Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azizbek Abduqofurov
Azizbek Abdumuxtar Abduqofurov (6 mart 1992, Kurqantəpə, Əndican vilayəti) — özbək peşəkar bokusçusu. Orta və ikinci orta çəki kateqoriyasında çıxış edir. 2010-cu ilin əvvələrində Özbəkistan yığma komandasında çıxış etmişdir. Kazanda keçirilən 2013 Yay Universiada Oyunlarının bürünc mükafatçısı, müxtəlif beynəlxalq əhəmiyyətli yarışların qalibi və mükafatçısı. Almatıda keçirilən dünya çempionatının iştirakçısı. Peşəkar boksda WBC Silver versiyası üzrə 2018-ci ildə dünya çempionu (2-ci orta çəki kateqoriyasında). == Bioqrafiyası == Azizbek Abduqofurov 6 mart 1992-ci ildə Özbəkistanın Əndican vilayətinin Kurqantepa şəhərində anadan olmuşdur. == Həvəskar karyerası == 2010-cu il mövsümündə beynəlxalq arenada debüt etdi. Bakıda keçirilən Gənclər Dünya Çempionatında çıxış etdi. Azərbaycanda keçirilən "Böyük İpək Yolu" gənclər beynəlxalq turnirində bürünc medal qazandı.
Abdul Omar
Abdul Omar (3 oktyabr 1993) — Qanalı boksçu. Abdul Omar Qananı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdul Omar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 56 kq çəkidə, 1/16 final mərhələsində Argentinanın nümayəndəsi Alberto Melian ilə üz-üzə gəldi. Həmin görüşdə Abdul Omar rəqibinə 0:3 hesabı ilə uduzdu.
Abdul Qafar
Abdul Qafar Kassum Sina Sirima (fr. Abdoul Gafar Kassoum Sina Sirima; 30 dekabr 1998, Uaqaduqu) — hücumçu mövqeyində çıxış edən Burkina-Faso futbolçusu. == Karyerası == Qafar öz peşəkar karyerasında debütünü 8 mart 2017-ci ildə "Baltika Kalininqrad" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında "Volqar Həştərxan" klubuna qarşı oyunda etmişdir.25 yanvar 2018-ci ildə Qafar Şeriff Tiraspol klubu ilə müqavilə imzalamışdır. Daha sonra Ermənistanın "Artsax" (indiki "Noa" klubu), Rusiyanın "Armavir" və Belarusun "Slutsk" klublarında çıxış etmişdir.
Abdul Qəhrəmanzadə
Abdul Həmidulla oğlu Qəhrəmanzadə (5 aprel 1946, Göyçay) — Beynəlxalq Telekommunikasiya Ittifaqının (ITU) eksperti, texnika elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika Institutunda aparıcı elmi işçisi, Azərbaycanda IKT-nin Inkişaf Strategiyası Layihəsi üzrə milli ekspert. == Həyatı == Abdul Həmidulla oğlu Qəhrəmanzadə 5 aprel, 1946-cı ildə Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Bu ailə Göyçay rayonun Bığır kəndində ən böyük sülalələrindən sayılan Şərifli nəslinə aiddir. A.Qəhrəmanzadə 1965-ci ildə Göyçay şəhərində 3 saylı rus dilli orta məktəbi gümüş medalla bitirmiş, həmin il Azərbaycan Politexnik Institutuna daxil olmuş və 1971-ci ildə telekommunikasiya mühəndisi kimi buranı bitirmişdir. == Fəaliyyəti == O 1966-cı ildən başlayaraq Azərbaycan Respublikası Rabitə Nazirliyi Bakı Poçiamt Istehsalat Laboratoriyasında texnik, böyük texnik, sonralar isə böyük mühəndis – elektromexanik vəzifələrində çalışmışdır. A.Qəhrəmanzadə 1969-cu ildə öz ixtisasına dərindən yiyələnmək məqsədilə Oktyabr Telefon Qovşağına (OTQ) elektromontyor vəzifəsinə keçirilir, sonradan elektromexanik, ATS-2-də böyük elektromexanik, 1970-ci ilin oktyabrından isə ATS-37-də mühəndis vəzifələrində çalışır. 1971-ci ilin noyabr aylarında o keçmiş Sovetlər Ittifaqının ordu sıralarında bir illik hərbi xidmət keçmişdir. 1972-ci il noyabrın 16-dan yenidən Azərbaycan Rabitə Nazirliyi sisteminə Elmi-Texniki Informasiya (ETI) mühəndisi, Rabitə Nazirliyinin Texniki Şöbəsində böyük mühəndis və 1973-cü ilin avqust ayından isə Rabitə Nazirliyinin Şəhər Telefon Şəbəkəsi (ŞTŞ) şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Elə buradan o, Leninqrad Elektrotexniki Rabitə Institutunun məqsədli qiyabi aspiranturasına daxil olur. 1974-cü ilin noyabr ayında aspiranturanın əyani şöbəsinə keçir, 1977-ci ilin iyul ayından isə aspiranturanı başa vurması ilə əlaqədar olaraq Bakı Rabitə Elektrotexnikumuna şöbə müdiri vəzifəsinə göndərilir.
