Yalçın Əlizadə
Yalçın Əlizadə (Tam adı: Yalçın Mustafa oğlu Əlizadə d.1940 yanvar, Gəncə, Azərbaycan ) — 1999-2012-ci illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist, professor.
== Həyatı ==
Yalçın Əlizadə 1940-cı ilin yanvarında Gəncədə anadan olmuşdur. 1957-ci ildə Bakıdakı 132 nömrəli orta məktəbi bitirmiş, sənədlərini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə vermişdir. 1962-ci ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmış, 1971-ci ildə isə müəllimi Şirməmməd Hüseynovun dəvəti ilə fakültədə müəllimlik fəaliyyətinə başlamışdır.
=== Ailəsi ===
Ailəlidir, iki övladı, dörd nəvəsi var.
== Fəaliyyəti ==
"Azərbaycanda radio-jurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək bu sahənin ən yaxşı tədqiqatçılarından sayılmış, həmçinin radio-jurnalistikanın nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən biri olmuşdur. Yalçın Əlizadə televiziya və radio-jurnalistikanın aktual problemlərinə dair yüzə yaxın elmi məqalənin, iki dərsliyin, üç sənədli publisist kitabın müəllifidir.
Yalçın Əlizadə 1974-1981-ci illərdə BDU, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1979-1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. 1982-1999-cu illərdə Moskva Dövlət Universiteti jurnalistika fakültəsindəki televiziya və radio jurnalistikası kafedrasının müdiri, “dünya şöhrətli TV, radio nəzəriyyəçisi” (Y.Boretski) Ənvər Bağırovun Azərbaycan təmsilçisi oldmuşdur. 1999-2012-ci illərdə Yalçın müəllim fakültənin dekanı vəzifəsində çalışmışdır.