Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abış Ahməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Abış Mustafayev
Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) (rus. Мустафаев Абыш Гусейнович və ya Гусеин-оглы, d. 1924 – ö. 2020, Qazax, Azərbaycan (indiki Ağstafa) rayonunun Köhnə Qışlaq kəndi) — Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı. == Həyatı == Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) 1924-cü ildə Qazax mahalının ucqar dağ kəndi Köhnə Qışlaqda anadan olub. 1943-cü ildə orta məktəbi bitirib faşistlərə qarşı müharibəyə yollanıb. 1947-ci ildə müharibədən orden-medallarla qayıdan A.H.Mustafayev həmin il imtahansız Azərbaycan Dövlət Universitetinə qəbul olunub. 1952-ci ildə universiteti bitirərək bir müddət indiki Həsənsu məktəbində, sonra isə doğma Köhnə Qışlaqda müəllim və direktor işləmişdir. 50 illik pedaqoji işdən sonra qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı kimi təqaüdə çıxmışdır. Beş övladı — üç oğlu, iki qızı var.
Abış Əhməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Məşədi Abdulla bəy Abış
Abdulla bəy Vəlizadə (Məşədi Abış bəy; 1841, Şuşa, Kaspi vilayəti – 1912, Şuşa) — şair, Baharlı tayfasının nümayəndəsi. Məşədi Əsədulla bəy Vəliyevin oğlu. == Həyatı == Abdulla bəy 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Fars və rus dillərini bilmişdir. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınmışdır. Anasının adı Əzəd xanımdır. Məhəmmədəli bəy Vəlizadənin kiçik qardaşıdır. Təhsilini Şuşada alan Abdulla bəy Mir Möhsün Nəvvabın təşkil etdiyi "Məclisi-fəramuşan"ın fəal üzvü olmuş, klassik üslubda şeirlər yazmışdır. Abdulla bəy Vəlizadə "Məclisi-fəramuşan"ın üzvü olarkən bir neçə şairlə dostluq etmiş, onlarla şeirləşmişdir. O, "Məclisi-fəramuşan"ın üzvü Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə kimi şairlərlə də şeirləşmişdir.
Məşədi Abış bəy Novruzov
Abışabad
Abışabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad r-nunun Şiləvəngə i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Abış (şəxs adı) və abad topokomponentlərindən ibarətdir. Bu I şəxs adı ilə bağlı Masallı r-nunun Şıxlar kəndi ərazisində Abış təpəsi oronimi və Ağcabədi r-nunun Qaradolaq i.ə.v.-də Abışbəyli (1933) oykonimi məlumdur. Elmi ədəbiyyatların verdiyi məlumata görə, bu yaşayış məntəqəsi keçmişdə həmin ərazidə yaşayan aslar tayfasının üçüncü qolundan olan Abış bəyə mənsub ailələr tərəfindən XIX əsrdə salınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1025 nəfər əhali yaşayır.
Abışəhməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Arif Abışov
Asif Əlövsət oğlu Abışov (16 may 1992, Lək, Bərdə rayonu – 2 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Abışov 1992-ci il mayın 16-da Bərdə rayonunun Lək kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Asif Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Abışov noyabrın 2-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunun Lək kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asif Abışov
Asif Əlövsət oğlu Abışov (16 may 1992, Lək, Bərdə rayonu – 2 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Abışov 1992-ci il mayın 16-da Bərdə rayonunun Lək kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Asif Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Abışov noyabrın 2-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunun Lək kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azad Abışev
Abışov Azad Ziyad oğlu (15 may 1935, Puşkin) — Azərbaycan əsilli Rusiya kimyaçısı, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor. == Həyatı == Abışev Azad Ziyad oğlu 1935-ci il mayın 15-də Azərbaycan Respublikasının Puşkin (indiki Biləsuvar) rayonunun Qriboyedovka qəsəbəsində anadan olub.Atası — Ziyad Musa-Rza oğlu (1910—1981-ci illər) və anası Qəmər Heydər qızı (1914—2003-cü illər) əslən İran sərhədi ilə yaxın olan Qara-Kazımlı dağ rayonundandırlar. 1937—1939 illərdə bu rayonun sakinləri Orta Asiyaya deportasiya olunmuş, atası və anası isə Qriboedovka rus kəndinə köçmüşlər. == Təhsili == 1946—1956 illərdə Puşkin rayonun Nizami adına orta məktəbində oxumuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakultəsinə qəbul olmuş və oranı fərqlənmə ilə bitirmişdir. 1963-cü ildə Leninqrad şəhərində SSRİ EA-nın V.L. Komarov adına Botanika İnstitutu bitkilərin kimyası laboratoriyasının aspiranturaya qəbul olunmuşdur. Eyni zamanda 1963—1965-cü illərdə A.A. Jdanov adına Leninqrad Dövlət Universitenin kimya fakultəsində oxumuşdur. 1967 -ci ildə A.Z. Abışev LDU-nın kimya fakültəsinin elmi şurasında elmi dərəcə almaq üçün dissertasiya müdafiə etmişdir, 1978-ci və 1984 -cü illərdə bioorqanik kimya, təbii və fizioloji aktiv maddələrin kimyası və orqanik kimya (zərif üzvi sintez) ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcə almaq üçün disertasiya müdafiə etmişdir. 1979-cu ildə ona baş elmi işçi, 1991 -ci ildə isə professor adı verilmişdir. 1992-ci ildə о Avropa Kimyaterapeya Cəmiyyatinin üzvü, 1994 -cü ildə isə Nyu-York Elmlər Akademiyasının bitki dərmanların kimyası və texnologiyası və qeterodövrlü birləşmələrin biokimyası sahəsində həqiqi üzvü seçilmişdir.
Azad Abışov
Abışov Azad Ziyad oğlu (15 may 1935, Puşkin) — Azərbaycan əsilli Rusiya kimyaçısı, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor. == Həyatı == Abışev Azad Ziyad oğlu 1935-ci il mayın 15-də Azərbaycan Respublikasının Puşkin (indiki Biləsuvar) rayonunun Qriboyedovka qəsəbəsində anadan olub.Atası — Ziyad Musa-Rza oğlu (1910—1981-ci illər) və anası Qəmər Heydər qızı (1914—2003-cü illər) əslən İran sərhədi ilə yaxın olan Qara-Kazımlı dağ rayonundandırlar. 1937—1939 illərdə bu rayonun sakinləri Orta Asiyaya deportasiya olunmuş, atası və anası isə Qriboedovka rus kəndinə köçmüşlər. == Təhsili == 1946—1956 illərdə Puşkin rayonun Nizami adına orta məktəbində oxumuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakultəsinə qəbul olmuş və oranı fərqlənmə ilə bitirmişdir. 1963-cü ildə Leninqrad şəhərində SSRİ EA-nın V.L. Komarov adına Botanika İnstitutu bitkilərin kimyası laboratoriyasının aspiranturaya qəbul olunmuşdur. Eyni zamanda 1963—1965-cü illərdə A.A. Jdanov adına Leninqrad Dövlət Universitenin kimya fakultəsində oxumuşdur. 1967 -ci ildə A.Z. Abışev LDU-nın kimya fakültəsinin elmi şurasında elmi dərəcə almaq üçün dissertasiya müdafiə etmişdir, 1978-ci və 1984 -cü illərdə bioorqanik kimya, təbii və fizioloji aktiv maddələrin kimyası və orqanik kimya (zərif üzvi sintez) ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcə almaq üçün disertasiya müdafiə etmişdir. 1979-cu ildə ona baş elmi işçi, 1991 -ci ildə isə professor adı verilmişdir. 1992-ci ildə о Avropa Kimyaterapeya Cəmiyyatinin üzvü, 1994 -cü ildə isə Nyu-York Elmlər Akademiyasının bitki dərmanların kimyası və texnologiyası və qeterodövrlü birləşmələrin biokimyası sahəsində həqiqi üzvü seçilmişdir.
