LOM

Rusca ломать  (sındırmaq) sözü ilə qohumdur. Farslar buna ahənpare deyirlər. Biz ling  işlədirik. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

LOQİN
LOMBARD
OBASTAN VİKİ
Herbert Lom
Herbert Lom (çex. Herbert Lom) - beyənxalq səviyyədə tanınmış çex əsilli kino və teatr aktyoru. == Həyatı == 1917-ci ilin 11 sentyabr tarixində o zaman ki, Avstriya-Macarıstan imperiyasının sərhədləri daxilində yerləşən və hal-hazırda Çexiyanın paytaxtı olan Praqa şəhərində anadan olmuşdur. Teatr səhnəsinə ilk dəfə yaşadığı Praqa şəhərində çıxımışdır. 1937-ci ildə Zena Pod Krizmen adlı film ilə kinematoqrafiya sahəsinə qədəm qoymuşdur. 1938-ci ildə İngiltərəyə köçmüşdür. 2004-cü ilə qədər aktiv formada davam etdirdiyi kino və teatr fəaliyyəti ərzində 112 müxtəlif filmdə rol almışdır. Herbert Lom rol aldığı filmlərdə əsasən epizotik rollarda çıxış etmiş və adətən mənfi obrazları canlandırmışdır.
Akademik Lomonosov AES
"Akademik Lomonosov" AES (rus. Академик Ломоносов) — dünyanın ilk üzən atom elektrik stansiyası. Rusiyaya məxsus bu gəmi məşhur riyaziyyatçı alim Mixail Lomonosovun adını daşıyır. İnşasına 2007-ci ildə başlanılmışdır. Gəminin uzunluğu 144, eni isə 30 metrdir. 21.500 ton ağırlığı olan gəminin 69 nəfərlik ekipajı var. Gəmi vasitəsilə Severodvisk və Sevmaş qəsəbələrinin elektrik enerjisi ilə təmin edilməsi planlaşdırılmışdır.
Alzano Lombardo
Alzano Lombardo (it. Alzano Lombardo) — İtaliyada, Lombardiya bölgəsində Berqamo əyalətinin inzibati mərkəzinə tabe olan bir şəhərdir. Əhalisi 12 065 nəfər, əhali sıxlığı — 898 nəfər / km². sahəsi 13.43 km² ərazini əhatə edir. Poçt kodu — 24022. Telefon kodu — 00035. Müqəddəs Turlu Martin şəhərin hamisi sayılır. Şəhər festivalı hər il 11 noyabrda qeyd olunur.
Bernat Lomero
Centaurium lomae
Kiçik qızılçətir (lat. Centaurium erythraea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 35-40 sm-dir. Kökü böyük olmayan, zəif inkişaf edən, gövdəsi düzqalxan, tək və ya bir neçə saylı, dördtilli, yuxarı hissəsi çəngəlşəkilli budaqlanaraq yuxarıya doğru istiqamətlənmişdir. Gövdədə yarpaqları qarşı-qarşıya, oturaq, uzunsov-neştərşəkilli, uzunluğu 3 sm, damarları yaxşı görünən, kök üstündə olan yarpaqları və çətiri vardır. Çiçəyin uzunluğu 1,5 sm, tünd-çəhrayı rəngli olub, çətirçəkilli-süpürgəvari hamaşçiçəkdir. Adətən ömrünün 2-3 ilində çiçəkləyir. Gövdəsi yarpaqlı və çiçəkli olmaqla, düzqalxan, tək və ya budaqlanan, yaşıl və ya sarımtıl-yaşıl, çılpaq, oyuqlu, qabırğalı, uzunluğu 10-30 sm, qalınlığı isə 2mm-dir. Kökətrafı yarpaqları uzunsov-tərsyumurtaşəkilli, küt, əsasından daralmış, uzunluğu 4 sm, qalınlığı isə 2sm-dir. Yarpaqları oturaq, qarşı-qarşıya, uzunsov-neştərvari, itiuclu, bütövkənarlı, çılpaq, qalxanşəkilli-süpürgəvari, çiçəkləri isə çəhrayı-bənövşəyidir.
