Aktuariat

Actuariat Maliyyə, xüsusilə də sığorta əməliyyatlarında ehtimal nəzəriyyəsi, statistika və riyazi üsulların tətbiqi sahəsi. Əvvəllər aktuariatdan yalnız həyat sığortasında istifadə olunsa da, sonralar bu üsullar sığortanın digər növlərinə də tətbiq olunmağa başladı. Hazırda qiymətli kağızlar bazarında investisiya risklərinin qiymətləndirilməsi başda olmaqla, bir sıra maliyyə əməliyyatlarında da aktuariatdan istifadə olunur. Aktuariat maliyyə riyaziyyatının əsasını təşkil edir. Aktuariat istiqrazların nəzəri əsaslandırılması və praktiki tətbiqində də öz əksini tapmışdır. Bundan əlavə, ehtimalın hesablanması əsasında seçim edilən maliyyə əməliyyatlarında da aktuariat tətbiq edilməyə başlanmışdır: birja siyasətinin formalaşması, likvid vəsaitlərdən istifadə edilməsi yollarının müəyyənləşdirilməsi, gəlir lərin aktuallaşdırılmasına əsaslanan investisiyaların seçilməsi bu qəbildəndir.
Aktuar risk
Akvizisiya (əldə etmə, satın alma)

Digər lüğətlərdə