AEROŞƏKİLLƏRİN DEŞİFRLƏNMƏSİ

aeroşəkil əsasında Yer səthinin öyrənilməsi üsullarından biri. A.d-də rəngli aerofotoşəkil, zərrəbin, parallaktik xətkeş, stereoskop və s-dən is-tifadə edilir. Topoqrafik deşifrləşdirmə aerofotoşəkildəki sahənin təfsilatı (bitki örtüyü, hidroqrafiya, yaşayış məntəqələri, yollar, sərhədlər və s.) və relyefi ayırd edilib topoqrafik xəritədə göstərilir. Xüsusi deşifrləşdirmə isə geoloji, hidroloji, torpaqşünaslıq və s. məqsədlər üçün aparılır. Geoloji deşifrləşdirmədə aero-fotoşəkildə əks olunmuş geoloji obyekt, süxur, faydalı qazıntı və b. geoloji xüsusiyyətlər ayırd edilir.
AEROSFER
AEROTAKSASİYA
OBASTAN VİKİ
Şəkillərin deşifrlənməsi
Şəkillərin de-şifrlənməsi (rus. дешифриpование снимков, ing. interpretation of photographs) — frans. dechiffrer – araşdırmaq, tapmaq – obyektin xassələri ilə onların aero – və kosmik şəkillərdə təsviri xarakteri arasındakı mövcud qanunauyğun asılılığa əsaslanaraq fotoşəkillərlə ərazinin, su sahəsinin, eləcə də atmosfer hadisələrinin tədqiqi üsulu /metodu. Obyektləri şəkildə tapmaq və müəyyənləşdirməklə, onları kəmiyyət və keyfiyyətcə səciyyələndirməklə və obyektləri şərti işarələrlə göstərməklə nəticələnir. Onun metodikası çöl və kameral işlərin birliyinə əlaqəsinə əsaslanır.