QOC

(Oğuz, Şəki)
bax qoj . – Mq: güya diyitdi ki, qocı qırıf xəvər eliycam (Şəki)
QOBUX
QOCA
OBASTAN VİKİ
Elşad Qoca
Elşad Qoca — yazıçı, publisist, tərcüməçi və tədqiqatçı jurnalist. Elşad Qoca oğlu İsayev 1959-cu ilin may ayının 2-də Qərbi Azərbaycanın (indiki Ermənistan, Noyemberyan) İncəsu rayonunun Yuxarı Körpülü kəndində müəllim ailəsində doğulub. 1976–1977-ci illərdə Yuxarı Körpülü kəndində fəhlə işləyib. 1966–1976-cı illərdə Yuxarı Körpülü kənd orta məktəbində oxumuşdur. 1977–1982-ci illərdə indiki Bakı Dövlət Universitetinin (keçmiş ADU) jurnalistika fakültəsini bitirib. 1982–1984-cü illərdə leytenant rütbəsində sovetlər birliyinin Sibir və Ural Hərbi Dairələrində vzvod komandiri, rota komandirinin müavini vəzifələrində hərbi xidmət keçib. Bir müddət həmin dairələrin "Boyevoye Znamya" və "Sovetskiy voin" qəzetləri ilə hərbi müxbir kimi yaxından əməkdaşlıq edib. Uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət edib. Azərbaycan Vətən müharibəsi veteranıdır. Əmək fəaliyyətinə "Kənd həyatı" jurnalında (1984–88-ci illər) müxbir kimi başlayıb.
Etibar Qocayev
Etibar Qocayev (şəhid)
Eyvaz Qocayev
Eyvaz Vaqif oğlu Qocayev (1984, Sarılı Xəştab, Zəngilan rayonu) — jurnalist, "sumqayitxeber.com" xəbər portalının təsisçisi və baş redaktoru 1984-cü ilin aprel ayının 12-də Azərbaycan SSR-in Zəngilan rayonunun Sarallı Xəştab kəndində anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 2005-ci ildə həmin ali məktəbin bakalavr pilləsini bitirmişdir. Çox erkən yaşlarından ictimai həyatda aktiv iştirak etməyə başlayıb. Gənclər təşkilatlarında, media orqanlarında təsisçi və rəhbər vəzifələrdə çalışıb. 2009-cu ildən fəaliyyət göstərən Azərbaycanın ilk regional xəbər portalı olan "Sumqayitxeber.com"un təsisçisi və baş redaktorudur. Son 10 ildə təlimçi, jurnalist və yazar kimi fəaliyyət göstərən Eyvaz Qocayevin yazdığı "Karyera bələdçisi" kitabı Azərbaycanda ən çox oxunan kitablar sırasındadır. Yüzlərlə gəncə həm İKT, həm də karyera planlaşdırılması sahəsində təlimlər keçən Eyvaz Qocayev Sumqayıt şəhərinin sosial-mədəni həyatında xüsusi fəallığı ilə fərqlənib. Şəhərin ictimai həyatında aktiv iştirakına və xidmətlərinə görə dəfələrlə fəxri fərman və mükafatlarla təltif edilib. 2010-cu ildə "İlin gənc jurnalisti" adına layiq görülüb. 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən öz təşəbbüsü ilə namizəd kimi iştirak etmişdir.
Fikrət Qoca
Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca; 25 avqust 1935, Kotanarx, Ağdaş rayonu – 5 may 2021, Ağdaş) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının xalq şairi (1998) Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir. Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur.
