ALMA
ALMA-ARMUDLUQ
OBASTAN VİKİ
Armud
Armud (lat. Pyrus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir. Vətəni Çindir. Hündürlüyü 30 m-ədək, yarpağı tökülən ağac və ya koldur; budaqları bəzən tikanlı olur. Kökü milşəkillidir; torpağın dərinliklərinə gedir. Gövdəsi və budaqları boz və ya qəhvəyi qabıqla örtülüdür. Zoğları çılpaq, bəzən tükcüklüdür. Yarpaqları sadə, bəzi hallarda dilimli, yaxud lələkvarı yarılmış olur.
Alma
Alma (lat. Malus) — bitki növünün meyvəsi. Dünyada mədəni bitki kimi genş şəkildə becərilir. Bitki Orta Asiyada bu gün də bitən yabanı Malus sieversii növündən törəmişdir.
Adi armud
Adi armud (lat. Pyrus communis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbabətdə == Aşağıda qeyd edilən 2 növ armudun təbabətdə istifadə edilməsi barədə məlumat verilir. Adi armud və ya mədəni armud və Qafqaz armudu. Armud. Onun hündürlüyü 20 – 30 m-ə qədər olan ağac bitkisidir. Meyvəsinin qabığının qırmızı, qəhvəyi, qızılı rəngdə olması ilə başqa növlərindən fərqlənir. O, Azərbaycanın bir çox rayonlarında geniş becərilir. Qafqaz armudu. Bu çətiri budaqlı ağacdır.
Armud saturniyası
Armud saturniyası (lat. Satyrnia pyri) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin haflar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Armud saturniyası kəpənəyi geniş enli qanadlara, tüklü bədənə və qısa qarıncığa malikdirlər. Qanadların hər birinin orta hissəsində gözə bənzər xal (tovuzgözü) vardır. Bığcıqlar erkək fərdlərdə daraqşəkilli, dişi fərdlərdə isə qısadaraqlıdır. Xortum inkişaf etməmişdir. Yetkin tırtıllar açıq yaşıl rəngdə olub, bədənin üzəri (hər buğumda 4 ədəd) açıq göy rəngli ziyilciklərlə əhatə olunmuşdur. Bu ziyilciklərin hər birindən yanlara doğru 6 ədəd qısa tükcüklər (ulduzu xatırladan) və 2 ədəd nisbətən uzun sancaqşəkilli tükcüklər uzanır. == Həyat tərzi == Armud saturniyası park və xiyabanlarda əkilmiş meşə tipli ağaclara, introduksiya edilmiş kol-bəzək bitkilərinə zərər verir. Abşeronda kəpənəklərin uçması may-iyun aylarında (əsasən 9-12 radələrində) baş verir.
Armud sukatı
Armud sukatı - Armud dilimlərindən hazırlanmış quru mürəbbə Tərkibinə armud, şəkər tozu, vanil daxildir. Armud sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay süfrəsində istifadə olunur. == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Armud taxtabitisi
Armud taxtabitisi (lat. Stephanitis pyri F. ) - Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bədəninin forması yastı olub, qanadları yarımşəffaf haldadır və tutqun rəngli seyrək damar şəbəkəsi ilə örtülmüşdür. Üst qnadları və ayaqları açıqsarı rəngdədir. Cücünün qabaq döş hissəsində yastı çıxıntılar vardır. Bədəninin uzunluğu 2,5-3 mm-dir. Bu növ yetkin formada tökülmüş yarpaqların altında, ağac qabığında əmələ gələn yarıqlarda, bitki tör-töküntüləri arasında və s. bu kimi yerlərdə qışlayır. Erkən yazda taxtabitilərdə qışlama yerlərindən çıxdıqdan sonra cütləşmə prosesi gedir və mayalanmış dişilər ağacların çiçəklədiyi dövürdə yumurta qoymağa başlayır. Yumurtalar uzunsov və qara rəngli olur.
