SƏNA

1
сущ. бот. кассия (травянистое растение сем. бобовых, листья и плоды которого употребляются как слабительное средство). Ensizyarpaq səna узколистная кассия
2
сущ. устар. восхваление, воспевание; səna etmək восхвалять, воспевать
SƏN-MƏN
SƏNAMƏKİ
OBASTAN VİKİ
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Daryaraq səna
Afrika və Hindistanda yayılmışdır. Hündürlüyü 1,5-2 m olan çoxillik, tropik yarımkoldur. Gövdəsi düz dayanan, budaqları yuxarıya doğru yönəlmişdir. Az şaxələnən, torpağın dərin qatlarına gedən mil kök sisteminə malikdir. Yarpaqları növbəli, cütlələkvari, 4-8 cüt ensiz, 20-yə qədər yumurtavari-neştərvari yarpaqcıqdan ibarətdir. Yarpaqcıqların kənarları bütöv, ucu biz, dərili, uzunluğu 3-4 sm, eni 0,5-1 sm, qısa saplaqlıdır. Avqust ayında çiçəkləyir. Çiçəkləri bir az əyri, iri, qızılı-sarı, salxımşəkilli çiçək qrupunda yığılmışdır. Ləçəkləri sarıdır. Paxlası oraqvari, əyri, dərivari, yastı, hamar, uzunluğu 5,5 sm, eni 2,5 sm, tünd qonur rəngli, çoxtoxumludur.
Şişyarpaq səna
Səna (bitki)
Səna (lat. Senna) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Səna (dəqiqləşdirmə)
Səna — Yəmənin paytaxtı və böyük şəhəri. Səna (bitki) — paxlakimilər fəsiləsinə aid bitki cinsi. SANA — Suriyanın dövlət informasiya agentliyi.
Tərs yumurtavari səna
Əsasən Sudanda yayılmışdır. Hündürlüyü 1 metr olan yarımkol və ya koldur. Yarpaqları 5 cüt, yarpaqcıqları enli, tərs-yumurtavari, ucdan dəyirmidir. Ləçəkləri qeyri bərabərdir. Paxlası yastı, oraqvari, iri, 3-4 sm uzunluğundadır. Avqust ayında çiçəkləyir. İşığa, istiyə, küləyədavamlı bitkidir. Torpağa tələbkar deyildir. Mədəni halda Abşeronda Dendrologiya İnstitutunun təcrübə sahəsində becərilir. Yolların kənarlarında canlı çəpərlərin salınmasında, qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
Quranın Səna əlyazması
Səna əlyazması — bu gün mövcud olan ən qədim Quran əlyazmalarından biri. 1972-ci ildə Yəməndə Səna Böyük Məscidinin bərpası zamanı bir çox digər Quran fraqmentləri və başqa əşyalarla birlikdə tapılıb . Əlyazma iki təbəqədə perqament üzərində yazılmışdır. Üst təbəqə Osman dövründə istifadə edilən standart yazı ilə yazılmış Quran olsa da, alt təbəqə standart yazı ilə müqayisədə fərqlənir. Alt təbəqənin bir versiyası 2012-ci ildə nəşr edildi. Karbon testləri onun 99% dəqiqliklə 669-cu ildən əvvəl və 95.5 faiz dəqiqliklə 578-ci ildə sonra yazıldığını göstərir. Səna əlyazmalarından 926 parça təhlil edilmişdir. 22%-i məlum olan Qurandan yazılış, dilçilik və düzülüş etibarilə tamamilə fərqlənir.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi — müdafiə, radioelektronika, cihazqayırma sahələrində məhsulların dizaynı, istehsalı, tənzimlənməsi və saxlanmasına cavabdeh olan dövlət qurumu. Nazirlik 16 dekabr 2005-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Əvvəllər Azərbaycan Silahlı Qüvvələri tərkibində olan Hərbi Sənayə və Silahlanma Dövlət İdarəsi və Hərbi Elm Mərkəzi yeni nazirliyə birləşdirildi. Yavər Camalov 2006-cı ilin martından 23 iyun 2018-ci ilədək ilk nazir olmuşdur. Nazir Yavər Camalovun vəfatından sonra 19 yanvar 2019-cu ilə nazirlik ləğv edilərək, onun əsasında "Azərsilah" ASC yaradılmış, lakin 5 ay sonra 20 iyunda "Azərsilah"ın yaradılması barədə fərman ləğv edilib. Mədət Quliyev Azərbaycan Prezidentinin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Müdafiə Sənayesi Naziri təyin edilmişdir. Azərbaycanın Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərqə böyük silah ixracatçısı olmaq planı var. 2008-ci ilin yanvarında Azərbaycanın müdafiə sənayesinin zirehli personal daşıyıcıları və piyadaların döyüş maşınları, həmçinin kiçik çaplı topçu silah istehsalına başlayacağı elan edildi. Nazirlik Ukrayna, Belarus və Pakistanın müdafiə sektorları ilə əməkdaşlıq edir. 2008-ci ildə Azərbaycanda daha bir neçə hərbi zavod yaradıldı.
