LİSANÜLQEYB
LİZA
OBASTAN VİKİ
Liva
Liva — iki alaydan ibarət hərbi birləşməyə və bu birləşmənin komandirinə verilən ad. Liva rəsmi qeydlərdə "mirliva" kimi də xatırlanır. Osmanlı ordusunun rütbələrinı görə, miralayın rütbəsi qalxanda liva, livanın rütbəsi qalxanda ferik olurdu. Livalara "paşa" da deyilirdi, "səadəttlü " isə rütbə kimi istifadə olunurdu. Ölkənin mülkiyyə sinfindən olan mütəsərrüf idarəsində hissəsi də liva adlanırdı, lakin bunun əvəzinə daha çox sancaqdan istifadə edilirdi.
1958 Livan Krizisi
1958 Livan böhranı — 1958 Livan böhranı Amerika Birləşmiş Ştatlarının bu ölkəyə hərbi müdaxiləsi ilə nəticələnən siyasi və dini gərginliyin səbəb olduğu siyasi böhran.Bu müdaxilə Prezident Kamil Chamounun kömək tələb etməsi ilə başlamış və prezidentin öz vəzifə səlahiyyətlərinə bitirməsinə qədər-3ay davam etmişdir. Amerika və Livan ordusu birlikdə Beyrut limanını və Beyrut Beynəlxalq hava limanını ələ keçirtmişdi. Böhran birdikdən sonra ABŞ ordusu ölkəni tərk etmişdir. == Tarixi == 1958-ci ilin iyulunda Livan Maronet xristianları ilə Müsəlmanlar arasında ola biləcək Vətəndaş müharibəsi ilə üz-üzə idi.1956-cı ilin əvvəllərində qərb yönümlü Xristian prezident Kamil Chamounun Süveyş böhranı zamanı Misirə hücum edən qərb dövlətləri ilə əlaqəsini kəsməməsi prezident Camal Əbdül Nasir başda olmaqla Misir xalqının qəzəbinə səbəb olmuşdu. Chamonun Bağdad paktına olan sadiqliyi isə vəziyyətin daha gərginləşməsinə səbəb olmuşdu.Prezident Nasir Bagdad paktını Ərəb millətinə qarşı təhlükə kimi dəyərləndirirdi. Chamonun etdiklərinə qarşılıq olaraq Misir və Suriya Birləşmiş Ərəb Respublikasını yaratdı. Livanın Sünni Baş naziri Rəşid Kərimi 1956 və 1958 hadisələrində Nasirin tərəfində idi. Bu vaxt Ölkənin müsəlman əhalisi Livanın Birləşmiş Ərəb Respublikasina qoşulmasına, xristian əhali isə ölkənin qərb dövlətləri ilə əlaqəsinin güclənməsinə çalışırdılar. Suriya vasitəsi ilə Birləşmiş Ərəb Respublikasının silahlandırdığı Müsəlman qrupunun törətdiyi üsyandandan sonra prezident Chamoun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına bu məsələ barədə şikayət ünvanladı. Birləşmiş Millətlər Təşkilatı araşdırma üçün bir qrup nümayəndə göndərsədə, sonda Birləşmiş Ərəb Respublikasının bu hadisədə iştirakına dair heç bir sübut tapılmır.