Abdul Rahman
Tunku Abdul Rahman Putra əl-Xəcc (malay Tunku Abdul Rahman Putra Al-Haj ibni Almarhum Sultan Abdul Hamid Halim Shah); 8 fevral 1903[…], Alor-Setar[d], Kedah sultanlığı – 6 dekabr 1990, Pinanq) — müstəqil Malay Federasiyasının ilk Baş Naziri, 1963-cü ildən Malayziya şahzadəsi (putra) == Tərcümeyi-halı == Kedah sultanının (şərqi Malay) qardaşı Tunku Abdul Rahman 8 fevral 1903-cü ildə anadan olmuşdur. O. 1920–1931-ci illərdə Kembric Universitetində oxumuşdur. Malayziyanın Yaponiya tərəfindən işğalı dövründə (dekabr 1941–1945) Kedah sultanlığının inzibati orqanlarında işləmişdir. Tunku Abdul Rahman 1951-ci ildə ölkənin Malay icmasını təmsil edən siyasi qüvvəyə — Birləşmiş Malay Milli Təşkilatına (BMMT — UMNO) rəhbərlik edirdi. 1955-ci ildə 3 müxalifət partiyasının (Birləşmiş Malay Milli Təşkilatı, Malayziyanın Çin Assosiasiyası və Malayziyanın Hindistan Konqresi) İttifaq Partiyası halında birləşdikdən sonra bu təşkilatın sədri oldu. 1955-ci ildə parlament seçkilərində qələbədən sonra Tunku Abdul Rahman Malay Federasiyasının Baş Naziri və daxili işlər naziri olmuşdur. 1956-cı ildə o, Londonda Malaya təxirəsalınmadan daxil özünüidarə hüququnun, daha sonralar isə müstəqillik verilməsi ilə bağlı danışıqlara başçılıq etmişdir. 1957-ci il 31 avqustda müstəqillik elan edildikdən sonra Malay Federasiyasının (1963-cü ildən Malayziyanın) Baş Naziri və daxili işlər naziri vəzifələrini tutaraq hökumətin rəhbəri vəzifəsində qalmışdır. 1961-ci ildə Malay Federasiyasının və Böyük Britaniya müstəmləkələri olan Sinqapur, Sabaxa, Saravaka, Bruneyin Malayziya Federasiyası halında birləşdirilməsi planını irəli sürdü. 16 sentyabr 1963-cü ildə birləşmə baş tutdu.
Abdul dərəsi
Abdul dərəsi — İrəvan quberniyasının Eçmiədzin qəzasında göl adı. == Həmçinin bax == Qərbi Azərbaycan İrəvan xanlığı Ermənistan azərbaycanlıları == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuəsi. Bakı, 1990.
