adv

atrocement ; brutalement ; cruellement ; impitoyablement ; sans merci ; sans pitié ; ~ təqib etmək acharner (s’) contre qn

Adur
adyutant
OBASTAN VİKİ
Advalor
Gömrük rüsumu — Malların gömrük dəyərinə görə faizlə hesablanması. Tətbiq olunduğu obyektə görə rüsumlar idxal, ixrac və tranzit rüsumlarına bölünür. İdxal rüsumları əsasən, idxal olunmuş mallar daxili bazarda sərbəst dövriyyə üçün buraxıldığı hallarda tətbiq olunur. Bu rüsumlar demək olar ki, bütün ölkələr tərəfindən daxili bazarın xarici rəqabətin zərərli təsirindən qorunması məqsədi ilə tətbiq olunur. == İxrac rüsumu == İxrac rüsumları nisbətən az, əsas etibarı ilə strateji əhəmiyyətli məhsulların ixracı samanı tətbiq olunur.ABŞ da ixrac rüsumlarının tətbiqi konstitusiya ilə qadağan olunur. == İdxal rüsumu == İdxal rüsumlarının ayrı-ayrı ölkələrin iqtisadiyyatına təsiri müxtəlif olub ölkənin dünya təsərrüfatındakı iqtisadi çəkisi ilə müəyyən olunur. Qeyd etmək lazımdır ki, o ölkələrin iqtisadiyyatı kiçik hesab olunur ki, bu ölkədə idxal mallarına tələbin dəyişməsi dünya qiymətlərinin dəyişməsinə səbəb olmur. Azərbaycan iqtisadiyyatının da kiçik iqtisadiyyat olduğunu nəzərə alaraq idxal rüsumlarının kiçik iqtisadiyyatlara təsirini araşdıraq. Məlumdur ki, idxal mallarına rüsumların tətbiqi daxili bazarda bu malların qiymətini artıracaq. Nəticədə həmin malların ölkə daxilində istehsalı artacaq, idxal mallarına tələb isə azalacaq.Bu idxalın həcminin azalmasına səbəb olacaq, çünki, daxili təkliflə daxili tələbin həcmi arasındakı fərq azalır.
Advanced Micro Devices
AMD (Advanced Micro Devices) — kompüter prossesorları düzəldən kommersiya şirkəti. Əsas məhsullarına serverlər, işçi stansiyalar (workstation) və şəxsi kompüterlər üçün düzəldilmiş mikroprossesorlar, ana plata çipləri, GPUlar daxildir. AMD x86 arxitekturalı mikroprosessorların ikinci ən böyük qlobal təminatçısıdır. == Tarixi == AMD 1 May 1969-cu ildə Fairchild Semiconductor şirkətindən ayrılan bir komanda tərəfindən qurulmuşdur. Qurucusu və ilk müdiri Jerry Sandersdir. 2005-ci ildən etibarən şirkətin idarə heyəti başçısı Dr. Hector Ruiz'dir. AMD-nin 2006-ci ilin yayında aldığı ATI, şirkətin gücünü və həmçinin bazarını da genişləndirdi. Şirkət AMD adıyla çıxardığı Sempron, Athlon64, AthlonXp, Athlon, Turion, Turion64 X2, Athlon 64 Fx, Athlon64 X2, Opteron, Phenom X4 Phenom II X4 və Duron prosessorları ilə bərabər həmçinin ATI adıyla çıxardığı Radeon, Fire GL qrafik çipləri də vardır .
Advanced Packaging Tool
apt (advanced packaging tool) — Debian və onun üzərində hazırlanmış əməliyyat sistemlərində (məsələn: Ubuntu, Kubuntu, Edubuntu və sair) proqramların yazılması, yenilənməsi və silinməsi üçün istifadə olunan proqramdır. UNIX-tipli əməliyyat sistemləri üçün komplir olunmuş paketlərlə bərabər, mənbə kodları ilə də kökləmək olur. Paketlər internetdən alınır və ya hazır daşıyıcılardan yüklənir. Paketlərin mənbəsi /etc/apt/sources.list faylında və /etc/apt/sources.list.d/ kataloqunda saxlanılır. apt üçün qrafik qabıqlar yeni mənbələri rahat əlavə etmək, lazımsızları isə silməyə imkan verir. apt (apt-get) proqramların əmr rejimində yazılması prosesini olduqca asanlaşdırır. Qrafik interfeysi sevən istifadəçilər üçün daha rahat proqramlar – front-end və Synaptic ilə Adept daha uyğundur. Mətn-qrafik interaktiv paketi də mövcuddur (ncurses) — aptitudeistifadə edir). GNU General Public License istifadəçi razılaşması şərtlərinə uyğun olaraq pulsuz yayılır. == İmkanlar == Müxtəlif proqramlara paketlərlə işləmək üçün imkan yaradan kitabxananı ifadə edir.