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi — Azərbaycan Respublikasının iqtisadi siyasətinin formalaşdırılması, makroiqtisadi proqnozların hazırlanması, iqtisadi inkişaf və artımın təmin edilməsi üçün əlverişli şərait yaradılması, investisiya fəaliyyətinin təşviqi, sahibkarlığın və sənayenin inkişafı, lisenziya və icazə sisteminin tənzimlənməsi, rəqabətin qorunması, inkişafı və təşviqi, istehlakçıların hüquqlarının qorunması, dövlət satınalmalarının həyata keçirilməsi, dövlət büdcəsinə vergilərin, Nazirliyin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılması, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, torpaqların dövlət idarəetməsinin təşkili, daşınmaz əmlakın dövlət kadastrının və reyestrinin aparılması sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində müstəqil Azərbaycanın ilk Ticarət və Sənaye Nazirliyi fəaliyyət göstərmişdir. 1920–1991-ci illərdə SSRİ-nin tərkibində olan Azərbaycan Sovet Sosialist Respublikasında iqtisadi məsələlər Ticarət, Sənaye və Ərzaq Komissarlığı, Ticarət və Sənaye Nazirliyi, Azərbaycan SSR Dövlət Plan Komitəsi kimi qurumlar tərəfindən tənzimlənmişdir. 30 aprel 2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi ləğv edilmiş, onların bazasında İqtisadi İnkişaf Nazirliyi yaradılmışdır. 22 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yaradılmışdır. 15 yanvar 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaradılmışdır. 23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında əsasnamə təsdiq edilib. Nazirlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi haqqında qəbul edilmiş Əsasnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyəti həyata keçirir: Ölkənin sosial-iqtisadi inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Dayanıqlı və inklüziv iqtisadi inkişafın və davamlı iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradılması ilə bağlı təkliflər hazırlamaq; Ölkə iqtisadiyyatının inkişaf prioritetlərinə uyğun olaraq, dövlət iqtisadi idarəetmə, maliyyə, o cümlədən dövlət və icmal büdcələrin gəlir və xərclərinin əsaslandırılmasında, vergi, pul-kredit, valyuta, bank, sığorta, qiymətli kağızlar bazarı, qiymət-tarif, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahələrində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək; Aidiyyəti dövlət orqanları və qurumları (bundan sonra – dövlət orqanları) ilə birlikdə sosial-iqtisadi inkişaf konsepsiyalarının və dövlət proqramlarının hazırlanmasını, icrasının əlaqələndirilməsini və nəzarətini (monitorinqini) həyata keçirmək; Ölkədə sosial-iqtisadi inkişaf sahəsində gedən proseslərin qiymətləndirilməsini, sosial-iqtisadi (makroiqtisadi) proqnozların hazırlanmasını həyata keçirmək; Dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə və iqtisadi maraqlarının qorunmasına, davamlı iqtisadi artım əldə edilməsinə yönəldilmiş tədbirlərin hazırlanmasını və həyata keçirilməsini aidiyyəti dövlət orqanları ilə birlikdə təmin etmək; İqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılmasına və ölkədə biznes mühitinin yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyəti həyata keçirmək; Milli iqtisadiyyatın və ixracın təşviqi və şaxələndirilməsi sahəsində məqsədyönlü fəaliyyəti təşkil etmək; Aidiyyəti dövlət orqanları ilə birlikdə sənaye sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi, qorunması və təşviqi sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Sahibkarlığın inkişafı, təşviqi və sahibkarlığa dövlət dəstəyi, habelə lisenziya və icazə sisteminin tənzimlənməsi sahələrində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək; Ölkədə davamlı iqtisadi yüksəlişin insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə olunması məqsədilə bu sahədə uzunmüddətli proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Ölkədə azad rəqabətin qorunması, inkişafı