Adiabat proses
Adiabatik proses (yun. adiabatos — bağlı) — havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi.
== İzahı ==
Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir.
Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.