Məhəmməd Abduh
Məhəmməd Abduh (1849–1905) — Misirdəki İslam modernizminin banilərindən biri. Məhəmməd Abduh (1849–1905) Cəmaləddin Əfqaninin hərarətli tələbəsi və davamçısı idi. Abduh on beş illik yaxın dostuluqları zamanı ustadının dərslərini o qədər mükəmməl öyrəndi ki, hətta onu keçərək geridə daha konkret, mühüm və qalıcı bir miras buraxdı. Bu mirası yazılarında, konfrans və vaazlarında və bir də Əzhər Universitetində müəllimlik, idarə heyəti üzvlüyü və Misir baş müftülüyü kimi sahələrdə əldə etdi. == Uşaqlıq və məktəb illəri == Məhəmməd Abduh 1849-cu ildə Misirdə orta təbəqədən bir əkinçi ailəsində dünyaya gəlmişdir. On yaşında bir kənd məktəbində oxumağı və yazmağı öyrəndikdən sonra Quranı əzbərləməsi və qiraətini gözəl öyrənməsi üçün Quran hafizi yetişdirən bir məktəbə göndərildi. Iki il içərisində bu vəzifəsinin öhdəsindən gəldi və 1862 ci ildə Tantadakı Əhmədi məscidi məktəbinə getdi. Üç il yarımlıq əzbərələmə metoduna uyğun təhsil ərəfəsində müəllimlərinin dərslərini başa düşməkdə böyük çətinliklər çəkən, üstəlik çöldə-bayırda oynamağa çox düşkün olan gənc Abduh, məktəbi onu qane etməyən metodlar üzündən ümidsiz halda tamamən tərk etdi. Atası və qohumlarından bir çoxu kimi əkinçi olmaq üçün kəndinə döndü və orada 16 yaşında evləndi. Evliliyindən qırx gün sonra Məhəmməd Abduh onun ümidlərini doğrultmayan köhnə məktəbə dönməsi üçün atası tərəfindən məcbur edildi.
Paula Abdul
Paula Abdul (19 iyun 1962, San Fernando, Kaliforniya) — ABŞ müğənnisi və aktrisası.
Teyfuq Abdul
Teyfuq Abdul (11 (24) dekabr 1915, Partenit – 18 mart 1945) — Krım tatarı əsilli Sovet İttifaqı Qəhrəmanı. İkinci Dünya müharibəsi zamanı 175-ci diviziyanın 2-ci batalyon komandiri olaraq xidmət edib. == Həyatı == 24 dekabr 1915-ci ildə Ukraynanın Partenit kəndində dünyaya gəlib. Ailəsindəki bir çox insan Rus-yapon müharibəsi veteranları idi. Doğulduğu kənddə səkkiz illik məktəbi bitirdikdən sonra 1935-ci ildə Yalta Pedaqoji Kollecində, daha sonra isə M.V. Frunze Krım Pedaqoji İnstitutunda oxuyub. 1935-ci ildə pedaqoji institutda oxuyarkən müəllim, sonra isə direktor kimi işə başladı. 1939-cu ildə universiteti bitirdikdən sonra noyabr ayında hərbi xidmətə aparıldı. == Fəaliyyəti == Qırmızı Orduya qoşulduqdan sonra 412-ci diviziyanın tərkibində leytenant rütbəsi aldıqdan sonra Almaniyanın Sovet İttifaqına hücumuna görə ön cəbhəyə göndərilmədən Orel Piyada məktəbinə qoşuldu. 1942-ci ildə snayper kursunu bitirdikdən sonra dekabr ayında yenidən yaralanana qədər batalyon komandiri kimi xidmətini davam etdirdi. Elə həmin il də Kommunist partiyasına üzv oldu.Xəstəxanada olarkən xəsarətlərdən qurtulduqdan sonra müharibəyə qayıtdı və 57-ci Ordunun 58-ci Qvardiya tüfəng diviziyasında 175-ci Qvardiya tüfəng alayının 2-ci silahlı batalyon komandiri olaraq Step Cəbhəsində Dnepr döyüşünənə qatıldı.