Conah Lomu
Conah Tali Lomu (ing. Jonah Tali Lomu; d. 12 may 1975 — ö. 18 noyabr 2015) — Yeni Zelandiya reqbiçisi.
Dana Lombardi
Dana Lombardi (ing. Dana Lombardy) — ABŞ oyun dizayneri. Əsas olaraq masa oyunları üzərində işləmişdir . == Karyera == Dana Lombardi 1979-cu ildə ilk dəfə satışa çıxarılmasından bəri üç ayrı buraxılışla nəşr olunan "Streets of Stalingrad" masa döyüş oyununu dizayn etmişdir. O həmçinin, "History Channel" telekanalının "Silah nağılları" verilişi kimi müxtəlif televerilişlərdə çıxışları ilə tanınır. Lombardi bir çox kitab, oyun və jurnalda redaktor, kartoqraf, qrafika rəssamı və dizayner kimi işləmişdir. O, 1996-cı ildən 2000-ci ilə qədər "Napoleon Journal" jurnalının naşiri vəzifəsində çalışmışdır.
Dave Lombardo
Devid Lombardo (ing. David Lombardo; d. 16 fevral 1965, Havana) — Kuba əsilli amerikan zərbçisi, əsasən treş metal qrupu Slayer-in üzvü və yaradıcılarından biri kimi tanınır. O, bu qrupun 9 albomunda ifa etmiş, həmçinin, Testament, Grip Inc., Fantômas, Suicidal Tendencies kimi qruplarla da albom qeydə almışdır. Bundan əlavə, o, Misfits qrupunun canlı konsertlərində ifa etmişdir. Lombardonun karyerası 40 ilə yaxın bir dövrü əhatə edir. Bu zaman ərzində o, 29 müxtəlif janrda buraxılışlarda iştirak etmiş, lakin əsasən, hevi metal zərbçisi kimi tanınmışdır. Onun ifa sənəti "heyran edici dərəcədə yenilikçi" adlandırılmışdır. Drummerworld ensiklopedik saytı onu "Zərb alətlərinin qoşa basının Xaç atası" adlandırmışdır. Lombardonun metal üslubuna ciddi təsirləri olmuş, müasir metal zərbçilərini, xüsusən də treş və det metal barabançılarını ilhamlandırmışdır.
Deyv Lombardo

Ephedra lomatolepis
Ephedra lomatolepis (lat. Ephedra lomatolepis) — acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü.
Erythraea lomae
Kiçik qızılçətir (lat. Centaurium erythraea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 35-40 sm-dir. Kökü böyük olmayan, zəif inkişaf edən, gövdəsi düzqalxan, tək və ya bir neçə saylı, dördtilli, yuxarı hissəsi çəngəlşəkilli budaqlanaraq yuxarıya doğru istiqamətlənmişdir. Gövdədə yarpaqları qarşı-qarşıya, oturaq, uzunsov-neştərşəkilli, uzunluğu 3 sm, damarları yaxşı görünən, kök üstündə olan yarpaqları və çətiri vardır. Çiçəyin uzunluğu 1,5 sm, tünd-çəhrayı rəngli olub, çətirçəkilli-süpürgəvari hamaşçiçəkdir. Adətən ömrünün 2-3 ilində çiçəkləyir. Gövdəsi yarpaqlı və çiçəkli olmaqla, düzqalxan, tək və ya budaqlanan, yaşıl və ya sarımtıl-yaşıl, çılpaq, oyuqlu, qabırğalı, uzunluğu 10-30 sm, qalınlığı isə 2mm-dir. Kökətrafı yarpaqları uzunsov-tərsyumurtaşəkilli, küt, əsasından daralmış, uzunluğu 4 sm, qalınlığı isə 2sm-dir. Yarpaqları oturaq, qarşı-qarşıya, uzunsov-neştərvari, itiuclu, bütövkənarlı, çılpaq, qalxanşəkilli-süpürgəvari, çiçəkləri isə çəhrayı-bənövşəyidir.