və təşviqi, o cümlədən inhisarçılıq fəaliyyətinin qarşısının alınması, haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Xarici iqtisadi əlaqələrin və xarici ticarət fəaliyyətinin inkişafı və tənzimlənməsi sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Regionların sosial-iqtisadi inkişafı sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Dövlət büdcəsinə vergilərin, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Nazirliyin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılması sahəsində idarəetməni həyata keçirmək; Dövlət aktivlərinin idarə edilməsinə dair dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək, dövlət mülkiyyətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq; Dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və torpaqların idarə olunması və özəlləşdirilməsi, həmçinin daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının aparılması sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; İstehlakçıların hüquqlarının qorunması və istehlak mallarının (işlərin, xidmətlərin) keyfiyyətinin təmin olunması sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək; Standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahələrində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək. İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan tabeliyindəki qurumların siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı "İqtisadi Zonaların İnkişafı Agentliyi" publik hüquqi şəxs.
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (ing. Entrepreneurship Development Fund of the Republic of Azerbaijan) — sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və təşviq edilməsi istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond ölkədə sahibkarlığın inkişafına dəstək verməklə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü və idxalı əvəzedən məhsul istehsalının artırılmasına, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi ilə iqtisadiyyatda özəl sektorun payının daha da artırılmasına xidmət edir. 12 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 269 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Əsasnamə"sinin təsdiq edilməsi ilə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyuldu. 1993-cü ilin fevralından Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin xüsusi struktur bölməsi kimi yaradılan Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başlamışdır. 27 avqust 2002-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştli kreditlərin istifadəsində yaranmış problemlərin aradan qaldırılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Ümummilli lider Heydər Əliyevin 779 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin və ’’Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları’nın təsdiq edilməsi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmi yenidən qurulmuş və bununla da, Fond daha aktiv fəaliyyət fazasına daxil olmuşdur. 31 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilmişdir. 11 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir. Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş bir sıra vəzifələri həyata keçirir: Fondun vəsaiti hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək; Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitdən səmərəli və təyinatı üzrə istifadəni təmin etmək; Fonda təqdim olunan investisiya layihələrinin ekspertizasını həyata keçirmək; Sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək; Sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahəvi və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Fonda təqdim olunan investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək; Kreditlərdən öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydasını müəyyən etmək; Sahibkarlıq subyektlərinə zəruri hüquqi, iqtisadi və digər məlumatların toplanmasında və yayılmasında, bazar konyunkturunun öyrənilməsində, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında kömək etmək; İqtisadiyyatın sahələri üzrə beynəlxalq təcrübəni öyrənmək, müvafiq təhlil və araşdırmalar aparmaq; Sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçilərinin siyahısı
