ƏZİLİB-BÜZÜLMƏK

f.
1. Nazlanmaq, naz etmək.
[Ələmdar] əzilib-büzülən, şirindil xanımların başları üstündən uzun dimdiyini sallayıb … baxdı. S.Rəhimov.

2. məc. Cavabdan qaçmağa çalışmaq, tərəddüd etmək.
Yasavulbaşı əzilib-büzülməyə başladı. M.Rzaquluzadə.

3. Əzilmək, əzik-əzik olmaq. Əzilib-büzülmüş paltarı ütüləmək.
– Maya ayağa durdu, əzilib-üzülmüş balışı çırpdı. M.İbrahimov.

ƏZİLİB-BÜZÜLMƏ
ƏZİLMƏ

Значение слова в других словарях