Amirlik İqtisadiyyatı

ölkənin iqtisadi sisteminin, təsərrüfatının istiqamətləndirilməsinin iqtisadi rəhbərlik funksiyalarının yüksək dərəcədə mərkəzləşdirilməsi, direktiv idarəetmə metodlarından istifadə edilməsi, istehsal resurslarının əsas növlərinin dövlət mülkiyyətində cəmləşməsi üzərində qurulması.
Amillərin Məcmu Məhsuldarlığı
Amortizasiya
OBASTAN VİKİ
Dünya iqtisadiyyatı
Dünya iqtisadiyyatı — beynəlxalq iqtisadi münasibətlər sistemi vasitəsilə beynəlxalq əmək bölgüsünün əsasında dünya ölkələrinin milli iqtisadiyyatlarını birləşdirən çoxmərhələli qlobal təsərrüfatçılıq sistemidir. Dünya miqyasında məhsuldar qüvvələrin sürətli inkişafı nəticəsində insan fəaliyyəti ölkədaxili çərçivədən ölkələrdaxili çərçivəsinə keçir, bütün ölkələri bütöv bir halda əhatə etməyə başlayır. Belə olan halda insanlar arasında meydana çıxan siyasi, iqtisadi, mədəni və s. əlaqələr, dövlətlər və regionlar arasında meydana çıxan yeni münasibətlərlə zənginləşir. Nəticədə insan fəaliyyəti mürəkkəbləşir, qarşılıqlı ziddiyyətlərlə zəngin olur. Bu ziddiyyətlərin həll edilməsi yolu isə bir ölkə daxilində baş verən ictimai istehsaldan yox, bütün planeti əhatə edən dünya istehsalından — beynəlxalq iqtisadiyyatdan keçir. == Dünya iqtisadiyyatının inkişaf mərhələləri == Dünya iqtisadiyyatının inkişafında bir neçə nəsil keçmişdir İstehsaldan əvvəlki istehsal mərhələsi — XVII əsrin sonları dünya iqtisadiyyatı, sənayedən əvvəlki istehsal mərhələsində beynəlxalq ticarətin meydana çıxması ilə meydana gəldi və XVII əsrin sonlarına qədər formalaşdı. XVIII əsrin əvvəlləri — XIX əsrin ortaları Artan kütləsi mütəmadi olaraq ölkələr arasında mübadilə olunan malların istehsalının daha da inkişafı ilə xarakterizə olunur; xarici ticarətin milli iqtisadiyyatın bir hissəsinə çevrilməsi; dünya bazarının yaranması — kapitalizmin ən yüksək nailiyyəti. XIX əsrin sonu — XX əsrin əvvəlləri məhz bu dövrdə genişmiqyaslı maşın istehsalına əsaslanan dünya iqtisadi sisteminin formalaşması başa çatdı. 20-ci illərin sonları — XX əsrin 80-ci illərinin ortaları.
Ermənistan iqtisadiyyatı
Sovet dönəmində Ermənistan inkişaf etmiş sənayeyə malik bir respublika idi. Kimya, maşınqayırma, elektronika, yeyinti sənayesi və toxuculuq bu ölkədə çox yüksək dərəcədə inkişaf etmişdi. Lakin bu sənaye sahələrinin əksəriyyəti xaricdən gələn xammaldan asılı idi. Kənd təsərrüfatı həm işçi sayına görə, həm də istehsal miqdarına görə iqtisadiyyatda 20%-lik həcmə malik idi. Sovet İmperiyasının dağılması nəticəsində Ermənistanda çalışan bir çox müəssisələr öz fəaliyyətini dayandırdı. Nəticədə kənd təsərrüfatı ilə məşğul olan əhalinin miqdarı 40%-ə, kənd təsərrüfatı məhsullarının ÜDM-də payı isə 30%-ə qalxdı. Bundan başqa Qarabağ müharibəsi nəticəsində ölkə iqtisadiyyatına ağır zərbə dəydi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparması qonşu Azərbaycan və Türkiyənin Ermənistanla olan sərhədlərini bağlaması ilə nəticələndi. Bundan başqa qonşu Gürcüstanın da Ermənistana gedən mallara yüksək tranzit haqqı tətbiq etməsi də (Gürcüstan Ermənistana gedən mallar üçün Azərbaycana gedən mallara tətbiq etdiyi tranzit haqqından iki dəfə yüksək vergi tətbiq edir) Ermənistan iqtisadiyyatında olan tənəzzülü dərinləşdirirdi. Digər tərəfdən Ermənistan özünün ən yaxın iqtisadi tərəfdaşı olan Rusiya ilə yerüstü əlaqəyə malik deyildi.