Rahid Ramiz oğlu Rəhmanov — 07.06.1991
Azərbaycan SSR-də sənayeləşdirmə xətti
Azərbaycan SSR-də sənayeləşdirmə xətti - Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həyata keçirilən sosialistcəsinə yenidənqurma siyasətinin əsas istiqamətlərindən biri. 1925-ci ilin sonlarına yaxın müttəfiq respublikalarda, o cümlədən Azərbaycan SSR-də əsasən I Dünya müharibəsindən əvvəlki səviyyə bərpa olundu. Yeni iqtisadi siyasət azad iqtisadiyyatın, işgüzarlığın və təsərrüfat təşəbbüskarlığının inkişafına şərait yaratdı. Buna baxmayaraq, ölkə texniki və iqtisadi cəhətcə olduqca geri qalırdı. Sənayenin müasir sahələrini yaratmaq, ölkənin elmi-texniki potensialını yüksəltmək lazım idi. Beləliklə, ölkənin sənayeləşdirilməsini inkişaf etdirmək zəruriyyəti meydana çıxmışdı. Cəmiyyətin ictimai-iqtisadi, maddi həyatının obyektiv tələblərinə uyğun yeniləşdirilməsi zərurəti ilə əlaqədar olaraq, 1925-ci ilin dekabrında ÜK(b)P XIV qurultayı SSRİ-də sənayeləşdirmə xəttini götürdü. Lakin bunun üçün öz yığımı olmayan ölkə "sosialist sənayeləşdirməsinə" iqtisadiyyatı inzibati-amirlik yolu ilə nizamlamaq, kəndi istismar etmək, fəhlə əksəriyyətinin "inqilaba və sosializmə" hədsiz inamı və ruh yüksəkliyi hesabına gedirdi. Sənayeləşdirmə bütün xalq təsərrüfatının "sosialistcəsinə" yenidən qurulması, fəhlə sinfinin artmasına şərait yaranması, onun zəhmətkeş kəndlilərlə ittifaqının möhkəmlənməsi və şəhərlə kəndin istehsal əlaqəsi üçün əsas açar hesab olunurdu. Bütün müttəfiq respublikalarda yeni sənaye müəssisələrinin tikintisinə başlandı.
Azərbaycan SSR əməkdar neft və qaz sənayesi işçilərinin siyahısı
Minaxanım Əliağa qızı Mürsəlova — 29.01.1991
Azərbaycan SSR əməkdar sənaye işçilərinin siyahısı
Nadir Rəhimoviç Allahverdov — 29.01.1991
Azərbaycan Sənaye Bankı
Azərbaycan Sənaye Bankı – Azərbaycanda fəaliyyət göstərən bank. 1996-cı ildə “Capital Investment Bank” (CI Bank) olaraq yaradılmış, 2006-ci ildən hazırkı adı ilə fəaliyyət göstərən ASB Bank hüquqi və fərdi müştərilərə bütün növ bank xidmət və məhsullarını təqdim edir. Bankın 4-ü Bakı şəhərində, eyni zamanda Sumqayıt, Gəncə və İmişlidə olmaqla 7 filialı və vardır. ASB “Azərbaycan Sənaye Sığorta”, “Azərbaycan Sənaye Lizinq”, “Azərbaycan Beynəlxalq Bankı Gürcüstan”, kart prossesinq mərkəzi “Millikart” və “Bakı Fond Birjası” kimi təşkilatların səhmdarıdır.
Azərbaycan Sənaye Korporasiyası
"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Sənaye İnstitutu
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Azərbaycan Sənaye Şurası
Azərbaycan Sənaye Şurası (Азәрбајҹан Сәнаје Шурасы) və ya Azərsənətbirliyi (Азәрсәнәтбирлији) — Azərbaycan SSR-də sənət kooperasiyasının rəhbər, təşkilat və təsərrüfat mərkəzi. 1920-ci ildə "Kustar və Sənətkarlar İttifaqı" adı ilə təşkil olunmuşdur. 1927-ci ildə onun əsasında yaradılan "Qırmızı Kustar İttifaqı" az sonra "Azərsənətbirliyi" adlanmışdır. İkinci beşillikdə respublikanın bir sıra şəhər və rayonlarında sənətkar ittifaqlarının yaradılması nəticəsində "Azərsənətbirliyi" Azərbaycan Sənaye Şurasına çevrilmişdir. 1960-cı ildə Azərbaycan Sənaye Şurası ləğv edilmiş, bütün müəssisələri respublika Məişət Xidməti Nazirliyinə verilmişdir.
Azərbaycan neft sənayesi
Azərbaycanda neft sənayesi — Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib. Ölkədə əsl neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər. Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu. XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır. 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.