Fəxrəddin Qocayev
Geriyə baxma, qoca (roman)
Geriyə baxma, qoca — İlyas Əfəndiyevin ilk dəfə 1980-ci ildə nəşr olunmuş avtobioqrafik romanı. İlyas Əfəndiyevin bu əsəri əslində avtobioqrafik sayıla bilər və müəllif bunu tarixə müraciət edərək göstərir. Çox qısa bir müddətdə dörd hakimiyyətin – çar üsul-idarəsinin, burjua respublikasının (XCQK, ZK, ZDFR), xalq cümhuriyyətinin və bolşevik rejiminin bir-birin əvəz etməsinin xalqın müxtəlif təbəqələrinin həyatında yaratdığı ümid və gözləntilər özünün bədii ifadəsini tapmışdır. Əsər Latın qrafikalı Azərbaycan əlifbası ilə 2017-ci ildə Bakı Kitab Klubunda 308 səhifədə 50 tirajla çap edilib. Geriyə baxmağa dəyər... (film, 1985) Goodreads-də Geriyə baxma, qoca "Geriyə baxma, qoca (roman)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
Gülnara Qocayeva Məmmədova
Gülnara Qocayeva-Məmmədova (Gülnara Nadir qızı Qocayeva-Məmmədova; 1959, Qızılhacılı, Marneuli rayonu) – Gürcüstan alimi, assosatsion professor (dosent). Gülnara Qocayeva Məmmədova 1959-cu ildə SSRİ respublikalarından olan Gürcüstan SSR-nin Qızılhacılı kəndində anadan olmuşdur. Qocayeva Məmmədova 1982-ci ildə Tbilisi Dövlət Pedaqoji İnstitutu, Azərbaycan dili və ədəbiyyatı – Gürcü dili və ədəbiyyatı ixtisasını fərqlənmə ilə bitirmişdir. O, 2004-cü ildə Bakı Dövlət Universitetinin Azərbaycan Təhsil Problemləri İnstitutunda, professor Əjdər Ağayevin elmi rəhbərliyi ilə "Gürcüstan Demokratik Respublikasında azərbaycanlıların təhsili (1918–1921-ci illər)" mövzusunda elmlər namizədi olmuşdur. 1982–2006-cı illərdə Tbilisi Dövlət Pedaqoji Universiteti kitabxanaçı, müəllim və baş müəllim kimi çalışmışdır. 1999–2005-cı illərdə Tbilisi Humanitar Universitetində, 2003–2006-cı illərdə Tbilisi Dövlət Pedaqoji Universitetinin Marneuli filialında, 2006–2009-cu illərdə Türkiyənin Qafqaz Universitetində, 2010–2011-ci illərdə isə Heydər Əliyev Gürcüstan-Azərbaycan Universitetində dosent (assosatsion professor) kimi çalışmışdır. Kitablar 2002 Gürcüstan Azərbaycanlılarının Təhsili Tarixi I: Yüz Yaşlı Məktəblər: Tiflis, Qızılhacılı, Telav-Qaracala, Arıxlı, Sadaxlı məktəbləri – Global-Print / Tbilisi Məqalələri 1995 Tiflisdə Azərbaycan Milli Gimnaziyası. – Azərbaycan Məktəbi, Sayı 1–3 / Bakı 1999 Borçalıda Maarif Qaranquşları (Gürcüstanda Demokratik Respublika Dövründə Azərbaycanlı Müəllimlər Hazırlığı Tədbirləri). – Pedaqoji Tədqiqatlar, Azərbaycan Dövlət Pedaqoji Universiteti Elmi məqalələr məcmuəsi, Sayı 1, s. 105–111 / Bakı 1999 ქართული ენის სწავლება აზერბაიჯანულ სკოლებში (1918-1921 წწ) = Azərbaycan məktəblərində Gürcü Dilinin Tədrisi (1918–1921-ci illərdə).