Estoniya iqtisadiyyatı
Baltikyanı ölkələr içərisində ərazicə ən kiçiyi olan Estoniya Ümumi Daxili Məhsulun adambaşına düşən həcminə və iqtisadi islahatların uğurla həyata keçirilməsinə görə birincidir. 2004-cü ildən NATO və Avropa İttifaqının üzvü seçilmiş, 2007-ci ildən isə Şengen Zonasına qoşulmuşdur. 2011-ci ildən Baltikyanı ölkələr içərisində ilk olaraq Estoniya Avrozonanın üzvü olmuşdur. Ölkədə 2012-ci ildə ÜDM-in həcmi ötən ilə nisbətən 3,9% artaraq 21,85 milyard ABŞ dolları təşkil etmişdir. Adambaşına düşən ÜDM-in həcmi 17 min dollardır. Estoniyanın əmək bazarı dünya reytinqində ilk onluqdadır.
Finlandiya iqtisadiyyatı
Finlandiya iqtisadiyyatı, Fransa, Almaniya və Böyük Britaniya kimi digər Qərbi Avropa iqtisadiyyatlarına bənzər adambaşına düşən istehsal rəqəmi ilə yüksək sənayeləşmiş, qarışıq iqtisadiyyatdır. Finlandiya iqtisadiyyatının ən böyük sektoru 72,7 faizlə xidmət, ardınca 31,4 faizlə istehsal və saflaşdırma sənayesidir. == İqtisadiyyatın strukturu == Finlandiya iqtisadiyyatı aşağıdakı sektorlardan ibarətdir: Xidmət sektoru: Xidmət sektoru, Finlandiya iqtisadiyyatının ən böyük sektorudur və ÜDM-in təxminən 72,7%-ni təşkil edir. Bu sektora maliyyə, sığorta, daşınmaz əmlak, informasiya və kommunikasiya texnologiyaları, təhsil və səhiyyə kimi sahələr daxildir. Sənaye sektoru: Sənaye sektoru, ÜDM-in təxminən 31,4%-ni təşkil edir. Bu sektora elektronika, maşınqayırma, metal emalı, ağac emalı, kimya və qida sənayesi kimi sahələr daxildir. Finlandiya, xüsusilə elektronika və telekommunikasiya sahələrində güclü bir sənaye bazasına malikdir. Kənd təsərrüfatı sektoru: Kənd təsərrüfatı sektoru, ÜDM-in təxminən 2,2%-ni təşkil edir. Bu sektora əsasən taxıl, süd məhsulları, ət və meşə məhsulları istehsalı daxildir. == İxrac == Finlandiya, ixrac yönümlü bir iqtisadiyyata malikdir və ixrac, ÜDM-in təxminən 36%-ni təşkil edir.