Etual Filant Lome FK
| başlıq = Etual Filant | emblem = | klubun tam adı = | rəngləri = | ləqəbi = | yaranma tarixi = 1932 | stadionu = Oskar Antoni stadionu | tutumu = 10.000 Etual Filant — Toqonun ən titullu futbol klubu. == Tarixi == 1932-ci ildə yaranmışdır. Etual Filant 1960-cı ilədək 12 dəfə ölkə çempion olsa da, bu titullar FİFA tərəfindən tanınmamışdır. Bundan sonra komanda daha yeddi dəfə Toqo çempionatının qalibi olub. Klubun sonuncu çempionluğunu 1992-ci ildə bayram etmişdir. === Yol qəzası === 2011-ci ilin noyabrında klubun 8 futbolçusu yol qəzasında həlak olmuşdur. Ölənlərin hamısı Toqo millisinin üzvü idi. Daha 28 nəfəri isə ciddi xəsarət almışdır. Hadisə Etual Filantın Semassi ilə oyuna getdiyi zaman Akapama şəhəri yaxınlığında baş vermişdir. "Etual Filant" komandasının avtobusu dərəyə aşıb.
Eugen von Lommel
Oygen Korneli Yozef fon Lommel (19 mart 1837 – 19 iyun 1899 və ya 1899, Münxen) — Alman fiziki. O Lommel çoxhədlisi, Lommel funksiyası, Lommel-veber Funksiyası və Lommel difereniyal tənlilinə görə diqqətəlayiqdir. O həmçinin Nobel mükafatını qazanan Yohannes Ştarkın doktoral məsləhətçisi olmağı ilə də diqqətəlayiqdir. == Həyatı == Lommel Edenkobendə Palatintda Bavyera krallığında doğuldu. O Münhen Lüdviq-Maksimilian Universitetində riyaziyyat və fizika bölümlərində oxudu (1854-cü və 1858-ci illər).1860-cı ildən 1865-ci ilə kimi Şuiz (Schwyz) əyalət məktəbində fizika və kimya müəllimi olaraq işlədi.1865-ci ildən 1867-ci ilə kimi Sürix ortaməktəbində dərs dedi eyni zamanda,İsveçrə Federal Texnologiya İnstitutunda privatdozent idi həmçinin politexnik məktəbində də.1867-ci ildən 1868-ci ilə qədər,Hohenheim universitetinin professoru təyin edildi. Nəhayət 1868-ci ildə Erlangen universitetinin kafedrasında eksperimental fizikaçı təyin edildi.1886-cı ildə Münhen Lüdviq-Maksimilian Universitetinə qayıtdı.1899-cu ildə vəfat etdi. == Lommelin çalışmaları == Studien über die Besselschen Funktionen, (Leipzig 1868) Wind und Wetter, München (1873) Das Wesen des Lichts, Leipzig (1874) Über die Interferenz des gebeugten Lichts, Erlangen (1874–76) Lexikon der Physik und Meteorologie, Leipzig (1882) Die Beugungserscheinungen geradlinig begrenzter Schirme, München (1886) Die Beugungsrescheinungen einer kreisrunden Öffnung, München (1884) Lehrbuch der Experimentalphysik, Leipzig (8. A. 1902) == Xarici keçidlər == Lommel haqqında ədəbiyyat Almaniya Milli Kitabxanasıdan == İstinadlar == Robert Knott: Lommel, Eugen. In: Allgemeine Deutsche Biographie (ADB). Band 52, Duncker & Humblot, Leipzig 1906, S. 62–65.