Babək Abışov
Babək Vaqif oğlu Abışov (25 aprel 1994, Beyləqan rayonu – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babək Abışov 1994-cü il aprelin 25-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Babək Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Abışov oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Abışov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Abışov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Abışov
Elnur Şaiq oğlu Abışov ( d. 1 sentyabr 1997, Qarasu, Kürdəmir — ö. 7 oktyabr 2020, Suqovuşan, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi.. == Həyatı == Abışov Elnur Şaiq oğlu 1 sentyabr 1997-ci ildə Kürdəmir rayonunun Qarasu kəndində doğulub. Subay idi. == Hərbi xidməti == 2016-ci ildə Aprel döyüşlərində iştirak edib, fəallıq göstərib. Hərbi xitmətini başa vursa da, vətənə olan sevgisi onu hərbidən kənarda çox saxlaya bilməyib. Yenidən müddətdən artıq hərbçi kimi xidmətə başlayıb. 2020-ci ildə qardaşı Səfalı ilə birgə Vətən Müharibəsinə qatılır. Talış və Suqovuşan kəndi uğurunda gedən döyüşlərdə düşmənin bir neçə texnikası və xeyli sayda canlı qüvvəsini məhv edib.
Fərid Abışov
Fərid Əlfayım oğlu Abışov (28 dekabr 1996; Yevlax, Azərbaycan — 19 noyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Abışov 1996-cı ildə Yevlax rayonunun Qoyunbinəsi kəndində anadan olmuşdur. Aprel döyüşlərinin iştirakçısı olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Fərid Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsində savaşıb. Fərid Abışov oktyabrın 10-də Suqovuşan istiqamətində yaralanıb. 19 noyabrda şəhid olub. Yevlax Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Abışov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mayis Abışov
Mayis Gülmurad oğlu Abışov (29 aprel 1984, Şamaxı – 10 sentyabr 2007, Qazax rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Mayis Abışov, 2007-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. == Həyatı == Mayis Abışov 1984-cü il 29 apreldə Şamaxı şəhərində anadan olub. 2002-ci ildə hərbi xidmətə yollanan Mayis Abışov, 2007-ci il 10 sentyabrda Azərbaycan-Ermənistan təmas xəttinin Qazax rayonunu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Mayis Abışov Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Nasim Abışov
Şablon:"Əməkdar müəllim Nasim Əjdər oğlu Abışov — pedaqogika üzrə elmlər doktoru, professor, Respublikanın Əməkdar müəllimi. Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü. == Həyatı == Abışov Nasim Əjdər oğlu 12 may 1974-cü il tarixində Yardımlı rayonunun Bozayran kəndində anadan olmuşdur. Orta məktəb şagirdləri arasında kimya fənni keçirilmiş Respublika fənn olimpiadalarının qalibi kimi 1991-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız qəbul olunmuş və 1996-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. N.Ə.Abışov BDU-da oxuduğu dövr ərzində ali məktəb tələbələri arasında kimya fənni üzrə keçirilmiş Respublika fənn olimpiadalarının qalibi olmuşdur. O, 1996-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Fiziki kimya” ixtisası üzrə aspiranturasına daxil olmuş, 1999-cu ildə oranı bitirmiş, 2000-ci ildə həmin ixtisas üzrə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. Aspiranturada oxuduğu dövrdə BDU-da yaradılmış “Kimyadan dünya olimpiadasına hazırlıq mərkəzində” orta məktəb şagirdlərindən ibarət Azərbaycan yığma komandasının hazırlığında fəal iştirak etmişdir. N.Ə.Abışov yığma komandanın uğurlu nəticələrinə görə MDB ölkələrinin “Kimyadan Təhsil Assosiasiyasının“ diplomu, 2 dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2 dəfə BDU- nun Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2011-ci ildə ADPU-nun "Kimyanın tədrisi metodikası" ixtisası üzrə doktoranturasını bitirmişdir. 2013-cü ildən pedaqogika üzrə elmləri doktoru, 2017-ci ildən professordur.
Ruslan Abışov
Ruslan İbrahim oğlu Abışov (10 oktyabr 1987[…], Bakı) — "Neftçi" Bakı klubunun və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisidir. 2017-ci ilin yanvar ayından etibarən Azərbaycanın ""Neftçi"" klubunda çıxış edir. "Neftçi Bakı" və "Xəzər-Lənkəran" klublarının heyətində çıxış edib. 2011, 2012-ci illərdə Azərbaycan çempionu olub, 2012-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. == Həyatı == Ruslan Abışov Bakıda anadan olub. 6 yaşında Uşaq Gənclər Futbol Məktəbinə üz tutub. Abışovun ilk məşqçisi Əli Məmmədov olub. Ruslan daha sonra İsmayıl Əliyev, İbrahim Dadaşov və Rüstəm Rəhimovun rəhbərliyi altında futbolun sirlərinə yiyələnib. Onun futbolçu kimi püxtələşməsində İslam Kərimovun da böyük rolu olub. Ruslan Abışov orta təhsilinə paytaxtın 246 saylı məktəbində yiyələnib.
Sirac Abışov (şəhid)
Sirac Abış oğlu Abışov (29 avqust 1989, Qubadlı – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Televiziyasının operatoru, şəhid. == Həyatı == 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. . === Vəfatı === 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.“Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb. == Təltifləri == Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib. == Xatirəsinin əbədiləşdirilməsi == Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.Sirac Abışovun və Məhərrəm İbrahimovun adları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisində Azərbaycan mətbuatının şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub.25 avqust 2022-ci ildə AzTV sədri Rövşən Məmmədovun təşəbbüsü ilə xatirəsini əbədiləşdirmək üçün Sirac Abışov adına mükafat təsis edilib.
Tacəddin Abışov
Tacəddin Elşən oğlu Abışov (27 noyabr 2001; Xəlfəli, İmişli, Azərbaycan — 9 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacəddin Abışov 2001-ci il noyabrın 27-də İmişli rayon Xəlfəli kəndində anadan olub. Orta təhsilini İmişli rayon Xəlfəli kənd tam orta məktəbində alıb. 2020-ci il yanvar ayında hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman döyüşlərə qatılıb. Suqovuşanın və Ağdamın azad olunmasında qəhrəmancasına iştirak edib. 10 oktyabr 2020-ci ildə Ağdərədə şəhidlik zirvəsinə ucalıb. Subay idi. Ölümündən sonra 4 medalla təltif edilib. İmişli rayon Xəlfəli kəndində dəfn olunub.
Telman Abışev
Telman Nadir oğlu Abışev (3 oktyabr 1995; Sumqayıt, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Telman Abışev 1995-ci il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Telman Abışev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Telman Abışev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Abışev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Abışev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Abışev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vaqif Abışov
Vaqif Şirin oğlu Abışov (27 fevral 1955, İmişli) — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, dosent, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan xalqına qarşı soyqırımları tarixi" şöbəsinin aparıcı elmi işçisi. == Həyatı == Vaqif Abışov 1955-ci il fevralın 27-də Azərbaycan Respublikasının İmişli şəhərində anadan olmuşdur. 1962-1972-ci illərdə İmişli şəhər N.Nərimanov adına 1 saylı orta məktəbdə təhsil almışdır. Vaqif Abışov 1973-1975-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1975-1980-ci illərdə Bakı şəhərində H.Z.Tağıyev adına Toxuculuq fabrikində müxtəlif vəzifələrdə işləmişdir. Vaqif Abışov 1981-1986-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. O, 1986–1999-cu illərdə Lənkəran şəhər 3 saylı orta məktəbdə, eyni zamanda 1992-1999-cu illərdə Lənkəran Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Ailəlidir, üç övladı var. == Elmi fəaliyyəti == Vaqif Abışov 1995-ci ildən "1917–1918-ci illərdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı" adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləyərək, 2007-ci ildə onu müvəffəqiyyətlə müdafiə etmiş və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Vaqif Abışov 2000–2003-cü illərdə AMEA Milli Münasibətlər İnstitutunda elmi işçi, 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi, böyük elmi işçi, 2014-cü ildən isə aparıcı elmi işçi vəzifəsində işləyir.