Gecyetişən armud
Gecyetişən armud (lat. Pyrus pyrifolia), bəzi ölkələrdə Asiya armudu, yapon armudu, Çin armudu, Koreya armudu, Tayvan armudu, alma armudu və s.— bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada, Şimali Amerikada, Mərkəzi Asiyada və Çində bitir. == Botaniki təsviri == Hündürlüyü 10-15 m-ə çatan ağacdır. Zoğları çılpaq və ya tükcüklü, bəzən isə keçətükcüklüdür. Yarpaqları uzunsov, yumurtavaridir, 7-12 sm uzunluqda, 4-6 sm enindədir. Kənarları dişlidir və açıq-yaşıl rəngdədir. Yarpaqların hər iki tərəfi əvvəlcə az tükcüklü olub, sonradan çılpaqlaşır. Çiçəkləri 6-9 ədəd olub, qrup halında yerləşmişdir. Meyvəsinin uzunluğu 5-7 sm-ə çatır, kürə formalı, yandan sıxılmış üzəri xallıdır, qonuru-ağımtıl rəngdədir.
Qarışıq armud
Qarışıq armud (lat. Pyrus complexa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Ermənistanda arealı vardır. == Botaniki təsviri == Hündürlüyü 10 m, gövdəsinin diametri 10-12 sm çatan ağacdır. Çətiri şaxələnmiş, bir az sallaqdır. Budaqları iynəli və qonur qabıqlı, cavan budaqları tükcüklü, sonradan təxminən çılpaqdır. Tumurcuqları iri, qonur, qırmızımtıl çalarlı, yumurtavari-konusvaridir.Yarpaqları oval-yumurtavari, uzunluğu 8 sm-dək və eni 4 sm-dək, ucu biz, hər tərəfdən tükcüklüdür. Qalxanı çoxçiçəklidir. Meyvələri yumru, basıq, diametri 2-3 sm olub sarımtıl rəngli, şarşəkillidir. Aprel-may aylarında çiçəkləyir, avqust ayında meyvəsi yetişir.
Sallaq armud
Sallaq armud (lat. Pyrus nutans) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Dərələyəzdə təsvir edilmişdir. Cənubi Qafqazda yayıldığı qeyd olunur. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan ensiz çətirli, budaqlarında qısa və yoğun tikanları olan ağacdır. Gövdəsinin qabığı qırmızımtıl rəngdə olub, seyrək ziyilşəkilli xallıdır. Yarpaqlar dərivari, ellips formalı, uzunsov-yumurtavari və ya neştərvari olub, qaidə hissəsi azacıq pazvaridir. Ayanın kənarı şanavari dişli, üst tərəfi az parlaq, alt tərəfi tutqun, solğun yaşıldır. Çiçəklərinin diametri 3 sm-ə çatır, aprel ayında çiçəkləyir, meyvələri isə noyabr ayında yetişir. Meyvələri tünd-qırmızı rəngdədir, saplağı yoğundur və meyvədən 2 dəfə uzundur.
Söyüdyarpaq armud
Söyüdyarpaq armud (lat. Pyrus salicifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. Regional IUCN Statusu: NT. == Qısa morfoloji təsviri == 10-12 m hündürlüyündə, alçaqgövdəli, tikanlı, dağınıq çətirli ağac və ya koldur. Gövdəsinin qabığı bozumtul, yaşlı budaqlarının qabığı isə qırmızımtıl rəngdə olur. Yarpaqları uzunluğu 6-9 sm və eni 0,5-1 sm olan uzun və ensiz-neştərşəkilli formadan uzunluğu 3-6 sm, eni 1-2 sm olan enli-neştərşəkilli formaya qədər dəyişir. Yarpaqlar demək olar ki, oturaq və ya çox qısa saplaq üzərində yerləşmişdir, tamkənarlı, bəzən qeyri-bərabər və aralı-dişciklidir, orta hissədən yuxarısı daha çox genişlənmiş, gümüşü və ya boz rəngdədir, hörümçək toruna bənzər və ya ipəyəoxşar sıx tüklüdür və qısalmış budaqda dəstə halında toplanmışdır. Çiçəkləri çoxçiçəkli qalxanlarda yerləşir. Meyvələri enli uzunsov və ya yumru olub, 1,5-2 sm uzunluğunda, 1,2-1.8 sm diametrində, yetişdikdə sarımtıl rəng alır, üstü ilk vaxtlar azacıq tükcüklü olur, böyüdükcə tükcüklərdəntəmizlənir və tam çılpaq olur.