Fransa iqtisadiyyatı
Fransa iqtisadiyyatı öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyinə" daxildir. Fransa dünyanın 5-ci iqtisadi gücüdür. O, dünya ÜDM-nin 5%-ni və dünya ticarətinin 6%ni formalaşdırır. Fransa unitar döv­lətdir və onun büdcə sistemi yalnız iki hissədən iba­rətdir: dövlət büdcəsi və yerli büdcələr. Ölkədə büdcə sisteminin vahidliyi yoxdur. Bütün büdcələr formal şəkildə ayrılmışlar. Hər bir inzibati vahidin büdcəsi onun icraiyyə hakimiyyət orqanı tərəfindən təsdiq olunur. Fransanın maliyyə sisteminə dövlət (mərkəzi) və yerli büdcələrdən başqa, həmçinin büd­cə­dən­kənar fondlar və dövlət müəssisələrinin maliyyələri daxildir. Dünya miqyasında Fransanın ən iri birjası Matif Paris birjası hesab edilir. Bu birjada aparılan əməliyyatlar içərisində ən çox xüsusi çəkini dövlət istiqrazları tutur.
Gürcüstan iqtisadiyyatı
Gürcüstan iqtisadiyyatı 90-cı illərdə baş verən kəskin tənəzzüldən sonra 2000-ci illərdə tədricən dirçəlməyə başlayıb. Gürcüstan aqrar-sənaye ölkəsidir. 2004-cü ildən etibarən iqtisadiyyatı sabit artım tempi, kiçikhəcmli büdcə kəsiri (2006-cı ildə ÜDM-in 0,3%-i həcmində), valyuta ehtiyatlarının sürətlə artması, xarici dövlət borcunun idarəolunan səviyyəyə düşməsi və inflyasiya proseslərinin sürətlənməsi ilə xarakterizə olunur. == Makroiqtisadi göstəricilər == 2006-cı ildə burada iqtisadi artım 9,6%, adambaşına düşən ÜDM 3153 lari (1771 ABŞ dolları) təşkil etmişdir. Son 3 ildə (2004-2006) büdcə xərclərinin orta illik 47% artması qiymətlərin bahalaşmasını stimullaşdıraraq 2006-cı ildə 8,8%-ə çatmasını şərtləndirmişdir. Xarici ticarət balansında irihəcmli kəsirə baxmayaraq, ölkəyə intensiv axıb gələn xarici investisiyalar daxili valyuta bazarında təzyiq yaradaraq ABŞ dollarına nəzərən larinin məzənnəsini 2002-ci ilin aprelindən etibarən davamlı olaraq bahalaşdırmaqdadır. Gürcüstanın ÜDM istehsalı 1990-cı ildə 8,5 milyard dollar olduğu halda 2010-cu ildə 11,7 milyard dollara yüksəlib. Müqayisə üçün onu bildirək ki, 1990-cı ildə Ermənistanın ümumi daxili məhsul (ÜDM) istehsalı indiki (2010-cu il) qiymətlərlə 2,2 milyard dollar idisə, 2010-cu ildə 9,3 milyard dollar, Azərbaycanda isə 1990-cı ildə olan 6,5 milyardlıq ÜDM istehsalı 2010-cu ilin yekununda 54,3 milyard dollarlıq istehsala çatıb. 1990-cı ildə Gürcüstan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdi. 2010-cu ildə isə Gürcüstan Cənubi Qafqaz iqtisadiyyatının 15,5 faizini formalaşdırır.
