa etdi.
Ağdərəq (Ətraf)
Ağdərəq — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Mərkəzi bölgəsinin Ətraf kəndistanında, Əhər şəhərindən 30 km qərb, Təbriz-Əhər avtomobil yolunun 5 kilometrliyindədir.
Ətraf Qənimətov
Ətraf Oktay oğlu Qənimətov (20 mart 1997, Şəki – 13 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. Əslən Laçın rayon Vəlibəyli kəndindən olan şəhid Leytenant Ətraf Qənimətov Oktay oğlu, 20 mart 1997-ci ildə Şəki şəhəri Dəmiryol köçkünlər qəsəbəsində anadan olub. O, 2003-cü il Şəki şəhər "Çələbixan" qəsəbə köçkünlər tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2012-2013-cü tədris ilinin yekununa görə "Təlim və tərbiyyə"də əldə etdiyi nəaliyyətə görə "Fəxri Fərmanla" təltif edilmişdir. 2014-cü ildə həmin məktəbi bitirib, Sumqayıt Dövlət Üniversitetinin "Tarix və Coğrafiya" fakültəsinin "Tarix müəllimliyi" ixtisasına qəbul olmuşdur. 2015-ci ildə "Bakı 2015" İlk Avropa Oyunlarında iştirakına görə "Təşəkkürnamə" ilə təltif olunmuşdur. Mart 2015-İyun 2015 tarixləri arasında Bakıda keçirilmiş "1-ci Avropa Oyunları"nda Mərasim İştirakçısı olaraq möhtəşəm töhfəsinə görə "Sertifikat"la təltif olunmuşdur. Ətraf Qənimətov 17-19 İyun 2016-cı ildə "FORULA 1 GRAND PRİX OF EUROPE"da könüllü olduğu üçün "Sertifikatla" təltif olunmuşdur. 2017-ci il may ayının 12-dən 22-dək keçirilən "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarında da iştirak etmişdir. Azərbaycan Ordusunun Quru Qoşunlarının Leytenantı olan Ətraf Qənimətov 2020-ci il oktyabrın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Ətraf mühit
Ətraf mühit — insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir. Alimlər ətraf mühiti təbii mühit və süni mühit olaraq iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılmışdır. Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühitin obyektləridir. Artıq XX əsrin ortalarında ekoloji böhran özünü bildirməyə başladı. Bu dövrü, ətraf mühitin nəzarətsiz istismarının get-gedə artması dövrü kimi qiymətləndirmək olar. Digər orqanizmlərin daxilində yaşayan endo parazitlərin mühiti Digər orqanizmlərin bədəninin xaricində yerləşən örtüklə (tük, lələk, yun və s.) təmasda olduqda yaranan mühit; Biosenozun bütün biotalarında yaranan mühit; xarici mühit-biosenozlann xaricində yerləşən mühit.
Aləm-i Nisvan
Aləm-i Nisvan — düynyadakı ilk türk-müsəlman qadın jurnalıdır. Qadınlar dünyası mənasına gəlir. Ərəb əlifbasından istifadə edərək Krım tatar dilində 1906–1912 arasında Krımda nəşr edilmişdir. Baş redaktorluğunu İsmayıl Qaspiralının qızı və AXC-nin qurucularından olan Nəsib bəy Yusifbəylinin həyat yoldaşı olan Şəfiqə Qaspiralı (1886–1973) etmişdir. Müsəlman qadın jurnalının nəşr edilməsi fikri XIX və XX əsrin önəmli Krım tatar nəşriyyatçısı və ziyalısı İsmayıl Qaspiralının həyat yoldaşı Zöhrə Akçurina-Qaspiralının təklifi ilə ortaya çıxmışdır. Qadınların bu məsələdəki istəkləri Tərcüman qəzetinin səhifələrində müxtəlif dövrlərdə gündəmə gətirildi və ayrı bir jurnal yayımlandı. Zöhrə Akçurina-Qaspiralı 1887-ci ildə Tərbiyə adlı qadın jurnalı çıxartma cəhdi etdi, daha sonra 1891-ci ildə Qaspiralı Qadın qəzetinə iki ayda bir əlavə icazəsi istədilər. Ancaq tələb rus səlahiyyətli şəxsləri tərəfindən qəbul edilmədi. Nəhayət, 1905-ci ildə inqilabdan sonra nəşriyyatın sərbəstləşdirilməsindən sonra yeni jurnal nəşr edildi. Jurnalın ilkin hədəfi müsəlman qadınları maarifləndirmək idi.
