Ətraf Qənimətov

Ətraf Oktay oğlu Qənimətov (20 mart 1997, Şəki13 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi.[1]

Ətraf Qənimətov
Şəxsi məlumatlar
Doğum adı Ətraf Oktay Oğlu Qənimətov
Doğum tarixi 20 mart 1997(1997-03-20)
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 2020(2020-10-13) (23 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Vətən Müharibəsində Qəhramancasına Şəhid Olmuşdur
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Leytenant
Vəzifəsi Tağım Komandiri
Döyüşlər Vətən Müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Döyüşdə fərqlənməyə görə" medalı

Əslən Laçın rayon Vəlibəyli kəndindən olan şəhid Leytenant Ətraf Qənimətov Oktay oğlu, 20 mart 1997-ci ildə Şəki şəhəri Dəmiryol köçkünlər qəsəbəsində anadan olub. O, 2003-cü il Şəki şəhər "Çələbixan" qəsəbə köçkünlər tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2012-2013-cü tədris ilinin yekununa görə "Təlim və tərbiyyə"də əldə etdiyi nəaliyyətə görə "Fəxri Fərmanla" təltif edilmişdir. 2014-cü ildə həmin məktəbi bitirib, Sumqayıt Dövlət Üniversitetinin "Tarix və Coğrafiya" fakültəsinin "Tarix müəllimliyi" ixtisasına qəbul olmuşdur. 2015-ci ildə "Bakı 2015" İlk Avropa Oyunlarında iştirakına görə "Təşəkkürnamə" ilə təltif olunmuşdur. Mart 2015-İyun 2015 tarixləri arasında Bakıda keçirilmiş "1-ci Avropa Oyunları"nda Mərasim İştirakçısı olaraq möhtəşəm töhfəsinə görə "Sertifikat"la təltif olunmuşdur. Ətraf Qənimətov 17-19 İyun 2016-cı ildə "FORULA 1 GRAND PRİX OF EUROPE"da könüllü olduğu üçün "Sertifikatla" təltif olunmuşdur. 2017-ci il may ayının 12-dən 22-dək keçirilən "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarında da iştirak etmişdir.

Azərbaycan Ordusunun Quru Qoşunlarının Leytenantı olan Ətraf Qənimətov 2020-ci il oktyabrın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub.[1] Şəki rayonunda dəfn olunub.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ətraf Qənimətov "Vətən Uğrunda" və "Füzuli Uğrunda" medalı ilə təltif edildi.[2]

  1. 1 2 "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.