Ağıl var, kamal yox.

One has a fine store of wits. / One has all the brains in the world. / He is as wise as Solomon. = Ума много, а рассудка нет. / Ума палата, да разума маловато. / Умён, да не разумен.
Ağıl var - pul yox, pul var - ağlı yox.
ağıl vermək, bir damcı ağıl vermək
OBASTAN VİKİ
Ağıl
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal Abdullayev Kamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) — Kamal Əhmədov Kamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam. Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev — Yaşayış məntəqələri Ermənistan Kamal (Abaran) — Abaran mahalında kənd. Kamal (Qırxbulaq) — Qırxbulaq mahalında kənd.
Ağıl Dəryası
"Ağıl dəryası" — ANS telekanalında 11-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışma "Ağıl dəryası" hazırda altı mövsümdür ki, davam edir. Ümumilikdə isə mövsümlər tədris ilinə uyğun olaraq bu cür qeyd edilir: I Mövsüm 2009-2010 II Mövsüm 2010-2011 III Mövsüm 2011-2012 IV Mövsüm 2012-2013 V Mövsüm 2013-2014 VI Mövsüm 2014-2015 "Ağıl dəryası" verilişinin altı mövsümdür ki, layihə rəhbəri Elçin Bayramovdur. == Qaydalar == Hər oyunda 9 iştirakçı iştirak edir. Bu 9 iştirakçı arasında qalib olan iştirakçı yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinalların da qalibləri finalda üz-üzə gəlirlər. Finalda qalib gələn şəxs isə xaricdə təhsil almaq hüququ əldə edir. Həmçinin bu mərhələdə (finalda) Riyaziyyat fənnindən də imtahan keçirilir və imtahan nəticələri birbaşa ümumi nəticələrə təsir göstərir. == Oyunun qaydaları == === 1-ci tur === İştirakçılara 10 sual test üsulunda verilir və bu suallara daha çox düzgün cavab verən 6 iştirakçı 2-ci tura keçir. Suallar Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya, fizika, kimya fənnləri üzrə olur. 9 və 10-cu suallar ingilis dili və milli musiqilərlə bağlı olur və bu turdan sonra ilk 6-lığa düşən oyunçular tam bəlli olmazsa, ( 2 və ya daha çox iştirakçının xalı eyni olarsa ) əlavə sual turu keçirilir və burada test üsulu ilə verilən sualı düzgün cavablandıran iştirakçı və ya iştirakçılar növbəti tura keçir.
Ağıl dişi
Ağıl dişi, üçüncü azı dişi və ya molar diş — insan dişlərinin hər kvadrantında olan üç azı dişindən biri. Bu üçünün arasında ən arxada olan dişdir. Adətən 17–25 yaş aralığında çıxır. Əksər yetkinlərin hər kvadrantda bir olmaqla dörd ağıl dişi olur. Dörddən az və ya daha çox ola bilər, məsələn, əlavə dişlərə fövqəladə dişlər deyilir. Ağıl dişi çıxmadıqda, inkişaf prosesində olan digər dişlərə də təsir edir. Beləliklə, bu baş verəndə və ya verməmişdən öncə çəkilir. == Tarixi == Rəsmi olaraq üçüncü azı kimi tanınsa da, ümumi istifadə ağıl dişidir. Çünki demək olar ki, 12–13 yaşlarında digər dişlər bir-birinin ardınca çıxaraq öz sürmələrini tamamladıqları halda, ağıl dişi çox gec çıxır. Adətən 17–25 yaş arasında qaldığı üçün xalq arasında ağıl dişləri kimi tanınır.
Ağıl fəlsəfəsi
İdrak fəlsəfəsi — mövzusu ağlın təbiəti, o cümlədən ağlın fiziki reallıq ilə nisbəti olan fəlsəfi fənn. XIX əsrdə alman filosofu Artur Şopenhauer ağlı "Kainatın əngəli" adlandırmış, onun insan biliyinin ən qaranlıq hissəsi olduğunu vurğulamışdır. Ağıl fəlsəfəsi XX əsrdə ən populyar mövzulardan birinə çevrilmişdir. Bu mövzu haqqında hər il çoxlu ədəbiyyat nümunələri nəşr olunurdu. Müasir ABŞ filosofu Riçard Rorti bildirmişdir ki, təfəkkür fəlsəfəsi indiki dövrdə əlverişli olan tək fəlsəfi fənndir. Ağıl fəlsəfəsi antik dövrə qədər gedib çıxır. Platon və Aristotel dualizmin ilk mütəfəkkirlərindəndir, çünki onlar düşünürdülər ki, ağıl materiyadan ayrı bir ontoloji reallıqdır. Monizm ənənəsinin kökündə başqa bir qədim yunan filosofu olan Parmenid dayanır. O, iddia edirdi ki, varlıq və ağıl birdir. Dualizm Qərb fəlsəfəsinə 17-ci əsrdə Rene Dekart sayəsində daxil oldu.
