GEOXRONOLOGİYA

yun. geo – Yer + yun. chronos – vaxt, zaman + yun. logos – elm, təlim

GEOFİZİKA
GEOİD
OBASTAN VİKİ
Geoxronologiya
Geoxronologiya (q.yun. γῆ — yer + χρόνος — zaman + λόγος — söz, təlim) — geoloji tarix olub, geologiyanın bölməsi olub, geoloji vaxtın ölçülməsi problemini əhatə edir.Nisbi və mütləq geoxronologiya mövcuddur: Nisbi geoxronologiya stratiqrafiyaya əsaslanır və nisbi geoloji zaman cədvəlində istifadə edərək Yerin geoloji inkişaf tarixinin əsas mərhələlərini, ardıcıllığını və onun üzərində həyatın inkişafını əks etdirir. Mütləq geoxronologiya fiziki (astronomik) zaman vahidində izotop üsulu ilə suxurların və mineralların yaşının təyininə əsaslanır. Nisbi və mütləq geoxronologiyanın məlumatlar toplusu geoxronoloji cədvəldə tam əksini tapır.
Nisbi geoxronologiya
Nisbi geoxronologiya (yun. ge, geo-yer, chronos-vaxt, zaman və logos-elm, təlim) — geoxronologiyanın bir bölməsi olub, süxurların nisbi geoloji yaşının müəyyən edilməsi problemi ilə məşğul olan elm sahəsidir. Nisbi geoxronologiya əsasən stratiqrafiyaya istinad etməklə yanaşı, palentoloji üsuldan və layların ardıcıllığı prinsipindən (Steno qanunu) geniş istifadə edir. Nisbi geoxronologiya mütləq geoxronologiyadan fərqli olaraq, geoxronoloji bölgülərin əhəmiyyəti haqda məlumat vermir.

Digər lüğətlərdə

во́инский кривото́лк на гото́вом подло́м приче́тник прото́чка сопли́вец сухопа́рник ду́хов день основа́тельность тяжёлый уска́льзывать фети́ш штабс-капита́нский cruise missile diesis gold-bug insect-paste jenny live-out scut Troy боком простить разгибающий