Abdul Əliyev
Abdul Hacıəli oğlu Əliyev (1911, Dağıstan, - 1965, Dağıstan) ― geologiya-minerologiya elmləri doktoru (1946), AMEA-nın müxbir üzvü (1955). == Həyatı == Abdul Əliyev 1911-ci ildə Dağıstanın Daxadayev rayonunun Qubaçi kəndində anadan olub. Ali təhsilini 1936-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsində alıb. == Əmək fəaliyyəti == Abdul Əliyev əmək fəaliyyətinə Azneftkəş­fiyyat Tres­tində başlayıb. O, mühəndis-geoloq olaraq fəaliyyət göstərib. 1948-1951-ci illərdə AMEA-nın Geologiya və Geofizika İnstitutunda direktor vəzifəsində çalışıb və institutun Süxurların fiziki xüsusiyyətləri laboratoriyasına rəhbərlik edib. Pedaqoji fəaliyyətlə də məşğul olan Abdul Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Bakı Dövlət Universitetində bir neçə il dərs deyib.Abdul Əliyev 1951-1959-cu illərdə Azərbay­can Elmlər Akademiyasında yeni təsis edilmiş Neft Ekspedisiyasında rəis vəzifəsini icra edib. Onun rəhbərliyi altında Azərbaycanın perspek­tivli yataqlarının neft və qaz ehtiyat­larının hesablanması üzrə böyük işlər aparılıb, yataqlara təsir etmənin çox­saylı layihələri işlənib hazırlanıb. Ömrünün son illərində Dağıstan Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Abdul Əliyev, həmçinin AEA Geologiya İnstitutunun Fasiya və paleocoğ­rafiya laboratoriyasına rəhbərlik edib. == Akademik fəaliyyəti == Abdul Əliyev 1940-cı ildə geologiya-mine­ralogiya üzrə fəlsəfə doktoru, 1946-cı ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini alıb.
Abdu Diallo
Abdu-Laxad Diallo (fr. Abdou-Lakhad Diallo; 4 may 1996[…], Tur) — Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen FK klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusu. Fransada doğulan futbolçu Seneqal millisində çıxış edir. == Klub karyerası == === Monako === Diallo Monako akademiyası vasitəsilə inkişaf etmişdir. Diallo öz peşəkar karyerasında debütünü Monako klubu ilə 14 dekabr 2014-cü ildə etmişdir. Həmin görüşdə Monako II Lui stadionunda keçirilən oyunda Olimpik Marsel klubu ilə üz-üzə gəlmişdir. Bernardo Silva oyunda yeganə qolun müəllifi olmuşdur.2015-ci ilin iyun ayında Diallo Zulte Varegem klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. === Maynz 05 === 2017-ci ilin iyul ayında Diallo Bundesliqa təmsilçilərindən olan Maynz 05 klubu ilə beş illik müqavilə imzalamışdır. O, 5 milyon avro qarşılığında Monako klubundan transfer olmuşdur. === Borussiya Dortmund === 26 iyun 2018-ci ildə Diallo Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubu ilə beş illik müqavilə imzalamışdır.
Abdul-Xalim Sadulayev
Abdul-Xalim Sadulayev (2 iyun 1966, Arqun, Çeçen-İnquş MSSR – 17 iyun 2006, Arqun, Çeçenistan) — Çeçenistan hərbi və dövlət xadimi, Aslan Masxadovun ölümündən sonra Çeçen İçkeriya Respublikasının Prezidenti (2005-ci ilin martından), ondan əvvəl 2002-ci ildən ÇİR-nin vitse-prezidenti və eyni zamanda ÇİR Ali Şəriət Məhkəməsinin sədri. == Bioqrafiya == 1967-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Arqun şəhərində anadan olmuşdur. 1984-cü ildə Arqunda orta məktəbi bitirmişdir. 1984–1986-cı illərdə Almaniyada Sovet Qüvvələri Qrupunda SSRİ Silahlı Qüvvələrinin sıralarında xidmət etmiş, gizir rütbəsi ilə ehtiyata buraxılmışdır. 1987-ci ildən Arqun deposunda təmirçi ustası işləyir. Eyni zamanda "Ərəb dili və İslam hüququ" axşam kurslarında təhsil alır, idmanla — karate və hatha yoqa ilə məşğul olur. 1990-cı ildə "Karate üzrə respublika kateqoriyalı hakim" sertifikatı almışdır. Ərəb dili kurslarını bitirdikdən sonra İmam Şafi məktəbinin qabaqcıl çeçen alimlərindən (ilahiyyatçılarından) şəriət öyrənməyə davam edir. 1991-ci ildən ərəb dili kurslarında dərs deyir, çeçen gənclərinə İslam dinini öyrədir. 1992-ci ildən Arqun şəhər idarəsi yanında nəzarət komissiyasının üzvü olur.