İtidişli armud
İtidişli armud (lat. Pyrus acutiserrata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Zaqafqaziyada, Qafqazda yayılmışdır. == Botaniki təsviri == Alçaqboy ağacdır. Cavan budaqları bozumtul-qonur qabıqlı, bəzən nazik iynələrlə qurtarır. Yarpaqları dərili, enli-lansetvari, uzunluğu 5-8 sm, eni 2-3 sm, uzun, pazşəkilli bünövrəli, kənarları iti dişli, ucu vəzicikli, bəzən kənarları bütövdür. Cavan yarpaqların üstü yapışqanlı tükcüklü, alt tərəfi keçəli tükcüklü, meyvəvermə dövründə üstü parlaq, yaşıl, çılpaq, alt tərəfi keçəli olur. Yarpaqları xallı-keçəli, nisbətən çılpaq, saplaqları nazik keçəli, uzunluğuna görə yarpaq ayasının yarısına bərabər və ya ondan qısadır. Tumurcuqları yumurtavari-konusvari, seyrək tükcüklü, pulcuqludur. Çiçəkləri çox xırda, sıx tükcüklü çiçək saplağında yerləşir.
Alma-Ata
Almatı (qaz. Алматы; 1921-ci ilədək — Vernı, orta əsrlərdə — Almatu) — Qazaxıstanın ən böyük şəhəri və 1927-1997-ci illərdə ölkənin paytaxtı. Əhalisi 2 milyon nəfərdir). Qazaxıstanın cənub şərqində yerləşən Almatı şəhəri, 1854-cü ildə Rusların şərqdə sərhəd qalası olaraq qurduqları şəhərdir və 2020-ci il 1 sentyabr statistikasına əsasən 1.955.080 nəfər əhalisi ilə Orta Asyanın ən inkişaf etmiş beynəlmiləl şəhəridir. Bir çox ticarət mərkəzi, restoranları, otelleri və kazinoları ilə varlı həyat tərzi ilə seçilir. Öncəki adı Alma Ata olan şəhər Alatau Dağları platosunda yerləşir. Bütün Qazaxıstanda olduğu kimi, Almatıda da ana dil qazaxca və ruscadır. Qazaxıstanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra, Almatı şəhəri Qərb bazarlarına açılıb, çox sürətli inkişaf etmişdir. Almatı köhnə paytaxt olmasına baxmayaraq (indiki paytaxt Astana şəhəridir), hələ də ölkənin mədəni, iqtisadi və ticarət mərkəzi olaraq qalır. == Təbiəti == Almatı şəhəri qış turizmi üçün ideal yerdir.
Alma-mater
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Alma (dəqiqləşdirmə)
Alma (bitki) — gülçiçəklilər fəsiləsindən bitki cinsi. Alma (meyvə) — meyvəçilikdə əsas yerlərdən birini tutan meyvə. Alma (qəzet) — 2006-cı ildə yaradılmış həftəlik ictimai-siyasi qəzet. Alma (fransız müğənni) — müğənni. Mədəni alma — alma ağacı cinsinə aid bitki növü Çəhrayı alma — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü. == Həmçinin bax == Alma mater — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Alma dolması — almadan hazırlanan dolma. Alma-Ata — Qazaxıstanın ən böyük şəhəri. Alma turşusu və ya oksikəhrəba turşusu — ikiəsaslı oksiturşu. Alma şirəsi, Alma kvası, Alma kompotu, Alma şərbəti – Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Alma (meyvə)
Alma (lat. Malus) — bitki növünün meyvəsi. Dünyada mədəni bitki kimi genş şəkildə becərilir. Bitki Orta Asiyada bu gün də bitən yabanı Malus sieversii növündən törəmişdir.