Aləm gözəl (ablom)
Aləm gözəl (albom)
Bəzmi-aləm Sultan
Bəzmialəm Sultan (1807, Qafqaz – 2 may 1853, Dolmabağça sarayı) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə sultan. == Həyatı == === İlk illəri === Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1807-ci il olaraq qəbul edilir. Əslən gürcü olub, kiçik yaşlarında saraya alındığı və Sultan Mahmudun bacısı Əsma Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra adı “Dünya məclisi” mənasını verən Bəzmialəm olaraq dəyişdirildi və Sultan Mahmuda təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Əbdülməcidi 25 aprel 1823-cü ildə dünyaya gətirməklə Sultan Mahmudun ikinci qadınəfəndiliyinə yüksəldi. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyun 1839-cu ildə yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi.
Hüdud əl-aləm
Hüdud əl–aləm (fars. حدود العالم) — X əsrdə, hicri 372-ci (miladi 982–983-cü) ildə naməlum müəllif tərəfindən farsca yazılmış coğrafi traktat. Əsərin tam adı Hüdud əl–aləm min əl–məşriq ili əl–məğribdir (ərəb. حدود العالم من المشرق الی المغرب Hudud əl–aləm min əl–məşriq ili əl–məğrib, fars. حدود العالم من المشرق الی المغرب‎). Əsərin müəllifinin adı tam dəqiqliklə məlum olmasa da o indiki Əfqanıstanın türkmənlər yaşayan Cövzcan vilayətindədir. Azərbaycan coğrafiyasına aid hissə Minorskinin etdiyi tərcümələrin 142–145-ci səhifələrində yerləşir. Hüdud əl-Aləm əsərinin müəllifi təsvir etdiyi ölkələri gəzməyib və bu əsərin yazılması üçün bir neçə fars və ərəb səyyah və coğrafiyaşünasların əsərlərindən istifadə edib. Ona görə də bu əsərin müəllifi bəzi daha öncələr yazılmış və o dövr insanına məlum olan ölkələrin təsvirində eyni xəta və eyni məlumatları təkrarlayır. Müəllifin İstəxri tərəfindən yazılmış "Məmləkətlərin yolları kitabı"na bələd (Kitab məsalik vəl-məmalik) olduğu aşkar məsələdir.
II Aləm Şah
II Aləm Şah — Böyük Moğol İmperiyasının XVII padşahı.
Albaniyanın ətraf mühiti
Albaniyanın ətraf mühiti flora, fauna və müxtəlif formalı çayları ilə diqqəti cəlb edir. Ətraf mühit həm də müxtəlif ekoloji bölgələrdən ibarətdir ki, ölkənin təbii coğrafi ekosistemini təmsil edir. Bura həmçinin su tədcizatı sistemləri, bərpa olunan resurlar və s. daxildir. Dağlıq relyef Albaniyanın əsas hissəsinin təşkil edir. Digər ərazilər yüksəkliklərədən ibarət olub dərin dərələrlə parçalanmış. Bu ərazilər məhsuldar torpaqları ilə tanınır. Ümumən Albaniya ərazisinin 70 % -ni hündürlüyü 2751 metrə qədər olan dağlar və yüksəkliklər təşkil edir. Albaniyanın dağlıq landşaftı heç də İsveçrə və Avstriyadan geri qalmır. Dəniz sahilli çimərlikləri çox cəlb edicidir.