Hesablama iqtisadiyyatı
Hesablama iqtisadiyyatı — komputer elmləri, iqtisadiyyat və idarəetmə elmi ilə sıx əlaqəli araşdırma sahəsi. Bu mövzu iqtisadi sistemlərin hesablama modelləşdirməsini, istər agent əsaslı, istər ümumi tarazlıq, istər makroiqtisadi, istərsə də rasional gözləntilər, hesablama ekonometrikası və statistikası, hesablama maliyyəsi, avtomatlaşdırılmış internet bazarlarının dizaynı üçün hesablama vasitələri, hesablama iqtisadiyyatı üçün xüsusi hazırlanmış proqramlaşdırma vasitəsini və hesablama iqtisadiyyatının tədrisi əhatə edir. Bu sahələrin bəziləri unikaldır, digərləri isə ənənəvi iqtisadiyyat sahələrini kompüterlər və əlaqəli riyazi metodlar olmadan tədqiq etməsi çətin olan problemləri həll edərək genişləndirir. Hesablama iqtisadiyyatı analitik və statistik olaraq formullaşdırılmış iqtisadi problemlərin həlli üçün komputer əsaslı iqtisadi modellərdən istifadə edir. BU məqsədlə araşdırma proqramı qarşılıqlı əlaqəli agentlərin dinamik sistemləri kimi bütöv iqtisadiyyatlar da daxil olmaqla, iqtisadi proseslərin hesablamalı tədqiqi olan agent əsaslı hesablama iqtisadiyyatıdır (AƏHİ). Əslində, bu kompleks adaptiv sistem paradiqmasının iqtisadi adaptasiyasıdır. Burada agentdən nəzərdə tutulan real insanlar yox, "qaydalara uyğun qarşılıqlı əlaqədə olan, modelləşdirilmiş komputer obyektləridir". Agentlər sosial, bioloji və/və ya fiziki varlıqları təmsil edə bilər. Müvazinətdə agentlər tərəfindən riyazi optimallaşdırmanın nəzəri ehtimalı oyunlar nəzəriyyəsinin kontekstləri də daxil olmaqla, bazar qüvvələrinə adaptasiya olan məhdud rasionallıqlı agentlərin daha az məhdudlaşdırıcı postulatı ilə əvəz olunur. Şərtləri əvvəlcədən modelçi tərəfindən təyin olunan AƏHi modeli sadəcə agentin qarşılıqlı təsirdə olduğu zaman müddətində irəli doğru inkişaf edir.
Hindistan iqtisadiyyatı
Hindistan iqtisadiyyatı inkişaf etməkdə olan bazar iqtisadiyyatı kimi xarakterizə olunur. Bu, nominal ÜDM-ə görə dünyanın beşinci, alıcılıq qabiliyyəti paritetini görə (AQP) üçüncü ən böyük iqtisadiyyatdır. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, adambaşına düşən gəlir baxımından Hindistan 2018-ci ildə 142-ci ÜDM-yə malik ölkə, adambaşına düşən alıcılıq qabiliyyəti pariteti ÜDM-si üzrə 119-cu olmuşdur. 1947-ci ildəki müstəqilliyindən 1991-ci ilə qədər ardıcıl hökumətlər geniş dövlət müdaxiləsi və tənzimlənməsi ilə proteksionist iqtisadi siyasət yürütdü. Soyuq müharibənin sonu və 1991-ci ildə kəskin tədiyyə balansı böhranı geniş iqtisadi liberallaşdırma proqramının qəbul edilməsinə səbəb oldu. 21-ci əsrin əvvəllərindən ÜDM-in illik orta artımı 6% -dən 7% -ə qədər olmuşdur və 2014-cü ildən 2018-ci ilə qədər Hindistan Çini üstələyərək dünyanın ən sürətli böyüyən əsas iqtisadiyyatına çevrilmişdir. Tarixən Hindistan 1-ci əsrdən 19–cu əsrə qədər iki minillik tarix ərzində dünyanın ən böyük iqtisadiyyatlarından biri idi. Hindistan iqtisadiyyatının uzunmüddətli böyümə perspektivi gənc əhalisi və müvafiq asılılıq nisbəti, sağlam əmanət və investisiya nisbətləri səbəbindən müsbət olaraq qalır və qlobal iqtisadiyyata inteqrasiyanı artırır. 2016-cı ildə "demonetizasiya" zərbələri və 2017-ci ildə Mallar və Xidmətlər Vergisi tətbiq edilməsi səbəbiylə 2017-ci ildə iqtisadiyyatdakı artım yavaşladı. Hindistan ÜDM-nin təxminən 60% -i daxili fərdi istehlak hesabına idarə olunur və dünyanın altıncı ən böyük istehlak bazarı olaraq qalmaqdadır.