Advayta-vedanta
Advayta-vedanta — insan ruhunun ümumdünya ruhu ilə eyniliyinə dair hind fəlsəfi təlimidir (advayta = "qeyri-ikilik", "vahidlik"), Vedanta məktəbinin əsas tərkib hissələrindən biridir. Bu təlimə görə, insanın ruhu ilə ali ruh bir bütün təşkil edir; dünyada gördüyümüz hər şey ümumdünya ruhunun yaratdığı müxtəlif formalar və eyni zamanda ruhumuzun təəssüratlarıdır. Ruhumuzdan və ali ruhdan kənar heç bir şey yoxdur. Beləliklə, bütün dünya bizim illüziyamızdan, təsəvvürümüzdən başqa bir şey deyil. Yalnız cahilliyimiz bizim ruhumuzu dünya ruhundan ayırır və onu ayrı və azad mövcud hesab edir. Bu cəhalətin aradan qaldırılması insan ruhunun, ruhların reinkarnasiyası haqqında amansız qanunundan tam azad olmasına gətirib çıxarır və Vedantanın fəlsəfi həqiqətlərini öyrənməklə nail olunur. Əsas tezis belə yazılır: “Brahman realdır. Dünya real deyil. Jiva [fərdi ruh; fərdi şüur; eqo] və Brahman birdir və eynidir”; təlim Upanişadların məşhur “tat tvam asi” (“sən osan”) deyimini bu mənada şərh edir. Banisi Qaudapada (VI əsr) və Şankaradır (788-820-ci illər).
Adveksiya
Adveksiya (lat. advectio – gətirmə ) – meteorologiyada – havanin üfüqi istiqamətdə hərəkət edərək istini, soyuğu və rütubəti bir yerdən başqa yerə aparması.
Advektiv duman
Advektiv duman – ilıq və rütubətli havanın soyumuş Yer səthi üzərində hərəkəti nəticəsində əmələ gələn dumandır. Advektiv duman okeanlarda isti cərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur..
Adventfiord
Konqsfiord (norv. Kongsfjorden) — Qərbi Şpisbergen (Şpitsbergen arxipelaqı, Norveç) adasının sahillərində, İsfiorddan cənubda yerləşən fiord. Fiorda bu adı Kinqston-apon-Hall sakinləri 1656-cı ildə vermişdir. Fiordun cənub-qərbində Lonqyirbyuen şəhəri, şimal-şərqində isə Moskushamn qəsəbəsi yerləşir. XX əsrin əvvəllərində isə fiordun cənubunda Advent-Siti şəhəri yerləşirdi. == Ədəbiyyat == Conway, W. M. 1906. No Man’s Land: A History of Spitsbergen from Its Discovery in 1596 to the Beginning of the Scientific Exploration of the Country. Cambridge: At the University Press.
Adventina
Qalinsoqa (lat. Galinsoga) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Adventina parviflora
Xırdaçiçək qalinsoqa (lat. Galinsoga parviflora) — qalinsoqa cinsinə aid bitki növü. == Sinonim == Adventina parviflora (Cav.) Raf. Baziasa microglossa Steud. Galinsoga hirsuta Baker Galinsoga laciniata Retz. Galinsoga laciniata Retx. Galinsoga parviflora var. adenophora Thell. Galinsoga parviflora f. parceglandulosa Thell.