Abdul Qadir Keyta
Abdul Qadir Keyta (fr. Abdul Kader Keïta; 6 avqust 1981[…], Abican) — cinah hücumçusu mövqeyində çıxış etmiş Kot-d'İvuar futbolçusu. 2000-ci ildən 2012-ci ilə qədər Kot-d'İvuar millisində çıxış edirdi. == Klub karyerası == "Popito" ləqəbli Keyta karyerasına yerli "Afrika Sport" klubunda başladı, daha sonra "Etual dü Sahel" klubuna keçdi. BƏƏ-nin "Əl-Əyn" və Qətərin "Əl-Sədd" klublarında çıxış etdikdən sonra 2005-ci ildə Fransanın Liqa 1 çempionatında çıxış edən "Lill" klubu ilə müqavilə imzaladı. === "Leon" === 31 may 2007-ci ildə "Olimpik Lion"un sədri Jan Mişel Ola klubun həm Keyta, həm də onun komanda yoldaşı Matyo Bodmer üçün təklif göndərdiyini açıqladı.16 iyun 2007-ci ildə "Lion" hər iki oyunçunun keçidi ilə bağlı açıqlama verdi, Keytanın transfer dəyəri 18 milyon avro təşkil etdi. Klubda keçirdiyi 2 mövsüm ərzində bütün yarışlarda 52 oyuna 5 qol vura bilmişdir. === "Qalatasaray" === 2 iyul 2009-cu ildə "Qalatasaray" Keytanın türk klubuna qatıldığını və 8,5 milyon avroluq üç illik müqavilə imzaladığını rəsmən elan etdi. O, "Qalatasaray" forması ilə ilk qolunu Avropa Liqasının təsnifat mərhələsində "Makkabi Netaniya" klubuna qarşı oyunda (5-ci dəqiqədə) vurdu. 12 dekabrda "Antalyaspor" ilə 3–2 qələbə hesablı oyunda qol müəllifi oldu.
Abdul Vahab Zahiri
Abdul Vahab Zahiri (27 may 1992) — Əfqanıstanı təmsil edən atlet. Abdul Vahab Zahiri Əfqanıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdul Vahab Zahiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.56 saniyəlik nəticə ilə 7-ci yeri tutdu və mübarizəni dayandırdı.
Abdul Vahab Əli
Abdul Vahab Əli (7 iyul 1958) — İraqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Abdul Vahab Əli İraqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Malik Abdul Əziz
Mayk Tayson (30 iyun 1966[…], Bruklin, Nyu-York) — Dünya şöhrətli, keçmiş peşəkar ABŞ boksçusu. Ağır çəki dərəcəsində gəlmiş keçmiş ən yaxşı boksçulardan biri kimi qəbul edilir. ESPN-in "Bütün Çəkilər Üzrə Tarixin Ən Yaxşı Boksçuları" sıralamasında 42-ci yerdə göstərilib, "Bütün Zamanların Ən Yaxşı Ağırçəkili Boksçuları" negro sıralamasında isə 11-ci sırada qərarlaşıb. Əfsanavi Tayson, ağır çəki dərəcəsində ən gənc Dünya Çempionu olmuş boksçudur, 1986-cı ildə çempion olarkən onun cəmi 20 yaşı var idi. Mayk Tayson boks tarixində "George Foreman" və "Earnie Shavers"dan sonra ən ağır zərbə gücünə sahib boksçu olub. "Dəmir Mayk"ın endirdiyi zərbənin ağırlığı 1.2 tona bərabər olub. İslam dinini qəbul etdikdən sonra adını dəyişib Malik Abdul Əziz qoydu. == Həyatı == Maykl Cerard Tayson ABŞ-nin Nyu-York ştatının Bruklin şəhərində Lorna Smit və Cimmi Kirkpatrikin ailəsində dünyaya göz açıb. Dünya şöhrətli boksçu Tayson soyadını anasının birinci həyat yoldaşından götürüb. Maykl hələ dünyaya gəlməmişdən atası ailəni tərk edib.