Zəka Abışov
Zəka Abışov (tam adı: Zəka Zakir oğlu Abışov; 19 mart 2001, Qızıldaş – noyabr 2020, Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abışov Zəka Zakir oğlu 19 mart 2001-ci ildə Bakı şəhəri Qaradağ rayonu Qızldaş qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 2007-ci ildə şəhid qohumu Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamışdır. Uşaq yaşlarından idmana maraq göstərmiş və karate ilə məşğul olmuşdur. 2016-cı ildə orta təhsilini bitirib "İnşaat qəlibsiçi" ixtisası üzrə 8 saylı peşə məktəbinə daxil olmuşdur. 2019-cu ildə peşə təhsilini uğurla başa vuran Zəka, həmin ilin oktyabr ayında hərbi xidmətə yola düşmüşdür. == Şəhadəti == Komandirlərinin söylədiyinə görə, Zəka hərbi xidməti dövründə fiziki gücü və qorxmazlığı ilə öz əsgər yoldaşlarından fərqlənmişdir. Xidmətinin böyük qismini Füzuli rayonu ərazisində — qoşunların öz xətt bölmələrində (birinci eşalon) keçirimişdir. 27 sentyabr tarixində bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayarkən Zəka Füzuli rayonunda döyüşlərə qatılmış, Füzuli əməliyyatında və Cəbrayıl uğrunda döyüşlərdə iştirak etmişdir. Abışov Zəka noyabr ayının əvvəlləri düşmənin əks həmləsinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Ülvi Abışov
Ülvi Bayram oğlu Abışov (23 aprel 1997; Şəki rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Abışov 1997-ci il aprelin 23-də Şəki rayonunun Turan qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ülvi Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Abışov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Abışov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Abışov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şakir Abışov
Şakir Zəkəriyyə oğlu Abuşov (20 mart 1950, Qızılağac, Masallı rayonu) — Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı (1993–2000). == Həyatı == 1950-ci ilin mart ayında Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetini və Bakı Sosial-İdarəetmə və Politologiya İnstitutunu bitirib. İlk əmək fəaliyyətinə Masallı rayonunun "Kalinin" adına sovxozunda mühasib kimi başlayıb. Hərbi xidməti başa vurduqdan sonra Sumqayıta gəlmiş, Səthi Aktiv Maddələr zavodunda aparatçı işləyib. Sonralar zavod birlik komsomol komitələrinin katibi, Sumqayıt şəhər partiya komitəsində təlimatçı, şöbə müdirinin müavini, şöbə müdiri, partiya komitəsinin katibi vəzifələrində çalışıb. 1991-ci ildən 1993-cü ilədək Sumqayıt şəhər Xalq Deputatları Sovetinin sədri olub. Şakir Abuşov 7 ilə yaxın Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəhbərlik edib. O, vəzifəsindən 28 iyun 2000-ci ildə azad edilib.
Şəmsəddin Abışov
Şəmsəddin Qocabəy oğlu Abışov (14 sentyabr 1963, Köryədi, Yardımlı rayonu) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini, gömrük xidməti polkovniki. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin keçmiş rəisi. == Həyatı == Şəmsəddin Abışov 14 sentyabr 1963-cü ildə Yardımlı rayonunun Köryədi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1986-cı ildə Şimali Osetiyada Orconikidze (vladiqafqaz) Ali Hərbi Ümumqoşun Komandirlər məktəbini, 1998-ci ildə isə Azərbaycan Respublikası Hərbi Akademiyasını bitirmişdir. 1986-1992-ci illərdə keçmiş Sovet Ordusunda müxtəlif vəzifələrdə, 1992-ci ildən 2016-cı ilə qədər Azərbaycan Ordusunda zabit kimi xidmət etmişdir. Xidmət etdiyi dövrlərdə döyüş bölgələrində böyük həcmli hərbi hissə komandiri, birliyin qərargah rəisi vəzifələrinə qədər yüksəlmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilmişdir. 2014-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparıcı kafedraların rəisi vəzifələrində xidmət etmişdir. 2016-cı ilin sonunda təyin edilmiş yaş həddinə görə Silahlı Qüvvələrdən "Polkovnik" rütbəsi ilə ehtiyata buraxılmışdır. 2018-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini vəzifəsinə, Gömrük xidməti polkovniki rütbəsi verilməklə təyin edilmişdir.
Abiş Xatun
Abiş Xatun və ya Abaş Xatun (d. ? - ö. 29 dekabr 1286, Təbriz) - 1264-cü ildən 1282-ci ilə qədər Şiraz Salqurlularının IX və sonuncu hökmdarı. == Həyatı == Atası Sad ibn Əbu Bəkir Yəzd atabəyinin qızı Terkən Xatundir. Anadan olma tarixi bilinməməkdədir. Fars atabəyi olan Səlcuqşah Abiş Xatunun anası Terkən Xatunu öldürüb, Abiş Xatun və bacısını həbs edmişdi. Bunun ardınca, Elxani məmurlarını da öldürdükdən sonra Hülakü xan tərəfindən üzərinə ordu göndərilmiş və öldürülmüşdür. Atasından sonra taxta çıxan kiçik qardaşı Məhəmməd öldükdən sonra, 1264-cü ildə adına xütbə oxutduraraq və sikkə kəsdirərək taxta çıxmışdır. Ona bu işdə Hülakü xan yardım etmişdir.
Abı
Abı (q.yun. Ἄβαι) — Qədim Yunanıstanda, Fokidada şəhər. Bu, Apollon ibadətgahı ilə məşhur idi. Əhəməni padşahı Kserksin öz ölkələrini xarabalığa çevirməsindən sonra şəhərin sakinləri abantlar təqribən Evbeyaya köçmüşdülər. Həmin vaxtdan ada Abantida adlandırılmağa başlamışdır. Məbəd yenidən qurulmuş, lakin sonra Beotiya yunanları tərəfindən dağıdılmışdır. Hər halda, şəhər məhv olmamışdır. Abı Roma hökmranlığı dövründə muxtariyyət hüquqlarını almışdır. İmperator Adrianın əmri ilə məbəd bərpa edilmişdir.
Abıy ulusu
Abıy ulusu (saxa Абый улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Belaya Qora şəhər tipli qəsəbəsidir. == Coğrafiyası == Arktikada (coğrafi koordinatları: 146 ° 25 'şərq uzunluğu və 68 ° 32' şimal enliyi), Kolıma ovalığında yerləşir. Allayıaxa, Orta Kolıma, Yuxarı Kolıma, Muoma və Ust-Yana ulusları ilə həmsərhəddir. Ərazi — 69,4 min km²-dir. Rusiyadakı on birinci ən uzun çay olan İndigirka və Uyandı çayları rayon ərazisindən axır. Aşağıdakı yaşayış məntəqələri rayonda yerləşir: Suturuoxa, Kuberqan, Abu, Sıagqannah, Kenq-Kuel. Çoxlu sayda kiçik və böyük göllərə sahibdir (təxminən 12000), bunlardan ən böyüyü Ojoqino gölüdür. Landşaft əsasən meşə-tundra ilə təmsil olunur. Bitki örtüyündə Qmelin şamı üstünlük təşkil edir.
Adış Məmmədov
Adış Məmmədov (tam adı: Adış Sakit oğlu Məmmədov 17 dekabr 1968, Seyidbazar, Cəlilabad rayonu) — alim, diplomat, Azərbaycan Respublikasının Çexiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri. == Tərcümeyi-hali == Adış Sakit oğlu Məmmədov 1968-ci il 17 dekabrda Cəlilabad rayonunun Seyidbazar kəndində doğulmuşdur. Qafqaz müsəlmanlarının XII Şeyxülislamı Allahşükür Paşazadənin kürəkənidir. 1986-cı ildə orta məktəbi Gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinə daxil olmuşdur. 1991-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Bakı Dövlət Universitetinin riyazi analiz ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olmuş, 2005-ci ildə isə beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci idə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktaranturasına daxil olmuş, hal-hazırda "Daxili münaqişələrin tənzimlənməsinin siyasi və hüquqi aspektləri" adlı doktorluq dissertasiyasının (siyasi elmlər doktoru) üzərində çalışır. 1995–1998-ci illərdə BDU-nun Riyazi-analiz kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışdır. 1998–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.