Günəş Qocayev
Günəş Əfqan oğlu Qocayev (12 noyabr 1996; Xaçmaz rayonu, Azərbaycan — 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Günəş Qocayev 1996-cı il noyabrın 12-də Xaçmaz rayonunun Palçıqoba kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Günəş Qocayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Günəş Qocayev noyabrın 1-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Xaçmaz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Günəş Qocayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Günəş Qocayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hamlet Qoca
Hamlet Göyüş oğlu Qoca (22 dekabr 1942, Ağdaş – 7 may 2019, Bakı) — Azərbaycan yazıçısı, nasir-tərcüməçi, ictimai xadim. SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü. Fransa Mədəniyyət Nazirliyinin "İncəsənət və ədəbiyyat Komandoru" ordeni və fəxri adı laureatı. Hamlet Qoca 1942-ci ilin 22 dekabr tarixində anadan olub. Orta təhsil illərindən Avropa dillərini öyrənməyə başlamış, Ağdaş şəhərində 1 saylı tam orta təhsil məktəbini bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki ADU) fransız dili və ədəbiyyatı fakultəsinə qəbul olunmuşdur. Təhsil illərində əlaçı olmuş, fransız dili ilə bərabər ingilis dilini də mükəmməl öyrənməyə səy göstərmiş, fransızca səlis, qramatik nitqə və tərcüməçilik qabiliyyətinə malik olmuşdur. 1963-cü ildə Tbilisidə keçirilən Tələbə Elmi Cəmiyyətlərinin Ümumittifaq konfransında fransız dilində məruzəsinə Fransalı nümayəndələr yüksək qiymət vermiş və təhsilinin davamı üçün onu Sarbon universitetinə dəvət etmişdilər, lakin dövrün məlum siyasətinin qoyduğu qadağalar qarşısında o, dəvətdən imtina etməyə məcbur olmuşdur. Hamlet Qoca hələ tələbə ikən 1964–1966-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunda fransız dilində olan elmi-tarixi arxiv materiallarını ana dilimizə çevirməklə iş fəaliyyətinə başlamışdır. İnstitutu əla qiymətlərlə bitirəndən sonra 1966-cı ildə Afrikaya, Mali Respublikasındakı sovet səfirliyinə mütərcim təyinatı alır. 1968-ci ilə qədər burada çalışır və eyni zamanda Malinin tarixi-mədəni, ictimai-sosial, etnik xüsusiyyətlərini araşdırmaqla məşğul olur ki, bu da sənədli memuar tipli ilk əsərinin, "Tam-tamlar ölkəsində" (1971) kitabının yazılmasına imkan yaradır və sonralar bu silsiləni davam etdirərək işlədiyi, ezamiyyətdə olduğu Afrika ölkələrinin özəlliklərini əks etdirən "Afrikada gördüklərim" (1986), "Üç Afrika ölkəsi" (1989) kimi əsərlərini qələmə alır.
IV Qoca Hakon
IV Qoca Hakon və ya IV Hakon Hakonsson (q.skan. Hákon Hákonarson, norv. Håkon Håkonsson) — 1217–1263-cü illərdə Norveç kralı (konunq). Onun hakimiyyəti 46 il davam etmişdir. Bu isə I Haralddan sonra Norveçdəki ən uzunmüddətli hakimiyyət idi. O, Hakon Sverressonun və Varteyqli İnqanın övladı idi. Hakon Norveçin iğtişaşlı vətəndaş müharibəsi dövründə anadan olmuşdu. 1217-ci ildə birkebeynerlər kralı olmuşdur. Onun hakimiyyəti dövründə vətəndaş müharibəsi və digər daxili münaqişələr sona çatmışdır. Birkebeynerlər fraksiyasının kralı olaraq, Hakonsson son baqler taxt iddiaçısı olan Siqurd Ribbunqun 1227-ci ildə qaldırdığı üsyanı yatırmışdır.
