ADA DAĞLAR

yüksəkliyi 100 m-dən 1-2 km-ə qədər olan, planda uzunsov, oval və ya dairəvi formada olan, təcrid olunmuş dağlar. горы островные inselbergs, bornhardts
ADA
ADA DAYAZLIĞI
OBASTAN VİKİ
Asimmetrik dağlar
Dağlar Abdullayev
Dağlar Məmməd oğlu Abdullayev (15 avqust 1938, Ağdaş – 10 may 2014, Bakı) — Azərbaycan tibb xidməti general-mayoru. Dağlar Abdullayev 1938-ci il 15 avqustdə Ağdaş rayonunda anadan olmuşdur. 1956-cı ildə 1 saylı Ağdaş şəhər orta məktəbini bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1960-cı ildə həmin institutu "həkim-stomotoloq" ixtisası üzrə bitirmişdir. 1961-ci ildə kadr kimi Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilmişdi. 1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank diviziyasında "həkim-stomotoloq" kimi xidmət edən Dağlar Abdullayev sonralar Zaqafqaziya Hərbi Dairəsi motoatıcı diviziyasında xidmətini davam etdirmiş, 1968-ci ildən isə alayın tibb məntəqəsinin rəisi, baş həkimi, tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir. 1978–1983-cü illərdə Cənub Qoşun Qrupu əlahiddə tibb-sanitar taborunun komandiri və hərbi hospitalın rəisi vəzifələrində işləmişdi. 1983-cü ildə SSRİ Müdafiə nazirinin əmri ilə xidmətini davam etdirmək üçün yenidən Zaqafqaziya Hərbi Dairəsi komandanının sərəncamına göndərilib və Zaqafqaziya Hərbi Dairəsi hospitalının rəisi təyin olunmuşdu. 1985-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hərbi kafedrasının tədris hissə üzrə rəisi təyin edilmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsi hərbi-tibb şöbəsinin rəisi, 1993-cü ildən idarə rəisi, Silahlı Qüvvələrin Tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir. 2009-cu ildən Müdafiə nazirinin məsləhətçisi, müşavirlər qrupunun müşaviri, inspektorlar qrupunun müşaviri vəzifələrində xidmətini davam etdirmişdi.
Dağlar Günü
Dağlar Günü — beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırmaq məqsədi ilə keçirilən tədbir. BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır. BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq "Dağlar Günü" kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır. "Dağlar Günü" hər il bir başlıq altında qeyd olunur. 2007-2008-ci illərdə keçirilən dağlar günü dağlarda iqlim dəyişikliyinə və ərzaq təhlükəsizliyinə həsr olunmuşdur. 2009-cu il dekabrın 11-i "Dağlar fəlakət təhlükəsinin idarəedilməsi" adlandırılmışdır. Dağlarda kənd təsərrüfatı üçün yararlı otlaqların mövcudluğu və təbii fəlakət təhlükələrinin olması burada insan fəaliyyətinin tənzimlənməsini tələb edir. Təbii ki, bunu həyata keçirmək üçün milli səviyyədə müvafiq inkişaf strategiyası hazırlanmalıdır və ona əsasən mərhələlər üzrə tədbirlər planı tərtib olunmalıdır.
Erezion dağlar
Masa dağlar
Masa və tava dağlar (rus. горы столовые, ing. table mountains) — denudasiyaya davamlı çökmə və ya püskürmə süxur layları ilə örtülmüş dik yamaclı və yastı səthli təcrid olunmuş yüksəklik. Qalxmış laylı düzənliklərin erozion parçalanması və ya qırılmalar boyu ayrı-ayrı blokların differensial yerdəyişməsi zamanı əmələ gəlir.
Merrixli dağlar
Merrixili dağlar və ya Miniatürlü dağlar İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanındadır. Bu dağlar Mərrix dağlarına bənzər dağlardır. Dünyada bu şəkildə dağlar azdır və Bedlend (Pis toprağ) adlanırlar. Çabaharın 200 turistik attraksionları dərgisi.
Mərrixli dağlar
Merrixili dağlar və ya Miniatürlü dağlar İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanındadır. Bu dağlar Mərrix dağlarına bənzər dağlardır. Dünyada bu şəkildə dağlar azdır və Bedlend (Pis toprağ) adlanırlar. Çabaharın 200 turistik attraksionları dərgisi.
Qayalı Dağlar
Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi. Sakit okean və Atlantik okeanı arasında suayırıcı. Kanada və ABŞ ərazisindədir. Uzunluğu təqribən 3200 km, eni 700 km-ə, hündürlüyü 4399 m-ə qədərdir (Elbert dağı). Əsasən, arxeozoyun kristallik süxurlarından, şimal hissədə isə paleozoyun çökmə süxurlarından ibarətdir. Qeyzerlər və termal bulaqlar var. Zəlzələlər olur. Qayalı Dağların ətəklərində iynəyarpaqlı meşələr, yuxarılarda subalp və alp çəmənləri, mərkəzi və cənub hissədə çöl bitkiləri yayılmışdır. Qayalı dağlarda zəngin kömür, mis, molibden, qızıl, gümüş, neft yataqları, milli parklar (qoruqlar) - Casper, Robson, Banf (Kanadada) və Yellouston (ABŞ-də) var.
