AEROFOTOŞƏKİLÇƏKMƏ
təyyarə, vertolyot və digər uçuş cihazları ilə Yer səthinin fotoşəkillərinin çəkilməsi, A. irimiqyaslı (10 000-dən çox), ortamiqyaslı (10 000-30 000) və kiçik miqyaslı (30 000-dən kiçik) aparılır. Ərazinin təyyarədən çəkilməsi paralel marşrutla aparılır. Bu marşrutların bir-birin-dən uzaqlığı elə müəyyən edilir ki, qonşu marşrutlara aid aeroşəkillər, orta hesabla, bir-birini 30% (eninə örtmə), bir marşruta aid qonşu şəkillər isə bir-birini 60% (uzununa örtmə) örtsün. Aerofotoşəkillərə əsasən şəkil montaj edilir və fotosxem qurulur. Fotosxem şəkillərin mərkəz hissə-lərindən qarışdırılmış bütün ərazinin aeroşəklini verir.