ALAQAPI

is.
1. Evlərin böyük küçə qapısı; darvaza.
2. Tarixi bir hadisəni qeyd etmək üçün şəhərin və s.-nin girəcəyində tikilən qapı, tağ.
Alaqapısında “Mingəçevir” yazılmış şəhərə girəndə Umud maşının pəncərəsindən döyükə-döyükə gah sağa, gah sola baxdı. İ.Məlikzadə.
[Rejissor:] Onu deyirəm ki, teatrın dekor materiallarından alaqapı çıxmaz. M.Hüseyn.

Синонимы

  • ALAQAPI alaqapı bax darvaza
  • ALAQAPI darvaza
ALAQANQAL
ALAQARANLIQ

Значение слова в других словарях