ALIŞDIRMAQ₂

f.
1. Öyrətmək, öyrəşdirmək, vərdiş etməsinə səbəb olmaq. Zəhmətə alışdırmaq. Özünü soyuğa alışdırmaq. Uşaqları kiçik yaşlarından başlayaraq sağlamlıq qaydalarına alışdırmaq lazımdır.
– Mən Şümşad xanımın onu [Miss Hannanı] dua yazdırmaq və fal açdırmağa alışdırdığını bilirdim. M.S.Ordubadi.
Güldü Bənna: – Bəli, – dedi, – gərək tələsək; Cəld olmağa alışdıraq hər bir naşını. Ə.Cəmil.

2. Əhliləşdirmək, ələ öyrətmək, təlim etmək, isinişdirmək.
[Ovçular qızılquş balalarını] iki-üç gün ac saxlar və yavaş-yavaş ət verib özlərinə alışdırdıqdan sonra, göz qapaqlarını açarlar. A.Şaiq.

3. Canına salmaq. Səlim bəy Nəbinin başı üçün çoxlu maya verməyi öhdəsinə aldı.
Hampaları alışdırdı kəndlərə. Qaçaq Nəbi”.

Синонимы

  • ALIŞDIRMAQ I ALIŞDIRMAQ (kibritlə bir şeyi yandırmaq) Veysəl bir de kibriti alışdıranda Ziynət dik atıldı, Ulduzu götürdü, koridora çıxartdı (B

Омонимы

  • ALIŞDIRMAQ ALIŞDIRMAQ I f. Yandırmaq, alovlandırmaq. Papiros alışdırdı (B.Bayramov). ALIŞDIRMAQ II f. Öyrətmək, ələ öyrətmək
ALIŞDIRMA₁
ALIŞDIRMAQ₁

Значение слова в других словарях