Informasiya iqtisadiyyatı
İnformasiya iqtisadiyyatı–informasiya və biliklərin istehsalı, emalı, saxlanması və yayılmasındakı fəaliyyət nəticəsində daxili məhsulların axınını təmin edən iqtisadiyyat nəzərdə tutulur və bu prosesdə işçilərin yarısından çoxu iştirak edir. İnformasiya iqtisadiyyatı formalaşmaqda olan informasiya cəmiyyətinin elə proqnozları üçün nəzərdə tutulmuş konsepsiyadır ki, bu proqnozlarda iqtisadiyyatın bütün əsas sahələrinin inkişafı zamanı diqqət rabitənin elektron-informasiya texniki vasitələrinin aparıcı roluna yönəlir. İnformasiya iqtisadiyyatı üç əsas istiqaməti özündə birləşdirir. Birincisi, ənənəvi bilik və informasiya (elmi-tədqiqat, təhsil, kütləvi informasiya vasitələri, müxtəlif konsultasiya xidmətləri və s.) sferasıdır. İnformasiya iqtisadiyyatının ikinci istiqaməti ənənəvi istehsal və xidmət sahələrinin informasiyalaşdırılmasıdır. Bu sahələr də İKT-nin tətbiqi sayəsində yeni keyfiyyət mərəhələsinə qədəm qoyub və daha səmərəli fəaliyyət göstərir. Üçüncü istiqamət isə informasiya iqtisadiyyatının hərəkətverici qüvvəsi sayılır. Bu istiqamətə İKT-nin istehsalı və infrastrukturu, İKT-nin tətbiqi ilə bağlı xidmət sahələri aiddir. Корнейчук Б.В. Информационная экономика.
Kanada iqtisadiyyatı
Kanada iqtisadiyyatı yüksək inkişaf etmiş bazar iqtisadiyyatıdır. == Birinci Dünya Müharibəsi illərində Kanada İqtisadiyyatı == === Ümumi məlumat === Birinci Dünya müharibəsi, şübhəsiz, bir çox digər ölkədə olduğu kimi, Kanada tarixində də əhəmiyyətli bir hadisə idi. Kanada üçün, digər bir çox ölkədə olduğu kimi, ölkənin inkişafında da bir qırılma nöqtəsi işarələmək üçün bu məşhur bir şəkildə qəbul edildi. Kanadanın döyüşlə necə mübarizə etdiyinə dair detalların bir çoxu təsvir olunsa da, ancaq döyüşün Kanada iqtisadiyyatına faydası varmı yoxsa ciddi bir bahalı bir təcrübə olub olmadığı mövzusunda dəqiq bir görüş birliyi yoxdur. Bu tarixi qiymətləndirmədən çox daha açıqlayıcıdır. Az sistematik makroiqtisadi analiz var. Gerçək adambaşına düşən gəlir baxımından Kanadanın döyüşdən və sonrasında şiddətli bir zərbə aldığı açıqdır. Adambaşına düşən real gəlirin döyüş əvvəli səviyyəsini təkrar qazanmaq üçün Kanada iqtisadiyyatını bir neçə il aldı. Ümidimiz, Birinci Dünya Müharibəsinin Kanada üçün nəticələrinin bir şərh və yenidən şərhini təqdim etməkdir. Vəzifə, tək bir məqalədə ələ alına biləcək dərəcədə daha geniş və əhatəlidir.
