1. Ətirli şeylər, ədəvat və s. satan adam.
Elm və maarif … hamının arasında yayılmalıdır, çoban da, əkinçi də, tacir də, əttar da nazirlərin əlində olan iqtidara malik olmalıdırlar.
□ Əttar dükanı – bu cür şeylərin satıldığı dükan.
Sinəm əttar dükanı; Hər nə desən, var məndə. ( ).
Molla Qasımın dükanına universal adı versək səhv etmərik, çünki bu dükanda əttar, baqqal, bəzzaz, davacat və qeyri ticarət şeyləri var idi.
2. Keçmişdə bitkilərdən və s.-dən dərman hazırlayıb satan adam.
Gülün gülabını axır gün çəkər əttar; Qalır sənə bu əvəz ahü zar, ey bülbül!
Birdən Kərbəlayı Rzanın yadına düşdü ki, əttar Məşədi Hüseyn gərək çox dərs oxumuş adam ola.