Azərbaycan sənayesi
Azərbaycanın sənayesi — statistika məcmuəsinə son illərdə Azərbaycan Respublikası sənayesinin işini xarakterizə edən əsas statistik məlumatlar daxil edilmişdir. Məcmuədə sənaye sektorunun - “mədənçıxarma sənayesi”, “emal sənayesi”, “elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı” və “su təchizatı, tullantıların təmizlənməsi və emalı” kimi fəaliyyət növləri əhatə olunur. Sənayenin ölkə iqtisadiyyatında yeri, istehsal edilmiş məhsulun həcmi, məhsul istehsalına çəkilən xərclər, əsas fondlar, sənayedə çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı, regionlar üzrə sənayenin əsas göstəriciləri, natura ifadəsində məhsul istehsalı və digər əsas göstəricilər üzrə statistik məlumatlar verilmişdir. Bundan əlavə, məcmuəyə Azərbaycan sənayesinin dünya və MDBölkələrinin sənayesi ilə müqayisə etmək imkanını verən müxtəlif cədvəllər daxil edilmişdir. 1848-ci ildə dünyada ilk dəfə baş verən Bakıda neft quyusunun sənaye üsulu ilə qazılması Azərbaycanda sənayeləşmənin başlanğıcını qeyd etdi. XIX əsrin ikinci yarısında neft hasilatı həcminin sürətlə artması bu prosesi stimullaşdırdı, nəticədə neftlə əlaqəli sənaye sektorları və infrastruktur quruldu. Əsrin ortalarında sənayeləşmə Azərbaycan bölgələrinə yayılmağa başladı və bu zaman yeni sənaye şəhərləri quruldu. 1970-1980-ci illərdə sənayenin inkişafı üçün genişmiqyaslı investisiyalar ayrıldı. Bir çox iri sənaye müəssisələri quruldu, insan kapitalının inkişafı siyasəti ilə birlikdə Azərbaycan iqtisadiyyatına yeni sənaye sahələri daxil edildi. Nəticədə, sənayenin şaxələndirilməsi prosesi güclü təkan aldı.
Ağdam Sənaye Parkı
Ağdam Sənaye Parkı 28 may 2021-ci il tarixində Qarabağın sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir İşğaldan azad olunmuş Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam Sənaye Parkının təməlini qoydu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən yaradılan bu park Azərbaycan ərazisində beşinci Sənaye Parkı olacaq. Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. Ağdam Sənaye Parkında sahibkarlar üçün geniş biznes imkanları yaradılacaq. Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunacaqlar. Sənaye Parkının rezidentlərinə əlavə güzəştlərin (xüsusi güzəştli bank kreditlərinin təmin olunması, sosial sığorta ödənişlərin subsidiyalaşdırılması, kommunal xidmətlərin endirimli tariflə təklif edilməsi, xammal idxalında gömrük və ya ƏDV güzəştləri) də verilməsi nəzərdə tutulur. Subartezian quyusundan Sənaye Parkının sosial zonasına su xətləri çəkilib, işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Əraziyə 10 kV-luq elektrik xətti çəkilib və 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb. Belə ki, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb.
Balaxanı Sənaye Parkı
Balaxanı Sənaye Parkı (Balaxanı Eko-Sənaye Parkı) təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə yaradılıb. Balaxanı Sənaye Parkı — 4 may 2011-ci il tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən biri olan Balaxanı Eko-Sənaye Parkının yaradılması qərara alınmışdır. 28.12.2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" və "Bakı şəhərində Balaxanı Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" imzalanmışdır. 19 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfində Balaxanı Sənaye Parkının təməli qoyulmuşdur. Parkın yaradılmasında məqsəd ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır . Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaq olacaq. Park ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şəraitlər və lazımi dəstək Hökumət tərəfindən təmin ediləcək. Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatı və əldə edilmiş xam material və ya istehsal edilmiş məhsulun asanlıqla satış bazarına çıxmasına əlverişli imkan yaratmış olacaq. Yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesinə marağı artırmaq məqsədi ilə potensial sahibkar və investorlar üçün Parkın xarici və daxili infrastrukturunun qurulması planlaşdırılır. Belə ki, xarici infrastruktur kimi yol salınacaq, əraziyə elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkiləcək.