Adventisizm
Adventisizm — 1831-ci ildə Amerika Birləşmiş Ştatlarında Vilyam Miller (William Miller 1782 - 1849) adlı bir fermer tərəfindən yaradılmış bir xristian - din hərəkatıdır. == Haqqında == Bu təriqətə inananlar İsanın gəlməsini ümidlə gözləyənlər qrupudur. Miller Tövrat üzərində işləyərək İsanın dünyaya ikinci gəlişinin 1843-də yox, 1844-də olacağı qənaətinə gəlmişdir. O, tezliklə ikinci gəliş haqqında konfranslar verməyə başladı, bu haqda “Gecəyarısı ağlayır” (The Midnight Cry) adlı qəzet çap elətdirdi. Miller İsanın ikinci gəlişinin 22 oktyabr 1844-cü ildə baş verəcəyi ilə bağlı bir vəhy aldığını elan etdi. Lakin İsa elan olunan tarixdə gəlmədiyinə görə, Miller bu işdən imtina etdi və tərəfdarları üçün başqa tarix verməyə başlayırdı. Sonuncu dəfə 1959-cu ildə Məsihin gələcəyini gözləyən təriqət üzvləri böyük xəyal qırıqlığına uğradı. İkinci gəlişin tarixi və ruhun ölümsüzlüyü haqqında irəli sürülən fərqli fikirlər qrup içində ayrılığa gətirib çıxartdı. Hal-hazırda isə "İkinci Advent Adventistlər" və "Yeddinci günün adventistləri" var. Bunların ən əhəmiyyətlisi və missioner xarakterli olanı Yeddinci Günün Adventistləridir.
Adventist İnkişaf və Yardım Agentliyi
Adventist İnkişaf və Yardım Agentliyi — fərdi və ictimai inkişafla fəlakətlər zamanı yardım təmin etmək məqsədilə Yeddinci Gün Adventist kilsəsi tərəfindən idarə edilən humanitar qurum. Əsası 1956-cı ildə qoyulmuşdur və baş qərargahı Silver Spring, Merilend, ABŞ-də yerləşir.2004-cü ildə ADRA 24 milyona yaxın insana 159 milyondan çox ABŞ dolları dəyərində yardım göstərildiyi haqqında məlumat vermişdir. İşçilərinin sayı 4000-dən çoxdur. 2007-ci ilin sonu etibarilə, 125 ölkədə fəaliyyət göstərmişdir. Forbes jurnalına görə, 2005-ci ildə ADRA Amerikanın ən böyük 200 xeyriyyə təşkilatı arasında olmuşdur. == Missiya == ADRA təşkilatının missiyasının ifadəsi: ADRA təşkilatı yoxsulluq şəraitində olan insanlarla işləyir və əməkdaşlıqları və məsuliyyətli fəaliyyətləri gücləndirməklə ədalətli və mesbət dəyişiklik yaratmağa çalışır. Təşkilat bildirir ki, onun mövcud olmasına səbəb ehtiyac içində olan insanların səsi olmaqla, onlara xidmət etməklə və onlarla əməkdaşlıq etməklə İsa peyğəmbərin nüməsini izləməkdir. == Məqsəd == ADRA birliklər, təşkilatlar və hökumətlərlə aşağıdakı sahələri imkişaf etdirmək məqsədilə əməkdaşlıq edir: Ərzaq Təhlükəsizliyi İqtisadi İnkişaf İlkin Səhiyyə xidməti Fövqəladə vəziyyətin idarə edilməsi Əsas təhsilADRA təşkilatının məlumatına görə, o, insanlara etnik, siyasi və ya dini cəhətdən fərq qoymadan xidmət göstərir. Üstünlük isə əlil insanlara, uşaqlara və yaşlı vətəndaşlara verilir. Təşkilatın ekspertiza sahələrinə daxildir: Təhsil, Fövqəladə hallar, Ərzaq/qidalanma, İİV/QİÇS, Səhiyyə, Qaçqınlar və Məcburi Köçkünlər, Sığınacaq, treninq və inkişaf, Su və kanalizasiya sistemi, Qadınlar, Uşaqlar, Monitorinq və Qiymətləndirmə, Proqram idarəsi və Təhlükəsizlik.