Alış Qasımov
Qasımov Alış Məmiş oğlu (1960, Milabad, Jdanov rayonu) — hüquq elmləri doktoru, professor, Hüquq elmləri doktoru, Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri. == Həyatı == 1960-cı ildə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olmuşdur. 1982-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə daxil olmuş və 1988-ci ildə oranı "Hüquqşünaslıq" ixtisası üzrə bitirmişdir. 1979-cu ilin aprelin 20-dən 1981-ci ilin iyunun 6-dək Sovet Ordusu sıralarında xidmət keçmişdir. 1988-ci ilin iyulun 11-dən 1989-cu ilin fevralın 20-dək Bakı şəhəri Əzizbəyov rayon xalq məhkəməsində kuryer, kargüzar və dəftərxana müdiri vəzifələrində işləmişdir. 1989-cu ilin fevralın 21-dən taleyini Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə bağlamış, metodist, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir. 1991-ci ildə istehsalatdan ayrılmadan ADU-nun Mülki proses, əmək və ekologiya hüququ kafedrasının aspiranturasına daxil olmuşdur. 1995-ci ildə AR Prezidenti yanında AAK-nın qərarına əsasən kafedranın dosenti elmi adına layiq görülmüş, 2004-cü ilin dekabrından isə kafedranın professoru seçilmişdir. 2002-ci ilin fevralın 18-dən bu günə kimi Mülki proses, əmək və ekologiya hüququ kafedrasına rəhbərlik edir. Professor A. M. Qasımov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Dövlət və hüquq" bölməsinin katibi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət Şurasının üzvü, AMEA-nın nəzdində Hüquq problemləri əlaqələndirmə Şurasının üzvü, "Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri" adlı elmi-məcmuənin, "Qanun", "Dövlət və hüquq", "Hüquq və gənclik" jurnallarının, Azərbaycan Respbulikası Ali Məhkəməsinin Bülleteninin redaksiya heyətinin üzvüdür.
Atış-Sumqan
Atış-Sumqan şəlaləsi (başq. Атышсумған) — Başqırdıstanın Beloret rayonu ərazisində yerləşən yeraltı şəlalə. Cənubi Uralın turistik ərazilərindən hesab edilir. Hündürlüyü 6 metrdir. == Coğrafiyası == Atış çayı üzərində yerləşir. Başqırd dilindən tərcümədə «Atış daldı» və ya «Atış çökdü» mənasını verir. Atış çayı kiçik bir arx şəklində 276 m hündürlükdə yerin dərinliyinə axır. Bura Atış-Sumqan şəlaləsi adlanır. Artıq 174 m hündürlükdə isə Atış şəlaləsi olaraq üzə çıxır. Bu hissəni də bəzən Atış-Sumqan adlandırırlar.
Atış şəlaləsi
Atış şəlaləsi (başq. Атыш — döyüşən, atan) — Cənubi Uralda, Başqırdıstanın Beloretski rayonunda yerləşən şəlalə. == Ümumi məlumat == Atış şəlaləsinin hündürlüyü 4,5 metr, eni isə 6 metrdir. Əsrlər boyu qayanın arasından axan şəlalə, diametri 20 m, dərinliyi 7–10 m olan iki su qazanını xatırladır. Atış şəlaləsi zamanı yaranan göl Lemeza çayına axır. Şəlalənin yaşı çox böyükdür. Atış şəlaləsinin üzərindən axdığı dağ 570 milyon il yaşı olan əhəng daşıdır. Şəlalədəki ekoloji vəziyyətə baxmayaraq, Atış şəlaləsi hazırda Başqırdıstanın təbii gözəlliklərini bilənlər üçün ən məşhur yerlərdən biridir. Lemesanın çayının kənarından olan yol, şəlaləyə açılır, bu da avtomobilin şəlaləyə gəlməsinə imkan verir. == Qalereya == == Xarici keçidlər == Vikianbarda Atış şəlaləsi ilə əlaqəli mediafayllar var.
Düzgün axış
Sıvı dinamikasında, Düzgün axış, (yaxud yarpaqlı axış,laminar axın), (ing. laminar flow) təbəqələrdə hamar(pürüzsüz) yolları izləyən sııvı hissəcikləri ilə xarakterizə olunur, hər təbəqə bitişik təbəqələrdən az və ya çox qarışıq olmadan hamar bir şəkildə hərəkət edir. Aşağı sürətlə sıvı yanal qarışdırmadan axmağa meyl edir və bitişik təbəqələrdə kart oynundaki kimi bir-birinin üstündən sürüşür. Axışın istiqamətinə dik olan kəsişən cərəyanlar yoxdur, qarışıqlar da yoxdur. Düzgün axışda, sıvının hissəciklərinin hərəkəti bərk bir səthə yaxın hissəciklər ilə həmin səthə paralel düz xətlərdə hərəkət edir. Düzgün axış yüksək impuls yayılması və aşağı impuls konveksiyası ilə xarakterizə olunan bir axın rejimidir. == Reynolds ədədi ilə əlaqəsi == Reynolds ədədinin xüsusi hesablanması və düzgün axışının meydana gələcəyi dəyərlər axın sisteminin həndəsəsindən və axın davranışıdan asılı olacaqdır. Ümumi nümunə, bir boru vasitəsilə sıvının axındır. Reynolds ədədi aşağıdakı kimi təyin olur. R e = ρ u D H μ = u D H ν = Q D H ν A , {\displaystyle \mathrm {Re} ={\frac {\rho uD_{\text{H}}}{\mu }}={\frac {uD_{\text{H}}}{\nu }}={\frac {QD_{\text{H}}}{\nu A}},} Burada: DHborunun hidravlik diametridir (m); Qdebidir (m3/s); A,borunun kəsişmə sahəsi (m2); usıvının orta sürətidir (SI vahidləri: m / s); μsıvının dinamik özlülüğüdür (Pa·s = N·s/m2 = kg/(m·s)); νsıvının kinematik özlülüğüdür (ν = μ/ρ(m2/s); ρsıvının sıxlığıdır (kg/m3).
Üçxallıq atış
Üçxallıq atış — basketbol oyununda üçxallıq xətdən (üçxallqı qövs) kənarda həyata keçirilən atış. Atış qaydalar çərçivəsində həyata keçirilərsə və top səbətə düşərsə komandanın hesabına 3 xal yazılır. Bu xətdən içəridən atılan atışlar isə 2 xalla dəyərləndirilir. == Tarixi == Uzaqdan atılan atışlara verilən əlavə xal ideyyası ilk dəfə 1930-cu ildə Triffina (Ohayo) komandasının məşqişi German Sayqer tərəfində irəli sürülmüş. Onun təklifinə görə 4,6 və 7,6 metr arası atılan atış komandaya 2 xal, 7,6 m-dən sonra atılan atış isə komandaya 3 xal qazandırmalı. İdman jurnalistləri bu təklifi hündür boylu oyunçuların üstünlüyünə son kimi dəyərləndirdilər. Növbəti cəht 1945-ci ildə, Kolumbiya və Fordem universitetləri arasında keçirilən yoldaşlıq oyununda olmuş. Oreqon universitetinin məşqiçisi Hovard Hobson fərqli məsafələr olmaqla yeni təklif irəli sürmüş: 3,7—6,4 metrdə - 2 xal və 6,4 metrdən böyük məsafədə 3 xal. Bu qaydalar çərçivəsində Kolumbiya universitetinin komandası qalib gəlmiş. Ancaq yenə də, yeni təklif bütün oyunlara tətbiq edilməmiş.Peşəkar basketbola üçxallıq atış qaydası ilk dəfə olaraq 1961-cı ildə, Amerika basketbol liqasına tətbiq edilmiş.