Sosial ağıl
Sosial intellekt — özünü və başqalarını tanıma qabiliyyəti, cisimləri və ya səsləri bilmək qabiliyyəti kimi humanitar şərtlərin əvəzsiz bir hissəsidir və bir çox cəhətdən araşdırılmağa dəyər. Sosioloq Ross Hanivillə görə, sosial intellekt sosial inancları, münasibətləri və mürəkkəb sosial dəyişikliyi idarə etmək qabiliyyətini inkişaf etdirən özünün və sosial şüurun kollektiv bir ölçüsüdür. Psixoloq Nikolas Hamfrey insan olaraq kim olduğumuzu müəyyən etmənin kəmiyyət ağlından başqa ictimai ağıl olduğunu irəli sürmüşdür. Edvard Torndayk 1920-ci ildə ictimai ağıl anlayışını böyük kişilər və qadınları, gənc kişilər və qızları, insan münasibətlərində müdrik olmağı anlamaq və idarə etmək bacarığı olaraq izah etdi. Bu Hovard Gardnerin çoxsaylı intellekt nəzəriyyəsində təsvir olunan insanlararası ağıla bərabərdir və zehin nəzəriyyəsi ilə sıx əlaqəlidir. Bəzi müəlliflər sosial intellekt tərifini yalnız sosial-psixoloji reklam və marketinq strategiyalarına baxaraq sosial vəziyyət haqqında məlumatlı olmaq şəklində bildirmişdilər. Şon Folenoya görə sosial intellekt, fərdin ətraf mühiti ən yaxşı şəkildə başa düşmək və uğurlu sosial davranışa müvafiq reaksiya vermək bacarığıdır. Sosial intellektin qabiliyyət, şifahi və qeyri-şifahi işarələri oxumaq, məlumatdan istifadə etmək, insanları məlumatlandırmaq kimi bir çox fərqli komponentə sahib olduğu müşahidə edilmişdir. Sosial qarşılıqlı əlaqələrdə bacarıqlı olan şəxslərin emosiyalarına nəzarət etmərində də müvəffəq olduqları müəyyənləşdirilmişdir. Bundan əlavə, empatiya sosial zəka quruluşunun tərkib hissəsi olaraq ortaya çıxır.
Uçan ağıl
Uçan ağıl — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri rayonun Sirab kəndindən şimalda yerləşir. Uçan ağıl 2015-2017-ci illərdə Vəli Baxşəliyev və Katrin Marronun rəhbərliyi ilə beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası tərəfindən arxeoloji qazıntılarla öyrənilmişdir. Uçan ağıl yaşayış yerinin yerüstü materialları boyalı qablar və samanlı keramika nümunələrindən ibarətdir. Tapıntılar arasında Kür-Araz mədəniyyətinə aid keramika parçalarına da rast gəlinmişdir. Tapıntılar arasında Duzdağdan məlum olan daş baltalara bənzər bir ədəd əmək alətinin aşkar olunması da diqqətəlayiqdir. Yaşayış yerində üç yerdə qazıntı aparılmışdır. Birinci sahənin ölçüsü 5x5 m, ikinci sahənin ölçüsü 5x5 m, üçüncü sahənin ölçüsü 5x10 m olmuşdur. Qazıntılar mədəni təbəqənin relyefdən asılı olaraq 0, 20-1, 20 sm arasında qaldığını göstərir. Uçan ağıl yaşayış yerinin tədqiqi zamanı saman qarışığı olan qırmızı rəngli keramika nümunələri, o cümlədən boyalı qabların parçaları aşkar olunmuşdur.