Qalxanabənzər ətraf vəziləri
Qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae qalxanabənzər vəzin yan paylarının arxasında yerləşir, çox vaxt iki cüt olur; bir cüt yuxarı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae superiores və bir cüt aşağı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae inferiores; bəzən anomaliya olaraq birədək azalır və ya 8-dək çoxalır; rəngi sarımtıl və kərpici, hər birinin çəkisi 0,05-0,09 q, uzunluğu 4–8 mm, eni 3–4 mm və qalınlığı 2–3 mm, konsinstensiyası qalxanabənzər vəzidən bir az sərt olur. Yuxarı vəzilər qalxanabənzər vəzinin yan paylarının arxa və içəri tərəfində, aşağı vəzilər qalxanabənzər vəzinin yan paylarının aşağı üçdə bir hissəsində yerləşmişdir, beləliklə yuxarı vəzilər aşağı vəzilərdən orta xəttə yaxın olur. Bunlar qalxanabənzər vəzidən yumuşaq toxuma vasitəsilə ayrılmışlar. Qalxanabənzər ətraf vəziləri xaricdən birləşdirici toxuma kapsulu ilə örtülüdür. və özüdə xüsusi arakəsmələr vasitəsilə bir çox paycıqlara bölünmüşdür. Bunların parenximi epitel hüceyrələrdən təşkil olunmuş və epitel cisimcikləri adlanan atmalardan ibarətdir. Qalxanabənzər ətraf vəziləri genez cəhətcə bronxiogen vəzilərdən olub 3-cü və 4-cü udlaq ciblərinin epitelindən inkişaf edir.
Qazaxıstanda ətraf mühit
Qazaxıstanda ətraf mühit - ölkə ciddi ekoloji ploblemlərlə mücadilə etmək məcburiyyətindədir. Bu problemlərə SSRİ dönəmində onun ərazisinin aton sınağı mərkəzindən biri olması, sahəsinə görə dünyanın ən böyük göllərindən biri olan Aral dənizinin quruması (Qazaxıstanla Özbəkistan sərhədi arasında) və keçmiş əkin sahələrinin səhralaşmaya məruz qalmasıdır. Bu qlobal ekoloji problemləri çoxu hələ sovetlər dönəmində meydana gəlmişdir. Bu məsələlərin araşdırılması ilə Mərkəzi Asiya regional ekoloji mərkəzi məşqul olur. Onlar həm də ekoloji problemlərin həllində koordinasiya mərkəsi rolunu oynayır. Qazaxıstan çöl zonasında yerləşdiyindən SSRİ dönəmində burada çoxlu sayda yeraltı nüvə sınaqları keçirilmişdir. Bu da öz növbəsində bəzi ərazilərin radiasiya səbəbindən istifadəsiz bir bölgəyə çevrilməsinə səbəb olmuşdur. Semipalatin ətrafı yaşayış məntəqələrində və Çinlə sərhədə yaxın ərazilərdə insanlar arasında ankoloji xəstəliklər artmışdır. Ölkənin digər bir problemi isə Aral dənizinin qurumasıdır. Amudərya və Sırdərya çayları suyu kütləvi şəkildə kənd təsərrüfatına cəlb edildiyindən Aral gölü quruyur.
Çinin ətraf mühiti
Çinin ətraf mühiti (Çin: 中国 的 环境) müxtəlif biotalar, iqlim və geologiyadan ibarətdir. Sürətli sənayeləşmə, əhali artımı və ətraf mühitin zəif nəzarəti bir çox ekoloji problemə və genişmiqyaslı çirklənməyə səbəb olmuşdur. Çin ərazilərinə görə 4-cü böyük ölkədir, buna görə geoloji cəhətdən müxtəlif bir ölkədir. Çin geologiyası bir neçə hissəyə bölünə bilər, loess platosu, allüvial Şərqi Çin düzənlikləri, Yangzi çayının cənubundakı dağlıq bölgələr və s. Çin vəhşi təbiətin müxtəlif mənzərəsinə ev sahibliyi edir. Dünyanın zəngin təbiətə malik ölkələrindən biri hesab olunur. Bir çox heyvan növü Çin üçün endemikdir. Çin, 30.000-dən çox bitki növü ilə yerli olan müxtəlif bir floraya malikdir. Çin hökumətinin iqlim dəyişikliyi ilə bağlı mövqeyi mübahisəlidir. Çin Kioto Protokolunu təsdiqlədi, lakin saziş şərtlərinə görə istixana qazı emissiyalarını məhdudlaşdırması tələb olunmur.
