1. Birini təbrik üçün və ya bir şeyi bəyənmə ifadəsi olaraq əl çalma. Sürəkli alqışlar. Gurultulu alqışlar. Alqış səsləri. – Xanəndə zilə çəkdiyindən, hamının gözü onda idi.
Birdən alqışlar qopdu.
Alqış səsləri zalı doldurdu.
// Nida mənasında. Əhsən, afərin, mərhəba.
[Yanardağ:] Alqış odlar gəlininə! Elə isə, bir yerdə son ibadətə başlayaq…
Alqış deyir mənim doğma yurdum Azərbaycan da.
Min nemət yetirir Vətən torpağı; Alqış mərd, qabarlı, qadir əllərə!
2. folk. Şifahi ədəbiyyatda nəcib, xeyirxah diləyi ifadə edən və müəyyən mərasimlərlə bağlı arzuları bildirən söyləmə.