Əli Akış
Əli Akış (tatar. Гали Акыш) — tanınmış tatar, türk və alman jurnalist və yazıçısı, görkəmli ictimai-siyasi xadim, Tatarıstan Milli Məclisinin fəxri deputatı, Dünya Tatarlar Liqasının fəxri prezidenti, Qayyaz İsxakinin varisi. == Bioqrafiyası == Şimali Mançuriyadakı Haylar şəhərində tatar icmasında anadan olub böyüyüb. Anası Lətifə və atası Xisamutdin, əslən Penza quberniyasının Ust-Raxmanovski volostunun tatar əsilli Yunki kəndindəndir. Əli tatar ibtidai məktəbini bitirdikdən sonra rus gimnaziyasında oxuyur. 1934-cü ildə o, təsadüfən şəhərin tatar icması qarşısında tatar mühacirlərinin rəhbəri Qayaz İsxakinin çıxışını eşidir və bu, gənc Əlidə silinməz təəssürat oyadır. 1936-cı ildən Əli Akış Qahirədə Əl-Əzhər Universitetində təhsil alır. 1938-ci ildə Varşavaya səfər edir, burada Qayaz İsxaki ilə şəxsən tanış olur və onun təsiri altında xalqına xidmət etmək ideyası alovlanır. 1940-cı ildə Türkiyəyə köçür, burada ali təhsil alır, jurnalist və ictimai xadim kimi fəaliyyətə başlayır. 1963-cü ildə Ankarada onun “İdel-Ural Dağvası həm Sovet İmperializmi” (“İdel-Ural Problemi və Sovet İmperializmi”) adlı ilk kitabı nəşr olunur.
ABŞ gerbi
ABŞ gerbi (ing. Great Seal of the United States) — Amerika Birləşmiş Ştatlarının dövlət gerbi.
ABŞ himni
Himnin mətni 1814 cü ildə 35 yaşlı vəkil, həvəskar şair, 1812 ci ildə Baltimorda Makkenri qalasına ingilis gəmiləri tərəfindən topa tutulmasının canlı şahidi, tanınmış yazıçı Frensis Skott Fitsceraldın ulu babası - Frensis Skott Ki tərəfindən yazılmış olan “Fort Makkenri müdafiəsi” poemasından götürülmüşdür. Uzun müddət ingilis masaarxası musiqisi hesab edilən, lakin hələ 1780 ci ildə Smit Con Stafford tərəfindən yazılmış olan bəstə ilə ifa edilən bu marş sonralar Konqressin 3 mart 1931 ci il qətnaməsi ilə rəsmi olaraq ABŞ dövlət himini kimi təsdiq edilmişdir.
ABŞ iqtisadiyyatı
ABŞ iqtisadiyyatı yüksək inkişaf etmiş və qarışıqdır. O, nominal ÜDM və xalis sərvətə görə dünyada ən böyük və alıcılıq qabiliyyəti paritetinə (AQP) görə ikinci ən böyük iqtisadiyyatdır. Həmçinin 2019-cu ildə dünyada adambaşına düşən ÜDM üzrə yeddinci və Adambaşına düşən ÜDM (AQP)-yə görə ölkələrin siyahısıadambaşına düşən AQP üzrə onuncu olmuşdur. ABŞ dünyanın texnoloji baxımdan ən güclü iqtisadiyyatına malikdir və şirkətləri texnoloji inkişafda öndədirlər; xüsusilə kompüterdə, əczaçılıqda və tibbdə, aerokosmik sənayedə və hərbi texnikada. ABŞ dolları beynəlxalq əməliyyatlarda ən çox istifadə olunan valyutadır və iqtisadiyyatı, ordusu, petrodollar sistemi və onunla bağlı avrodollar və ABŞ-nin iri xəzinə bazarı ilə dəstəklənən dünyanın ən önəmli ehtiyat valyutasıdır. Bir neçə ölkə bundan rəsmi valyuta kimi istifadə edir, bir çox ölkələrdə isə bu de-fakto valyutadır. ABŞ-nin ən böyük ticarət tərəfdaşları Çin, Kanada, Meksika, Yaponiya, Almaniya, Cənubi Koreya, Birləşmiş Krallıq, Fransa, Hindistan və Tayvandır. ABŞ dünyanın ən böyük idxalçısı və ikinci ən böyük ixracatçısıdır. NAFTA, Avstraliya, Cənubi Koreya, İsrail və bir sıra digərləri daxil olmaqla bir neçə ölkə ilə qüvvədə olan və ya müzakirələri davam edən azad ticarət sazişlərinə malikdir.Ölkənin iqtisadiyyatı bol təbii ehtiyatlar, inkişaf etmiş infrastruktur və yüksək məhsuldarlıqla qidalanmaqdadır. 2016-cı ildə 45 trilyon dollar dəyərində qiymətləndirilən təbii ehtiyatları ilə təbii ehtiyatların yeddinci ən yüksək ümumi dəyərinə malikdir.
ABŞ kinemotoqrafiyası
ABŞ kinosu — Amerika Birləşmiş Ştatlarında, əsasən Hollivudda ("Metro-Goldwyn-Mayer", "20th Century Fox", "Paramount Pictures", "Warner Brothers", "Columbia Pictures") olan kino şirkətlərinin istehsal etdiyi filmlər. ABŞ kinematoqrafiyası XX əsrin əvvəllərindən başlayaraq bütün dünya kinematoqrafiyasına əsaslı şəkildə təsir etmişdir. == Yaranması == ABŞ-də kinofilmlərin istehsalına 1896-cı ildə Nyu-Yorkda başlanılmışdır. Tomas Alva Edisonun qurduğu "Edison" kinostudiyasında dünyanın ilk süjetli filmi, “Qatarın qarət edilməsi” (1903, rejisor E. Porter) çəkilmişdir. 1910–20-ci illərdə kinorejissorlardan D.U. Qriffit tarixi və psixoloji dram, eləcə də epopeya janrını təkmilləşdirdi, T.X. İns “vestern”in (kovboy filmi), M. Sennett ekssentrik komediya janrının əsasını qoydular. ABŞ kino sənayesinin maliyyə kapitalı ilə əlaqəsi, iri kapital qoyuluşu, həmçinin prokatdan gələn külli miqdarda gəlir kinonu ölkədə sənayenin ən mühüm sahələrindən birinə çevirdi. === Hollivud === Hollivud filmlərini isə ideoloji təbliğatın əsas silahına çevirdi. Hollivud kino istehsalı “vestern”, salon komediyası, “qanqster” filmləri, tarixi, psevdoromantik dram janrları əsasında inkişaf edirdi. Bu filmlərdə R. Valentino, M. Pikford, D. Ferbenks, sonralar Q. Qarbo, K. Qeybl, Q. Kuper və başqa aktyorlar çəkilirdilər. Bir sıra realist rejisorlar (Ç. Çaplin, E. Ştroheym, K. Vidor, C. Ford, F. Kapra, U. Uayler, O. Uelles) öz filmlərində Amerika həyatını əks etdirməyə müvəffəq olmuşlar.
ABŞ musiqisi
ABŞ musiqisi — Dünyanın ən inkişaf etmiş ölkəsi olan Amerika Birləşmiş Ştatları da öz musiqisinin rəngarəngliyinə görə daha çox seçilir. Amerikadakı "Azadlıq" heykəlinin rəsmi simvolu, kəsb etdiyi məna dünyanın müxtəlif yerlərindən müxtəlif irqi əlamət və xüsusiyyətlərə malik olan insanları bir araya gətirmək, həmrəylik yaratmaqdır. Bu müxtəliflik, bu rəng çaları Amerika musiqisində də öz əksini tapır. ABŞ musiqisində Şimali Amerikada yaşamış hindilərin musiqi folkloru, sonralar isə Avropa mühacirlərinin musiqi mədəniyyəti öz əksini tapmışdır; zənci xalq yaradıcılığı ənənələri (caz, spiriçuels, bluz, reqtaym və s.) əhəmiyyətli yer tutur. 16–17-ci əsrlərdə ilk mühacirlərin həyat və məişət şəraiti musiqi sənətinin inkişafı üçün az əlverişli idi. Bu dövrdə yalnız ingilis puritanlarının himnləri yayılmışdı. 18-ci əsrdə mühacirətin artması ölkədə peşəkar musiqi sənətinin formalaşmasına şərait yaratdı. Dini mahnılar müəllifi U. Billinqs, "Minervanın məbədi" (1781) operasının müəllifi F. Hopkinson, populyar lirik mahnılar müəllifi S. K. Foster, fortepiano əsərləri müəllifi L.M. Qotşalk ilk Amerika bəstəkarlarıdır. 19-cu əsrin 2-ci yarısında ABŞ-yə köçən bir çox Avropa musiqiçisi burada simfonik orkestrlər, musiqi təhsili müəssisələri və cəmiyyətlər yaratdı. 1883-cü ildə Nyu-Yorkda "Metropoliten-opera" teatrı açıldı.