Qaymalı dağlar
Qaymalı dağlar (rus. горы глыбовые столовые, ing. block table mountains) — differensial hərəkət təsirinə məruz qalaraq qırılma və pozulmalarla parçalanmış və mürəkkəbləşmiş, yer qabığının ayrı-ayrı qaymalarının əmələ gətirdiyi dağlar. Struktur xüsusiyyətlərinə görə stolvari, qaymalı və qırışıq-qaymalı dağlara ayrılır.
Qırışıqlı dağlar
Qırışıqlı dağlar (rus. горы складчатые, ing. folded mountains) — inkişafının ilk mərhələlərində əsas oroqrafik elementləri plikativ dislokasiyalarla əmələ gələn, müxtəlif yaşlı tektonik dağlar. Q.d. aşağıdakı növləri vardır: 1) qırışıq strukturları relyefdə əks olunan epigeosinklinal Q. d. (Qafqaz, Alp və s.); 2) platformaların qırışıqlı özülünün dislokasiyaya uğraması nəticəsində əmələ gələn Q. d.. Onların oroqrafik ünsürləri adətən tektonikaya uyğun gəlir (Tyan-Şan, Altay və s.).
Qədim dağlar
Qədim dağlar (rus. древние горы, ing. old mountains) — qırışıq strukturu qədim (alpa qədərki) qırışıqlıq epoxalarında yaranmış və sonrakı orogenezlər nəticəsində dəfələrlə mürəkkəbləşmiş dağlar. Qədim dağlar morfoloji baxımdan yeni və müasir tektonik hərəkətlər nəticəsində cavanlaşa bilər. (məs: Baykal dağlıq vilayətinin dağları).
Ada
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Dağlar Oğlu (1965)
Bu film sonradan həkim olan çoban haqqında hekayədir.
Dağlar qızı Reyhan
Dağlar qızı Reyhan (mahnı)
Kordilyer (sıra dağlar)
Kordilyer — (rus. кордильера, ing. cordillera) fiziki coğrafiya və geomorfologiyada ümumi məfhum olub, müəyyən məsafədə uzanmış və müəyyən dərəcədə paralel dağ silsilələrini ifadə etmək üçün istifadə edilir (ona bitişik dərələr, hövzələr, platolar, düzənliklər, yaylalar, çaylar və göllərlə birlikdə). Kordilyerlərin ayrı-ayrı hissələri müxtəlif istiqamətli ola bilər, lakin əsas istiqamət bir olur (mis: Cənubi Amerikada And paralel dağ sistemləri). Məfhum Cənubi Amerikada ayrılıqda dağ sistemlərini ifadə etmək işlədilir.
Qara dağlar (Qafqaz)
Qara dağlar (rus. Черныя Горы, Черныя горы) — Qafqazdakı dağların tarixi adıdır, oronim Böyük Qafqaz dağ sisteminin şimal yamacı boyunca uzanan dağ silsilələrini əhatə edir. Bunlar əsasən Qafqaz silsiləsinin şimalına paralel olaraq, Kuban çayının mənsəbindən Sulak çayına qədər uzanan dağ silsilələri (qısa silsilələr), yaylalar, təpələr zənciri və ayrılmış zirvələrdir. Elmi və publisistik ədəbiyyatda oronimlərin yayılma sərhədləri haqqında dəqiq fikir yoxdur. Rusiya imperiyası dövrünün oroqrafik sistematikasında Qara dağlar Böyük Qafqazın üç iri silsiləsi - Qayalı, Pastbiş və Lesisti kimi başa düşülürdü. Sovet dövründə Qara Dağlara yalnız iki oroqrafik vahid - Pastbiş və Lesisti silsilələri aid edildi, Qara dağların sərhədləri qərbdə və xüsusən şərqdə qısalırdı. Bir sıra sovet və müasir tədqiqatçılar, eləcə də yerli əhali, ümumiyyətlə Qara dağlar adından yalnız Meşə silsiləsi üçün istifadə edir (bu xüsusən Çeçenistandakı Qara dağlar hissəsinə aiddir). Bu gün "Qara dağlar" tarixi adının lokalizasiyası Rusiya əraziləri: Krasnodar diyarı, Adıge, Qaraçay-Çerkesiya, Stavropol, Kabarda-Balkariya, Şimali Osetiya, İnquşetiya, Çeçenistan və Dağıstan boyunca uzanan bir sıra silsilələri əhatə edir. Qara dağların sərhədlərinin fərqli anlaşılması səbəbindən bir çox qaynaq fərqli morfometrik xüsusiyyətlərini göstərə bilər. Qara dağların zirvələri, meşə sərhədi ilə məhdudlaşaraq, qar xəttinin və ya yüksək alp çəmənliklərinin səviyyəsinə çatmır.
Daşlı ada
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. "İqnat" latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.