Mustafa Abdul Cəlil
Mustafa Məhəmməd Abdul Cəlil (ərəb. مصطفى عبد الجليل‎) (ərəbcə tələffüz Abdul-Cəlil, Abd-əl-Cəlil, Abdel-Cəlil, Abdelcəlil, Abud Əl Cəleil ). Liviya Milli Keçid Şurasının sədri. == Həyatı == 1952-ci ildə Liviyanın Əl-Bayda şəhərində anadan olub. — Liviya siyasətçisi, vətəndaş muharibəsi nəticəsində paytaxt Tripolidə və ölkənin böyük hissəsində Liviya müvəqqəti hakimiyyətinin rəhbəri. 2007—2011-ci illərdə Liviya Ümumxalq Komitəsinin katibi, dünyadakı ədliyyə naziri analoqu. 2011-ci ildə Liviyada başlanan kütləvi aksiyalarda üsyançıların tərəfini tutdu. 21 fevral 2011-ci ildə vəzifəsindən istefa verdi. 5 mart 2011-ci ildə Benqazi şəhərində ölkənin şərq hissəsini nəzarət edən Liviya Milli Keçid Şurasının yaradıldığını elan etdi və sədri seçildi. İslam hüququ doktorudur.
İsmayıl Abdul-Qədirov
İsmayıl Abdul-Qədirov (tam adı: İsmayıl Qafar oğlu Abdul- Qədirov; d.15 fevral 1936, İsmayıllı, ö. 16 avqust 2021 Bakı) — Azərbaycan idmançısı, sərbəst və yunan-Roma güləşi üzrə ümumittifaq dərəcəli hakim (1966). Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Bədən tərbiyəsi və idman əlaçısı, Fəxri bədən tərbiyəsi və idman işçisı, Əməkdar bədən tərbiyəsi və idman xadimi == Həyatı == İsmayıl Abdulqədirov 1936-cı il fevral ayının 15-də Azərbaycanın İsmayıllı rayonunda anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. == Fəaliyyəti == İsmayıl Abdulqədirov idmanla məşğul olmağa 14 yaşında başlayıb. 1950-ci ildə «Dinamo» idman cəmiyyətində yunan-Roma güləşi ilə məşğul olub. Bir neçə ildən sonra özünü məşqçilik sahəsində sınayan Abdul-Qədirov 1965-1968-ci illərdə məktəblilərdən ibarət yığma komandanın məşqçisi olub. Onun yetirmələri 1967-ci ildə SSRİ məktəblilərinin 10-cü yubiley Sparakiadasında 3-cü yerə layiq görülüb. 1950-cu ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirdikdən sonra institutun «Güləş və onun metodikası» kafedrasında işləməyə başlayıb. 1961-ci ildə «Bədən tərbiyəsi və idman əlaçısı» adına layiq görülən mütəxəssis həmin il güləş üzrə respublika, 5 il sonra isə Ümumittifaq dərəcəli hakimliyə yüksəlib.
Viktoriya və Abdul
== Süjet xətti == 18 yaşında taxta çıxan Viktoriya Böyük Britaniya, İrlandiya, daha sonra isə Britaniya Hindistanının imperatriçəsi olur. Hakimiyyətin saysız-hesabsız işlərinə başı qarışan Viktoriyanın həyatına Abdul Kərim daxil olur. Sanki yerdən çıxan Abdul tezliklə kraliçanın hörmətini qazanır. Müəyyən bir müddət sonra sarayın bəzi işçiləri Abdula paxıllıq və nifrət etməyə başlayır. Abdul ilə kraliçanın münasibəti isə təkcə İngiltərədə deyil, bütün dünyada müzakirə mövzusuna çevrilir.