Kürəkən Qoca Mustafa Paşa
Kürəkən Qoca Mustafa Paşa (ö. 1728) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən abxaz olub, saraya necə alındığı bilinmir. Əndərunda yetişmişdir. Qapıçılar kəndxudası olaraq xidmət etmiş, ardından Kayseri sancaqbəyliyi ilə saraydan ayrılmışdır. 1715-ci ildə Hələb bəylərbəyi olmuş, ertəsi il şərq cəbhəsinə göndərilmişdir. 1717-ci ildə vəzir rütbəsi alaraq Hotin qalasının mühafizəsiylə vəzifələndirilmiş, 1719-cu ildə Trabzon valisi olmuş, 1722-ci ildə yenidən Hotin qalasına təyin edilmişdir. Bu vəzifədə ikən 18 avqust 1725-ci ildə Sultan Mustafanın qızlarından Ayşə Sultanla nigahlandı. Ancaq çox keçmədən 1728-ci ildə vəfat etmişdir. Sicill-i Osmani IV cild, səh.
Maqsud Qocamonov
Məqsəd Qocamanov Hüseyn oğlu (d.1960 - cı ildə Qazax rayonu) texnika elmləri doktoru, professor. Məqsəd Qocamanov 1960 - cı ildə Qazax rayonunda anadan olub. 1977- ci ildə orta məktəbi fərqlənmə ilə, 1982-ci ildə Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetini (MİİQAiK) «astronomo-geodeziya» ixtisası üzrə bitirib. 1989-cu ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1989-1992- cı illərdə Azərbaycan Neft və Kimya institutunda assistent, 1992 - ci ildən Bakı Dövlət Universitetinin «Geodeziya və kartoqrafiya» kafedrasında baş müəllm (1992-1994), dosent (1994-2006), professor (2006) və kafedra müdiri (2011) vəzifəsində çalışır. Ali təhsilin bütün pillələrini (institut, aspirantura, doktorantura) Rusiyada (Moskva ş.-MİİQAiK-də) keçmiş, geodeziya - kartoqrafiya sahəsində elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüş ilk və yeganə azərbaycanlıdır.AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutu nəzdində doktorluq dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya şurasının, BDU-nun Coğrafiya fakultəsinin elmi və metodik şuralarının üzvüdür.O, çoxsaylı beynəlxalq elmi və elmi-praktik konfransların, simpoziumların: (MİİQAiK – 225, Moskva, 2004), Geoforum (Moskva, 2003, 2005), Geoforum (Lvov, 2003), (MİİQAiK – 230, Moskva, 2009), (Ali geodeziya təhsili-175 il, Moskva, 2010), (Daşkənd İrriqasiya və Meliorasiya institutu, Daşkənd, 2011), (Avstraliya, Melburn ş., 2012), (Polşa, Vroslav ş., 2013), (Türkiyə, Ankara ş., 2013) və s. iştirakçısı olmuşdur. O, bir çox Beynəlxalq elmi cəmiyyət və təşkilatların, o cümlədən Beynəlxalq Fotoqrammetriya və Məsafədən Duyma Təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin sədridir. 150-dən çox elmi əsərin müəllifidir. O cümlədən, ali məktəblər üçün «Geodeziya ölçmələrinin riyazi hesablanması», «Geodeziya ölçmələrinin hesablanması və tarazlaşdırılması», «Hərbi topoqrafiya» dərsliklərinin, «Peyk texnologiyalarından istifadə etməklə geodeziya şəbəkələrinin yenidən qurulması və inkişafı» (2008, Moskva-Bakı), «Dənizdə işlərin geodeziya təminatı və monitorinq xüsusiyyətləri» (2009, Moskva-Bakı) monoqrafiyalarının, Geodeziya, kartoqrafiya və aerofotoplanalmaya dair rusca- azərbaycanca terminoloji lüğətin, iki müəlliflik şəhadətnaməsinin, tədrisə dair 25 metodik iş və proqramların müəllifidir.
