CIR

CIR I sif. Yabanı. Məclis qaynaşır; cır arı yuvası kimi (R.Rza).

CIR II sif. Ciyiltili, zingiltili. Vallah, cır səsindən qulağımız batdı (S.Rüstəm).

CIR III f. Parçalamaq; didmək. Bəzən yazdıqlarımı sonra cırıb atıram (R.Rza).

CƏNGİ
CIZIQ
OBASTAN VİKİ
Cır gavalı
Cır gavalı (lat. Prunus divaricata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Yabanı halda Qafqazda, Orta Asiyada, Türkmənistanda, Pamir Alatauda yayılmışdır. Qərbi Hindistan, İran və digər ölkələrdə çox qədimdən becərilir. Hündürlüyü 10-15 m-ə qədər olan ağac, az-az hallarda isə koldur. Enli şarformalı çətirli, budaqları tikanlı, nazik, düzyönələn və ya sallaqdır. Cavan zoğların qabığı qırmızı-qonur, çoxillik budaqların qabığı tünd bozdur. Yarpaqları müxtəlif formalı-oval və ya oval-yumurtaşəkilli, oval-neştərvari, çılpaq və ya bir az tüklüdür. Tez çiçəkləyir, çiçəkləri yarpaqlardan tez açılır, çiçəkləri ağdır. Meyvələri müxtəlif formalı-yumru, yumurtaşəkilli, uzunsov-yumurtaşəkilli, müxtəlif rəngli – sarı, açıq qırmızı və ya çəhrayı, tünd qırmızıdır, tüklü deyil.
Cır mərsin
Cır havuc
Cır havuc (lat. Pastinaca) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Cır limon
Cır limon (lat. Schisandra) — bitkilər aləminin avstrobeyliyaçiçəklilər dəstəsinin cırlimonkimilər fəsiləsinə aid bitki cinsi.
Cır qaragilə
Cır qaragilə (lat. Vaccinium uliginosum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. Myrtillus uliginosus (L.) Drejer Vaccinium gaultherioides Bigelow Vaccinium occidentale A. Gray Vaccinium pedris Holub Vaccinium pubescens Wormsk. ex Hornem. Vaccinium uliginosum var. album J.Y. Ma & Yue Zhang Vaccinium uliginosum subsp. gaultherioides (Bigelow) S.B. Young Vaccinium uliginosum var. gaultherioides (Bigelow) Bigelow Vaccinium uliginosum subsp. occidentale (A. Gray) Hultén Vaccinium uliginosum var. occidentale (A. Gray) H. Hara Vaccinium uliginosum var.
Çin cır limon
Çin cır limonu
Cırcırama
Sisəklər (lat. Gryllidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin düzqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Sisəklər orta və ya iri ölçülü cücülər olub, bədəni nisbətən yastılaşmışdır. Pəncələri üç buğumludur. Qanadlı formalarla yanaşı, qanadsız formaları da olur. Erkək fərdlərin qanadüstlüyündə iri cırıldama orqanı vardır. Dişi fərdlərdə nizəşəkilli, uzun yumurtaqoyan vardır. Adətən gecə həyat tərzi keçirirlər. Əksər hallarda torpağın səthində, qisməndə ağac və kolluqlarda yaşayırlar. Əsas nümayəndələri çöl sisəyi (Melanogryllus desertus (Pallas, 1771)), tarla sisəyi (Gryllus campestris Linnaeus, 1758), ev sisəyi (Acheta domesticus (Linnaeus, 1758)) və s.
Cırcıramakimilər
Cırcıramakimilər (lat. Cicadinea) — buğumayaqlılar tipinin həşəratlar sinfinin bərabərqanadlılar dəstəsinə aid olan yarımdəstə. Cırcıramakimilər kiçik və iri ölçülü (3 65 mm.) həşəratdır. Qısa 3 buğumlu bığcığı, mürəkkəb gözləri və 2-3 gözcüyü vardır. Dal ayaqları tullanıcı tipdədir. Pəncələri 3 buğumludur. Qanadları uzununa və eninə damarlanmaya malikdir. Qarın 10 buğumludur. Dişilərdə yumurtaqoyan vardır. İri növlərin erkək fərdləri ucadan cırıldayır.