Devon (ada)
Devon — (ing. Devon Island) — Kanada Arktik arxipelaqına daxil olan iri adalardan biridir. İnzibati cəhətdən Nunavut vilayətinin Kikiktaanuk regionuna daxildir. Devon adası Kraliça Yelezaveta adalarının tərkibinə daxildir. Dünyada ən iri yaşayışı olmayan adadır. Sahəsi 55 247 km², sahil xətdinin uzunluğu 3 589 km təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 27-ci, Kanadada isə 6-cı yeri tutur. Quruluşuna görə Latın "L" hərifinə bənzəyir. Şərqdən qərbə 503 km, şimaldan cənuba 289 km təşkil edir. Ada Lankaster boğazından şimalda yerləşir.
Elsmir (ada)
Elsmir (ing. Ellesmere Island, fr. Île d'Ellesmere) — Kanadanın ucqar şimalda yerləşən, Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelizaveta adaları qrupuna daxildir. Nunavut vilayətinin Kikitani ərazisində yerləşir. Adadan şərqdə Kanada ilə Qrenlandiyanın dövlət sərhədi keçir. Ada ərazisində nəsli kəsilmiş heyvan qalıqlarına rast gəlinir. Adanın sahəsi 196 236 km² təşkil edir. Kanadanın sahəsinə görə üçüncü, dünyada isə onuncu yerdə gedir. Ən hündür nöqtəsi Barbo zirvəsidir (2616 м), üstəlik bu zirvə Nunavut vilayətinin ən hündür zirvəsidir.
Emerald (ada)
Emerald (ing. Emerald Isle) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları qrupuna daxil olan ada. Hal-hazırda adada yaşayış yoxdur (2012). Ada Kraliça Yelizaveta adalarının qərbində, Melvill adasından 26 km, Şahzadə-Patrik adasından isə 27 şərqdə yerləşir. Adadan 24 km şimalda Fiçuilyam-Oven və Eyt-Bears adaları yerləşir. Adanın sahəsi 549 km², sahil xəttinin uzunluğu — 117 km təşkil edir. Onun uzunluğu (şərqdən qərbə) 36 km, maksimal eni 22 km-dir.
Farsi (ada)
Farsi adası (fars. جزیره فارسی‎) — Fars körfəzində İrana məxsus adalardan biridir.
Flores (ada)
Flores (ind. Flores, portuqalca güllər) — İndoneziyaya məxsus olan Kiçik Zond adaları daxil olan ada. Onun ümumi sahəsi 13 540 km² təşkil edir. 8 vilsyətə bölünən adada 1,8 milyon insan (2010) yaşayır. Flores inzibati cəhətdən Şərqi Kiçik Zond adaları əyalətinə daxildir. Ən iri adası — Maumere. Flores adası uzunsov formaya malik olub, qərbdən şərqə doğru uzanır. Onun uzunluğu 425 km təşkil edir. Ən enli yerdə (şimaldan cənuba) məsafə 70 kilomertrdir. Flores adasının qərbində yerləşən ən iri qonşu ada Sumbavadır.
Freyzer (ada)
Freyzer adası (ing. Fraser Island və ya ing. Great Sandy Island) — Avstraliyanın şərq sahillərində yerləşən qumlu ada. Adanın sahil boyunca uzunluğu təxminən 120 kilometr, eni isə 7–23 kilometrdir. Adanın sahəsi təxminən 1840 km²-dir. Freyzer adası dünyada ən böyük qumlu adadır. Dyunların yaşı təxminən 400 min il və daha əvvələ aiddir və bu qum təpələrinin hündürlüyü 240 metrə çatır. Adada 40-dan çox şirinsulu göl var və bunlardan ən böyüyü sahəsi 200 hektar olan Bominqen gölüdür. Adanın qərb sahilind manqrov meşələri və bataqlıqlar, şərq sahillərində isə okean boyunca təxminən 100 km uzanan ağ qumlardan ibarət çimərlik yerləşir. Adanın şimal hissəsində keçilməz rütubətli ekvatorial meşələr mövcuddur.
Haiti (ada)
Haiti (isp. La Española, fr. Hispaniola, h.kreol Ispayola) — Karib dənizində ada. Vest-Hinddəki Böyük Antil adaları qrupunda böyüklüyünə görə ikincidir. Ada ərazisində iki dövlət — Haiti və Dominikan respublikaları yerləşir.Tropik qurşaqda yerləşir.
Halmahera (ada)
Halmahera adası (ind. Pulau Halmahera) — Malay arxipelaqına aid (Molukk adalarının ən iri adalarından biri) İndoneziyaya məxsus ada. Sahəsi 17 780 km². Ərazi dağlıqdır (ən hündür yeri Hamkоnоrа vulkanıdır (1560). Adada fəaliyyət göstərən Dukono və İbu vulkanları vardır. Ekvatorial iqlimi hakimdir. Bütün il boyu temperatur 25–28°S, illik yağıntı isə 2000–3000 mm təşkil edir. Ərazi bütünlüklə həmişə yaşıl meşələrlə örtülüdür. Halmahera adası əvvəllər Ternate və Tidore adalarında asılı olmuşdur. Sonradan isə ada güçlü kralıqın ərazisini təşkil edirdi.