1958 Livan böhranı
1958 Livan böhranı — 1958 Livan böhranı Amerika Birləşmiş Ştatlarının bu ölkəyə hərbi müdaxiləsi ilə nəticələnən siyasi və dini gərginliyin səbəb olduğu siyasi böhran.Bu müdaxilə Prezident Kamil Chamounun kömək tələb etməsi ilə başlamış və prezidentin öz vəzifə səlahiyyətlərinə bitirməsinə qədər-3ay davam etmişdir. Amerika və Livan ordusu birlikdə Beyrut limanını və Beyrut Beynəlxalq hava limanını ələ keçirtmişdi. Böhran birdikdən sonra ABŞ ordusu ölkəni tərk etmişdir. == Tarixi == 1958-ci ilin iyulunda Livan Maronet xristianları ilə Müsəlmanlar arasında ola biləcək Vətəndaş müharibəsi ilə üz-üzə idi.1956-cı ilin əvvəllərində qərb yönümlü Xristian prezident Kamil Chamounun Süveyş böhranı zamanı Misirə hücum edən qərb dövlətləri ilə əlaqəsini kəsməməsi prezident Camal Əbdül Nasir başda olmaqla Misir xalqının qəzəbinə səbəb olmuşdu. Chamonun Bağdad paktına olan sadiqliyi isə vəziyyətin daha gərginləşməsinə səbəb olmuşdu.Prezident Nasir Bagdad paktını Ərəb millətinə qarşı təhlükə kimi dəyərləndirirdi. Chamonun etdiklərinə qarşılıq olaraq Misir və Suriya Birləşmiş Ərəb Respublikasını yaratdı. Livanın Sünni Baş naziri Rəşid Kərimi 1956 və 1958 hadisələrində Nasirin tərəfində idi. Bu vaxt Ölkənin müsəlman əhalisi Livanın Birləşmiş Ərəb Respublikasina qoşulmasına, xristian əhali isə ölkənin qərb dövlətləri ilə əlaqəsinin güclənməsinə çalışırdılar. Suriya vasitəsi ilə Birləşmiş Ərəb Respublikasının silahlandırdığı Müsəlman qrupunun törətdiyi üsyandandan sonra prezident Chamoun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına bu məsələ barədə şikayət ünvanladı. Birləşmiş Millətlər Təşkilatı araşdırma üçün bir qrup nümayəndə göndərsədə, sonda Birləşmiş Ərəb Respublikasının bu hadisədə iştirakına dair heç bir sübut tapılmır.
Anti-Livan dağları
Antilivan (ərəb. جبال لبنان الشرقية‎‎ və ya ərəb. الجبل الشرقي‎) — Suriya ilə Livan arasında cənub-qərbdən şimal-şərqə uzanan dağ sistemi. İki ölkə arasında sərhəd silsilənin ən hündür hisssindən keçir. Silsilənin cənubu Colan təpələri ərazisində yerləşir. Livan silsiləsindən şərqdə qərarlaşır. Yunan dilindən törəmədir və «Livanın əksi» mənasını verir. Qərbində Bekaa və cənubunda El-Xasbani çayının vadisi yerləşir. Silsilənin şərqində Şərq platosu yerləşir. Bu platoda Dəməşq şəhəri yerləşir.
Arazbar livası
Arasbar sancağı və ya Arasbar livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Arazbar idi. Arazbar sancağı iki nahiyəyə bölünürdü.
Azərbaycan–Livan münasibətləri
Azərbaycan–Livan münasibətləri — Azərbaycan Respublikası ilə Livan Respublikası arasındakı müxtəlif sahələrdə mövcud ikitərəfli əlaqələr. == İkitərəfli münasibətlər == 1972-ci ildə Ümummilli Lider cənab Heydər Əliyev Livanda səfərdə olmuşdur. 1991-ci ilin 30 dekabrında Azərbaycan Respublikasının müstəqilliyi Livan Respublikası tərəfindən tanınmışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabr ayının 18-də qurulmuşdur. Həmin tarixdə iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. 2014-cü ilin 20 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 886 nömrəli Sərəncamı ilə cənab M.M.Əliyev AR-ın Livan Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılmışdır. 2015-ci ilin 5 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 1435 nömrəli Sərəncamı ilə cənab Ağasəlim Şükürov AR-in Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 2016-cı ilin 18 noyabr tarixində Azərbaycan Respublikasının Livan Respublikasındakı səfiri cənab A.Şükürov etimadnaməsini Livan Respublikasının Prezidenti general Mişel Auna təqdim etmişdir. 20-21 sentyabr 2018-ci il tarixlərindəAzərbaycan Parlamentinin 100 illik yubileyi münasibətilə keçirilmiş tədbirlərdə Livan Respublikasının Milli Assambleyasında Livan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti iştirak etmişdir. 27 sentyabr 2018-ci iltarixindəAzərbaycanRespublikasının Xarici İşlərnaziricənab Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Livan Respublikasının Xarici İşlər və Diaspor naziri cənab Cubran Basil iləgörüşmüşdür.
Ağcaqala livası
Ağcaqala livası— 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ağcaqala idi. Ağcaqala livası nahiyəyə bölünürdü.