Ətraf mühit auditi
Ətraf mühit auditi — sahibkarlıq subyekti tərəfindən və digər fəaliyyətlərin ətraf mühitin mühafizəsi sahəsində tənzimləyici tələblərə uyğunluğunun müstəqil qiymətləndirilməsi və ətraf mühitin mühafizəsi sahəsində tövsiyələrin hazırlanması. Ümumdünya ətraf mühit auditinin 1970-80-ci illərin başlanğıcında olduğu qəbul edilir. Xüsusilə, Avropa İqtisadi Birliyi də ətraf mühitin yoxlanılmasına dair direktiv 1982-ci ildə qəbul edildi, 1984-cü ildə ABŞ Milli Ətraf Mühitin Mühafizəsi Agentliyi federal qurumlar tərəfindən ətraf mühitin yoxlanılması konsepsiyasını hazırladı. Rusiya İmperiyasında ilk ətraf mühit yoxlaması 1892-ci ildə qeydə alındı. "Kimyəvi Bitkilərin Açılışı və Baxımı Qaydası haqqında" Məcburi Qaydalar əslində ətraf mühitin yoxlanılması üçün ilkin sənəd idi. Ətraf mühitin qorunması sahəsində siyasət və strategiyanın əsaslandırılması, İqtisadi və digər layihələrin ekoloji aspektlərinin təhlili və qiymətləndirilməsi, Ətraf mühitin mühafizəsi sahəsində qaydaların təhlili və qiymətləndirilməsi, Ətraf mühit fəaliyyətinin əsaslandırılması və başlanması, Sənaye və ərazilərin ekoloji problemlərinin müəyyənləşdirilməsi. Məcburi və proaktiv ekoloji yoxlamalara bölünür. Bu çərçivədə aşağıdakı növlər meydana gələ bilər: Bir təsərrüfat subyektinin ətraf mühitin tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi, Ətraf mühitin idarəetmə sisteminin səmərəliliyinin qiymətləndirilməsi, İstifadə olunmuş xammalın, avadanlıqların, texnologiyaların ətraf mühit təhlükəsizliyinin qiymətləndirilməsi, Çirklənmədən iqtisadi zərərin qiymətləndirilməsi, Tullantıların təhlükə qiymətləndirilməsi, Müəyyən bir ərazidə təbiətin idarə edilməsinin rasionallığının müəyyənləşdirilməsi, Enerji istehlakının qiymətləndirilməsi və azaldılması yollarının təklifi, İstixana qazı tullantılarının həcminin müəyyənləşdirilməsi və onların azaldılması üçün tədbirlərin hazırlanması, Süni texnoloji qəzalar və təbii fəlakətlər nəticəsində ekoloji riskin qiymətləndirilməsi, Ətraf mühit problemlərin müəyyənləşdirilməsi və onların həlli üçün tədbirlərin hazırlanması, Ətraf mühit təhlükəsizlik mövzusunda qəbul edilmiş normativ hüquqi aktların əsaslandırılması.