Cırdala
Cırdatəpə
Cırdatəpə, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonununda Araz çayı yaxınlığında (e.ə. 2–1) minilliklərə aid yaşayış yeri. Yaşayış yeri Naxçıvan-İrəvan dəmir yolu çəkilərkən dağıdılmışdır. Hazırda abidənin salamat qalan hissəsinin sahəsi 1 hektara yaxındır. Tədqiqat zamanı yaşayış yerinin ərazisindən son Tunc və erkən Dəmir dövrünə, orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur. Yaşayış yerindən aşkar olunan dən daşları boz rəngli tufdan hazırlanmışdır. Yaşayış yerində arxeoloq Nəcəf Müseyibli tərəfindən kəşfiyyat qazıntısı aparılmış, mədəni təbəqə 2 metr dərinliyədək tədqiq edilmişdir. Cırdatəpə yaşayış yeri edilir. Erkən orta əsrlər dövründə yaşayış yerində həyat yenidən davam etmişdir.
Cırdatəpə yaşayış yeri
Cırdaxan
Cırdaxan (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Düz Cırdaxan — Azərbaycanın Tovuz rayonunda kənd. Əsrik Cırdaxan — Azərbaycanın Tovuz rayonunda kənd.
Cırdaxan (Yevlax)
Cırdaxan — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Cırdaxan Yevlax rayonunun Varvara inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. XIX əsrdə Tovuz rayonunun Əsrik Cırdaxan kəndindən gəlmiş bir qrup ailə indiki ərazidə Cırdaxanlı adlı məntəqə salmışdır. Kollektivləşmə illərində Məşədialılar və Naibli məntəqələri ilə birləşdirildikdən sonra yaranmış kənd Cırdaxan adlandırılmışdır. Etnotoponimdir. Qızılbaş tayfalarından biri olan cırdaxanlıların adındandır. Toponimin arealı Azərbaycanda Tovuz, Bərdə, Xanlar, Şəmkir, Qazax rayonlarını əhatə edir..
Cırhavuc
Cırlaşma
Cırlaşma – kvant mexanikasında verilmiş sistemi (atom, molekul və s.) xarakterizə edən hər hansı fiziki kəmiyyət L sistemin mцxtəlif halları цчцn eyni qiymətə malikdir. L-in eyni qiymətinə cavab verən belə mцxtəlif halların sayı verilmiş kəmiyyətin cırlaşma tərtibi adlanır. Kvant mexanikasında sistemin enerji səviyyələrinin cırlaşması əsas rol oynayır. Belə ki, sistem müəyyən enerjiyə malik olub, müxtəlif hallarda ola bilər. Məsələn: Sərbəst zərrrəcik üçün enerjinin sonsuz cırlaşması mövcuddur. Zərrəciyin enerjisi ancaq impulsun ədədi qiyməti ilə müəyyən edilir, impulsun istiqamяti isə istənilən ola bilər(yəni, sonsuz sayda üsullarla seçilə bilər). Bu misalda əyani surətdə cırlaşma ilə sistemin fiziki simmetriyası arasında əlaqə aşkar olur; bu simmetriya fəzada bütün istiqamяtlərin bərabər hüquqluluğu deməkdir. Xarici sahədə zərrəciyin hərəkəti zamanı cırlaşma bu sahənin quruluşu – onun hansı simmetriyaya malik olması ilə əhəmiyyətli surətdə əlaqədardır. Əgər sahə sferik simmetriyaya malikdirsə, yəni onda istiqamətlərin eyni hцquqluluğu saxlanılırsa, onda zərrəciyin (məs: atomda elektronun) hərəkət miqdarının orbital momentinin, maqnit momentinin və spinin istiqaməti onun (atomun) enerjisinin qiymətinə təsir edə bilməz. Deməli, burada da enerji səviyyələrinin cırlaşması mövcuddur.