Mürsəl Qocayev
Qocayev Mürsəl Eyvaz oğlu - jurnalist. 1926-cı il martın 21-də Zəngilan rayonunun Sarallı Xəştab kəndində (bu kənd 1952-ci ilə kimi Qubadlı rayonunun inzibati ərazisinə daxil idi) anadan olmuşdur. 1944-cü ilin oktyabr ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakultəsinə daxil olmuş, 1948-ci ildə bitirmişdir. 1948-49 tədris ilində Qubadlı qəsəbə orta məktəbində müəllimlik fəaliyyətinə başlamış, 1953-55-ci illərdə tədris hissə üzrə direktor müavini işləmişdir. 1955-ci ilin yanvarında Qubadlı rayon partiya komitəsində ideoloji şöbə müdiri, 1957-ci ilin oktyabrında isə rayon “Avanqard” qəzetinin redaktoru vəzifəsinə irəli çəkilmişdir. 1961-ci ildə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilmiş Zəngilan, Qubadlı, Cəbrayıl rayonları üzrə istehsalat birliyi təşkil olunmuşdur. Bu zaman həmin birlik üzrə Azərbaycan MK və Azərbaycan NS-nin həftədə 4 dəfə dərc olunan rayonlararası “Kolxozçu” qəzeti nəşr olunmağa başlamışdır. O, həmin qəzetin Qubadlı və Zəngian üzrə xüsusi müxbiri təyin olunmuş və 1963-cü ilin əvvəlinə kimi işləmişdir. 1963-cü ildə Qubadlı, Zəngilan və Laçın rayonu üzrə rayonlararası “Kənd həyatı” qəzeti təşkil olunarkən həmin qəzetin redaktoru təyin olunmuş və 1965-ci ildə həmin rayonlar ayrılıb özlərində qəzet buraxmağa başlanandan sonra o, “Kənd həyatı” rayon qəzetində redaktor fəaliyyətini davam etdirmişdir. 1986-cı ildə təqaüd yaşına çatsa da onu vəzifədən azad etməmişlər.
Məhəmməd Qocayev
Məhəmməd Qəmbər oğlu Qocayev (1912, Qaçağan, Borçalı qəzası – 27 noyabr 1972, Marneuli) — Gürcüstan SSR dövlət və partiya xadimi. 1950–1951-ci illərdə Marneuli Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri. Sovet İttifaqı Sosialist Əmək Qəhrəmanı. Məhəmməd Qəmbər oğlu Qocayev 1912-ci ildə anadan olmuşdur.1917-ci ildə atasını itirən 5yaşlı Məhəmməd, anası Xeyransa Alı qızının himayəsində qalır. 1927-ci ildə Məhəmməd Qocayev komsomol sıralarina qəbul olunur,1929-cu ildə Kəndli Gənclər Məktəbini bitirir. 1930-cu ildə Gürcüstan SSR Maarif Komissarlığının Tbilisidə 6aylıq kursuna daxil olur. Oranı bitirdikdən sonra Borçalı rayonunun Betarabçı kənd dördillik məktəbinə müdir təyin edilir. 1932-ci ildə Qaçağan kənd sovetliyinin katibi, sonra kənd sovet sədrinin müavini seçilir. 1933-cü ildə Borçalı Rayon Partiya Komitəsi Bürosunun qərarı ilə Tbilisi şəhərindəki Zaqafqaziya Ali Kommunist Kənd Təsərrüfatı Məktəbinə təhsil almağa göndərilir.1935-ci ildə Gürcüstan LKGİ MK bürosunun qərarı ilə Borçalı rayon komsomol komitəsində təlimatçı-təbliğatçı vəzifəsinə təyinat alır. Məhəmməd Qocayev 1936-cı ildə "Gündoğan"kolxozuna sədr seçilir.