Alma (müğənni)
Alma (bitki) — gülçiçəklilər fəsiləsindən bitki cinsi. Alma (meyvə) — meyvəçilikdə əsas yerlərdən birini tutan meyvə. Alma (qəzet) — 2006-cı ildə yaradılmış həftəlik ictimai-siyasi qəzet. Alma (fransız müğənni) — müğənni. Mədəni alma — alma ağacı cinsinə aid bitki növü Çəhrayı alma — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü. == Həmçinin bax == Alma mater — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Alma dolması — almadan hazırlanan dolma. Alma-Ata — Qazaxıstanın ən böyük şəhəri. Alma turşusu və ya oksikəhrəba turşusu — ikiəsaslı oksiturşu. Alma şirəsi, Alma kvası, Alma kompotu, Alma şərbəti – Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Alma Ata
Alma Zadiç
Alma Zadiç (bosn. Alma Zadić 24 may 1984, Tuzla, Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya[…]) — Avstriyalı hüquqşünas və siyasətçi. Sebastiyan Kurtsun ikinci hökumətdə, 7 yanvar 2020-ci ildən bəri ədliyyə naziri vəzifəsini icra edir. == Həyatının ilkin mərhələsi == 1994-cü ildə Bosniya müharibəsi zamanı Zadiç valideynləri ilə birlikdə Avstriyaya qaçır və Vyanada yerləşirlər. Alma bir müsəlman inanclı olaraq qeydə alınır, ancaq özü hər hansı bir dini mənsubiyyəti rədd edir. Vyana Universitetində hüquq təhsili alır. Sonradan Nyu-Yorkdakı (ABŞ) Kolumbiya Universitetini bitirir. Tələbə ikən Zadiç Vyanadakı Beynəlxalq Miqrasiya Təşkilatında kiçik işçi və Haaqada Keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Məhkəməsində təcrübəçi olaraq çalışmışdır. Siyasətdən əvvəl Zadiç Freshfields Bruckhaus Deringer çoxmillətli hüquq firmasının London qərargahında böyük işçi kimi çalışır. == Siyasi karyerası və qalmaqalları == Zadiç Avstriyanın 2019-cu il parlament seçkilərində Avstriya Yaşıllar Partiyasından namizəd olur və Avstriya Milli Məclisinə seçilir.
Alma piroqu
Alma piroqu və ya almalı piroq – əsas inqredienti alma olan piroq növü. == Tarix == Ən qədim alma piroqu reseptinə XIV əsrdə İngiltərədə yazılmış "Bişirmə metodu" ("Forme of Cury") kolleksiyasında rast gəlinmişdir. Holland stilində olan ən qədim alma piroqu resepti isə 1514-cü ilə aiddir. == Hazırlanması == Alma piroqunun bişirilməsində un, kərə yağı, marqarin, qatıq, yumurta, qabartma tozu, vanil, alma, darçın, qoz ləpəsi, şəkər tozu və şəkər kirşanı kimi inqredientlərdən istifadə olunur. Alma piroqunun hazırlanması zamanı əvvəlcə kərə yağı, qatıq, yumurta qarışdırılır və alınan qarışığa un əlavə olunaraq xəmir hazırlanır. Piroqun içliyi üçün almadan istifadə olunur. Alma soyularaq rəndələnir və bişirilir. Alma içliyi əvvəlcədən hazırlanan xəmir kütləsinin üzərinə əlavə olunur və sobaya yerləşdirilir. Piroq bişdikdən sonra üzərinə şəkər kirşanı əlavə edilə və dilimlərə bölünə bilər. == Populyar mədəniyyətdə == Alma piroqu ABŞ-nin qeyri-rəsmi simvollarından biridir.
