AKUPUNKTURA

is. \[lat. acus "iynə" + punctura (pungo, pungere) "iynə batırmaq, sancmaq"\] tib. Ənənəvi Çin təbabətinin bir qolu: müalicə məqsədi ilə bədənin xüsusi nöqtələrinə, xüsusi iynələrin batırılması ilə həyata keçirilir; iynəbatırma.
AKTUATOR
AKVAAEROBİKA
OBASTAN VİKİ
Akupunktura
Akupunktura (lat. Acus) — iynə və (lat. Punctura (pungo‚ pungere) sancmaq, çalmaq — bədənin xüsusi aku nöqtələrini nazik iynələr sancmaqla aparılan müalicə növüdür. Çində alternativ tibb kimi geniş yayılmışdır. Əsasən ağrının azaldılması üçün istifadə edilir. Çin xalq təbabətinin əsas tərkib hissələrindəndir. Çin tarixin yazılı dövründən çox qədimlərə söykəndiyi irəli sürülür. İynələrin istismarından çox əvvəl bian deyilən iti kənarlı daşların istifadə edilməkdə olduğu Xan Hanedanlığı dövründə (M.Ö.206-m.s.220) qələmə alınmış olan Shuo Wen Jie Za adlı kitabda ifadə edilir. Zamanla bian daşlarının yerinə sümük və ya Bambukdan edilən iynələr istifadə edilməyə başlanmışdır.