Məqsəd Qocamanov
Məqsəd Qocamanov — texniki elmlər doktoru, professor, BDU-nun kafedra müdiri, Geodeziya və Kartoqrafiya sahəsi üzrə ilk və yeganə elmlər doktoru, beynəlxalq Fotoqrammetriya və məsafədən Duyma Təşkilatının Azərbaycan nümayəndəliyinin sədri. Məqsəd Qocamanov 1960-cı il martın 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1967-1977-cü illərdə 2 №-li Daş Salahlı kənd orta məktəbində oxuyub. 1977-1982-cı illərdə Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin (MİİQAiK) geodeziya fakültəsində astronomik-geodeziya ixtisası üzrə (əlavə dəniz geodeziyası ixtisaslaşması almaqla) əyani şöbədə, 1986-1989-cu illərdə MİİQAiK-də əyani aspiranturada (namizədlik dissertasiyasının mövzusu: "Dənizdə obyektlərin koordinatlarının təyin edilməsi üçün Yerin süni peyk sistemi və Yerüstü radiogeodeziya sistemlərindən birgə istifadə metodlarının işlənməsi "; elmi dərəcəsi: texnika elmləri namizədi), 2002-2005-ci illərdə MİİQAiK-də əyani doktoranturada (doktorluq dissertasiyasının mövzusu: "Ərazi xüsusiyyətlərini nəzərə almaqla Dövlət Geodeziya Şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üçün müasir peyk texnologiyalarının işlənməsi"; elmi dərəcəsi: texnika elmləri doktoru) təhsil alıb. Ali təhsilin bütün pillələrini(universitet, aspirantura, doktorantura) əyani şöbədə Moskva Dövlət Geodeziya və Kartoqrafiya universitetində keçmiş, geodeziya-kartoqrafiya elmi sahəsində ilk və yeganə azərbaycanlı elmlər doktorudur. 1985-ci ildə Azərbaycan Xarici Dillər İnstitutu nəzdində iki illik ingilis dili kursunu bitirib. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Təhsil işçisi" döş nişanı( 30 noyabr 2012-ci il), Fəxri fərman ( 17 dekabr 2014-ci il), "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı (25 noyabr 2019-cu il), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. 1982-1986-cı illərdə SSRİ Nazirlər Soveti yanında Baş Geodeziya və Kartoqrafiya idarəsinin 16 №-li müəssisəsində ( AR Dövlət Torpaq və Xəritəçəkmə komitəsi) mühəndis-briqadir, Texniki Nəzarət şöbəsində baş müfəttiş, 1989-1992-ci illərdə AzNEFTKİMYA İnstitutunda laboratoriya müdiri, assistent, 1992-1994-cü illərdə BDU-nun Geodeziya və kartoqrafiya kafedrasında baş müəllim, 1994-2006-cı illərdə dosent olaraq çalışıb. 2006-cı ilin iyulundan kafedranın professoru, 2011-ci ilin iyulundan isə müdiridir. "Geodeziya", "Geodeziya ölçmələrinin riyazi hesablanması və tarazlaşdırılması", "Xəritələrin geodeziya əsasları", "Geodeziya və kartoqrafiya", "Ali və kosmik geodeziya" fənnlərindən dərs deyir.
Nadir Qocabəyli
Natiq Qocayev
Natiq Vəli oğlu Qocayev (d.5 sentyabr 1972, Baki ş.) — jurnalist, "Tərəqqi" medalı mükafatçısı. 1972-ci il 5 sentyabrda Baki şəhərində ziyallı ailəsində anadan olub. Atası Vəli Qocayev, fizika-riyaziyyat elmləri üzrə professor, Azərbaycan Memarlıq və İnşaat Universitetide 50 ilə yaxın çalışmışdır. Natiq Qocayev Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır. 24 fevral 2019-ci il tarixində Bakı şəhərində vəfat edib. 4 fevral Natiq Qocayevin atası Vəli Qocayev vəfat edib. Jurnalist Natiq Vəli oğlu Qocayev 1998-ci ildən bəri fasiləsiz olaraq Azərbaycan mətbuatında çalışır. Bu müddət ərzində o, Natiq Qocaman təxəllüsü ilə "Polis", "Serial" qəzetlərində, həmçinin müstəqil Azərbaycanın ictimai-siyasi həyatını mətbuat səhifələrində müntəzəm olaraq və obyektiv şəkildə şərh etmişdir. 2011-ci ildən fəaliyyətə başlayan "Mediainfo" xəbər agentliyi N.V.Qocayevin rəhbərliyi ilə müstəqil Azərbaycanın bugünkü uğurlarını təhlil və təbliğ edir. Ermənistan və Azərbaycan Respublikalarının milli qəhrəmanlarının müqayisəli şəkildətəhlilini əks etdirən yazı isə Türkiyə mətbuatının diqqətini cəlb etdiyindən, CNN Türk, DHA müxbirləri adıçəkilən məqalə barədə xüsusi süjet hazırlamışlar.