Ətraf mühit fəalı
Ətraf mühit fəalı — ətraf mühiti qorumaq üçün çalışan şəxs. Ətraf mühit fəalı ekoloji hərəkatın, “insanların ekoloji cəhətdən zərərli fəaliyyətini dəyişdirərək ətraf mühitin keyfiyyətini yaxşılaşdırmağa və mühafizə etməyə çalışan siyasi və etik hərəkat” məqsədlərinin tərəfdarı hesab etmək olar. Ekoloq ətraf mühitin mühafizəsi fəlsəfəsinə sadiqdir və ya ona inanır. Ekoloqlar bəzən qeyri-rəsmi və ya alçaldıcı terminlərlə, məsələn, “yaşıllar” və “ağac həvəskarları” olaraq adlandırılırlar. Ətraf mühit hərəkatı Amerikanı bu gün 1960-cı və 1970-ci illərin əvvəllərində olduğundan daha yaşıl bir yerə çevirmişdir. Aşağıda ətraf mühitin mühafizəsi və mühafizəsi üçün fəal lobbiçilik edən görkəmli ekoloqların qismən siyahısı verilmişdir: Qreta Tunberq Ceymi Marqolin Sofiya Kianni Kyara Sakki Teodor Ruzvelt Son illərdə təkcə Ətraf mühit fəalı deyil, həm də Ətraf mühit fəalı insanlar meydana çıxıb. Məsələn, “info-ekoloqlar” internet, kabel televiziyası və smartfonların çatışmazlıqlarından qurtularaq “zehni yaşıl məkana” çağıran fəallardır.
Ətraf mühitin gigiyenası
Ətraf mühitin gigiyenası — gigiyenanın ətraf mühit şəraitinin əhalinin sağlamlığına təsirini və insanın sağlamlığın; saxlamaq nöqteyi-nəzərincə ətraf mühitin optımallaşdınlması kriteriyasmı (ölçüsünü) öyrənən sahəsi. Bəzən düzgün olmayaraq təbiətin (ətraf mühitin) mühafizəsi kimi də işlədilir. Ətraf mühitdə zərərli maddələrin miqdarinin gigiyenik normalaşdırılması — ətraf mühitin müxtəlif obyektlərində zərərli maddələrin insan üçün zərərsizlik dərəcəsinin əsaslandırılması. Ətraf mühitdə zərərli maddələrin gigiyenik mümkün konsentrasiya həddi kriteriya kimi istifadə olunur.
Ətraf mühitin iqtisadiyyatı
Ətraf mühitin iqtisadiyyatı (ing. environmental economics) — təbiət və cəmiyyət arasındakı münasibətlərin iqtisadi aspektlərini öyrənən iqtisadi elm sahəsidir. ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosunun Ətraf İqtisadiyyatı Proqramında deyilir: “... ətraf mühitin iqtisadiyyatı sahəsi ... dünyada və ya yerli ətraf mühit siyasətinin iqtisadi təsirlərinin nəzəri və empirik tədqiqatlarıdır ... havanın çirklənməsi, suyun keyfiyyəti, zəhərli tullantılar, qatı tullantıların atılması və saxlanması və qlobal istiləşmə ilə əlaqəli ekoloji siyasət ". Ətraf mühitin iqtisadiyyatı ekoloji iqtisadiyyatından fərqlənir ki, ətraf mühit iqtisadiyyatı iqtisadiyyatı təbii kapitalın qorunmasına önəm verərək ekosistemin alt sistemi kimi vurğulayır. Alman iqtisadçılarının bir sorğusu ekoloji iqtisadiyyat və ətraf mühit iqtisadiyyatının fərqli iqtisadi düşüncə məktəbləri olduğunu göstərdi, ətraf mühit iqtisadçıları ətraf mühitin "güclü" dayanıqlığını vurğuladılar və insan ("fiziki") kapitalının təbii kapitalı əvəz edə biləcəyini inkar etdilər. Ətraf mühit iqtisadiyyatının mərkəzində bazar uğursuzluğu anlayışı durur. Bazar uğursuzluğu, bazarların resursları səmərəli şəkildə paylaya bilməməsi deməkdir.
