Kürəkən Sənan Paşa

Kürəkən Sənan Paşa (osman. دمة سنان باشا; v. 12 yanvar 1504, Konya və ya Anadolu əyaləti) — Osmanlı sultanı II Bəyazid dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Kürəkən Sənan Paşa
ƏvvəlkiMəsih Paşa
SonrakıKiçik Davud Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Konya, Anadolu əyaləti, Osmanlı imperiyası
Həyat yoldaşı Ayşə Sultan
Uşaqları Sultanzadə Əhməd bəy
Ayşə xanım Sultan
Gövhərşah xanım Sultan
Qəmərşah xanım Sultan
Fatma xanım Sultan
Mihrihan xanım Sultan

Əsli, doğum tarixi və saraya necə alındığı məlum deyil. 1492-ci ildə Əndərundakı təhsilini tamamlamış və Gəlibolu sancaqbəyliyi ilə kaptan-ı dərya təyin edilmişdir. Ardından II Bəyazidin qızlarından Ayşə Sultanla evləndirilmiş və bu nikahdan 6 övladı dünyaya gəlmişdir.

1493-cü ildə kaptan-ı dəryalıqdan alındı və bir müddət dövlət vəzifələrindən uzaq tutuldu. 1501-ci ildə Anadolu bəylərbəyi təyin edilsə də, çox keçmədən 12 yanvar 1504-cü ildə Konyada vəfat etdi.

  • Sultanzadə Əhməd bəyVize sancabəyi oldu və 1506-cı ilin yanvarında Rumeli bəylərbəyi Həsən Paşanın qızıyla evləndi və bir qızı dünyaya gəldi.
    • Gövhərxan Sultan
  • Ayşə xanım SultanAnkara sancaqbəyi Dukakinzadə Əhməd bəylə evləndi.
  • Gövhərşah xanım Sultan (ö. 4 aprel 1552, Hələb əyaləti) — 1503-cü ildə Dukakinzadə Əhməd Paşayla evləndi və 2 övladı dünyaya gəldi. Ərinin ölümündən sonra 1515-ci ildə Ömər bəyin oğlu İbrahim bəylə evləndi.
  • Qəmərşah xanım Sultan — 6 iyul 1506-cı ildə Məsih Paşanın nəvəsi Əhməd bəylə evləndi.
  • Fatma xanım Sultan — 28 iyun 1506-cı ildə Məsih Paşanın oğlu Əli bəylə evləndi.
  • Mihrihan xanım Sultan — Ömər bəyin oğlu Həsən bəylə evləndi.
  • Sicill-i Osmani V cild, səh. 139