Ağıl dişləri
Ağıl dişi, üçüncü azı dişi və ya molar diş — insan dişlərinin hər kvadrantında olan üç azı dişindən biri. Bu üçünün arasında ən arxada olan dişdir. Adətən 17–25 yaş aralığında çıxır. Əksər yetkinlərin hər kvadrantda bir olmaqla dörd ağıl dişi olur. Dörddən az və ya daha çox ola bilər, məsələn, əlavə dişlərə fövqəladə dişlər deyilir. Ağıl dişi çıxmadıqda, inkişaf prosesində olan digər dişlərə də təsir edir. Beləliklə, bu baş verəndə və ya verməmişdən öncə çəkilir. Rəsmi olaraq üçüncü azı kimi tanınsa da, ümumi istifadə ağıl dişidir. Çünki demək olar ki, 12–13 yaşlarında digər dişlər bir-birinin ardınca çıxaraq öz sürmələrini tamamladıqları halda, ağıl dişi çox gec çıxır. Adətən 17–25 yaş arasında qaldığı üçün xalq arasında ağıl dişləri kimi tanınır.
Ağıl oyunları (film)
Ağıl oyunları (ing. A Beautiful Mind — "Əla ağıl" ("dərrakə")) — iqtisadiyyat üzrə Nobel Mükafatı laureatı Con Forbs Neşin həyatından bəhs edən Silviya Nazarın eyni adlı kitabı əsasında hazırlanan Ron Hovardın bioqrafik drama filmi. Kitab 1998-ci ildə Pulitser mükafatına namizəd göstərilmişdir. Filmin ssenarisini Akiva Qoldsman yazmışdır. Filmdə baş rolu Rassel Krou oynamışdır, ondan başqa filmdə Cennifer Konnelli, Ed Harris, Kristofer Plammer və Pol Bettani çəkilmişdilər. Film dörd Oskar (Ən yaxşı film, Uyğunlaşdırılmış ssenari, Rejissorluq, İkinci planda qadın rolu — Cennifer Konnelli), Qızıl qlobus mükafatı (xüsusilə, Rassel Krou Ən yaxşı aktyor nominasiyasında qalib gəldi) və bir neçə BAFTA mükafatını qazandı. Filmin premyerası 21 dekabr 2001-ci ildə ABŞ-də baş tutdu. Film tənqidçilər tərəfindən rəğbətlə qarşılandı və dünyada 300 milyon dollardan çox gəlir əldə etdi. Hekayə gənc dahi Con Neşin ilk illərindən başlayır. Onda hallusinasiyalarla müşayiət olunan paranoik şizofreniya inkişafına başlayır və işi, arvadı və dostları ilə olan vəziyyəti təhlükəli vəziyyətə çatana qədər şiddətlənir.
Kamal Musayev
Kamal Yusif oğlu Musayev – Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin üzvü (1971– 1989) Respublikanın əməkdar hüquqşünası Musayev Kamal Yusif oğlu 10 may 1922-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1939-cu ildə Bakı şəhəri 161 saylı orta məktəbi bitirdikdən sonra V.İ.Lenin adına Tiflis Dəmiryol Mühəndisləri İnstitutuna daxil olmuşdur. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq, təhsilini yarımçıq qoyub öz xahişi ilə cəbhəyə yollanmışdır. O, uzun bir döyüş yolu keçmiş, Volxov, Leninqrad və II Pribaltika cəbhələrində vuruşmuşdur. Sovet ordusu sıralarından tərxis olunub 1945-ci ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan Dəmiryol İdarəsində şöbə rəisinin köməkçisi işləmişdir. 1946-cı ildə Kirov adına Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olmuş və həmin universiteti 1951-ci ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan SSR Ədliyyə Nazirliyinin sərəncamına göndərilmişdir. Kamal Musayev 1951 – 1953–cü illərdə 2 saylı Bakı notariat kontorunda məsləhətçi, Bakı vilayət maliyyə şöbəsində şikayətlər üzrə Baş müfəttiş işləmişdir. K.Musayev 1953-cü ildən 1960-cı ilədək ikinci dəfə Sovet Ordusu sıralarında xidmət edmişdir. Tərxis olunduqdan sonra Bakıya qayıtmış və həmin il Yardımlı rayonunun Xalq Məhkəməsinin hakimi seçilmişdir. Bacarıqlı hüquqşünas 1963-cü ildə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü seçilmişdir, 1971-ci ildən isə Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin üzvü kimi çalışmışdır.