Kipr iqtisadiyyatı
Kipr iqtisadiyyatı — Kipr adasında faktiki 2 dövlət mövcud olduğundan orada birbirindən o qədər də kəskin fərqlənməyən 2 icmanın iqtisadiyyatından danışmaq lazımdır. Ümumiyyətlə, Kiprdə beynəlxalq turizm, yeyinti sənayesi, bank-maliyyə sistemi azad iqtisadi zonalar fəaliyyəti yaxşı inkişaf etmişdir. Daxili milli məhsulun həcmi 2004-cü il göstəricilərinə görə bütün ada üçün 14 mlrd. dollardan artıq olub. Bu məhsuldan əhalinin hər nəfərinə orta hesabla 18 min dollar vəsait düşür. Bu rəqəm türklər yaşayan hissədə 6 min dollardan çox deyil, yunanlar yaşayan hissədə isə iki dəfə çoxdur. Adanın yunanlar yaşayan hissəsində yerli hökumətin iqtisadi siyasəti Avropa və Yaxın Şərqlə mövcud olan əlaqələrindən asılıdır və AİT üçün zəruri hesab edilən meyarların əldə edilməsinə yönəldilmişdir. Adanın türklər yaşayan hissəsində yerli hökumətin iqtisadi siyasəti Türkiyə ilə əlaqələrlə bağlıdır. Yunanlar yaşayan hissədə ÜDM-un 72 faizi xidmətin, 29 faizi sənayenin, 6 faiz kənd təsərrüfatının payına düşür. Türklər yaşayan hissədə ÜDM-nun 68 faizi xidmət, 20 faizi sənaye, 12 faizi isə kənd təsərrüfatının payına düşür.
Kosovo iqtisadiyyatı
Kosovo iqtisadiyyatı — keçid dövrü yaşayan, yeni qurulan ölkə. Kosovo iqtisadiyyatı faktiki olaraq alban diasporu və donor ölkələrdən gələn pul köçürmələri sayəsində inkişaf etməyə çalışır. İl ərzində adam başına 8 min dollar pul düşür. Kosovo keçmiş Yuqoslaviya birliyinə daxil olan ölkələr arasında ən kasıb ölkə hesab edilir. 1990-cı illərdə planlı pis iqtisadi siyasət, beynəlxalq sanksiyalar, iqtisadi və etnik konfliktlər onsuzda zəif olan region iqtisadiyyatını daha da zəiflətmişdir. == 1999—2007 == 1999-cu ildən Kosovo iqtisadiyyatında dinamik inkişaf müşahidə edilir. Avro ölkənin əsas valyutasıdır. Serbiya dinarı isə ölkənin serblər yaşayan şimal hissəsində istifadə edilir. == Müstəqillik dönəmi == 2009-cu ildə orta əmək haqqı hər iş saatına görə 2,98 $ təşkil etmişdir. İqtisadiyyatı zəiflədən əsas amillərdən biri beynəlxalq statusun müəyyən edilməməsi olmuşdur.
Küveyt iqtisadiyyatı
== Ümumi iqisadi göstəricilər == Regionun neft çıxaran başqa ölkələri kimi Küveyt də ötən əsrin 70-ci illərinin enerji böhranının «bəhrəsindən» öz xeyrinə istifadə edə bilmişdir. Neftin qiymətinin kəskin surətdə qalxması bu ölkənin «iqtisadi-sosial taleyini» əsaslı surətdə dəyişdirmiş, milli təsərrüfatın ləng inkişafı qısa müddətdə onun sürətli artımı ilə əvəz olunmuşdur. Gildən tikilmiş orta əsr şəhər və kəndlərinin yerində bir neçə il ərzində çoxmərtəbəli yaşayış evləri, bank, mehmanxana və digər inzibati binaları olan müasir şəhərlər salınmışdır. Şəhərlərdə ən müasir texnika və texnologiya ilə təchiz olunmuş neft emalı və neft-kimya müəssisələri, sement zavodları, su təmizləyici qurğular, müxtəlif məişət malları istehsal edən müəssisələr, məktəblər, xəstəxanalar və s. tikilmişdir. Ölkədə kənd təsərrüfatı plantasiyaları genişləndirilmiş, yaxın vaxtlara qədər karvan yollarının keçdiyi səhralarda müasir və geniş avtomobil magistralları çəkilmiş, dəniz və hava limanları təkmilləşdirilmişdir. == Küveyt iqtisadiyyatı == 1989-cu ildə ölkədə gündəlik neft hasilatı 230 min ton, onun satışından əldə edilən gəlir isə 9250 mln. dollar təşkil etmişdir. Küveytin İraq tərəfindən işğal edilməsi və sonradan azadlıq uğrunda gedən müharibənin nəticələri (1990-1992) ölkənin iqtisadiyyatına, xüsusilə onun neft sənayesinə (neft buruqlarının yandırılması, boru kəmərlərinin partladılması, neft anbarlarının, neft emalı zavodlarının dağıdılması və s.) olduqca böyük ziyan vurmuşdur. 1990-cı ildə ölkədə orta gündəlik neft hasilatı 130 min tona enmiş, yəni 1989-cu il səviyyəsindən 37 faiz azalmış, neftdən əldə edilən gəlir isə 6850 mln.
