ADDIMLAMAQ

f.
1. Müntəzəm addımlarla yerimək, irəliləmək, irəli addım atmaq.
[Firidun] tez özünü düzəldib irəli addımladı. M.İbrahimov.
Gülnaz irəlidəki dəstədən xeyli geri qaldıqlarını elə bil yalnız indicə anlayıb sürətlə addımladı. M.Hüseyn.

2. Addımla ölçmək, addım saymaq.
3. məc. Ötmək, keçmək, ötüb-keçmək.
Günlər addımlayır, gedir irəli… S.Vurğun.

Синонимы

  • ADDIMLAMAQ ötmək — keçmək
  • ADDIMLAMAQ yerimək — irəliləmək
  • ADDIMLAMAQ ADDIMLAMAQ Alo kişi köynəkcək və ayaqyalın onun [Gülsənəmin] arxasınca addımladı (S.Rəhimov); ADDIM ATMAQ Əbülhəsən bəy: O, mənə söykənərək addım atır
ADDIMLAMA
ADDIMLATMAQ

Значение слова в других словарях