Kamal Muxtarlı
Kamal Camal oğlu Muxtarlı (3 oktyabr 1958, Qax – 27 dekabr 2020) — Qax Rayon İcra Hakimiyyətinin başçısı, Qax Şəhər Bələdiyyəsinin üzvü, Qax Şəhər Sovetinin üzvü və sədri. Kamal Muxtarlı 3 oktyabr 1958-ci ildə Qax şəhərində anadan olmuşdur.1975-ci ildə Qax şəhər 1 saylı orta məktəbi, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1975–1978-ci illərdə Qax konserv zavodunda fəhlə işləmişdir. 1978–1980-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1980–1987-ci illərdə Qax Tarix-Diyarşunaslıq Muzeyində fond müdiri vəzifəsində çalışmışdır. 1987-ci ildən Qax şəhər 2 saylı orta məktəbində tarix müəllimi, direktor müavini işləmişdir. 1993–1995-ci illərdə Turan İstehsal-Kommersiya firmasının direktoru işləmişdir. 1995-ci ilin yanvar ayından Qax Peşə Liseyinin direktoru olmuşdur. Kamal Muxtarlı 27 dekabr 2020-ci il tarixində vəfat etmişdir. O, uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkmişdir.
Kamal Məmmədbəyov
Kamal Hüseynağa oğlu Məmmədbəyov (20 mart 1924 – 2 sentyabr 1997) — görkəmli SSRİ və Azərbaycan memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının akademiki (1993), Azərbaycan SSR əməkdar memarı (1975). Sumqayıt şəhərinin şəhərsalma və memarlıq üzrə ilk tədqiqatlar Azərbaycan alimi Kamal Məmmədbəyov tərəfindən keçirilib. Aparılan araşdırma nəticəsi sayılan çoxsaylı elmi əsərlər və monoqrafiya Sumqayıt şəhərinin memarlıq və şəhərsalma inkişafına həsr olunmuşdur. 1988-ci nəşr olunmuş kitabı Sumqayıt şəhərinin memarlığına və şəhərsalmasına həsr olunub. Sumqayıt Tarix Muzeyinin arxiv fonduna Məmmədbəyov tərəfindən böyük həcmdə yaradılmış qrafiki-illüstrativ material təmənnasız bağışlanmışdır. Tofiq Məmmədbəyovun və Leyla Məmmədbəyovanın qardaşıdır.
Kamal Məmmədov
Kamal Şamil oğlu Məmmədov (30 iyul 1998; Qullar, Balakən rayonu — 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Kamal Məmmədov 1998-ci il iyulun 30-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2004-2015-cı illərdə S.Vurğun adına Qullar kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsində təhsil alıb. Subay idi. Kamal Məmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2019-2020-ci illərdə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kamal Məmmədov oktyabrın 16-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kamal Qarani
Mustafa Kamal Karan və ya Kamal Qarani (1923, Amasya – 2008, Ankara) — Türkiyə Böyük Millət Məclisinin deputatı, Cümhuriyyət Xalq Partiyasının üzvü, iş adamı, təsərrüfatçı. Hacı Mahmud Əfəndinin nəvəsidir. Azərbaycan əsilli Kamal Məhəmməd oğlu Karan 1923-cü ildə Osmanlı İmperiyasının Amasya şəhərində anadan olmuşdur. İstanbul İqtisadiyyat və Ticarət Universitetinin Diplomatiya və Beynəlxalq əlaqələr ixtisasını bitirmişdir. Universiteti bitirdikdən sonra Türkiyə ordusunda xidmət etmişdir. Təbiət etibarilə məqsəd yönlü şəxs idi. Elmli, siyasi məsələləri bilən, dəyanətli və müdrik bir siyasətçi idi. Atası Məhəmməd Əfəndi Türkiyənin siyasi həyatında da yaxından iştirak edərək, Mustafa Kamal Atatürklə görüşmüş və hətta oğlunun da adını böyük öndərə hörmət əlaməti kimi Kamal qoymuşdur. Təqaüdə çıxdıqdan sonra Ankarada yaşamışdır. 2008-ci ildə Ankara şəhərində vəfat etmişdir.