Ətraf mühitin keyfiyyəti
Ətraf mühitin keyfiyyəti — ekoloji anlayış olub obyektiv-subyektiv münasibəti əks etdirir. İnsan üçün ətraf mühitin keyfiyyətinin kriteriyası onun sağlamlığıdır. Ətraf mühitin keyfiyyəti — nisbi anlayışdır, landşaftın eyni bir vəziyyətinin xassəsi müxtəlif əhali qrup üçün (məs: uşaqlar, böyüklər, sağlam-xəstə, aboriqen-liqrant və s.) keyfiyyət baxımından müxtəlif ola bilər. İnsanın mühitlə optimal əlaqəsi zamanı insanın sağlamlığı normal olsa, yaxud yaxşılaşarsa, mühit sağlam ve ya komfort mühit kimi qiymətləndirilir. Əgər insanın mühitlə münasibəti zamanı onun sağlamlığı normadan kənara çıxarsa (pisləşərsə), mühit sağlam olmayan və ya diskomfort mühit kimi qiymətləndirilir. Əgər insanın mühitlə əlaqəsi zamanı əhalinin sağlamlığının vəziyyətində ciddi qarşısıalınmaz dəyişiklik müşahidə edilərsə, mühit ekstremal mühit kimi qiymətləndirilir. Ətraf mühitin keyfiyyəti ümumi dövlət miqyasında respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən izlənməlidir. Ətraf mühitin təbii xassələrinin yol verilən dəyişilmə həddinin müəyyən edilməsi.
Ətraf mühitin monitorinqi
Monitorinq (ing. monitoring, lat. monitor) – yad edici, nəzarət edici) – Ekosistemin (ekoloji M.) və biosferin (biosfer M.) dəyişilməsi üzrə yerinə yetirilən uzunmüddətli kompleks müşahidələr və eksperimentlər sistemi. Xüsusi stansiyalarda (o cümlədən hidrometeoroloji) və biosfer qoruqlarında yerinə yetirilir. Monitorinq antropogen təsir altında olan biosferin və onun ayrı-ayrı elementlərinin vəziyyətinin dəyişməsinə qiymət vermək və onu proqnozlaşdırmağa yönəldilir. Monitorinqin vəzifəsi biosferin davamlığının zəifləməsi və bioloji məhsuldarlığının azalmasına səbəb olan mümkün antropogen yükün həddinin aşmasını vaxtında aşkar etməkdir. Ekosistemin miqyasına görə lokal monitorinq, regional monitorinq və qlobal monitorinq ayrılır. Lokal monitorinq - İnsan fəaliyyətinin təsiri ilə biosferin lokal dəyişməsi ayrı-ayrı bitkilərin fizioloji vəziyyətinin bilavasitə ölçülməsi yolu ilə aparılır: Regional Monitorinqdə - əsas obyekt bitki populyasiyası, fitosenoz və bitki qruplaşmasının tipi hesab olunur, bitki örtüyünün növ zənginliyi, quruluşu və sahəsinin dəyişməsi aşkar olunur. Qlobal Monitorinqdə - geniş ekosistemlərin dəyişməsi distansion və avtomatik müşahidə metodları (həmçinin aero və kosmik fotoşəkilçəkmək) ilə yerinə yetirilir. Monitorinq sistemi ekoloji proqnozlaşdırma üçün ilkin məlumatlar əldə edir.
Ətraf mühitin çirklənməsi
Kirlənmə — hər hansı mühitə gətirilən yeni və ona xas olmayan fiziki, kimyəvi və bioloji ünsürlərin gətirilməsi ya da o ünsürlərinin miqdarının mühitdə artmasıdır. Kirlənmənin birbaşa obyektləri bioloji toplumun yaşadığı hava, su və torpaqdır. Kirlənmənin dolayı obyektləri kirlənmə qurbanlarıdır. Bunlar bitkilər, heyvanlar, mikroorqanizmlərdir. Ətraf mühitin çirklənməsi antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Çirkləndiricı elementlərə bərk, maye və qaz şəkilli maddələr, ziyanlı radiasiya və səs-küy daxildir. Ağır metallar (civə, qurğuşun, kadmium), fosfat, nitrat, kükürd oksidi, bitki və heyvan ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan zəhərli kimyəvi maddələr (DDT, aldrin və s.). ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səs-küyü daha çox ziyanlıdır. Yuxarıda sadalanan maddələrin bəziləri mutagen və kanserogen olub teratogen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilər.