Georgi Lomaya
Georgi Camaloviç Lomaya (gürc. გიორგი ჯემალის ძე ლომაია; 8 avqust 1979, Tbilisi) — gürcü futbolçu, İnter Bakı klubunun və Gürcüstan milli futbol komandasının qapıçısı. Georgi Lomaya İnter Bakı futbol klubunun tarixinə ilk gürcü qapıçı kimi düşüb. Vətənində "Kodako", Tiflisin "Dinamo", "Merani" və "Lokomotiv"də oynayan Georgi 2003-cü ildən legioner həyatı yaşayıb. Belə ki, ilk iki ildə Moskva "Spartak"ının qapıçısı olub. Ancaq bu titullu komandada cəmi 2 oyun keçirib və 4 top buraxıb. 2004/2005 mövsümündə "Ximki"yə icarəyə verilən Lomaya daha sonra Rusiyada "Luç-Enerji", Almaniyada "Karl Tseyss", Ukraynada "Karpatı" komandasında forma geyinib. Ötən il vətəninə qayıdan Georgi Rustavi "Olimpi"sinin şərəfini qoruyub. 1998-ci ildə debüt etdiyi milli komandada 33 oyun keçirib.
Karavacco (Lombardiya)
Karavacco (it. Caravaggio ) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 15853 nəfər (2008), əhalinin sıxlığı 483 nəfər/km²-dir. Sahəsi 33 km² ərazini tutur. Poçt kodu — 24043. Telefon kodu — 0363. Müqəddəslər Firmus və Rustic kommunanın himayədarları kimi hörmətlə qarşılanır,. Onların şəninə bayram avqustun 9-da keçirilir. Məşhur italyan rəssamları Mikelancelo "Merisi da Caravaggio" və Polidoro Kaldara "Polidoro da Caravaggio" ləqəbini şəhərin adından almışdır.
Kerol Lombard
Kerol Lombard (ing. Carole Lombard) — ABŞ aktrisası.
Loma Priyeta zəlzələsi (1989)
Loma Priyeta zəlzələsi - 1989-cu ildə ABŞ-nın San-fransisko və Koliforniyanın ərazisində yerli vaxtla saat 17:04-də baş vermiş Sunami xarakterli zəlzələ.15 saniyə davam etmiş və maqnitudası 6.9 olan təbii fəlakətin törətdiyi dağıntılar zamanı şəhərlərə $5.6 – 6 mlrd. ictisadi ziyan dəymişdir.Dağıntılar altında qalmış və xəsarət almış insanların sayı isə 63 ölü və 3,757 yaralı olmuşdur.
Lomatozona
Lomatozona (lat. Lomatozona) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lomatozona artemisiaefolia Baker Lomatozona huntii R.M.King & H.Rob. Lomatozona inaequale R.M.King & H.Rob.
Çezare Lombrozo
Çezare Lombrozo (it. Marco Ezechia Lombroso) - kriminologiya və cinayət hüququnda antropoloji istiqamətin əsasını qoyan və əsas ideyasını anadangəlmə cinayətkar olduğunu təşkil edən italyan həbsxana həkim-psixiatrı. == Həyatı == Lombrozo 1835-ci il 6 noyabr tarixində Veronada varlı yəhudi ailəsində anadan olmuşdur. O, Paduya, Vyana, Parisdə olan universitetlərdə ədəbiyyat, linqvistika və arxeologiyanı öyrənsə də, sonradan öz planlarını dəyişərək 1859-cu ildə orduda cərrah kimi fəaliyyət göstərməyə başlayır. 1866-cı ildə Paviyada dəvət olunmuş rektor təyin olunsa da, 1871-ci ildə Pezaroda yerləşən psixiatriya xəstəxanasına rəhbərlik etmişdir. Lombrozo 1876-cı ildə Turin universitetinin məhkəmə tibbi və ictimai gigiyena şöbəsinin professoru təyin olunur. Həmin ildə o özünün daha vacib və nüfuzlu işi hesab edilən L Uomo delinquente (Cinayətkar insan) əsərini yazmışdır. O, 1909-cu ildə Turində vəfat etmişdir. == Əsərləri == 1863-cü ildə Lombrozo özünün Dahilik və Dəlilik kitabını nəşr etdirir. O, bu kitabda dahi insanlarla dəlilər arasında paralel şəkildə müqayisələr aparmışdır.