Kamal Quliyev
Kamal Quliyev — Azərbaycan futbolçusu, məşqçi. Kamal Quliyev Sumqayıt futbol məktəbinin yetirməsidir.
Kamal Qılıncdaroğlu
Kamal Kılıçdaroğlu (türk. Kemal Kılıçdaroğlu; 17 dekabr 1948, Nazimiyə[d], Türkiyə) — Türk siyasətçi və keçmiş dövlət məmuru. Cümhuriyyət Xalq Partiyasının sədri və Türkiyə Ana Müxalifət lideri (2010-cu ildən). Türkiyə Böyük Millət Məclisinin 22, 23, 24, 25, 26 və 27-ci çağırış millət vəkili, Türkiyədə prezidentliyə sabiq namizəd (2023). 1971-ci ildə əmək fəaliyyətinə Türkiyə Maliyyə Nazirliyində mühasib köməkçisi kimi başlamışdır. 1983-cü ildə Gəlirlər Baş İdarəsinə şöbə müdiri təyin edilmiş, burada idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra sosial sığorta sahəsində işləmiş, Hacəttəpə Universitetində müəllim, İş Bankında idarə heyətinin üzvü olmuşdur. 1999-cu ildən başlayaraq bir müddət Demokratik Sol Partiya ilə əməkdaşlıq etmişdir. 2002 və 2007-ci illərdə İstanbuldan Cümhuriyyət Xalq Partiyası siyahısı ilə Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilir. 2007-ci ildən o, həmçinin Türkiyə Böyük Millət Məclisində Dəniz Baykalla birlikdə CXP fraksiyasının həmsədri olmuş və bu vəzifəni 17 may 2010-cu il tarixinə qədər icra etmişdir.
Kamal Qәliәsgәr
Kamal Qəliəsgər (Qəliəskər Kamaləddinov; 6 yanvar 1879, Kazan – 16 iyun 1933, Kazan) — tatar sovet yazıçısı, ictimai xadim.
Kamal Seyidov
Kamal Mirhəbib oğlu Seyidov (5 mart 1934) — səs operatoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000). Kamal Mirhəbib oğlu Seyidov 5 mart 1934-cü ildə anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutundan məzun olub (1966). 30-a yaxın filmin dublyajında, 70-dən çox filmin səs operatoru olmuş və "Mozalan" jurnalının bir çox süjetlərində işləyib. Azərbaycanın əməkdar mədəniyyət işçisi (18 dekabr 2000) Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafat (2016) Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968) (qısametrajlı sənədli film) Uşaqlığın son gecəsi (film, 1968) (tammetrajlı bədii film) Şərikli çörək (film, 1969) (tammetrajlı bədii film) Aslan və iki öküz (film, 1970) (cizgi filmi) Ayı və siçan (film, 1970) (cizgi filmi) Bizim 416 (film, 1970) (qısametrajlı sənədli film) Mənim Xəzərim (film, 1970) (qısametrajlı sənədli film) Gün keçdi (film, 1971) (tammetrajlı bədii film) Tülkü həccə gedir (film, 1971) (cizgi filmi) Xatirələr sahili (film, 1972) (tammetrajlı bədii film) Mahnı qanadlarında (film, 1972) (tammetrajlı musiqili film) Bizim küçənin oğlanları (film, 1973) (tammetrajlı bədii film) Bulud niyə ağlayır? (film, 1973) (cizgi filmi) Cırtdanın yeni sərgüzəşti (film, 1973) (cizgi filmi) Dağlarda işıq (film, 1973) (qısametrajlı sənədli film) Dənizə çıxmaq qorxuludur (film, 1973) (qısametrajlı bədii film) Baladadaşın ilk məhəbbəti (film, 1974) (qısametrajlı bədii film) Pıspısa xanım və Siçan bəy (film, 1974) (cizgi filmi) Şahzadə-qara qızıl (film, 1974) (cizgi filmi) Maestro Niyazi (film, 1975) (qısametrajlı sənədli film) Şah və xidmətçi (film, 1976) (cizgi filmi) Ürək... Ürək... (film, 1976) (tammetrajlı bədii film) Kirpi balası və alma (film, 1977) (cizgi filmi) Sevinc buxtası (film, 1977) (tammetrajlı bədii film) Toplan və kölgəsi (film, 1977) (cizgi filmi) Arvadım mənim, uşaqlarım mənim (film, 1978) (kinoalmanax) Dissonans (film, 1978) (qısametrajlı sənədli film) Qara Qarayev-60 (film, 1978) (qısametrajlı sənədli film) Sirk mənim həyatımdır (film, 1978) (qısametrajlı sənədli film) Sonrakı peşmançılıq (film, 1978) (cizgi filmi) Vahid bayraq altında (film, 1978) (qısametrajlı sənədli film) Diplom işi (film, 1979) (qısametrajlı bədii film) Sehrlənmiş küpə (film, 1979) (cizgi filmi) Yarımçıq qalmış mahnı (film, 1979) (tammetrajlı bədii film) Xeyir və Şər (film, 1980) (cizgi filmi) Qızıl uçurum (film, 1980) (tammetrajlı bədii film) Vah!.. (film, 1980) (qısametrajlı bədii film) Əgər sən romantikanın ünvanını axtarırsansa...