Balıq Sənaye İdarəsi
Balıq sənaye idarəsi — balıq ovu, xəzinə və töycü rüsumlarının artmasına nəzarət və rəhbərlik edən qurum. 1880-ci il aprelin 20-də yaradılmış, 1918-ci il iyulun 4-də Bakı Xalq Komissarları Soveti Xalq Təsərrüfatı Şurasının qərarı ilə ləğv edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdükdən (1918-ci il 17 sentyabr) sonra Balıq sənayesi idarəsi öz fəaliyyətini ilk növbədə baxımsızlıqdan tənəzzülə uğrayan vətəgələrin bərpasına yönəltmişdi. Bankə vətəgəsi də Hökumətin 1918-ci il 30 avqust tarixli qərarına əsasən, bütün varidatı ilə birlikdə müsadirə edilmiş və 1919-cu il yanvarın 1-dək xəzinə ilə imzalanmış müqaviləyə əsasən, 1920-c il iyunun 1-dək xüsusi şəxsə, çay və göllərdəki digər məntəqələr isə hərrac vasitəsilə icarəyə verilmişdi. Balıq sənayesi idarəsi 1919-cu il oktyabrın 15-də xəzinəyə məxsus 44 siyənək ovu məntəqəsini 1920-ci il yanvarın 1-dən 6 il müddətinə icarəyə vermək barədə qərar qəbul etmişdi. Bundan əlavə, idarə xəzinənin xeyrinə rüsumların artmasına, xəzinə gəlirlərinin töycü hesabına çoxalmasına səbəb ola biləcək bir sıra tədbirlər görmüşdü.
Balıq sənayesi
Balıq sənayesi — təbiətdə yetişən balıqların tutulub emal edilməsi. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Balıqçılıq sənayesi (film, 1928)
Balıqçılıq sənayesi qısametrajlı sənədli filmi 1928-ci ildə Azdövlətkinoda istehsal edilmişdir. Kinolent Azərbaycanda balıqçılıq vətəgələrinin və balıq kombinatlarının inkişaf etdirilməsindən söhbət açır. Kinolent Azərbaycanda balıqçılıq vətəgələrinin və balıq kombinatlarının inkişaf etdirilməsindən söhbət açır.
Başqırdıstan sənayesi
Başqırdıstan sənayesi — Başqırdıstan Respublikasının iqtisadiyyat sahələrindən biri. Başqırdıstan Respublikasının sənayesi Başqırdıstan Respublikasının Sənaye və İnnovasiya Siyasəti Nazirliyinin səlahiyyətlərinə aiddir. Sənaye məhsulunun həcmi 640,4 mlrd. rubldur. (2009). Sənaye istehsalının sahəvi strukturu (2003, %-lə): yanacaq 37,7, maşınqayırma və metal emalı 17,3, kimya və neft-kimya 13,3, elektroenergetika 10,5, yeyinti 7,4, qara metallurgiya 2,8, əlvan metallurgiya 2,2, meşə, ağac emalı və sellüloz-kağız 2,1, tikinti materialları sənayesi 2, və s. Tuymazı, Şkapovo, Arlan və sair yataqlardan neft çıxarılır (əsas neftçıxarma şirkəti “Baş neft”dir). Aparıcı neft emalı müəssisələri: “Başneftexim” (RF-də ümumi neft emalının 10–12%-i), Novoufimsk neft emalı zavodu. Başqırdıstan özünü hasil etdiyi elektrik enerjisi ilə tamamilə təmin edir (Karmanov DRES-i). Maşınqayırma sahəsi gübrə maşınları, metalkəsən və ağac emalı dəzgahları, neft aparaturası, özüboşaldan maşınlar, avtobuslar, kimyəvi avadanlıqlar və kabel istehsalında ixtisaslaşır.
Beynəlxalq Müdafiə Sənayesi Sərgisi
Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ing: International Defence Industry Fair, IDEF), Türkiyədə təşkil edilən bir müdafiə sənayesi sərgisidir. Sərgi 1993-cü ildən bəri Türk Silahlı Qüvvələrinə kömək fondu tərəfindən təşkil olunur və ümumiyyətlə Ankara və ya İstanbulda keçirilir. IDEF, müdafiə sənayesi şirkətləri üçün əhəmiyyətli bir beynəlxalq marketinq arenası olan və əsas müdafiə sənayesi sahələrini və tabeliyində olanları bir araya gətirən yüksək texnologiya məhsullarının sərgiləndiyi bir müdafiə sənayesi sərgisidir. IDEF Avrasiya bölgəsindəki ən böyük müdafiə sənayesi sərgisidir və iştirakçı ölkələr, nümayəndə heyətləri və şirkətlər üçün artan tendensiyaya malikdir. Hər bir sərgidən əvvəl Türk Silahlı Qüvvələrinə kömək fondu tender elan edərək təşkilatçı şirkəti və sərgi yerini seçir.
Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı
Sənaye inkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı (YUNİDO)(ing. United Nations İndustrial Development Organization (UNİDO) — BMT-nin sənaye inkişafına hərtərəfli köməyi əlaqələndirən mərkəzi orqanı;BMT-nin ixtisaslaşdırılmış agentliyi. 1967-ci ildə BMT Baş Assambleyasının qərarı ilə yaradılmışdır. Mənzil-qərargahı Vyanada yerləşir. Üzv ölkələrin sayı-171 (1 yanvar, 2014 YUNİDO-nun rəsmi məqsədləri sırasına inkişaf etməkdə olan ölkələrin sənayeləşdirilməsinə , sənayeyə kapital qoyuluşu sahəsində dövlətlər arasında əməkdaşlıq,ehtiyatların (əmək ehtiyatları, təbii ehtiyyatlar və s.)səmərəli tətbiqinə kömək daxildir. YUNİDO dövlətlərin təbii ehtiyatlar üzərində suverenlik hüququnu və xarici xüsusi kapitalın fəaliyyətinə nəzarət hüququnu tanıyır (Lima bəyannaməsi, 1975-ci il). Rusiyada (Moskva) YUNİDO-nun Beynəlxalq Əməkdaşlıq Mərkəzi fəaliyyət göstərir. YUNİDO-nun fəaliyyətinə rəhbərlik Baş Konfrans, Sənaye İnkişafı Şurası, Baş Direktor və Katiblik tərəfindən həyata keçirilir. Böyük İqtisadi Ensiklopeiya Bakı 2012.
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu (özb. Тошкент тўқимачилик ва енгил саноат институти) — Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki dövlət ali təhsil müəssisəsi. Daşkənd Tekstil İnstitutunun əsası 1932-ci ildə qoyulmuşdur. İlk illərdə institutda iki fakültə: "Pambığın ilkin emalı" və "Mexanika texnologiyası" var idi. Tələbələr 4 ixtisas : pambığın ilkin emalı, toxuculuq, iplik və ipək texnologiyası üzrə məzun olurdular. 1932-33-cü illər ilk tədris ilində institutda 125 tələbə təhsil alıb. 1935-ci ildə institutun dördmərtəbəli binası istifadəyə verildi (bu gün 2-ci tədris binasıdır). O dövrdə institutda 6 istehsalat, 5 tədris laboratoriyası, 5 sinif otağı, idman zalı, kitabxana var idi. 1947-ci ildə institut qiyabi proqramlar üzrə tədrisə başladı; 1955-ci ildə - Mühəndis-iqtisadiyyatı sahəsi üzrə iqtisadi təhsil verməyə başladı. 1958-ci ildə institutda axşam təhsili fakültəsi açıldı.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (Azərbaycan)
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) — Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli 1245 nömrəli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirən publik hüquqi şəxsdir. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir və 5 üzvdən ibarətdir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2021-ci ilin 1 aprel tarixindən Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycandakı Dördüncü Sənaye İnqilabı Mərkəzinə də ev sahibliyi edir. Mərkəzin yaradılmasının əsası 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. Mərkəz MDB məkanında DİF tərəfindən yaradılmış ilk mərkəzdir. Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi 3 əsas platforma üzrə fəaliyyət göstərir. Mərkəz ölkəmizdə "Süni İntellekt və Maşın öyrənməsi", "Əşyaların İnterneti və Şəhər Transformasiyası" və "Rəqəmsal Ticarət" platformaları üzrə təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.