Alma povidlosu
Alma povidlosu — alma püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Alma povidlosundan əsasən qış mövsümündə, səhər yeməyi zamanı istifadə olunur. == Həmçinin bax == Povidlo == Xarici keçid == Повидло из яблок простой рецепт == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Alma püresi
Alma püresi — almadan hazırlanan sous və ya püre. Hazırlanarkən qabığı soyulmuş və ya soyulmamış almalardan və müxtəlif ədviyyatlardan (adətən darçın və ikievli pimenta) istifadə edilə bilər. Şəkər və ya bal kimi dadlandırıcılar və ya şirinləşdiricilər də adətən əlavə olunur. Alma püresi ucuzdur və Şimali Amerikada və bəzi Avropa ölkələrində geniş yayılmışdır. Yağ əvəzləyicisi kimi istifadə oluna bilər. Hazır alma püresi supermarketlərdən əldə edilə bilər. == Tarixi == Alma püresinin ilk dəfə Avropada 1700-cü illərdə hazırlandığı bildirilir. == Hazırlanması == Alma püresi suda və ya alma sidrində (təzə alma suyu) lazımi səviyyəyə qədər bişirilərək hazırlanır. Turşuluq miqdarı daha çox olan almalardan daha nəfis alma püreləri hazırlamaq mümkündür: mükəmməl alma pürelərinin hazırlanmasında bu məqsədlə turşuluğu yüksək olan Bremli almasından istifadə edilir. Almanın qabığı soyula və ya soyulmaya bilər.
Alma sukatı
Alma sukatı — Alma dilimlərindən hazırlanmış quru mürəbbə Tərkibinə alma (şirin alma sortları), şərbət, şəkər tozu daxildir. Alma sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Alma turşusu
Alma turşusu və ya oksikəhrəba turşusu, НООС-СН(ОН)-СН2-СООН — ikiəsaslı oksiturşu. 100°S-də əriyən rəngsiz kristal maddədir. İlk dəfə 1785-ci ildə ildə K. Şeyele kal almadan almışdır. Üzüm, quşarmudu və bəzi başqa meyvələrdə də var. Alma turşusu bitki və heyvanların tənəffüsündə gedən oksidləşmə prosesinin aralıq məhsullarındandır. == İzomerləri == Alma turşusunun d, l və r-izomerləri vardır. Alma turşusu əsasən, yeyinti sənayesində, habelə tibdə və boyaqçılıqda işlədilir. === r-alma turşusu === r-alma turşusunu kəhrəba turşusundan və ya fumar turşularından almaq olar. Qeyri-fəal (r) alma turşusu 130oC-də əriyən və suda pis həll olan bərk maddədir. Bundan, sinxonin təsir etməklə alınan duzları kristallaşdırma yolu ilə sağ və sol alma turşularını əldə etmək olar.
Alma xanım
Alma çiçəkyeyəni
Alma çiçəkyeyəni (lat. Anthonomus pomorum) — sərtqanadlılar dəstəsindən cücü növü. == Xarici quruluşu == Bədəni qonyrumtul-boz, bığları dirsəkli, burnu boruyabənzər və uzundur. Qanadüstlüklərində köndələn ağ zolaq olur. Uzunluğu 3,5–4,5 mm-dir, sürfəsi ayaqsızdır, başı qonur və kiçikdir. Alma, armud, bəzən albalı və gilas ağaclarına ziyan verir. Əsasən qöncələri zədələyir. Böcəklər tökülmüş yarpaqların altında və qismən ağacın qabığında qışlayır. Dişi böcək 100-dək yumurta qoyur. Yumurtası oval, sarımtıl rəngdədir.

Digər lüğətlərdə