Adventist İnkişaf və Yardım Agentliyi (AİYA)
Adventist İnkişaf və Yardım Agentliyi — fərdi və ictimai inkişafla fəlakətlər zamanı yardım təmin etmək məqsədilə Yeddinci Gün Adventist kilsəsi tərəfindən idarə edilən humanitar qurum. Əsası 1956-cı ildə qoyulmuşdur və baş qərargahı Silver Spring, Merilend, ABŞ-də yerləşir.2004-cü ildə ADRA 24 milyona yaxın insana 159 milyondan çox ABŞ dolları dəyərində yardım göstərildiyi haqqında məlumat vermişdir. İşçilərinin sayı 4000-dən çoxdur. 2007-ci ilin sonu etibarilə, 125 ölkədə fəaliyyət göstərmişdir. Forbes jurnalına görə, 2005-ci ildə ADRA Amerikanın ən böyük 200 xeyriyyə təşkilatı arasında olmuşdur. == Missiya == ADRA təşkilatının missiyasının ifadəsi: ADRA təşkilatı yoxsulluq şəraitində olan insanlarla işləyir və əməkdaşlıqları və məsuliyyətli fəaliyyətləri gücləndirməklə ədalətli və mesbət dəyişiklik yaratmağa çalışır. Təşkilat bildirir ki, onun mövcud olmasına səbəb ehtiyac içində olan insanların səsi olmaqla, onlara xidmət etməklə və onlarla əməkdaşlıq etməklə İsa peyğəmbərin nüməsini izləməkdir. == Məqsəd == ADRA birliklər, təşkilatlar və hökumətlərlə aşağıdakı sahələri imkişaf etdirmək məqsədilə əməkdaşlıq edir: Ərzaq Təhlükəsizliyi İqtisadi İnkişaf İlkin Səhiyyə xidməti Fövqəladə vəziyyətin idarə edilməsi Əsas təhsilADRA təşkilatının məlumatına görə, o, insanlara etnik, siyasi və ya dini cəhətdən fərq qoymadan xidmət göstərir. Üstünlük isə əlil insanlara, uşaqlara və yaşlı vətəndaşlara verilir. Təşkilatın ekspertiza sahələrinə daxildir: Təhsil, Fövqəladə hallar, Ərzaq/qidalanma, İİV/QİÇS, Səhiyyə, Qaçqınlar və Məcburi Köçkünlər, Sığınacaq, treninq və inkişaf, Su və kanalizasiya sistemi, Qadınlar, Uşaqlar, Monitorinq və Qiymətləndirmə, Proqram idarəsi və Təhlükəsizlik.
Adventiv növlər
Adventiv növlər (latın: adveticius - yad, gəlmə) — başqa qruplaşmadan və ya coğrafi vilayətlərdən gətirilən (və ya gələn) növlər. Ölkəmizə gətirilmiş amarant, sabah gülü. evkalipt kimi bitkilər, ağ amur, qalınalın, daban balıq, yenotabənzər it və b. heyvanlar adventiv növlər hesab oluna bilər. Son illər ölkəmizə gətirilən bitkilərin sayı durmadan artmaqdadır. Ancaq onların çoxu bizim şəraitə uyğunlaşmış nəsil törədə bilmirlər. == Həmçinin bax == Adventiv orqanlar == Mənbə == "Biologiya lüğəti" kitabı, 2011, Bakı, Çaşıoğlu (mətbəə), səh 35.
Adventiv orqanlar
Adventiv orqanlar (lat. adventicius – yabancı) – bitkilərdə böyümə nöqtəsinin embrional toxumasından deyil, bir qədər yaşlı hissədən və müvafiq olmayan yerlərdə inkişaf edən orqanlar.
Adventivlik
ADVENTİVLİK (lat. Adventicus - yad) — növün bir biosenozdan başqasına keçməsi, hər hansı bir növün digər qruplaşmadan və ya yayıldığı yerdən gəlməsi (immiqrasiya) . == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384. Q.Ş.Məmmədov, M.Y.Xəlilov. Ekoloqların məlumat kitabı. Bakı, “Elm”, 2003, s. 5 – 37.