ABŞ universitetləri
Amerika Birləşmiş Ştatlarında universitetlər - ABŞ-də bakalavr və magistr təhsilini nəzərdə tutan tədqiqat yönümlü müəssisələr. Tarixi səbəblərə görə, Boston Kolleci, Dartmut Kolleci, Uilliam və Meri Kolleci kimi bəzi universitetlər "kollec" terminini qoruyub saxlayır. "Universitet" terminindən istifadə edən Qərb Universiteti kimi bəzi institutlar bir neçə bakalavr dərəcəsi verir. Məzun proqramları Fəlsəfə doktoru (Ph.D) kimi müxtəlif doktorantura dərəcələrindən əlavə, İncəsənət magistrı (M.A), Dəqiq elmlər üzrə magistr (M.S), Biznesin idarəsi olunması üzrə magistr (M.B.A) kimi müxtəlif magistr dərəcələri verir. Bəzi universitetlərdə elmi təqdiqatçılar əvəzinə, təcrübə aparan şəxslər tərəfindən təşkil olunmuş çoxlu sayda xüsusi məktəblər var. Misal olaraq, jurnalistika, biznes, tibb məktəbləri, hüquq, baytarlıq, stomatologiya kimi məktəblər buraya daxildir. Univeristetlər digər ölkələrdə fakültələrə bölündüyü halda, Amerikada məktəblər və ya kolleclər kimi müxtəlif bölmələrə ayrılır. Liberal kolleclər antropologiya kimi şöbələrə bölünür, daha böyük univesitetlər isə təbiət elmləri kimi müxtəlif şöbələrə ayrılır. Amerika Birləşmiş Ştatlarında federal hökumət xidmət akademiyaları və işçi kollecləri istisna olmaqla, universitetlərə birbaşa nəzrət etmir, buna baxmayaraq, onlara maliyyə yardımı edir. Ştat universitetlərinin bir hissəsi olan dövlət universitetlərinin əksəriyyəti ştatlar və onların əraziləri tərəfindən idarə olunur.
ABŞ uyğurları
ABŞ uyğurları — Uyğurların ABŞ-dəki tarixi 1960-cı illərdən az sayda mühacirin gəlişi ilə başlayır.20-ci əsrin sonlarında, bir sıra Sincan münaqişələrindən sonra, milyonlarla uyğur vətənləri Şərqi Türküstandan (Çin) Qazaxıstan, Türkiyə, Avropa, Kanada, Avstraliya, Yeni Zelandiya və digər ölkələrə və yerlərə qaçdı.2010-cu ildə ABŞ-dəki uyğur əhalisinin sayı 200 000-dən çox olduğu təxmin edilirdi, lakin Uyğur Amerika Assosiasiyası 2009-cu ilin iyulunda Çində repressiyalara görə 2010-cu illərdə daha çox insanın ABŞ-yə köçdüyünü bildirib.2022-ci ilə kimi Uyğur Amerika Assosiasiyası ABŞ-də təxminən 250.000 Uyğur olduğunu təxmin edir, Sürgündəki Şərqi Türkistan Hökuməti isə ABŞ-də 250.000 Uyğur olduğunu təxmin edir. ABŞ-də uyğurların ən çox yaşadığı Vaşinqton bölgəsində 130 mindən çox uyğurun, Virciniyada da daha çox uyğurun yaşadığı bildirilir.Los Anceles, Nyu York, San Fransisko və Hyustonda da azsaylı uyğurlar yaşayır . 2019-cu ilə gəlincə, Çin hökumətinin Birləşmiş Ştatlarda yaşayan uyğur etnik mənsubiyyətindən təxminən 250 000 insanın danışıq və hərəkətlərinə nəzarət etmək cəhdi ilə Birləşmiş Ştatlarda uyğurlara qarşı müntəzəm olaraq təzyiq və təhqirlər həyata keçirdiyi bildirilir. 2020-ci il Uyğur İnsan Haqları Siyasəti Aktının 8-ci bölməsi "Birləşmiş Ştatlarda təqib və ya hədə-qorxu ilə üzləşmiş ABŞ vətəndaşlarını və sakinlərini, o cümlədən ABŞ-də qanuni olaraq təhsil alan və ya müvəqqəti işləyən etnik uyğurlar və Çin vətəndaşlarını qorumaq səyləri haqqında hesabat tələb edir. == Uyğur Amerikalılar == Uyğurların ABŞ-dəki tarixi 1960-cı illərdən az sayda mühacirin gəlişi ilə başlayır.20-ci əsrin sonlarında, bir sıra Sincan münaqişələrindən sonra, milyonlarla uyğur vətənləri Şərqi Türküstandan (Çin) Qazaxıstan, Türkiyə, Avropa, Kanada, Avstraliya, Yeni Zelandiya və digər ölkələrə və yerlərə qaçdı.2010-cu ildə ABŞ-dəki uyğur əhalisinin sayı 200 000-dən çox olduğu təxmin edilirdi, lakin Uyğur Amerika Assosiasiyası 2009-cu ilin iyulunda Çində repressiyalara görə 2010-cu illərdə daha çox insanın ABŞ-yə köçdüyünü bildirib.2022-ci ilə kimi Uyğur Amerika Assosiasiyası ABŞ-də təxminən 250.000 Uyğur olduğunu təxmin edir, Sürgündəki Şərqi Türkistan Hökuməti isə ABŞ-də 250.000 Uyğur olduğunu təxmin edir. ABŞ-də uyğurların ən çox yaşadığı Vaşinqton bölgəsində 130 mindən çox uyğurun, Virciniyada da daha çox uyğurun yaşadığı bildirilir.Los Anceles, Nyu York, San Fransisko və Hyustonda da azsaylı uyğurlar yaşayır . 2019-cu ilə gəlincə, Çin hökumətinin Birləşmiş Ştatlarda yaşayan uyğur etnik mənsubiyyətindən təxminən 250 000 insanın danışıq və hərəkətlərinə nəzarət etmək cəhdi ilə Birləşmiş Ştatlarda uyğurlara qarşı müntəzəm olaraq təzyiq və təhqirlər həyata keçirdiyi bildirilir. 2020-ci il Uyğur İnsan Haqları Siyasəti Aktının 8-ci bölməsi "Birləşmiş Ştatlarda təqib və ya hədə-qorxu ilə üzləşmiş ABŞ vətəndaşlarını və sakinlərini, o cümlədən ABŞ-də qanuni olaraq təhsil alan və ya müvəqqəti işləyən etnik uyğurlar və Çin vətəndaşlarını qorumaq səyləri haqqında hesabat tələb edir.
ABŞ ştatları
Ştat - Amerika Birləşmiş Ştatlarının inzibati ərazi bölgüsündə ən yüksək statusa malik subyekt. Ölkə 50 ştatdan ibarətdir və hər bir ştat ABŞ bayrağında bir ulduzla təmsil olunur. == Haqqında == Amerika Birləşmiş Ştatları 3141 rayondan ibarət 50 ştata (Alabama, Alyaska, Arizona, Arkanzas, Aydaho, Ayova, Cənubi Dakota, Cənubi Karolina, Corciya, Delaver, Florida, Havay, İllinoys, İndiana, Kaliforniya, Kanzas, Kentukki, Kolorado, Konnektikut, Luiziana, Massaçusets, Men, Merilend, Miçiqan, Minnesota, Missisipi, Missuri, Montana, Nebraska, Nevada, Nyu Cersi, Nyu-Hempşir, Nyu Meksiko, Nyu-York, Ohayo, Oklahoma, Oreqon, Pensilvaniya, Qərbi Virciniya, Rod-Aylend, Şimali Dakota, Şimali Karolina, Tennessi, Texas, Vaşinqton, Vayominq, Vermont, Virciniya, Viskonsin və Yuta), Kolumbiya Federal Dairəsinə və asılı ərazilər sayılan 5 Federal Torpağa (Amerika Samoası, Quam, Şimali Marian adaları, Puerto Riko, Virgin Adaları) bölünür.
ABŞ şəhərləri
ABŞ şəhərlərinin siyahısı.