Boris Livanov
Boris Nikolayeviç Livanov (rus. Бори́с Никола́евич Лива́нов; 25 aprel (8 may) 1904, Moskva – 22 sentyabr 1972, Moskva) — sovet aktyoru, teatr rejissoru, SSRİ xalq artisti (1948), Stalin mükafatı (1941, 1942, 1947, 1949, 1950) və SSRİ Dövlət mükafatı (1970) laureatı, Vasili Livanovun atası. == Həyatı == Boris Livanov 1924-cü ildən Moskva Bədaye Teatrının aktyoru, 50-ci illərdən eyni zamanda rejissoru olmuşdur. Ən yaxşı rolları Şvandiya ("Lyubov Yarovaya", K.Trenyov), Nozdryov ("Ölü canlar", N.Qoqolun eyniadlı əsəri üzrə), Solyonı ("Üç bacı", A.Çexov), Rıbakov ("Kreml saatı", N.Poqodin), Yeqor Bulıçov ("Yeqor Bulıçov və başqaları", M.Qorki), Dmitri Karamazov ("Karamazov qardaşları", F.Dostoyevskinin eyniadlı əsəri üzrə) və b. olmuşdur. 1924-cü ildən kinoda çəkilmişdir. "Dubrovski" (1936), "Baltik deputatı" (1937), "Minin və Pojarski" (1939), ""Varyaq" kreyseri" (1947), "Admiral Uşakov" (1953), "Dəniz haqqında poema" (1958) və. Lenin ordeni, 5 başqa orden və medallarla təltif edilmişdir.
Bərdə livası
Bərdə sancağı və ya Bərdə livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bərdə idi.
Bərgüşad livası
Bərgüşad sancağı— 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bərgüşad idi. Bərgüşad livası dörd nahiyəyə bölünürdü. Bərgüşad nahiyəsi ,Zans nahiyəsi, Dizaq nahiyəsi, Keştasf nahiyəsi Osmanlılar Bərgüşad sancağını nahiyyələrə bölmüşdülər. Bunlardan biri Bərgüşad nahiyəsi idi. Osmanlı dövründə (1724-1834) Bərgüşad nahiyəsinin başçısı Məhəmmədşərif bəy idi. Onun başçılığı haqqında Sultan III Əhmədin fərmanı: Liva-ik (Bergüşat) Sabıka Revan Seraskeri olan Vezir Ahmed Paşa tarafından Hılhına sancağı tevcih olunan Mehmed Şerif Bey hizmetde bulunduğu ecilden hala, Gence ve Şirvan caniblerine serasker olan Vezir Elhac Mustafa Paşa tarafından Bergüşat sancağı tevcih olunup zabt-u muhafazası içün irsal olunduğunu, vezir-i müşarun –ileyh kaimesiyle ilam ve Devlet-i Aliyye tarafından dahi tevcihini reca itmekle liva-i mezbur, muma-ileyh Mehmed Şerif Beye verilmişdir, (28 S 138). Məhəmmədşərif bəy 1732-ci ildə vəfat etdi. Onun yerinə Əli bəy təyin edildi. Onun təyinatı ilə bağlı Sultan III Əhmədin fərmanı: Mutasarrıfı Mehmed Şerif fevt olmağla, iki seneden beri Devlet-i Aliyye-ye izhar-itaat ve Kızılbaş ile ceng idüp sünniyyül-mezheb olan Bergüşatlı Aliye mirlivalık ile Gence Seraskeri Vezir Mustafa Paşanın iltimasıyla verilmişdir, (22 Ca 138).
Dominik Livakoviç
Dominik Livakoviç (xorv. Dominik Livaković; [dôminik liʋǎːkoʋitɕ, domǐ-]; 9 yanvar 1995, Zadar) — Fənərbaxça klubu və Xorvatiya milli komandasında qapıçı kimi çıxış edən peşəkar xorvat futbolçusu. == Klub karyerası == Livakoviç 2012-13 mövsümünün əvvəlində NK Zaqrebin əsas komandasının bir hissəsi oldu. Əvvəlcə klubun ikinci qapıçısı olan o, 31 avqust 2012-ci ildə HNK Cibalia -ya evdə 1-0 hesabı ilə məğlub olaraq tam matçda oynayaraq liqada debüt etdi. Tezliklə o, klubun bir nömrəsi oldu və dörd mövsüm ərzində cəmi 104 liqada, o cümlədən Prva HNL -də 90 oyun keçirdi. 30 avqust 2015-ci ildə o, 2016-17 mövsümünün əvvəlində Zaqreb Dinamo komandasına qoşulmağa razılıq verdi. O, klub üçün liqada debütünü 2 oktyabr 2016-cı ildə Hayduk Split ilə evdə qolsuz heç-heçə edib. 18 oktyabr 2016-cı ildə o, UEFA Çempionlar Liqasında ilk oyununu Sevilya ilə evdə 1:0 hesablı məğlubiyyətdə etdi. 30 iyul 2019-cu ildə Çempionlar Liqasının təsnifat mərhələsində Saburtalo Tbilisi üzərində 3:0 hesablı qələbə qazanan Livakoviç, "Dinamo"nun mövsümün əvvəlindən ən çox dəqiqə keçirən Drazen Ladiçin 1995 -ci ildə qol buraxmadan (413) rekordunu qırdı. O, mövsümün ilk qolunu üç gün sonra, Qoritsa üzərində 3-1 liqa qələbəsində buraxaraq, yeni rekordu 535-ə çatdırdı .
