ABADANLIQ

is.
1. bax abadlıq.
Hərə bir əl qoysa abadanlığa; Kəndimiz böyüyüb bir şəhər olar. S.Vurğun.
[Kəndlilər] bir yerdə işləsinlər; … hökumət bu işə kömək də edir, pul da buraxır, maşın da verir, abadanlıq üçün lazımi şeylər də buraxır. T.Ş.Simurq.

2. Kənd, şəhər, yaşayış yeri, məskən.
[Molla İbrahimxəlil:] Məgər mən öz ixtiyarımla belə abadanlıqdan xaric, xəlvət guşəyə özümü çəkmişəm? M.F.Axundzadə.

□ Abadanlıq salmaq – məskən salmaq, yurd salmaq.
Bakının Məhəmmədli kəndindən köçərilər gəlib, bu məhəllənin cənub tərəfində abadanlıq salmışlar. H.Sarabski.

3. bax avadanlıq 1-ci mənada.
[Gülcahan:] Plov nədi, zad nədi?… Sən də, qardaşım, abadanlıqdan danışırsan. N.Vəzirov.
Ancaq mənə verilən üç otağın nə bir stolkürsüsü vardı ki, üstündə oturub yazı yazasan, nə də bir qeyri abadanlıq vardı. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ABADANLIQ kənd — şəhər — məskən — şenlik
  • ABADANLIQ abadanlıq bax 1. abadlıq; 2. avadanlıq
ABADANLAŞMAQ
ABADLAŞDIRILMA

Digər lüğətlərdə