Cırnatma
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Cırqurd
Cırqurd — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay şəhərindən cənub-şərqdə, Yuxarı Şirvan kanalın sağ sahilində Şirvan düzündə yerləşən kənd. Yaşayış məntəqəsi əvvəllər Yenikənd də adlanmışdır. Cırqurd (Cırkürd) yaşayış məntəqəsini vaxtilə Göyçay rayonunun Türkmən kəndindən köçüb gəlmiş ailələr salmışdır. Əhalisinin sayı 121 (2009) nəfərdir. Əsli Cir-Kürt olmuşdur. Bu oykonim cır (kiçik) və kürd (etn) komponentlərindən ibarət olub, "kürdlərin az hissəsi"", "kiçik kürd kəndi" mənasındadır. Etnonimdir.
Cırtdan
Azərbaycan nağılları personajlarından biri də Cırtdandır. Cırtdanın əhvalatı çox məşhurdur, ancaq onun öz yoldaşları ilə birlikdə divin evində keçirdiyi bir gecənin təfsilatını çoxlarının yadındadır. Div gecə yarı uşaqların yatdığı otağa daxil olub "kim yatmış, kim oyaq?" deyə soruşmuşdu, Cırtdan isə ona "hamı yatmış Cırtdan oyaq" cavabını vermişdi. Cırtdan Divə qalib gəlmişdi. Cırtdan sevimli qəhrəman olduğundan valideynlər çox vaxt körpələri nəvazişlə "cırtdan" adlandırırlar.
Cırtdan-"Pəhləvan" (1981)
Cırtdan-"pəhləvan" (film, 1981)
Cırtdan–"pəhləvan" (rus. Про Джыртдана "Великана") — Azərbaycan cizgi filmi. Burada Cırtdanın başına gələn əhvalatlardan, xeyirlə şərin mübarizəsindən bəhs olunur. Film Cırtdan Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. Applikasiya filmidir. Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib. 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib. Forumda filmin rəssamı Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib. Ssenari müəllifi: Tofiq Ağayev, Aleksandr Timofeyevski Rejissor: Bəhmən Əliyev Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Mahnıların mətni: Aleksandr Timofeyevski Səs operatoru: Akif Nuriyev Multiplikasiya rəssamı: Rauf Dadaşov, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova, Vladimir Zarubin Rəssam: T. Hüseynov, Aydın Lazımov, Hüseyn Cavid İsmayılov, S. Candarov, Zəkiyyə Mahmudova, Cəvahir Quliyeva, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Y. Melkumova Redaktor: D. Tahirova Filmin direktoru: E. Şirinov Prodüser: Rəşid Ağamalıyev Səs rejissoru: Hüseyn Həsənov Səsləndirənlər: Kəmalə Rövşən, Elçin Hami Axundov Mətnin tərcüməsi: Gülşən Hüseynova Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova Klara Rumyanova — Cırtdan Stanislav Fedosov Cırtdan və div (film, 1983) Cırtdan cizgi filmi (1969) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Cırtdan-"pəhləvan" (film, 1983)
Cırtdan-"pəhləvan": ikinci film və ya Cırtdan və div (rus. Про Джыртдана Великана — 2) — Azərbaycan cizgi filmi. Filmdə Cırtdanın başına gələn sərgüzəştlərdən, divə qalib gəlməsindən söhbət açılır. Film Cırtdan Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. Applikasiya filmidir. Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib. Rejissor: Bəhmən Əliyev Ssenari müəllifi: L. Dadaşidze, Aleksandr Timofeyevski Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Arifə Hatəmi, Gülşən Quliyeva, Hüseyn Cavid İsmayılov Prodüser: Rəşid Ağamalıyev Səs rejissoru: Hüseyn Həsənov Səsləndirdilər: Kəmalə Rövşən, Elçin Hami Axundov Mətnin tərcüməsi: Gülşən Hüseynova Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova Cırtdan-"pəhləvan" (film, 1981) Cırtdan cizgi filmi (1969) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Cırtdan (1969)