Ekvadorun ətraf mühiti
Ekvadorun ətraf mühiti — Ekvadorun ətraf mühiti təxminən 20.000 növ bitkidən, 1500 növ quş, 341 növ məməli və 840-dan çox sürünən və suda-quruda yaşayan növlərdən ibarətdir. Buraya Qalapaqos adaları kimi Dünya İrsi Saytları və Yasuni Milli Parkı kimi möhtəşəm parklar daxildir. Ekvadorda mədənçıxarma bəzi maliyyə gəlirləri yaratsa da, yüksək ekoloji xərclərlə nəticələndi. Digər əsas problemlərdən biri də ağacların kəsilməsi və neft hasilatıdır. Yale Universiteti və Kolumbiya Universitetinin 10 Ətraf Mühit Performansı İndeksində Ekvador bəzi zəngin ölkələri qabaqlayaraq dünyada 30-cu yerdə idi. Ekvador 2018-ci ildə Meşə Landşaftının Dürüstlük İndeksində 7,66/10 orta hesabla 172 ölkə arasında 35-ci yerdə qərarlaşıb.
Ətraf mühit məlumatlılığı
Ətraf mühit məlumatlılığı — sosial elm adamları tərəfindən sosial media vasitəsilə periferik sosial şüurun bir formasını təsvir etmək üçün istifadə olunan termin. Bu şüur internetdə sosial şəbəkə platformaları vasitəsilə öz dostları və həmkarları ilə nisbətən daimi təmasdan irəli gəlir. Termin mahiyyətcə insanın sosial dairəsi ilə davamlı əlaqə yaratmağa imkan verən bu media vasitələrinin daimi istifadəçisi olmaqla, hər yerdə mövcud olan bilik növünü müəyyən edir. "The New York Times"dan Kliv Tompsona görə, ətraf mühiti dərk etmək "daha çox kiminsə yanında olmaq və xırda şeylər vasitəsilə bədən dili, ah çəkmələr, boş şərhlər kimi əhval-ruhiyyəni öyrənməyə oxşayır". Akademik Andreas Kaplan ətraf mühit məlumatlılığını "müntəzəm və daimi qəbul və/yaxud sosial media vasitəsilə informasiya fraqmentlərinin mübadiləsi yolu ilə yaradılan məlumatlılıq" kimi müəyyən etmişdir. Bir-birinin rəqəmsal məlumatlarını mütəmadi olaraq izləyən iki dost söhbət etmək üçün fiziki olaraq əlaqədə olmadan artıq bir-birlərinin həyatından xəbərdar ola bilərlər. Sosial medianın əhəmiyyətli bir xüsusiyyəti onun da istehlak edənlər tərəfindən yaradılmasıdır. Əsasən, bu fenomendə iştirak edənlər yeniyetmələr, kollec yaşında olan və ya gənc yetkin mütəxəssislərdir. Mədəni antropoloq və İrvayn Kaliforniya Universitetinin rezidensiyasında professor olan Mimi İtoya görə, mobil cihaz sosial media yaratmaq və yaymaq üçün istifadə edilən ən böyük proksi cihazdır. O, mobil cihazlardan istifadə edərək "yeniyetmələrin öz medialarını ələ keçirib istehsal etdiklərini və bir-birləri ilə daimi mühit əlaqəsində olduqlarını" qeyd etmişdir.
Ətraf mühit sənəti
Ətraf mühit — insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir. Alimlər ətraf mühiti təbii mühit və süni mühit olaraq iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılmışdır. Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühitin obyektləridir. Artıq XX əsrin ortalarında ekoloji böhran özünü bildirməyə başladı. Bu dövrü, ətraf mühitin nəzarətsiz istismarının get-gedə artması dövrü kimi qiymətləndirmək olar. Digər orqanizmlərin daxilində yaşayan endo parazitlərin mühiti Digər orqanizmlərin bədəninin xaricində yerləşən örtüklə (tük, lələk, yun və s.) təmasda olduqda yaranan mühit; Biosenozun bütün biotalarında yaranan mühit; xarici mühit-biosenozlann xaricində yerləşən mühit.