Advokat
Аdvokat (Advocat, Advocaat, Advokaat)-Əlvan sarı holland pendirli-yumurtalı likor, üzüm və eqq-noqun qarışığından (yumurta sarısı, şəkər tozu və süd), hamar qarışıqlıdır. Avstriyada çıxarılır. == Tarixi == Fərziyyələrə görə Advokat ilk dəfə Braziliyada hazırlanıb. Yerli hindlilər bu qarışığı bal, spirt, avakado meyvəsinin (adını da buradan almaqdadır.) Portuqal kolonistlər içkinin hazırlanmasını öyrənsələr də onu Köhnə dünyaya apara bilməmişlər.Bununla da Advokadın orijinal reseptinin əsası qoyuldu. Belə ki, bu zaman avokadonu yumurtanın sarısı ilə əvəz etdilər və ona brendi ilə şəkər tozu qatdılar. Alınan bu içki hindlilərin hazırladıqları içkiyə çox oxşayırdı.Advokatın tutumu 14-20%-dir.Advokatı müxtəlif kokteyllər ilə qatırlar, çünki o elə qatıdır ki, onu qaşıqla qoyurlar. Onu bəzən layma soku ilə, süd ilə müxtəlif likorlarla qatırdılar.
Advrek qalası
Advrek qalası (ing. Ardvreck Caslte) — Şotland qalası olub, Haylend əyalətində, Sazerlend şəhəri yaxınlığında Lok Assint gölünün şimal sahilində yerləşir. 1737-ci ildə baş verən yanğından sonra qala günümüzdə də xarabalıq halında yerləşir. Qala il boyu, gün ərzində həmişə ziyarətçi qəbul edir. == Tarixi == Adverk qalası 1590-cı illərdə Maklend klanı tərəfindən tikilmişdir. 1646-cı ildə o uğursuz şəkildə Maklend klanının qədim düşməni Makkenzi klanı tərəfindən mühasirəyə alınmışdır. 1650-ci ildə İngiltərə vətəndaş müharibəsi zamanı royalist Markiz Montroz Neyl Maklaud tərəfindən həbs edilərək Adverk qalasında yerləşən tağlı zirzəmilərdən birində dustaq saxlanmşdır. Daha sonra o, Edinburq qalasına köçürülmüş və burada 21 may 1650-ci ildə edam edilmişdir.Vətəndaş müharibəsi zamanı II Karlın düşmənlərinə qoşulduğu üçün monarxiyanın bərpasından sonra Neyl Maklaud böyük zərər gördü. 1672-ci il iyul ayında Maklaud qiyamçı olduğu üçün həbs edilmiş, bu da öz növbəsində Makkenzi klanının (ing. Seaforth MacKenzie's) Maklaud klanının mülkünə qarşı yenidən hücum etmək üçün zəmin yaratdı.
Aladdin’s Chess Adventures
Aladdin’s Chess Adventures — "Red Mile Entertainment" videooyun kompaniyası tərəfindən 2004-cü ildə yaradılan macəra oyunudur.
Amanda the Adventurer
Amanda the Adventurer (azərb. Macəraçı Amanda‎) – jpgamedesign tərəfindən itch.io saytında 8 aprel 2022-ci ildə buraxılmış qorxu oyunu. == Süjet == Çardaqdan baxarkən oyunçu Amanda adlı cəsur qızın və Vuli adlı qorxaq quzunun rol aldığı çox köhnə uşaq dramı olan Macəraçı Amandanın dəstini tapır. Şoudakı epizodları və ya personajları xatırlamır. Yaxud verilişdə nə baş verdiyini dəqiq bilmir.Serial haqqında çox düşünməyə başlayır, yadında olmasa da, qəribə bir şəkildə çox tanış hiss olunur. Maraq aktyoru üstələyir və o, nəhayət, kasetlərə baxmağa qərar verir. Dəhşət nostaljisi oyunçunu köhnə və sadə bir dövrə qaytarır.
Doctor Who: The Adventure Games
Doctor Who: The Adventure Games — beş oyundan ibarət olan, «Doktor Kim» serialın əsasında yaradılmış macəra janrda videooyun seriyası.
Microsoft Advertising
Bing Ads (daha əvvəl bilinən adıyla Microsoft adCenter və MSN adCenter), Microsoft Networkun reklam işləri məşğul olan bir qoludur. Pay per click üsulu ilə işləyən Bing Ads bu xüsusiyyəti ilə Google AdSenseə oxşayır.