Kamal Sulaoğlu
Kamal Sulaoğlu və ya Kamal Zəki Sulaoğlu (türk. Kemal Zeki Sulaoğlu) — Türkiyə jurnalisti, yazıçısı və qeyri-hökumət təşkilatı meneceri. Xüsusilə Bursadakı nəşriyyat fəaliyyəti ilə tanınır.
Kamal Sunal
Əli Kamal Sunal (11 noyabr 1944, İstanbul – 3 iyul 2000, İstanbul ) — Türkiyənin məşhur teatr və kino aktyoru. Komediya janrında filmləri ilə məşhur olmuşdur. Xalq arasında əsasən Şaban adı ilə tanınır. Yaradıcılıq fəaliyyəti dövründə 82 filmdə oynamışdır. Sənətkar öz profilinin, oynadığı obrazlara görə fərqli olduğunu bu sözlərlə bildirir: Əli Kamal Sunal 1944-cü il noyabr ayının 11-də İstanbulda anadan olmuşdur. Türk teatr oyunçusu, komediya oyunçusu, film sənətkarı və yazıçı. Türk film sənətinin böyük komediya oyunçusu və film oyunçularından biri olaraq qəbul edilən Kamal Sunal, oynadığı rollarla türk film sənətinə yeni bir canlanma gətirdi. Oynadığı filmlərdə əsasən, saf, şanslı, təmiz qəlbli xarekterləri canlandırmışdır. Filmlərinin çəkilişindən illər sonra belə böyük bir maraqla izlənmişdir. İstanbul Kiçikbazar səmtində doğulan aktyorun atası Mustafa Sunal, anası Səimə Sunaldır.
Kamal Talıbzadə
Kamal Talıbzadə (tam adı: Kamal Abdulla Şaiq oğlu Talıbzadə; 14 avqust 1923, Bakı – 19 yanvar 2006, Bakı) — tənqidçi, ədəbiyyatşünas, 1952-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1972), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980), Azərbaycanın Əməkdar Elm xadimi (1982), Azərbaycanın Əməkdar Maarif xadimi (1983), Azərbaycan Dövlət mükafatı laureatı (1986), Müstəqil Azərbaycan Respublikasının "Şöhrət ordeni" (1998), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) (1989), Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri Abdulla Şaiqin oğlu. Kamal Talıbzadə 1923-cü il 14 avqustda Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini burada alan K.Talıbzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş və 1945-ci ildən etibarən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlamışdır. Müharibə illərində Azərbaycan Radio komitəsində ştatdankənar müxbir olmuş, 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq "Abbas Səhhətin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1949–1952-ci illərdə İstitutda baş elmi işçi, 1952–1960-cı illərdə XIX-XX əsrlər şöbəsinin müdiri, 1960–1981-ci illərdə elmi işlər üzrə direktor müavini, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmiş, 1980–1986-cı illərdə tənqid tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1987–1994-cü illərdə yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır. 1991-ci ildən Abdulla Şaiq mənzil muzeyinin təşkilatçısı və direktoru olmuş, 1994-cü ildən isə AMEA-nın məsləhətçisi kimi işləmişdir. 1950-1952-ci illərdə BDU-da, 1984–1986-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Yeni dövr Azərbaycan ədəbiyyatı və tənqid tarixindən dərs demişdir. 1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən K.Talıbzadə 1957–1966-cı illərdə "Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" respublika Əlaqələndirmə Şurasının sədr müavini, 1966–1971-ci illər sədri, 1968-ci ildə müvəqqəti olaraq institutun direktoru, 1973–1974-cü illər AMEA Rəyasət Heyətinin nəzdində olan elmi kadrların hazırlığı şurasının və ictimai elmlər üzrə elmi məlumat mərkəzi elmi şurasının üzvü, 1960–1981-ci illər institutun elmi Şurasının, doktorluq və namizədlik elmi şuralarının sədr müavini olmuşdur. O, 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin, 1965–1976-cı illərdə isə Rəyasət heyətinin üzvü olmuş, K.Talıbzadə müxtəlif illərdə "Azərbaycan" jurnalı və Azərbaycan KP MK-nın orqanı olan "Azərbaycan kommunisti" jurnalının (1971–1978) redaksiya heyətində, 1980–1987-ci illərdə Sovet Türkoloqları komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir. 1972-ci ildə professor seçilmişdir.