Nicat Qocayev
Nicat Qocayev — Misir inqilabı zamanı qətlə yetirilmiş Azərbaycan səfirliyinin əməkdaşı Nicat Qocayev 1987-ci il yanvarın 12-də Ağcabədidə anadan olub. Onun uşaqlıq dövrü və gəncliyi doğma yurdunda keçib. Orta məktəbi əla qiymətlərlə bitirən Nicat Azərbaycan Beynəlxalq Universitetinin beynəlxalq əlaqələr fakültəsinə daxil olur. Orta məktəbdə olduğu kimi, universitetdə də əlaçı oxuyur. Universiteti bitirdikdən sonra ikinci ali təhsil almaq qərarına gəlir. Və İqtisadiyyat Universitetinin mühasibat uçotu fakültəsinə daxil olur. 23 yaşında qiyabi təhsil ala-ala Xarici İşlər Nazirliyində işə düzəlir. Onun səfirlikdə işə düzəlməsinə öz biliyi və bacarığı yardımçı olur. Belə ki, Nicat türk, rus, ingilis, ərəb dillərini müstəqil bilirdi. 8 ay XİN-də çalışdıqdan sonra 2010-cu ilin avqust ayında onu Qahirəyə, Azərbaycanın Misirdəki səfirliyinə ezamiyyətə göndərirlər.
Niftalı Qocayev
Niftalı Qocayev (biofizik)
Niftalı Qocayev (biofizik)
Qocayev Niftalı Mehralı oğlu (18 oktyabr 1936, Göyərçin, İcevan rayonu) — fizika-riyaziyyat elmləri doktoru (2003), professor (1979). Niftalı Qocayev 18 oktyabr 1936-cı ildə Qərbi Azərbaycanın Dilican rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olan Niftalı Qocayev 1958-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O, təyinatla universitetdə saxlanılmış və bir il Molekulyar fizika kafedrasında laborant vəzifəsində çalışmışdır. 1959-cu ildə keçmiş SSRİ Elmlər Akademiyasının Sant-Peterburq şəhərində yerləşən Yüksəkmolekullu Birləşmələr İnstitutunun aspiranturasına daxil olmuşdur. O, akademik M.V.Volkenşteynin elmi rəhbərliyi altında molekulyar fizika ixtisası üzrə elmi fəaliyyətini davam etdirmişdir. 1963-cü ildə "Dezoksiribonuklein turşusunun reduplikasiyasının termodinamik və kinetik məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək ilk azərbaycanlı biofizik alim olaraq məzun olmuşdur. Niftalı Qocayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Molekulyar fizika kafedrasında müəllim olaraq başlamışdır. 1979-cu ildə professor elmi adını almışdır.