Ermənistan–Livan münasibətləri
Livan—Ermənistan münasibətləri — Livan və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Livan Qondarma Erməni Soyqırımını tanıyan ilk Ərəb Dövlətləri Liqasına üzv ola ölkədir. == İkinci Livan müharibəsində Ermənistanın rolu == 2006-cı ildəki İkinci Livan müharibəsi zamanı Ermənistan Livana humanitar yardım göndərmişdir: dərmanlar, ilk yardım ləvazimatları və s. == Qondarma Erməni Soyqırımının tanınması == 12 may 2000-ci ildə Livan Parlamenti Qondarma Erməni Soyqırımının tanınmasına səs verir. Livan qondarma soyqırımı tanıyan ilk ərəb dilli ölkə olur. == Mədəni əlaqələr == Livandakı erməni icmasının bir neçə siyasi partiyası var. Livandakı EİF Dashnaktsutyun Partiyası hazırda hökumətdə və 8 Mart koalisiyasındakı ən böyük erməni partiyasıdır. Bununla birlikdə 14 mart müxalifət koalisiyasını dəstəkləyən partiyalar da var. Ölkələr arasında viza rejimi yoxdur. Livanda onlarla erməni məktəbi, universiteti, uşaq bağçası və müxtəlif müəssisələr var.
Gəncə livası
Gəncə sancağı və ya Gəncə livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Gəncə idi.
Livadiya
Livadiya — Ukraynada (Krımda) Qara dəniz sahilində şəhər tipli qəsəbə. Gözəl iqlim şəraiti olan kurort. Livadiya Yalta konfransının (1945) keçirildiyi yerdir.
Livadiya sarayı
Livadiya sarayı (rus. Ливадийский дворец, ukr. Лівадійський палац) — Yaltanın 3 km uzaqlığında, Livadiyada Mohabi təpəsində yerləşən saray kompleksi. 1911-ci ildə Rusiya çarı II Nikolay tərəfindən yay evi kimi tikilmişdir. == Haqqında == Bizans, ingilis, qotika və ərəb memarlığının izlərini daşıyan saray İtaliya intibah tərzində 1910-1911-ci illəri arasında memar Nikolay Krasnov tərəfindən tikilmişdir. İnşaasında ağ Krım qranitindən istifadə olunmuşdur. Sarayın bəzi yerlərində islam memarlığına aid izlər vardır. Sarayın bağçası İtalyan görkəminə malikdir. Sarayın içində muzey və şəkil qaleriyası fəaliyyət göstərir. Livadiya sarayı inşa olunduqdan sonra çar II Nikolay bura sadəcə 2 dəfə gələ bilmişdi.
Livadə
Livadə - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsi(Şörəyel livası)da kənd. Dərbənd kəndinin yaxınlığında yerləşən Livadə kəndi. Gəlir: 3.000 ağça..
Livan
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. == Coğrafiyası == Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Livan 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Livan - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən I-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
Livan 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Livan — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Livan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu.
Livan 2018 Qış Olimpiya Oyunlarında
Livan 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi və xizəklə yürüş olmaqla 2 idman növündə 3 idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən livam «B» kateqoriyası üzrə təmsil iki idmançı ilə təmsil olunacaqdır Kişilər Qadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Livan «B» kateqoriyası üzrə 15 km-lik yürüşdə iştirak hüququ əldə etmişdir. Ölkəsini təmsil etmək hüququ samer Tauka məxsusdur.
