Barisal (əyalət, Banqladeş)
Barisal (Benqal dilində: বরিশাল বিভাগ) — Banqladeşin cənubunda əyalət. 1797-ci ildə təşkil olunmuşdur. Əvvəlki adı Bakercanci, ölkənin inzibati ərazisinə daxil olan 8 əyalətdən biridir. İnzibati mərkəzi — ölkənin şimalındakı Dəkkə şəhəri ilə cənub-şərqində yerləşən Çittaqonq şəhərini əlaqələndirən avtomobil yolunun üzərində yerləşən Barisal şəhəridir. Son onilliklərdə yeni körpülərin tikilməsi hesabına yol kommunikasiyası xeyli yaxşılaşmışdır.
== Səciyyəvi cəhətləri ==
Əyalətin sahəsi — 13 225,2 km²-dir. 2001-ci il siyahıya alınmasına görə əyalətin əhalisinin sayı 8 325 666 nəfərdir. Yaşlı əhalinin savadlılıq səviyyəsi 35,25 faizdir, bu isə Banqladeş üzrə orta səviyyədən (43,1%) aşağıdır. Ölkə əhalisinin 50,67 faizini kişilər, 49,33 faizini qadınlar təşkil edirlər. Əhalinin dini tərkibi: müsəlmanlar - 88,06 %, induizm dininə və digər dinlərə sitayiş edənlər - 11,94 %,
== İnzibati ərazi bölgüsü ==
Barisal əyaləti 6 dairədən ibarətdir.