Maqsud Qocamonov
Məqsəd Qocamanov Hüseyn oğlu (d.1960 - cı ildə Qazax rayonu) texnika elmləri doktoru, professor.
== Həyatı ==
Məqsəd Qocamanov 1960 - cı ildə Qazax rayonunda anadan olub. 1977- ci ildə orta məktəbi fərqlənmə ilə, 1982-ci ildə Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetini (MİİQAiK) «astronomo-geodeziya» ixtisası üzrə bitirib.
== Elmi fəaliyyəti ==
1989-cu ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1989-1992- cı illərdə Azərbaycan Neft və Kimya institutunda assistent, 1992 - ci ildən Bakı Dövlət Universitetinin «Geodeziya və kartoqrafiya» kafedrasında baş müəllm (1992-1994), dosent (1994-2006), professor (2006) və kafedra müdiri (2011) vəzifəsində çalışır. Ali təhsilin bütün pillələrini (institut, aspirantura, doktorantura) Rusiyada (Moskva ş.-MİİQAiK-də) keçmiş, geodeziya - kartoqrafiya sahəsində elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüş ilk və yeganə azərbaycanlıdır.AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutu nəzdində doktorluq dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya şurasının, BDU-nun Coğrafiya fakultəsinin elmi və metodik şuralarının üzvüdür.O, çoxsaylı beynəlxalq elmi və elmi-praktik konfransların, simpoziumların: (MİİQAiK – 225, Moskva, 2004), Geoforum (Moskva, 2003, 2005), Geoforum (Lvov, 2003), (MİİQAiK – 230, Moskva, 2009), (Ali geodeziya təhsili-175 il, Moskva, 2010), (Daşkənd İrriqasiya və Meliorasiya institutu, Daşkənd, 2011), (Avstraliya, Melburn ş., 2012), (Polşa, Vroslav ş., 2013), (Türkiyə, Ankara ş., 2013) və s. iştirakçısı olmuşdur. O, bir çox Beynəlxalq elmi cəmiyyət və təşkilatların, o cümlədən Beynəlxalq Fotoqrammetriya və Məsafədən Duyma Təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin sədridir.
== Elmi əsərləri ==
150-dən çox elmi əsərin müəllifidir. O cümlədən, ali məktəblər üçün «Geodeziya ölçmələrinin riyazi hesablanması», «Geodeziya ölçmələrinin hesablanması və tarazlaşdırılması», «Hərbi topoqrafiya» dərsliklərinin, «Peyk texnologiyalarından istifadə etməklə geodeziya şəbəkələrinin yenidən qurulması və inkişafı» (2008, Moskva-Bakı), «Dənizdə işlərin geodeziya təminatı və monitorinq xüsusiyyətləri» (2009, Moskva-Bakı) monoqrafiyalarının, Geodeziya, kartoqrafiya və aerofotoplanalmaya dair rusca- azərbaycanca terminoloji lüğətin, iki müəlliflik şəhadətnaməsinin, tədrisə dair 25 metodik iş və proqramların müəllifidir.