Dördüncü sənaye inqilabı
Dördüncü sənaye inqilabı vəya Sənaye 4.0 (ing. dilindən Industry 4.0) — dördüncü sənaye inqilabı adlı konseptin sırf sənaye ilə bağlı olan alt hissəsidir. Sənaye 4.0 və dördüncü sənaye inqilabı ifadələri tez-tez bir-birini əvəz etməsinə baxmayaraq, bunlar fərqli konseptlərdir. Sənaye 4.0 standartlarına cavab verən istehsal müəssisələri əsasən naqilsiz bağlantı və sensorlar ilə gücləndirilmiş, bütün istehsal xəttini görüntüləyə bilən və bu barədə qərar qəbul edə biləcək xüsusi bir sistemlə və bu sistemə qoşulmuş avadanlıqlarla təchiz olunur. Dördüncü sənaye inqilabı isə dünyada ümumi olaraq fiziki, rəqəmsal və bioloji dünyalar arasındakı sərhədlərin qarışmasını təsvir edən bir yoldur. Bu, süni intellekt, robotexnika, Əşyaların İnterneti (IoT), 3D çap, gen mühəndisliyi, kvant hesablama və digər texnologiyalardakı inkişafların birləşməsidir və hər hansı bir sahədə tətbiq oluna bilər. Sənaye 4.0 termini, 2011-ci ildə, Almaniya hökumətinin istehsalın kompüterləşdirilməsini təşviq edən yüksək texnologiya strategiyasının bir layihəsindən yaranmışdır. Sənaye 4.0 termini həmən ildə Hannover sərgisində ictimaiyyətə təqdim edildi. 2012-ci ilin oktyabr ayında Sənaye 4.0 üzrə İşçi Qrup, Alman federal hökumətinə Sənaye 4.0 tətbiqetmə tövsiyələrini təqdim etdi. Sənaye 4.0 işçi qrupunun üzvləri və tərəfdaşları Sənaye 4.0-ün qurucu ataları və hərəkətverici qüvvəsi kimi tanınırlar.
Dövlət və Sənaye Rəhbərləri üçün Kolumb Qlobusu
Dövlət və Sənaye rəhbərləri üçün Kolumb Qlobusu (həmçinin Hitlerin Qlobusu və ya Fürer Qlobusu kimi tanınan) şəxsən Adolf Hitler və Nasional Sosialist Alman Fəhlə Partiyası üçün dizayn edilmiş qlobus idi. Dövlət və Sənaye rəhbərləri üçün Kolumb Qlobusu 1930-cu illərdə Berlində hazırlanmış və Hitlerin vaxtının böyük bir hissəsini keçirdiyi ofisində yerləşirdi. Qlobus komediyaçı Çarli Çaplinin 1940-cı ildə rol aldığı Böyük diktator (film, 1940) filmində nümayiş etdirildikdən sonra Amerika Birləşmiş Ştatlarında geniş tanınmışdır. Üç məddah (film) adlı komediya qrupu özlərinin istehsal etdiyi daha 2 qısametrajlı filmdə qlobusu gülüş hədəfi etmişdir. İki məhdud buraxılışdan biri Adolf Hitlerin yayda geri çəkilməsindən sonra Amerika ordusunun xüsusi nümayəndəsi olan Con Barsamiya tərəfindən oğurlanmış və 60 il sonra San-Fransiskoda keçirilən auksionda qlobus 100.000 $ dəyərində satılmışdır. Hitlerin ofisində yerləşmiş bu qlobus üzərində Efiopiyanı İtalyan Şərqi Afrika ilə dəyişdirdi və qlobus həmçinin özünün ölçüsü və eləcə də istehsal dəyəri ilə tanınmışdır. Qlobusun iki məhdud buraxılışı 1930-cu illərdə Berlində hazırlanmışdır. Bunlardan biri Nasional Sosialist Alman Fəhlə Partiyası üçün, ikincisi isə şəxsən alman diktatoru Adolf Hitler üçün hazırlanmışdır. Fürer üçün hazırlanmış qlobusun ölçüsü təxminən Volkswagen maşınının ölçüsü həcmində idi və böyük məsrəf hesabına istehsal olunmuşdur. O, Abissiniyanı (İndiki Efiopiya) İtalyan Şərqi Afrika ilə dəyişdirmişdir.

Значение слова в других словарях