ağzından qaçırma (danışıqda xəta)

a slip of the tongue обмолвка (оговорка)
ağzından köpük qusmaq
ağzından qaçırmaq
OBASTAN VİKİ
Sidik qaçırma
Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması. Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması. Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama. Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir. Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.) Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər: Sidik gündəliyi (günlüyü) Pambıqlı bez sınağı Öskürək sınağı İşəyəndən sonra qalıq sidiyin ölçülməsi Sistoskopiya Urodinamik sınaqlar Müalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır: gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və/və ya cərrahi müdaxilə qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin məşqi, antixolinergik dərmanlar, cərrahiyə daşma tipli sidik qaçırması - kateter funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi. Enurez nədir?
Qaçılmaz xəta
Qaçılmaz xəta (ing. fatal error) – tətbiqi proqramın, yaxud bütöv sistemin işini davam etdirməyə imkan verməyən aparat, sistem və ya tətbiqi proqram xətası; çox zaman verilənlərin, tranzaksiyaların, faylların və s. itməsi kimi xoşagəlməz nəticələrə səbəb olur. Təəssüf ki, adi istifadəçinin qaçılmaz xətalarla mübarizə yolları çox azdır: komputeri yenidən yükləmək, tətbiqi proqramı və ya əməliyyat sistemini yenidən quraşdırmaq, proqram təminatını yeniləmək,hansı hallarda qaçılmaz xətanın meydana çıxması ilə bağlı statistikanı toplamaq və müşayiət xidmətinə müraciət etmək və s..
Xəta (riyaziyyat)
Xəta – müşahidə edilən və ya ölçülən nəticələrlə həqiqətdə olacaqlar arasında uyuşmazlıq. Riyaziyyatda və hesablama texnikasında “ERROR” ilə “MISTAKE” heç də eyni şey deyildir. Riyaziyyatda xəta (error), alınmış qiymət ilə verilmiş standart kəmiyyət arasındakı fərqdir; məsələn, statistikada xətalar qaçılmazdir və statistik verilənlər, adətən, “Seçmə yolu ilə aparılmış araşdırmanın xətası: ±5%” kimi qeydlərlə müşayət olunur. Kompüterlərin aparat və proqram təminatında xəta, ya hadisələrin gözlənilməz gedişinin nəticəsi, ya da mümkün olmayan və ya yolverilməz hərəkətləri həyata keçirmək cəhdinin nəticəsidir. Belə ki, veriliş xətası bir və ya bir neçə bitin təhrif olunmasını, “sıfıra bölmə” xətası isə proqramın sıfıra bölməni həyata keçirməyə cəhd etməsini göstərə bilər. Xətalar çox kiçik ola bilər, məsələn, disksürənin kilidi bağlı olmadıqda proqram diskdən istifadə edə bilmir; çox ciddi problemlər də ola bilər, məsələn, aparat təminatındakı nasazlıq və ya ciddi proqram xətası sistemin sıradan çıxmasına səbəb ola bilir. Praktik məsələlərin həllində bəzi hallarda kəmiyyətin dəqiq qiyməti ilə yanaşı onun təqribi qiymətindən də istifadə olunur. Tutaq ki, hər hansı kəmiyyətin dəqiq qiyməti A {\displaystyle A} , kəmiyyətin A {\displaystyle A} dəqiq qiymətə uyğun təqribi qiyməti isə a {\displaystyle a} ilə işarə olunmuşdur. Kəmiyyətin təqribi qiyməti onun dəqiq qiymətindən az fərqlənir və hesablama proseslərində ondan olunur. Bundan sonra dəqiq və təqribi ədəd uyğun olaraq A {\displaystyle A} və a {\displaystyle a} ilə işarə edəcəyik.
Xəta anlayışı

Xəta mesajı
Xəta mesajı – sistemdə olan və insanın müdaxiləsini tələb edən xəta haqqında istifadəçini məlumatlandıran sistem və ya proqram mesajı. Məsələn, proqram verilənləri printerə göndərə bilmədikdə belə bir mesaj verə bilər: “Printer Not Ready” (“printer hazır deyil”). Belə mesajlarla təsvir olunan xətaların diapazonu çox genişdir: asanca (məsələn, diski boş disksürənə qoymaqla) aradan qaldırılan xətalardan tutmuş, yalnız sistemi yenidən başlatmaqla (RESTART) aradan qaldırılması mümkün olan ciddi problemlərə kimi.