Livan Avroviziya Mahnı Müsabiqəsində
Livan Avroviziya Mahnı Müsabiqəsində heç vaxt iştirak etməmişdir. Müsabiqəni yayımlayan Tele Liban, 2005-ci ildə müsabiqədə iştirak üçün ilk dəfə müraciət etmişdir. Yarışmaya Alin Lahudun ifa edəcəyi "Quand tout s’enfuit" adlı mahnı ilə iştirak etmək istəyən Livan, İsrailə aid olan məzmunun yayımlanmasını qadağan edən qanunlara əsaslanaraq sonradan bu qərardan imtina etmişdir. Bundan sonra Livan üç illik müsabiqədə iştirak edə bilməmə cəzasını almışdır. Livan əsilli ingilis müğənni Mika Livan adına müsabiqədə iştirak etmək istədiyini bildirsə də, Livan bu günədək yarışmada iştirak etmək üçün başqa bir müraciət etməmişdir. == Seçimlər == 21 oktyabr 2004-cü ildə Livan dövlət televiziyasının sədri İbrahim əl-Huri Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək 2005 Avroviziya Mahnı Müsabiqəsində Livanın da iştirak edə biləcəyini açıqlamıştır. 3 noyabr 2004-cü ildə Livanı Avroviziyada təmsil etmək məqsədilə dövlət televiziyası tərəfindən Alin Lahudun təyin olunduğu bildirildi. 2005-ci ilin fevral ayının ikinci həftəsində mahnının İngiliscə və ya Fransızca olacağı bildirildi, çünki Alin Lahud hər iki dildə də yaxşı danışırdı. Sonradan mahnının şərq-qərb sintezində olduğu və mahnının dilinin fransızca olacağı bildirildi. Mahnı fevral ayının ortalarında seçilmişdi və müəllifləri Cad Rəhbani və Romeo Lahud idi.
Livan Baş Naziri
Livanın Baş naziri — Livan Ərəb Respublikasının baş naziri. Vəzifəni Həsən Diyab icra edir.
Livan Respublikası
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. == Coğrafiyası == Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Livan bayrağı
Livan bayrağı (ərəb. علم لبنان‎) - Livan Respublikasının bayrağı == Livan Konstitusiyasında == Livan konstitusiyasının 5-ci maddəsi dövlət bayrağı haqqındadır. Konstitusiyada yazılıb: «Livan bayrağı iki qırmızı və 1 ağ zolaq olmaqla 3 zolaqdan ibarətdir. Ağ zolaq qırmızı zolaqların ortasında yerləşir. Ağ zolağın eni qırmızı zolaqların enləri cəminə bərabərdir. Ağ zolağın mərkəzində sülh və uzunömürlülük rəmzi olan Sidr ağacı yerləşir.» == Tarixi == Livan uzun illər boyunca müxtəlif ölkələrin təsiri altında olmuşdur. Nəticədə həmin ölkələrin bayraqları bir müddət Livanın bayrağı olmuşdur. Osmanlılardan ayrıldığı ilk vaxtlarda ağ parça üzərində Livan sidrinin təsviri olan bir bayraq idi. 1 noyabr 1943-cü ildə Fransa mandatlığında Livan parlamenti üzvlərinin imzaları ilə təsvir olunmuş bir bayraq təsdiqləndi. Bu Livanın ilk rəsmi bayrağı idi.
Livan coğrafiyası
== Sahəsi və sərhədləri == Aralıq dənizinin şərq sahilində yerləşən Livan Respublikası şimaldan və şərqdən Suriya, cənub-şərqdən İsrail, cənubdan müsdəqil Fələstin ərəb dövləti yaratmaq məqsədilə BMT tərəfindən ayrılmış ərazi ilə həmsərhəddir. Aralıq dənizinin Livan sahillərində əmələ gətirdiyi təbii buxtalarda Beyrut, Sayda, Tripoli kimi böyük limanlar salınmışdır. Livan Asiya, Afrika və Avropanın bir-birilə yaxınlaşdığı yerdə – Aralıq dənizi hövzəsini İran körfəzi bölgəsi ilə birləşdirən beynəlxaq əhəmiyyətli yollar üzərində yerləşir. Coğrafi mövqeyinin belə əlverişli olması ölkənin iqtisadiyyatına təsir göstərmiş və onu Yaxın Şərqin böyük tranzit-ticarət mərkəzinə çevirmişdir. Livanın ərazisi 10,5 min. kv. km-dir. Bu göstəriciyə görə dünyanın 159-cu dövlətidir. == Livanın relyefi == Livan əsrarəngiz təbiətə malik ərəb ölkələrindəndir. Təsadüfi deyil ki, onu Yaxın Şərqin İsveçrəsi, Aralıq dənizinin «incisi» adlandırırlar.