AĞACVARİ

sif. Ağacaoxşar, ağac kimi.
AĞACOVAN
AĞADADAŞ
OBASTAN VİKİ
Ağacvari asfodelina
Ağacvari asfodelina (lat. Asphodeline prolifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin asfodelina cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Birillik ot bitkisidir. Kökləri nazik, qısa, qonurdur. Gövdə 10–50 sm hündürlüyündə, ortadan yuxarı budaqlanandır. Yuxarı tərəfi sıxyarpaqlı, aşağı hissəsi ağ pərdəli genişlənmişdir. Salxım boş, 4–10 çiçəklidir. Çiçəkyanlığı ağ, 8 mm uzunluğundadır. Çiçəkyanlığının yarpaqları ellipsivari, kütdür.
Ağacvari fındıq
Ağacvari fındıq (lat. Corylus colurna) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. == Təbii yayılması == Rusiya, Gürcüstan, İran, Kiçik Asiya və Balkan ölkələrində təbii arealı vardır. Azərbaycanda Lənkəran (İşхan çayı hövzəsində), Zaqatala rayonlarında və Qarabağda (Xoros çayı hövzəsi) dəniz səviyyəsindən 1200–1400 m yüksəkliklərdə yayılmışdır. Qarışıq meşələrdə karbonatlı torpaqlarda rast gəlinir. == Botaniki təsviri == Təbiətdə 15–25 m hündürlüyə çatan düz gövdəli bitki növüdür. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Birillik zoğları seyrək tükcüklüdür. Şaxələrində altyarpaqlar qısa, ellipsvarı, iki cür mişardişlidir.
Ağacvari hortenziya
Ağacvari hortenziya (lat. Hydrangea arborescens) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada təbii yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2m, gövdəsi düz iri yarpaqlı koldur. Yumru çətirnin diametri 2 m-ə qədərdir. Yarpaqları yumurtaşəkilli və ya ellipsvari, diametri 8-15 sm, üstdən tünd yaşıl, altdan bozumtul rəngdədir. Zoğları bir az tüklü, alt tərəfi çılpaq, kənarları dişli, bünövrəsində ürəkşəkilli çöküntüsü vardır. 4 yaşından bol çiçəkləyir. Çiçəkləri qalxanvari çiçək qrupunda yerləşir, tacı ağdır. Uzun müddət iyundan sentyabr ayına kimi fasiləsiz çiçəkləyir.
Ağacvari söyüd
Ağacvari söyüd (lat. Salix arbuscula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiyanın Avropa hissəsində, Şotlandiyada, Skandinaviyada və İsveçrədə təbii аrеаllаrı vardır. == Azərbaycanda yayılması == Quba rayonunda alp və aşağı alp qurşağında təbii halda yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yеr == Orta və yuxarı dağ qurşaqlarında qayalıq yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 30 sm-ədək, çoxbudаqlı kоlcuqdur. Bitkinin budаqlаrı qırmızıqоnur rəngli, çılpаqdır. Tumurcuqlаrı хırdа və sivri olub, qırmızı-sаrıdır.
Ağacvari xostək
Ağacvari şaqqıldaq
Ağacvari şaqqıldaq (lat. Colutea arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Mərkəzi Avropada, Aralıq dənizinin qərb sahillərində, Kiçik Asiyada, Şimal-qərbi Afrikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m olan ağac və ya koldur. Yarpaqları yumurtavari, ellipisvari və ya geniş ovalşəkilli olub, 6-14 sm uzunluğunda, rəngi yaşıl, 4-6 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 3 sm uzunluğunda, 1,5 sm enində, yumurtavari-ellipsvari və ya geniş, ovalşəkillidir. Ucu küt, üzəri çılpaq, uc hissəsi oyuqsuzdur. Salxımları 4-8 çiçəkli olub, çiçəyin kasacığı dişicik sütuncuğundan 2-3 dəfə qısa, çiçək tacı böyük, qızılımtıl-sarı rəngdədir. Yelkəni tünd qırmızı damarlıdır. Qayıqcığa bərabər və ya ondan qısadır.
Ağacvari şoran
Ağacvari şorangə
Ağacvari şorangə (lat. Salsola arbuscula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Ön Asiyada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm olan,şaxələnmiş budaqlı koldur. Yarpaqları ensiz-xətvari, ətlidir. Çiçəkləri bir ədəd yarpaq qoltuqlarında sünbülvari və ya süpürgəvari çiçək qrupuna yığılmışdır. == Ekologiyası == Çox vaxt duzlu, çınqıllı və qumluca torpaqlarda, səhralarda və yarımsəhralarda bitir. == Azərbaycanda yayılması == Xızı rayonu ətrafında rast gəlinir. == İstifadəsi == Xırdabuynuzlu heyvanlar üçün qış yemidir. Dəvələr şoran otunu il ərzində yeyir.
Ağacvari fındıq və ya ayı fındığı
Ağacvari fındıq (lat. Corylus colurna) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. == Təbii yayılması == Rusiya, Gürcüstan, İran, Kiçik Asiya və Balkan ölkələrində təbii arealı vardır. Azərbaycanda Lənkəran (İşхan çayı hövzəsində), Zaqatala rayonlarında və Qarabağda (Xoros çayı hövzəsi) dəniz səviyyəsindən 1200–1400 m yüksəkliklərdə yayılmışdır. Qarışıq meşələrdə karbonatlı torpaqlarda rast gəlinir. == Botaniki təsviri == Təbiətdə 15–25 m hündürlüyə çatan düz gövdəli bitki növüdür. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Birillik zoğları seyrək tükcüklüdür. Şaxələrində altyarpaqlar qısa, ellipsvarı, iki cür mişardişlidir.

Значение слова в других словарях