Kastro (Lombardiya)
Kastro (it. Castro) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 80 kilometr (50 mil) şimal-şərqində və Berqamodan təxminən 35 kilometr (22 mil) şimal-şərqdə, Iseo gölünün qərb tərəfində yerləşir. Əhalisi 1437 nəfər (2008), əhalinin sıxlığı 636 nəfər/km². Sahəsi 4 km² ərazini tutur. Poçt kodu — 24063. Telefon kodu — 035. 10 avqust bayramı olan Müqəddəs Lourens və müqəddəs Həvari Yaqub Kommunanın himayədarları kimi hörmətlə qarşılanır.
Lomelosia
Lomeloziya (lat. Lomelosia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi.
Lomelosia caucasica
Qafqaz lomeloziyası (lat. Lomelosia caucasica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin lomeloziya cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 20-60 (80) sm hündürlükdə, adətən tək, sadə, demək olar ki, çılpaq, çox vaxt yuxarı hissədə xırda tükcüklü, aşağı hissədə az saylı tükcüklüdür. Gövdə ətrafı yarpaqlar tam, uzun saplaqlı, dar lansetvari, lansetvari və ya uzunsov ellipsvari; gövdə yarpaqları oturaq, əsasında tam və ya iridişli və ya lələkvaridir. Başcıqlar tək, iri, çiçəkləmə dövründə diametri 3-8 (10) sm, uzun çiçək saplağındadır. Sarğı yarpaqcıqları lansetvari və ya uzunsovlansetvari, itiləşmiş, sıx qısa tükcüklüdür. Tacı mavi (bəzən ağ) və ya göy, içəridə boztükcüklü, ikidodaqlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.
Lomeloziya
Lomeloziya (lat. Lomelosia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi.
Pyotr Lomako
Pyotr Fadeyeviç Lomako (rus. Пётр Фаде́евич Лома́ко) — Sovet dövlət xadimi, xalq komissarı və naziri, SSRİ əlvan metallurgiyasının rəhbəri, qeyri-metal və qara metallurgiya sənayesi üzrə mütəxəssis. Sosialist Əməyi Qəhrəmanı. 1988-ci ildə Pyotr Lomakonun adı umumdünya Ginnesin Rekordlar Kitabına nazir vəzifəsində uzunmüddətli iş stajına görə rekordçu kimi salınıb. Lomako 46 il, 1940-cı ildən 1986-cı ilə qədər (arada qısa fasilələrlə) SSRİ əlvan metallurgiyasına rəhbərlik edib. Dünyada belə bir rekorda imza atan ikinci bir şəxs yoxdur. == Həyatı == Pyotr Lomako 1904-cü il iyunun 29-da Kuban vilayətinin Temrük şəhərində anadan olub. O, orta təhsilini başa vurduqdan sonra ilk əmək fəaliyyətinə Temryuk şəhər partiya komitəsində başlayıb, əvvəlcə kuryer, sonra qeydiyyatçı vəzifəsində işləyib. 1922-ci ildə Lomako Krasnodar vilayətində banditizmə qarşı mübarizə dəstəsinə siyasi komissar vəzifəsinə təyin edilib. Bu vəzifədə bir il nümunəvi xidmətdən sonra o, fəaliyyətini komsomol orqanlarında davam etdirib, Temryuk şəhər komsomol komitəsində şöbə müdiri vəzifəsində çalışıb.
Qafqaz lomeloziyası
Qafqaz lomeloziyası (lat. Lomelosia caucasica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin lomeloziya cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 20-60 (80) sm hündürlükdə, adətən tək, sadə, demək olar ki, çılpaq, çox vaxt yuxarı hissədə xırda tükcüklü, aşağı hissədə az saylı tükcüklüdür. Gövdə ətrafı yarpaqlar tam, uzun saplaqlı, dar lansetvari, lansetvari və ya uzunsov ellipsvari; gövdə yarpaqları oturaq, əsasında tam və ya iridişli və ya lələkvaridir. Başcıqlar tək, iri, çiçəkləmə dövründə diametri 3-8 (10) sm, uzun çiçək saplağındadır. Sarğı yarpaqcıqları lansetvari və ya uzunsovlansetvari, itiləşmiş, sıx qısa tükcüklüdür. Tacı mavi (bəzən ağ) və ya göy, içəridə boztükcüklü, ikidodaqlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.

Digər lüğətlərdə