AEROTOP

(aero və yun. Topos - yer) ekosistemin daxili atmosferi olub, Yer səthi hava qatının bir hissəsidir, onun tərkibi və rejimi bilavasitə ekosistemin daxili komponentləri, hər şeydən əvvəl bitki örtüyü və torpağın təsiri altda müəyyənləşir. Bununla yanaşı, A. bütün atmosferin aşağı təbəqəsi olduğu üçün atmosferin xarici təsirlərinə güclü məruz qalır. A-un kəmiyyət vəziyyətini və rejimini təsvir etmək məqsədilə geniş kompleks göstəricilərdən is-tifadə olunur: günəş radiasiyasının intensivliyi, küləyin sürəti, havanın temperaturu və rütubətliyi, karbon qazının miqdarı və s.
AEROTERMİK PİLLƏ
AEROZOL
OBASTAN VİKİ
Aerotop
Aerotop ekosistemin daxili atmosferi olub, Yer səthi hava qatının bir hissəsidir, onun tərkibi və rejimi vasitəsilə ekosistemin daxili komponentləri, hər şeydən əvvəl bitki örtüyü və torpağın təsiri altında müəyyənləşir. == Aerotop == Aerotop həmçinin bütün atmosferin aşağı təbəqəsi olduğu üçün atmosferin xarici təsirlərinə güclü məruz qalır. Aerotopun kəmiyyət vəziyyətini və rejimini təsvir etmək məqsədilə geniş kompleks göstəricilərdən istifadə olunur: günəş radiasiyasının intensivliyi küləyin sürəti havanın temperaturu havanın rütubətliyi karbon qazının miqdarı və s.