Abdul Fəttah əs-Sisi
Əbdül Fəttah Səid Hüseyn Xəlil əs-Sisi (ərəb. عبد الفتاح سعيد حسين خليل السيسي‎; 19 noyabr 1954, Qahirə) — Misirin altıncı və hazırkı prezidenti, Hərbi Kəşfiyyatın keçmiş direktoru, keçmiş Müdafiə naziri və keçmiş general olan bir Misir siyasətçisidir. 10 fevral 2019–10 fevral 2020-ci illərdə Afrika Birliyinin sədri. 2014-cü ildə keçirilən Misir prezident seçkilərinin qalibi. Misir hərbi xadimi, feldmarşal (2014-cü il), 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək müdafiə naziri və Misir silahlı qüvvələrinin ali baş komandanı, 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək Misir Silahlı Qüvələrinin Ali Şurasının sədri, 16 iyul 2013-cü ildən 27 mart 2014-cü ilədək Misir Baş nazirinin müavini. == Həyatı == 19 noyabr 1954-cü ildə anadan olub.
Abdul Halim Muadzam Şah
Abdul Halim Muadzam Şah, Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişah (ing.
Abdul Müzəffər Nur Əhməd
Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı. == Həyatı == Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur. == Hakimiyyəti == Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı.
Viktoriya və Abdul (film, 2017)
== Süjet xətti == 18 yaşında taxta çıxan Viktoriya Böyük Britaniya, İrlandiya, daha sonra isə Britaniya Hindistanının imperatriçəsi olur. Hakimiyyətin saysız-hesabsız işlərinə başı qarışan Viktoriyanın həyatına Abdul Kərim daxil olur. Sanki yerdən çıxan Abdul tezliklə kraliçanın hörmətini qazanır. Müəyyən bir müddət sonra sarayın bəzi işçiləri Abdula paxıllıq və nifrət etməyə başlayır. Abdul ilə kraliçanın münasibəti isə təkcə İngiltərədə deyil, bütün dünyada müzakirə mövzusuna çevrilir.
Abdal
Qafqaz Albaniyasında hələ eradan əvvəl yaşaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına qazax, qaraqalpaq, türkmən və türk toponimiyasında da rast gəlmək mümkündür. Abdal dağı — Ordubad rayonu ərazisində dağ. Abdalçay — Tovuz rayonu ərazisində çay. Abdal tayfası — qədim türk tayfası. Abdal (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Abdalı — Əfqanıstanda puştun tayfalarından biri.
Abdan
Abdan — İranın Buşehr ostanının Deyr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6 058 nəfər və 1 224 ailədən ibarət idi.
Abdır
Abdır — Olduqca duzlu göl. Şoranlıq Rusiyanın Həştərxan vilayəti, Hərimanov rayonunun şərqində, Volqa kənd sovetliyində yerləşir. Volqa çayının sahilində, Həştərxan şəhərindən şimalda təpəli çöllükdədir. == Adı == Həştərxan vilayətində ən çox yayılan toponimlər türk və monqollarla əlaqəlidir.Bu səbəbdən də abdıır termini monqol-türk sözü alacıqda istifadə olunana sandıqla əlaqədardır. == Fiziki-coğrafi xüsusiyyətləri == rusiya imperiyasının coğrafi-statistika lüğətinə görə gölün parametrləri: uzunluğu 135 sajen (təqribi 290 m), eni 40 sajen (təqribi 85 m), çevrəsi 430 sajen (təqribi 920 m), duz qatının qalınlığı yarım verşok (7 sm qədər). Əvvəllər buradan mirabilit çıxarılırdı ki, onuda şüşə və soda istehsalında istifadə edirdilər. Mirabilit ilin fəsillərindən asılı olaraq gölün suyunun 5 % - 20 % arasında dəyişirdi. 1855-ci ildə istehsal 386 t olmuşdur. əvvəllər olduqca duzlu göl olmuşdur. Göl yaxınlığından 1941-42-ci illərdə Həştərxan müdafiə xətti keçirdi.