ABŞ ədəbiyyatı
ABŞ ədəbiyyatı (ing. literature of United States America) — ABŞ-də ədəbiyyat. XVIII əsr və XIX əsrin əvvəllərində Amerika incəsənəti və ədəbiyyatı öz mənşəyini böyük hissəsini Avropadan aldı. Nataniel Hotorn, Edqar Allan Po və Henri Devid Toro kimi yazıçılar XIX əsrin ortalarına qədər səciyyəvi Amerikan ədəbi növünü yaratdılar. Mark Tven və şair Volt Vitmen əsrin ikinci yarısında başlıca simalar idi; həyatı boyu demək olar ki, heç tanınmayan Emili Dikinson indi əsas amerikalı şair kimi tanınır. German Melvillin Mobi Dik (1851-ci il), Tvenin Heklberri Finnin macəraları (1885-ci il), Frensis Skott Fitsceraldın Böyük Getsbi (1925-ci il) və Harper Linin Bülbülü öldürmək (1960-cı il) kimi milli təcrübə və xarakterin əsas aspektlərinin əsası kimi görülən işlər "Böyük Amerika romanı" adlandırıla bilər. On iki ABŞ vətəndaşı Ədəbiyyat üzrə Nobel mükafatı alıb, ən sonuncusunu isə 2016-cı ildə Bob Dilan qazanıb. Vilyam Folkner, Ernest Heminquey və Con Steynbek XX əsrin ən nüfuzlu yazıçıları arasında sayılırlar. ABŞ-də Vestern uydurması və hardboiled cinayət uydurması kimi məşhur ədəbi janrlar inkişaf etmişdir. Con Bart, Tomas Pinçon, Giannina Braschi, David Foster Wallace və Don DeLillo kimi postmodernist yazıçıların daxil olduğu bit cərəyanı yazıçıları yeni ədəbi yanaşmalar açdılar.
Abies abies
Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur. Toxumları uzunsov (4 mm) , qəhvəyi, parıltılı sarımtıl (qırmızıyaçalan), qanadcıqlıdır. Toxum pulcuqları odunlaşmış, tərs yumurtavarı, azca qabarıq, kənarları batıq və ya dişlidir.
Axis axis
Adi aksis (lat. Axis axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. == Yayılması == Aksislər Himalay və Seylonun dağətəyi meşə zonalarında yaşayır. Bu marallara artıq tez-tez Hindistanda da rast gəlinir və onların sayı artmaqdadır. Ermənistan meşələrinə müvəffəqiyyətlə uyğunlaşdırılıb.
Abas
Abas — Xəzər tayfalarından birinin adı. Abas tayfa adının abaz forması da vardır. Q.Qeybullayev Abaslı tipli toponimlərin əsasında abas(abaz) tayfa adının durduğunu qeyd etmişdir(89, 139). Ərəb dilindən olan Abbas antroponimi əsasında yaranmış toponimlər də istisna edilə bilməz. Bir çox hallarda bu iki tip toponimin bir-birindən fərqləndirilməsi müəyyən çətinlik törədir. Göstərilən çətinliyin yaranma səbəblərindən birini belə toponimlərin qeydə alınması və rəsmiləşdirilməsi zamanı orfoqrafik səhv buraxılması ilə əlaqələndirmək mümkündür. Yəni toponim yanlış olaraq Abbas və Abas şəkillərindən birində yazıla bilərdi. Sözdə bir b və ya geminatın olmasını təyin etmək isə mürəkkəbdir və daha çox tarixi faktlar əsasında müəyyənləşdirilə bilər. Tayfa adının ilkin variantı abaz şəklində olmuş və bu da ab+az formasında parçalana bilər. Qeyd etmək lazımdır ki, Qarapapaqlarda da bir tayfanın adı abas olmuşdur.
Abies
Ağ şam (lat. Abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ağ şamağacının Qafqazda bir növü bitir. Həmin növdə Qafqaz aşırımında bitir. Ağ şamağacı 600-700 il yaşayır. Hündürlüyü 55 metrə çatır. Bəzi növlərinin oduncağından musiqi alətləri, mebel hazırlanmasında, sellüloz istehsalında istifadə edilir. Qabığında çoxlu miqdarda qatran vardır. Ağ şamağacının yağı sintetik kamfora almaq üçün xammaldır. Qafqazın qara dəniz sahillərində yaşıllaşdırma məqsədilə əkilir.
Albıs
Amiş
Qəribə geyimləri ilə bərabər modernizmi və texnologiyanı rədd edən Amişlər əcnəbilər üçün maraq obyekti olmaqla yanaşı istər Amerikada, istərsə də dünyada bir çox insan onların varlığından xəbərsizdir. Amişlərin əcdadları 1500-cü illərdə ən başda İsveçrə olmaqla, bir çox Avropa ölkələrində yaşamışdır. Amişlər adlarını "Jacob Amman"-dan (topluluğun banisi) almışdır. Amişlərin dini Xristian dini olmaqla bərabər Protestanlıq məzhəbinə daha yaxındır və Anavaptist (revaptister-təkrar xaç suyuna salınma) qoluna mənsubdurlar. Anavaptistlər dövlət və kilsə bağlantısını rədd edərək ayrıca bir qol müəyyənləşmişdirlər. İlk Amişlər 1700-cü illərdə Pensilvaniya ştatında məskunlaşmışdılar. Daha sonra buradan bütün Amerikada məskən salıblar. Amişlər dini düşüncələrdən irəli gələn "Sadə həyat" anlayışı ilə yaşamlarını davam etdirirlər. Bu gün Amişlərin sayı Amerikada 150.000 və ya 200.000 arasındadır və əksəriyyəti Ohio, Pensilvaniya , İndiana və Lowa ştatlarında yaşayırlar. Amişlər daha çox əkinçiliklə məşğul olur lakin dülgər, faytonçu və açarçılıq kimi peşə nüvləri ilə məşğul olanlarda var. Evlərində isə qaz lampası və XIX əsrdə istifadə edilən ev alətləri istifadə edilir.Həmçinin Amişlər İncil tərs olacağına inandıqları üçün foto çəkdirmirlər.
Apis
Apis (münbitlik allahı) — münbitlik allahı. Apis (arı) — bal arısı cinsi. Apis (şəhər) — şəhər. Apis (Yunan mifologiyası) — Yunan mifologiyası.
Arıs
Arıs — Qazaxıstanın Türkistan vilayətində şəhər (1956-cı ilə qədər - qəsəbə). Çimkent aqlomerasiyasının bir hissəsidir. == Tarixi == Arıs, 1900-cü ildə Orenburq-Daşkənd dəmir yolu xəttindəki bir stansiya olaraq quruldu. 1901-1904-cü illərdə inşa edilmiş dəmir yolu stansiyasının binasında İmperator II Nikolayın monoqramları hələ də qorunub saxlanılır. 2009-cu ilin mart ayında "Kazarsenal" QHT-də baş verən partlayış nəticəsində 3 nəfər öldü . 26 iyun 2014-cü ildə silah sursat məhv edildiyi yerdə barıt partladı və nəticədə 2 nəfər öldü . 2015-ci ilin noyabr ayında tullantıların məhv edilməsi zamanı zibilxanada partlayıcı işə düşdü. Nəticədə 1 nəfər (texnoloq) öldü. 24 iyun 2019-cu il tarixində hərbi hissənin ərazisində partlayış baş verdi , yaxınlıqdakı binalar şok dalğasından ziyan gördü. Şəhərin bütün əhalisi (40.000 nəfərdən çox) təxliyə edildi.
Axis
Aksis (lat. Axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
SABIS
SABIS — təhsil sahəsində keyfiyyəti ilə fərqlənən sistem.Bu təhsil sistemi fəaliyyət göstərdiyi dövrdə təkmilləşdirilmiş əhatəli tədris proqramı ilə seçilir. Hazırda dünyanın 16 ölkəsinin 60 məktəbində fəaliyyət göstərən "SABIS" sistemi üzrə 65 min şagird təhsil alır.
