Akteon adaları (fr. Groupe Actéon) — Tuamotu arxipelaqının cənub hissəsində yerləşən adalar qrupu (Fransa Polineziyası). Manqareva atollundan 225 km məsafədə yerləşir.
Akteon adaları ilk dəfə 1606-ci ildə portuqal əsilli ispan dənizçisi və səyyahı Pedro Fernandes Kiros tərəfindən kəşf edilmişdir. O, adaları kokos palmalı ağacları olan olaraq təsvir edir. Göyərtə qeydlərində onlar bu cür təsvir edilir: «Cuatro Coronadas», «Cuatro Hermanas» (dörd bacı) və «Anegadas» (su basmış). Adalar 1983-cü ildə baş vermiş siklondan əziyyət çəkmişdir.
İnzibati baxımından Qambe kommunasına daxildir.
2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Aktemur bəy
Aktemur bəy (1263, Domaniç[d], Kütahya vilayəti) — Osmanlı bəyliyinin yaranmasında iştirak etmiş olan bir əsgər və dövlət xadimi olmuşdur. Onun atası Gündüz bəy, qardaşı isə Aydoğdu bəydir. Osman bəyin isə qardaşı oğludur.