“Cırtdan” — rejissor Yalçın Əfəndiyevin animasiya filmi. Filmin təsviri həllinə gəldikdə maraqlı cəhət ondan ibarətdir ki, müəlliflər filmdə Azərbaycan xalçası stilistikasından istifadə ediblər. Bu animasiya filminin bütün qəhrəmanları, eləcə də, predmetlər və fonlar “xalça” üslubunda işlənib. Bu zaman xalça elementi kinematoqrafiya üslubunda istifadə edilib – xalça motivli fon predmet və personajlarla qarışmasın deyə, tez-tez fokusdan yayındırılıb. Filmin bəstəkarı Oqtay Zülfüqarov qərb musiqi alətləri ilə birlikdə tarın da səsləndiyi çox gözəl milli musiqi mövzusu düşünüb hazırlayıb. Məhz özünün yenilikçi stilistikasına görə “Cırtdan” filmi köhnəlmir və müasir tamaşaçı üçün də maraqlı olaraq qalır. Bu multiplikasiya filmində balaca Cırtdanın başına gələn sərgüzəştlərdən, ağlı və tədbirliyi sayəsində güclü, lakin axmaq divə qalib gəlməsindən, özünü və qardaşlarını bəladan xilas etməsindən danışılır. Applikasiya filmidir. Film eyniadlı Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.
Cırtdan (film, 1969)
“Cırtdan” — rejissor Yalçın Əfəndiyevin animasiya filmi. Filmin təsviri həllinə gəldikdə maraqlı cəhət ondan ibarətdir ki, müəlliflər filmdə Azərbaycan xalçası stilistikasından istifadə ediblər. Bu animasiya filminin bütün qəhrəmanları, eləcə də, predmetlər və fonlar “xalça” üslubunda işlənib. Bu zaman xalça elementi kinematoqrafiya üslubunda istifadə edilib – xalça motivli fon predmet və personajlarla qarışmasın deyə, tez-tez fokusdan yayındırılıb. Filmin bəstəkarı Oqtay Zülfüqarov qərb musiqi alətləri ilə birlikdə tarın da səsləndiyi çox gözəl milli musiqi mövzusu düşünüb hazırlayıb. Məhz özünün yenilikçi stilistikasına görə “Cırtdan” filmi köhnəlmir və müasir tamaşaçı üçün də maraqlı olaraq qalır. Bu multiplikasiya filmində balaca Cırtdanın başına gələn sərgüzəştlərdən, ağlı və tədbirliyi sayəsində güclü, lakin axmaq divə qalib gəlməsindən, özünü və qardaşlarını bəladan xilas etməsindən danışılır. Applikasiya filmidir. Film eyniadlı Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.
Cırtdan (opera)
Cırtdan — bəstəkar Nazim Əliverdibəyovun 1973-cü ildə yazdığı opera. Əsər 1978-ci ilin 25 iyunda Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində göstərilmişdir. Rejissoru Əflatun Nemətzadə olmuşdur. 1980-ci illərdə operanın böyük uğur qazanmağına baxmayaraq, sonralar 20 ildən artıq səhnəyə qoyulmayıb və 2009-cu ilin iyun ayında "Uşaq ili" münasibətilə yenidən bərpa olunub: tamaşanın bədii rəhbəri və dirijoru Kazım Əliverdibəyov, quruluşcu rejissoru Hafiz Quliyev, xormeysteri Sevil Hacıyeva, baletmeysteri Yuliana Əlikişizadə olmuşdur.