Abrus
Abrus (lat. Abrus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Avdur
Avdur — Azərbaycan Respublikasının Xocavənd rayonunun Mirikənd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Avdur kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Kənd bəzi mənbələrdə Avdur Takır kimi qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kənd keçmiş Buğuz qalasının yerində salınmışdır. Ərazidə köhnə qəbiristanlıqların olması burada çox qədimdən insanların məskunlaşmasından xəbər verir. Kənd sonralar yerini dəyişərək bir qədər aşağıda salınmışdır. Toponimi fars dilindəki ab (su) və duru (təmiz, saf) sözləriylə "təmiz sulu yer" mənasında açıqlayırlar və ya qədim türk dillərindəki "adur" (təpəlik yer, sıldırım) sözləri ilə əlaqələndirirlər. Avdur Takır toponiminə gəlincə, ikinci komponent takır türk dillərində "gurultu", "uğultu" mənalarını ifadə edir. Məsələn, Moldovanın ərazisində Lunqa çayının sağ, Yalpuq çayının sol qolu Avdarma/Avdırma adlanır.
Ağduz
Ağdüz və ya Ağduz;
Baruq
Barıq (Qoşaçay)
Buduq
Buduq — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Şahdağ xalqlarının nümayəndələrindən biri olan buduqluların tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Buduq mahalının, Çar Rusiyası dövründə Buduq sahəsinin, SSRİ dövründə Buduq kənd sovetliyinin, hazırda Buduq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Şimaldan-Karlac, Suxtəkələ, Tülər, Əlik və Xəngah Şərqdən-Söhüb Cənubdan-Rük Qərbdən Zeyid və Yergüc kəndləri ilə həmsərhəddir == Tarixi == Qədim tarixə məskənlərin bolluğu ilə seçilən Qubanın topanimakasına nəzər salsaq burada neçə-neçə yüzillər bundan əvvəl xatırlanan yeradlarının bolluqunu görərik. Buduq belə məskənlərdən biridir. Qubanin 64;km cənubi-qərbində, Qaraçayın sol sahillində 2 km aralı, Böyük-Qafqazın yan siisiləsinin yamacında yerləşən Buduq kəndi buduqluların yaşayış məskəni olmuş və indi də əsas yaşayış yerləri olaraq qalmaqdadır. Buduq yastanında Gülxana(Güləxana)karst maqarasının və eləcə də Qaraçayın sağ sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qaşa mağarasının olması həmin ərazidə ibtidai insanların yaşadığından soraq verir. Meşəsiz dağll yamacda yerləşən Buduqun stareşi əhəmiyəti də böyükdür. Buduq kəndində buduq dilində danışan, buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb.
Şuduq
Şuduq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. == Toponimikası == Şuduq oykonimi yerli tat dilindəki şuduq (başdan-başa şumlanmış yer, dəmyə əkin yeri, dincə qoyulmuş yer) sözündəndir. Ətraf kəndlərin əhalisi keçmişdə bu kəndi Di Şuduq (Şuduq kəndi və ya “dəmyə əkin yerindəki kənd”menasmda) adlandırırdılar. Həqiqətən də Yeddilər dağının ətəyində, güneydə yerləşən kəndin əhalisinin qədimdən əsas məşğuliyyəti taxılçılıq olmuşdur. Şuduq buğdası ətraf kəndlərin əhalisi arasında indi də məşhurdur. == Coğrafiyası və iqlimi == Şuduq kəndi Quba-Qonaqkənd yolunun sağ tərəfində, dəniz səviyyəsindən 942 metr yüksəklikdə yerləşir. İqlimi mülayim isti, rütubətlidir. Kənd hər tərəfdən meşələrlə əhatə olunub. == Əhalisi == Kənd əhalisi tatlardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 411 nəfər əhali yaşayır.
Ağdağ
Ağdağ (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Ağdağ (Zəncan ostanı) — İranda dağ. Ağdağ (Marağa) — İranda kənd. Ağdağ (Göyçə) — İrəvan xanlığının Göyçə mahalında, indi Kəvər (Kamo) rayonunda dağ. Ağdağ — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda dağ. Ağdağ — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda dağ. Ağdağ (Ordubad rayonu) — Ordubad rayonu ərazisində dağ. Ağdağ (Culfa rayonu) — Culfa rayonu ərazisində dağ. Aqtau — Qazaxıstanın Manqıstau (Manqışlaq) vilayətində liman şəhəri.