Niftalı Qocayev (professor)
Qocayev Niftalı Mehralı oğlu (18 oktyabr 1936, Göyərçin, İcevan rayonu) — fizika-riyaziyyat elmləri doktoru (2003), professor (1979). Niftalı Qocayev 18 oktyabr 1936-cı ildə Qərbi Azərbaycanın Dilican rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olan Niftalı Qocayev 1958-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O, təyinatla universitetdə saxlanılmış və bir il Molekulyar fizika kafedrasında laborant vəzifəsində çalışmışdır. 1959-cu ildə keçmiş SSRİ Elmlər Akademiyasının Sant-Peterburq şəhərində yerləşən Yüksəkmolekullu Birləşmələr İnstitutunun aspiranturasına daxil olmuşdur. O, akademik M.V.Volkenşteynin elmi rəhbərliyi altında molekulyar fizika ixtisası üzrə elmi fəaliyyətini davam etdirmişdir. 1963-cü ildə "Dezoksiribonuklein turşusunun reduplikasiyasının termodinamik və kinetik məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək ilk azərbaycanlı biofizik alim olaraq məzun olmuşdur. Niftalı Qocayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Molekulyar fizika kafedrasında müəllim olaraq başlamışdır. 1979-cu ildə professor elmi adını almışdır.
Niftalı Qocayev (əsgər)
Niftalı Zakir oğlu Qocayev (20 noyabr 1994; Çaylı, Qazax rayonu - 1 noyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Niftalı Qocayev 1994-cü il noyabrın 20-də Qazax rayonunun Çaylı kəndində anadan olub. 2001-2012-ci illərdə E.Cəfərov adına 2 saylı Çaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Niftalı Qocayev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Niftalı Qocayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayıl istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Niftalı Qocayev noyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Çaylı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niftalı Qocayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nizami Qocayev
Nizami Mehralı oğlu Qocayev — İsmayıllı rayon polis şöbəsinin rəisi (2016-cı ilə qədər) Nizami Mehralı oğlu Qocayev 1955-ci ildə anadan olmuşdur. Nizami Qocayev vaxtilə DİN-in İstintaq İdarəsinin rəisi olub. O, 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edildi. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra dövlət başçısı tərəfindən əfv olundu. Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edildi. Nizami Mehralı oğlu Qocayev Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2000-ci il 13 mart tarixli hökmü ilə məhkum edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 13 mart 2002-ci il tarixli 678 saylı fərmanı ilə Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Nizami Mehralı oğlu Qocayev cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir.. Hal-hazırda Gəncə şəhəri Ədliyyə Nazirliyi Regional İcra xidmətinin rəisidir.2016-cı ildən bu vəzifədə çalışır.
Osmancıqlı (Amasyalı) Qoca Mehmed Nizamüddin Paşa
Osmancıqlı Qoca Mehmed Nizamüddin Paşa (d.? - Ö. 1439, Osmancıq) - 28 Avqust 1429'dan, yerini Çandarlı Xəlil Paşaya buraxdığı 1438-ci ilə qədər 9 il sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Bu gün Çorum'un bir rayonu olan Osmancıqda doğulmuşdur. Doğum tarixi məlum deyil. Atası 1406-1413 dövründə Osmanlı Dövlətinə sədrəzəmlik etmiş olan Osmancıqlı İmamzadə Xəlil Paşadır. İzahlı Osmanlı tarixi Xronologiyasında Qoca Mehmed Paşanın Amasyalı olduğundan bəhs edilir. Bu məlumat o zamanki inzibati təşkilat baxımından doğru olmaqla birlikdə, (Osmancıq o sırada Amasya sancağına bağlı idi) əslən Osmancıqlı olduğu, vəzifədən alındıqdan sonra bura yerləşməsi ilə də sabitdir. Digər tərəfdən, xanımlarının birinin, Amasya'nın məşhur şəxslərindən Qutlu Paşanın qızı Cahan Xatun olması Amasyalı olmasını sübut edir. Sultan I. Mehmedin Amasiyada olduğu zamanlarda Anadolu Bəylərbəyi olmuşdur. 1415 tarixində bu rütbədə böyük müvəffəqiyyət göstərdiyi üçün, Sultan II. Murad tərəfindən, taxta çıxışıyla birlikdə sədrəzəmlik mövqeyinə gətirilmişdir.

Значение слова в других словарях