1. bax abadlıq.
Hərə bir əl qoysa abadanlığa; Kəndimiz böyüyüb bir şəhər olar.
[Kəndlilər] bir yerdə işləsinlər; … hökumət bu işə kömək də edir, pul da buraxır, maşın da verir, abadanlıq üçün lazımi şeylər də buraxır.
2. Kənd, şəhər, yaşayış yeri, məskən.
[Molla İbrahimxəlil:] Məgər mən öz ixtiyarımla belə abadanlıqdan xaric, xəlvət guşəyə özümü çəkmişəm?
□ Abadanlıq salmaq – məskən salmaq, yurd salmaq.
Bakının Məhəmmədli kəndindən köçərilər gəlib, bu məhəllənin cənub tərəfində abadanlıq salmışlar.
3. bax avadanlıq 1-ci mənada.
[Gülcahan:] Plov nədi, zad nədi?… Sən də, qardaşım, abadanlıqdan danışırsan.
Ancaq mənə verilən üç otağın nə bir stolkürsüsü vardı ki, üstündə oturub yazı yazasan, nə də bir qeyri abadanlıq vardı.