VBİS
Verilənlər bazasının idarəetmə sisitemləri (VBİS) – birləşdirilmiş dil və proqram təminatından ibarətdir ki, bunun vasitəsilə verilənlər bazası təşkil olunur. VBİS xüsusi proqram vasitələri olub, informasiyaların saxlanması və axtarışını avtomatlaşdırır. VBİS tətbiqi xarakterinə görə fərdi və çoxistifadəçili ola bilər. Fərdi VBİS – bir kompüterdə işləyən lokal verilənlər bazasını təşkil etməyə imkan verir. Çoxistifadəçili VBİS klient-server arxitekturasında informasiya sistemi təşkil etməyə imkan verir.VBİS-nə aiddir: Paradox, dBase, FoxPro, Microsoft Access, Microsoft SQL Server, İnterBase, Oracle və s. VBİS-nin yerinə yetirdikləri əməliyyatlar: informasiyanı strukturlaşmış formada təqdim edir; verilmiş kriterilər üzrə informasiyanın axtarışını və seçimini yerinə yetirir; VB-da saxlanılan informasiyalar üzərində hesablamalar aparır; VB-dan informasiyalar çapa verir; VB-na yeni informasiyalar daxil edilir; VB-da saxlanılan informasiyalar redaktə edilir. == VBİS arxitekturası == Bir VB ilə bir neçə istifadəçi işləyə bilər. Bunun üçün şəraitdən asılı olaraq VB-nın arxitekturası seçilir: Lokal arxitektura – həm proqram, həm də VB bir kompüterdə yerləşir. Fayl-server arxitekturası – VB xüsusi ayrılmış güclü kompüterdə (serverdə) yerləşir, fərdi kompüterlər ona lokal şəbəkə vasitəsilə birləşdiriliblər. Bu kompüterlərdə klient proqramlar qurulublar.
İbis
İbis (lat. Threskiornis) — i̇bislər fəsiləsinə aid heyvan cinsi.. == Təsnifatı == Azərbaycanda İbis cinsinə 1 növ daxildir: Müqəddəs ibis (Threskiornis aethiopicus Lath., 1790) == Həmçinin bax == Müqəddəs ibis Kiçik ağnazBöyük ağnazSarı pırtlaşıqlələkAdi qarıldaq == Xarici keçidlər == Threskiornis == Ədəbiyyat == 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
ABS
ABS (ing. anti-lock braking system) — avtomobillərdə kilidlənməyə qarşı əyləc sistemi. Avtomobillərin istənilən yük səviyyəsində, bütün yol vəziyyətlərində və müxtəlif sürətlərində məcburi hallarda ani əyləcləmələrdə təkərlərin kilidlənməsinin qarşısını alaraq sükandakı tam hakimiyyəti təmin edən əyləc sistemidir. ABS 3 hissədən ibarətdir: Hərəkət, dayanma qeydiyat sensoru (datçik). Əyləc sistemində təzyiq idarəedici klapanlar. Ümumi İdarəetmə qurğusu.Tam hərəkətsiz hala gəlmiş təkərlər sürüşərək avtmobili idarə olunmaz hala gətirir. Təkərlərin tam dayanmasını əngəlləyərək, sürüşmə effektinin qarşısı alınaraq avtomobilin stabil hərəkətini təmin etmək mümkün olur. Hər hansı bir təkərin müəyyən müddət hərəkətsiz olduğunu sensor (datçik) qeydə alaraq mərkəzə ötürür. Ötürülən məlumat İdarəetmə qurğusuna siqnal verir və mərkəzi idarəetmə qurğusu dayanmanı saxlayaraq və yaxud buraxaraq sistemi daha optimal vəziyyətə gətirir. Bununla da avtomaşın yol üzərində daha dayanıqlı və idarə edilə biləcək olur.
Abas Şahbazov
Abas Cavad oğlu Şahbazov (13 noyabr 1996, İmişli rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abas Şahbazov 1996-cı il noyabrın 13-də İmişli rayonunun Qulubəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Abas Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abas Şahbazov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. İmişlidə dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abas Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Abas Şahbazov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Abdulla Aliş
Abdulla Aliş (tatar. Abdulla Aliş, Ğabdulla Aliş; 15 sentyabr 1908 – 25 avqust 1944, Plyötsenzee həbsxanası[d], Berlin, Üçüncü Reyx) — Tatarıstan sovet şairi, yazıçısı. Əsil adı Abdullah Bariev oğlu Alişevdir. O 15 sentyabr 1908-ci ildə Kayuki kəndində anadan olmuşdur. Onun uşaqlar üçün nağıllar, şeirlər və dramatik əsərləri vardır. == Tərcümeyi-hal == Abdulla 1908-ci ildə anadan olub. 1927-ci ildə Kazan torpaq-tikinti texnikomuna daxil olur. O meliorativ və usta işləyibdir. 1933-cü ildə jurnalistika ilə məşğul olmağa başlayır. O ilk dəfə "Pioner kalyame" (Pioner yazısı) jurnalında işləməyə başlayır.
Andrey Babiş
Andrey Babiş (çex. Andrej Babiš; 2 sentyabr 1954[…], Bratislava) — 2017-ci ilin dekabrından Çex Respublikası Baş naziri, 2012-ci ildən isə ANO 2011-in qurucu lideri olan çex siyasətçi. Slovakiyada doğulub böyüyən Babiş Məxməri inqilabdan sonra Çexiyaya köçdü. Uzun iş fəaliyyəti ərzində "Bloomberg"-ə görə təxminən 4.04 milyard dollar sərvəti ilə Çexiyanın ən zəngin ikinci adamı oldu. Bu sərvətin böyük hissəsi Çexiyanın ən böyük iki qəzetinə, "Mladá fronta DNES" və "Lidové noviny"-ə sahib olan "Agrofert Group"-un rəhbər və sahibi olduğu dövrdə gəldi.Babiş 2012-ci ildə ANO 2011-i quraraq siyasətə girdi. Yeni partiya olmasına baxmayaraq, ANO 2011 2013-cü il seçkilərində güclü çıxış edərək lider ÇSDP-dan cəmi 3 yer geridə qaldı. Baş nazir Bohuslav Sobotka tərəfindən Baş nazirin müavini və Maliyyə Naziri təyin edildi. 2017-ci ilin may ayında Sobotka Babişin "Agrofert"-in baş direktoru olarkən vergi ödəməkdən yayındığı iddialarından qaynaqlanan böhrandan sonra Babişi istefaya göndərdi. 2017-ci il seçkilərindən sonra, ANO 2011 potensial koalisiya tərəfdaşlarının zəif iştirakı səbəbindən mütləq çoxluq yaratmasa da, asanlıqla çoxluq partiya oldu. Babiş 6 dekabrda Baş nazir təyin edildi və bir həftə sonra ANO 2011 rəsmilərindən və müstəqillərdən ibarət azlıq hökuməti qurdu.
Abbas-Abad briqi
"Abbas-Abad" (rus. «Аббас-Абад») — Rus donanmasının "Erivan" (rus. «Эривань») tipli 12 toplu briqi, bu tipli dörd briqlərdən biri. Ruslar bu adı Abbasabad qalasının 1827-ci il iyulun 6-da zəbt edilməsinin xatirəsinə görə qoyub. == Tarixi == Briqin əsası 4 (16) oktyabr 1824-cü ildə qoyulub. 16 (28) avqust 1827-ci ildə suya buraxıldı və Xəzər donanmasının tərkibinə daxil edildi. "Abbas-Abad" iki müharibədə iştirak etmişdir — Rusiya-İran müharibəsi (1826-1828) (kreyser xidməti göstərirdi) və Rusiya-Osmanlı müharibəsi (1828-1829) (Həştərxandan vəsaitlərin və qoşunların fəaliyyət göstərən orduya çatdırılmasını təmin edirdi). Müharibələr bitəndən sonra briq 1830–1832-ci və 1834–1836-cı illər ərzində Xəzər Dənizində istifadə olunurdu, Həştərxan — Bakı marşrutu, Kürün mənsəb hissəsi və Sara adasına yük daşıyırdı. 1837-ci ildə briq Həştərxanda söküldü. == Komandirləri == "Abbas-Abad" briqin komandirləri müxtəlif vaxtlarda aşağıdaki şəxslər olmuşdur: 1827–1828 — Y. D. Mandrika 1829–1830 — A. P. Doroxov 1832 — A. T. Aleksandrovskiy 1834 — iyul 1836 — V. T. Alenikov с июля 1836 — S. S. Palitsin == Ədəbiyyat == Чернышёв А. А. Российский парусный флот.