Nuphar lutea subsp. advena
Sarı nelufər (lat. Nuphar lutea) - nelufər cinsinə aid bitki növü.Nuphar luteum (L.) Smith - Sarı nelufər (Dırmaşan, sarı suzanbağı) == Botaniki xarakteristikası: == Çoxillik su bitkisidir. Sürünən, möhkəm, çoxsaylı ağ qaytanabənzər köklərdən ibarətdir. Kökləri silindrik, bir və ya bir neçə yan şaxələnən köklərə malik, uzunluğu 1-1,5 m (bəzən 3-4m), eni isə 13sm, xaricdən sarı-yaşıl, daxili ağ, tünd rombabənzər-dairəvi dişlidir. Zirvədə yerləşən yarpaq və çiçəklərin saplaqları möhkəmdir. Yarpaqları iki tiplidir: üzən-sıx, zəif dərili, yumurtayabənzər-ellipsvari, uzunluğu 15-17 sm dairəvikənarlı, əsası dərin oyuqlu, nazik və büküşlüdür. Çiçəkləri sarı, tək, uzun qaytanabənzər olub, suyun üzərinə sərilərək şarabənzər görünməklə, diametri 4-5 sm olur. May-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında isə meyvələri yetişir. Toxumla və vegetativ yolla çoxalır.Yavaş axan sularda, göllərdə, köhnə nohurlarda, sakit axan çaylarda, dərinliyi 0,5–1 m və hətta 3–5 m olan sularda, körfəz və sahillərdə rast gəlinir.Xammal kimi köklərini may-oktyabr aylarında, çiçək və meyvələri toplanılır. Dərin olmayan sututarlarda köklərini iti bıçaqla kəsmək tövsiyə olunur.
Parental Advisory
Valideyn Məsləhəti (ing. Parental Advisory), ilk dəfə 1985'də Amerika Səsyazma Sənayesi Birliyi (ASSB) tərəfindən yaradılıb istifadəyə başlanan və 2011'de Britaniya fonoqrafiya sənayesi (BFS) tərəfindən mənimsənən bir xəbərdarlıq etiketidir. Azyaşlı uşaqlara potensial olaraq mənfi təsir göstərə biləcək həddindən artıq söyüş və ya qeyri-münasib istinadlar ehtiva edən səs yazıları barədə valideynlərə məlumat vermək üçün yerləşdirilib. İlk dəfə fiziki CD preslərdə və kasetlərdə istifadə olunsa da, sonradan rəqəmsal mühitdə musiqi dinləmək populyarlaşdıqca onlayn musiqi mağazalarında istifadə olunmağa başladı.
Prince of Persia: Harem Adventures
Prince of Persia: Harem Adventures - "Gameloft" mobil oyun şirkəti tərəfindən 2003-cü ildə yaradılan macəra oyunudur. "Prince of Persia: Harem Adventures" mobil oyunu "Gameloft" şirkətinin ilk oyunudur.
Science Adventure
Science Adventure (科学アドベンチャー, Kagaku Adobenchā, azərb. Elm macərası‎) — 5pb. və Nitroplus şirkətləri tərəfindən yaradılmış videooyun franşizi. Franşiz hazırda beş əsas vizual romandan ibarətdir: "Chaos;Head", "Steins;Gate", "Robotics;Notes", "Chaos;Child" və "Steins;Gate 0". Hər bir vizual roman əsasında sikvellər, spin-offlar, eləcə də, anime və manqalar istehsal olunmuşdur. == Seriya == === Chaos;Head === Chaos;Head (カオスヘッド, Kaosu Heddo, azərb. Xaos;zirvəsi‎) franşizin ilk oyunudur, 2008-ci ilin aprelində Microsoft Windows üçün buraxılmışdır. "Sayıqlama elmi macəra" (妄想科学ADV, Mōsō Kagaku Adobenchā) kimi təsvir edilmişdir. Hadisələr 2009-cu ildə baş verir. Takumi Nişico adlı hikikomorinin bir neçə qətlin arasında qalmasından bəhs edir.