Xəta tezliyi
Xəta tezliyi – rabitə sistemlərində: göndərilmiş düzgün olmayan bitlərin sayı (adətən, 100 000 bitə bir bit). Standart telefon xətləri ilə iş zamanı modem üçün tipik xəta tezliyi təxminən 200 000 bitə bir bit olur. Verilənlərin ötürülməsi proqramları belə xətaları qəbuletmə anında müxtəlif prosedurlar (xətaların aşkarlanması və düzəldilməsi prosedurları) vasitəsilə düzəltməyə çalışır.
İnzibati xəta
İnzibati xəta — idarəetmə sahəsində olan hüquq pozuntularıdır. İnzibati hüququn predmetinə idarəetmə sahəsində yaranan münasibətlər aid olunur. Buna görə də bu sahədə yaranan hüquqpozuntuları inzibati xəta adlanır. İnzibati hüquqa aid olan bütün digər anlayışlar kimi, inzibati xəta da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb. İnzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) ikinci fəslində öz əksini tapıb. Həmin fəsil "İNZİBATİ XƏTA VƏ İNZİBATİ MƏSULİYYƏT" adlanır. İnzibati xətalar ümumiyyətlə həyatımızda çox geniş yayılıb. İnzibati xətalarla cinayətləri bir-birindən fərqləndirmək lazımdır. Həm inzibati xətalarda, həm də cinayət əməllərində qanunpozuntuları olur. Yəni, onların xəta hesab olunmasının başlıca amili qanunazidd əməlin olmasıdır ki, bu da onları bir-birinə yaxınlaşdırır.
İrsi xəta
İrsi xəta (ing. inherent error ~ ru. унаследованная ошибка ~ tr. kalıtsal hata) – fərziyyələrdə, layihədə, məntiqdə və / və ya alqoritmdə olan və proqramın yaxşı yazılmasına baxmayaraq, onu yanlış işləməyə vadar edən xəta. Məsələn, paralel portdan istifadə üçün yazılmış ardıcıl rabitə proqramında irsi xəta var. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qazaxıstanda qız qaçırma
Qız qaçırtma (qaz. қыз алып қашу) — qazax toy ənənələrindən biri. Müasir Qazaxıstan ərazisində məcburi evlilik praktikası qədim dövrlərdə yaranmışdır və bu günə qədər mövcuddur, baxmayaraq ki, Sovet dövründə bu fenomenin yoxa çıxdığı hesab olunurdu. Həqiqi qaçırma ilə yanaşı, tərəflərin qarşılıqlı razılığı ilə "qaçırma" təqlidi praktikası da mövcuddur. Evlilik məqsədi ilə edilən qədim qız qaçırma ənənəsi patriarxatın ortaya çıxmasına aiddir. Orta Asiya və Qazaxıstanda qız qaçırma nadir hallarda baş verirdi. Adətən belə hadisə valideynlər evliliyə razı olmadıqda və ya toyu çox gecikdirəndə baş verirdi. Qazaxlar arasında üstünlük təşkil edən evlilik forması elçilik (kudalık) və sonradan gəlinin "alınması" üçün verilən qalımdan ibarət idi. Hüquqi adətdə qazaxlarda müxtəlif münasibətlə qarşılanan fərqli qız qaçırma növləri var idi. Gəlinin adaxlı olduğu və onun atasının elçilik şərtlərini pozduğu halda, bu cür qız qaçırması (gənclər "qaçırma"ya əvvəlcədən razıllıq verirdilər) ağır cinayət hesab edilmirdi.
Xəta aşkarlama kodlaşdırması
Xəta aşkarlama kodlaşdırması – verilənlərin saxlanması və ya ötürülməsində yaranan xətaları aşkarlamağa imkan verən kodlaşdırma üsulu. Belə kodlaşdırma üsullarının əksəriyyəti, onların aşkarlaya biləcəyi yanlış bitlərin sayı ilə xarakterizə olunur. Fayldakı yanlış bitlərin sayı həmin həddi aşarsa, xətalar aşkarlanmamış qala bilər.