abdan
Abxaziya
OBASTAN VİKİ
Aberrasiya
Aberrasiya (latınca. aberrateo-meyletmə, kənara çıxma) — optik sistemdə alınan təsvirlərin təhrif olunması. Üç növ aberrasiya müşahidə olunur: Sferik Xromatik Astiqmatizm == Linza və güzgülərdə aberrasiyalar == Real optik sistemlərdə nöqtəvi işıq mənbəyinin xəyalı yalnız dəqiq seçilməyən dairə və ya asimmetrik formalı ləkə şəklində olur. Buna səbəb optik sistemdə aberrasiya adlanan xətaların baş verməsidir. Müasir astrofizikada müşahidə zamanı fotoqrafik lövhələrlə yanaşı yük əlaqəli cihazlar (YƏC) da istifadə edilir. Belə qəbuledicilərdə xəyalın ölçüsü 10-12 mkm olarsa, onda optik sistem aberrasiyalardan azad mükəmməl sistem hesab olunar. Bu da fotoemulsiyanın zərrəciyinin və ya YƏC qəbuledicilərində bir elementin-pikselin xətti ölçüləri ilə müəyyən olunur.
Aberrasiya (genetika)
Aberrasiya (lat. abberrasia - kənarlaşma) — xromosomun və ya xromatidlərin müəyyən səbəbdən qırılması nəticəsində baş verən dəyişilmə və ya xromosomların quruluşunun mutasiya nəticəsində dəyişməsi. Adətən, qırılmış uclar yeni uzlaşmada birləşir.Xromosom mutasiyaları xromosomların bilavasitə quruluşunda baş verən dəyişiklərlə əlaqədardır.Bu mutasiyalar 2 qrupa ayrılır: 1)Xromosomdaxili 2)Xromosomlararası Xromosomdaxili mutasiyalara delesiya,duplikasiya,inversiya və tranzpozisiya aiddir. Delesiya. Bir genin hətta genlər blokunun yerləşdiyi müxtəlif ölçüdə xoromosom sahələrinin itməsi prosesidir.Xromosomun müəyyən sahələrinin qırılıb itməsi irsi materialda çatışmazlığa səbəb olur.Delesiyalar xromosomun həm uc,həm də daxili sahələrini əhatə edə bilər.Əgər delesiya xromosomunun iki çiynindən birinin telomer hissəsini əhatə edirsə,onun interkalyar delesiyası baş verir.Delesiyaya uğramış xromosomun sentromeri varsa,hüceyrə bölünən zaman başqa xromosomlar kimi o da irsən ötürülür.Sentromeri olmayan xromosom fraqmenti isə hüceyrə bölünən zaman,bir qayda olaraq,itirilir.Norml romosomlar interkalyar delesiya hesabına delesiya ilgəyinin əmələ gəlməsinə səbəb olur.Məsələn,insanın 5-ci xromosomunun qısa çiynindən kiçik fraqmentin itməsi,„pişik çığırtısı”sindromunun yaranmasına səbəb olur.Əgər delessiya xromosomlarda genlərin çox hissəsinin itməsinə səbəb olurs,bu,letal sonluqla qurtarır və belə xromosom aberrasiyalarını tədqiq etmək mümkün deyil. Duplikasiya.Haploid genomda xromosomun hər hansı bir lokusu və ya bütöv bir sahəsi iki dəfə artmışsa,bu duplikasiyadır.Delesiyada olduğu kimi duplikasiya zamanı da heteroziqotlarda kompensasiya ilgəyi əmələ gəlir.Duplikasiya xromosomların ayrı-ayrı sahələrinin ikiləşməsi və xromosomun şiyinlərinin uzanmasıdır.Duplikasiya meyoz prosesində konyuqasiya edən homoloji xromosomlar arasında qeyri-bərabər krossinqoverin nəticəsində yaranır.Bu,interfazada DNT-nin replikasiyası zamanı səhvlərin nəticəsində də əmələ gələ bilər. Duplikasiyanın nəticəsini 3 qrupa bölmə olar:1)onlar genotipdə gen artıqlığına səbəb olur; 2)fenotip dəyişkənliyinə səbəb olur; 3)təkamül prosesində duplikasiyalar genetik dəyişkənliklərin mühüm mənbəyi hesab edilir.Həm genlərin,həm də nukleotidlərin amplifikasiyası hesabına genomda tandemlər formalaşmıdır. İnversiya.Xromosom aberrasiyalarının elə bir formasıdır ki, bu halda xromosom fraqmentinin hər 2 tərəfindən qırılması,öz oxu ətrafında 180ํ° çevrilməsi və yenidən qırıldığı yerə birləşməsi baş verir.İnversiya genetik materialın itməsinə səbəb olmur.Bu zaman xromosomun uzunluğu boyu genetik materialın quruluşunun yenidən təşkil olunması baş verir.Əvvəlcə xromosom ilgəyi əmələ gəlir,sonra iki yerdən qırılma baş verir və yaxınlıqdakı küt ucları ilə bu fraqmentlər yenidn birləşir.
Aberrasiya (optika)
Aberrasiya (latınca. aberrateo-meyletmə, kənara çıxma) — optik sistemdə alınan təsvirlərin təhrif olunması. Üç növ aberrasiya müşahidə olunur: Sferik Xromatik Astiqmatizm == Linza və güzgülərdə aberrasiyalar == Real optik sistemlərdə nöqtəvi işıq mənbəyinin xəyalı yalnız dəqiq seçilməyən dairə və ya asimmetrik formalı ləkə şəklində olur. Buna səbəb optik sistemdə aberrasiya adlanan xətaların baş verməsidir. Müasir astrofizikada müşahidə zamanı fotoqrafik lövhələrlə yanaşı yük əlaqəli cihazlar (YƏC) da istifadə edilir. Belə qəbuledicilərdə xəyalın ölçüsü 10-12 mkm olarsa, onda optik sistem aberrasiyalardan azad mükəmməl sistem hesab olunar. Bu da fotoemulsiyanın zərrəciyinin və ya YƏC qəbuledicilərində bir elementin-pikselin xətti ölçüləri ilə müəyyən olunur.

Значение слова в других словарях

воскреше́ние вы́писанность горди́ться ка́ртер обде́латься перехора́ниваться по́чвенничество танцо́вщик шимпанзе́ автопортре́т духо́вная с разбе́гу стычно́й услажда́ть blood transfusion coinage gold-digging lady-killer orthomolecular photics rosette burner suchlike truck crops краска нунций