AKUPUNKTURA

is. \[lat. acus "iynə" + punctura (pungo, pungere) "iynə batırmaq, sancmaq"\] tib. Ənənəvi Çin təbabətinin bir qolu: müalicə məqsədi ilə bədənin xüsusi nöqtələrinə, xüsusi iynələrin batırılması ilə həyata keçirilir; iynəbatırma.
AKTUATOR
AKVAAEROBİKA
OBASTAN VİKİ
Akupunktura
Akupunktura (lat. Acus) — iynə və (lat. Punctura (pungo‚ pungere) sancmaq, çalmaq — bədənin xüsusi aku nöqtələrini nazik iynələr sancmaqla aparılan müalicə növüdür. Çində alternativ tibb kimi geniş yayılmışdır. Əsasən ağrının azaldılması üçün istifadə edilir. Çin xalq təbabətinin əsas tərkib hissələrindəndir. == Tarixi == Çin tarixin yazılı dövründən çox qədimlərə söykəndiyi irəli sürülür. İynələrin istismarından çox əvvəl bian deyilən iti kənarlı daşların istifadə edilməkdə olduğu Xan Hanedanlığı dövründə (M.Ö.206-m.s.220) qələmə alınmış olan Shuo Wen Jie Za adlı kitabda ifadə edilir. Zamanla bian daşlarının yerinə sümük və ya Bambukdan edilən iynələr istifadə edilməyə başlanmışdır.