Kamal Türklər
Kamal Türklər — İnqilabçı İşçi Peşələri Konfederasiyası qurucusu və ilk ümumi başçısı. İşçi sinifinin əhəmiyyətli kəslərindən Kamal Türklər, 1926-cı ildə Dənizlidə, yoxsul bir ailənin ilk uşağı olaraq doğuldu. Yoxsulluqla keçən bir ibtidai məktəb çağından sonra, gənc yaşda həyatını dərzi çırağı olaraq işə başladı. Daha sonra köynək ustalığı, ayaqqabıçı çıraklığı kimi müxtəlif işlərdə çalışdı. Bu dövrdə, işçi haqqlarıyla əlaqədar fikirləri şəkilləndi. 1944-cü ildə liseydən məzun olan Türklər, ehtiyat zabit olaraq əsgərliyini etdi və 1946-cı ildə tamamladı. Dənizlinin Tavas mahalında bir il dövlət məmuru olaraq vəzifə yerinə yetirdi. 1947-ci ildə İstanbul Hüquq Fakültəsinə kaydoldu. Bu dövrdə həyatını Bakırköy Emayetaş fabrikində işçilik edərək qazandı. Sendikal həyatı da bu iş sayəsində başladı.
Kamal Təbrizi
Kamal Təbrizi - azərbaycanlı məşhur kinorejissor. 1959-cu ildə Tehran şəhərində anadan olmuşdur. O, anadan olmamışdan əvvəl valideynləri Təbriz şəhərindən Tehran şəhərinə köçmüşdü. Yeni üzə çıxan şəkillərə əsasən demək olar ki, 1979-cü ildə Tehrandakı ABŞ səfirliyinin işçiləri əsir götürülən zaman Kamal Təbrizi orada fotoqraf və jurnalist kimi fəaliyyət göstərmişdir. Kamal Təbrizi Tehran İncəsənət Universitetinin Film və Teatr fakültəsini bitirmişdir.
Kamal Xarazi
Kamal Xarazi-20 Avqust 1997 - 24 Avqust 2005-ci il tarixləri arasında İranın Xarici İşlər Naziri olan islahatçı siyasətçi və diplomatdır.
Kamal Xocəndi
Kamaləddin Məsud Xocəndi və ya Kamal Xocəndi (fars. کمال خجندی‎) (1321, Xücənd – 1400, Təbriz, قاراقویونلولار‎) — tacik şair. Kamal Xocəndi 1321-ci ildə Xocənddə anadan olub. 1385-ci ildə Məkkəyə həccə gedib, həmin il Toxtamış tərəfindən əsir götürülüb, Saraya aparılıb. 5 il sonra vəfat edib, Təbrizdə basdırılıb. Şairin məzarı Təbrizdə, Abbasi və Beylankı küçələrində yerləşən 2-Kamal məzarlığında (Kamal parkında) Kəmaləddin Behzadın məzarının yanındadır. Məzarın üstünə 1996-cı ildə Kamal Xocəndinin heykəli də ucaldılıb. 14000 beytdən ibarət divanı qalmışdır. Divanın orijinal və köçürmə nüsxələri Bakıda, Daşkənddə, Düşənbədə, Sankt Peterburqda və Londonda saxlanılır. Fars və dari dillərində yazmışdır.