Cırtdan Afrika gürzəsi
Cırtdan Afrika gürzəsi (lat. Bitis peringueyi) — Afrika gürzələri cinsinə daxil olan zəhərli ilan növü. Ümumi uzunluqların 20–25 sm arasında dəyişir. Maksimal uzunluqları isə 32 sm-dir. Dişilər erkəklərdən həm iri həmdə uzun olur. Başları enli və hamar olur. Bədənləri isə olduqca kökdür. Göz ətrafında pulcuq yoxdur. Rəngi boz və qəhvəyi-sarıdır. Quyruqlarının sonucu adətən qara olur.
Cırtdan Krit begemotu
Cırtdan krit begemotu (lat. Hippopotamus creutzburgi) — tükənmiş növ olaraq müasir Begemotlar cinsinə aiddir. Vaxtı ilə Krit adasında yayılmışdı. Bu növ iki yarımnövə bölünürmüş: Hippopotamus creutzburgi creutzburgi Hippopotamus creutzburgi parvus Cırtdan krit begemotunun sümükləri ilk dəfə Doroteey Beyt tərəfindən 1920-ci ildə Krit adasının şərqində aşkarlanmışdır. Cırtdan krit begemotu çox guman ki, Avropa begemotundan törəmişdir.
Cırtdan TV
Cırtdan.TV 2013-cü ildə fəaliyyətə başlamışdır. Azərbaycanda uşaqlar və gənc analar üçün nəzərdə tutulmuş video arxivli ilk veb saytdır (www.cirtdan.tv) . Cırtdan TV veb lahiyəsi Azərbaycan dilində cizgi filmlərinin sayına görə Azərbaycanda ən böyük saytdır. Saytda 100-dən çox Azərbaycan dilində dublyaj olunmuş cizgi filmi var. Həmçinin rus dilində və türk dilində cizgi filmləri və ailəvi filmlər mövcuddur. Saytın Ailəvi Filmlər bölümündə 60-dan çox Azərbaycan dilinə dublyaj olunmuş filmlər yerləşdirilmişdir. Seriallar, Video dərslər və Video/Foto Arxiv kimi bölümləri də vardır. Analar üçün geniş bloggerlə bölümündə 2016-cı ildən etibarən Mərkəzi Gömrük Xəstəxanasının Baş Genekoloqu Uzman Doktor Hakan Tanrıverdi mütəmadı olaraq həftəlik məqalələrini dərc elətdirməyə başlamışdır. 2013-cü Bakutel sərgisinin iştirakçısı olmuşdur. 2014-cü ildə Cırtdan TV-nın sahibi İlkin Haqverdiyev(İlkin Hakhverdiyev) Azərbaycan Respublikasi Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev ilə görüş nəticəsində təşəkkürnamə almışdır.
Erməni cırhavucu
Erməni cırhavucu (lat. Pastinaca armena) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cır havuc cinsinə aid bitki növü. Çoxillik, qısa tükcüklü bitkidir. Gövdəsi düz, budaqlanan, hündürlüyü (14) 30–50 sm-dir. Kökətrafı və aşağı gövdə ətrafı yarpaqlar saplaqlı, lələkvari bölümlü, bölümləri enli yumurtavari, iti və ya küt dişli, yuxarı bölüm adətən dərin üçbölümlü; yuxarı yarpaqlar oturaq, bölümləri qismən daha bölümlü, ən yuxarı yarpaqlar sapvari bölümlüdür. Ləçəkləri sarı rənglidir. Meyvələri çılpaq və ya zəif tüklü, enli ovalvari, 5–6 mm uzunluqda, 4–5 mm enindədir. Böyük Qafqazın qərbində və şərqində, Quba rayonu ərazisində orta dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Çəmənlərdə və dağ meşə kənarında bitir.
Haumea (cırtdan planet)
Haumea (simvolı: ) — Günəş sisteminə daxil olan 5 cırtdan planetdən biridir. 2004-cü ildə amerikalı astronom Mayk Braun tərəfindən kəşf olunmuşdur. 2008-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Haumeaya cırtdan planet statusu vermişdir.

Значение слова в других словарях