Livan iqtisadiyyatı
== Livan iqtisadiyyatının əsas xüsusiyyətləri == Aralıq dənizi sahilində, mühüm yollar kəsilişindəki əlverişli coğrafi mövqeyi Livanı maliyyə bank sistemi inkişaf etmiş bir dövlətə çevirmişdir. 1943-cü ildən hakimiyyət başına gələn milli burjua nümayəndələri şəxsi kapitalın (həm xarici, həm milli) inkişafına meydan açan "Azad iqtisadiyyat" və "Azad bazar*" siyasəti yürütməyə başlayır. Livan biznesmenlərinin Qərb və Şərq arasında həyata keçirdiyi vasitəçilik və maliyyə əməliyyatları ölkənin tranzit-ticarət və turizm mərkəzlərindən birinə çevirmişdi. 1970-ci ilədək bu sahələr ölkənin milli gəlirinin 70 faizini verirdi. 1968-ci ildən sonra Livanın iqtisadiyyatı İsrail təcavüzünə və vətəndaş müharibəsinin dağıntılarına məruz qalmışdır. Mütəxəsislərin fikrincə, 1996-cı ildən ölkənin ümumi daxili məhsulu artmağa başlamışdır. 1997-ci ildən ümumi daxili məhsulun dəyəri 13,5 mlrd ABŞ dollarına bərabər olmuşdur. İllik artım yüksək olmasa da, onun mövcudluğu mikroiqtisadi sabitlik siyasəti və bərpa prosesinə büdcə ayırmalarının müvəffə-qiyyətlə yerinə yetirilməsi ölkənin son onilliklərdəki sarsıntılardan dirçəlməsinə sübutdur. Dirçəlişin bariz nümunələrindən biri də budur ki, Livan iqtisadiyyatı 1997-ci ildə vətəndaş müharibəsinin başa çatdığı 1990-cı il ilə müqayisədə təqribən 70 faiz artmışdır. 2004-cü ildə Livanda ümumi daxili məhsulun həcmi 22,5 mlrd.
Maliyyə iqtisadiyyatı
Maliyyə iqtisadiyyatı — "pul fəaliyyətində cəmləşmə" ilə xarakterizə olunan iqtisadiyyatın bir hissəsidir ki, burada "əməliyyatın hər iki tərəfində bu və ya digər növ pullar görünə bilər". Beləliklə, real iqtisadiyyatla əlaqəli qiymətlər, faiz dərəcələri və səhmlər kimi maliyyə dəyişkənlərinin əlaqəsi ilə maraqlanır. İki əsas sahəyə malikdir: varlıq qiymətləri və korporativ maliyyə; birincisi kapital təmin edənlərin, yəni investorların, ikincisi kapital istifadəçilərinin baxış nöqtəsidir. Beləliklə, maliyyənin çox hissəsi üçün nəzəri əsaslar yaradır. Mövzu “iqtisadi məkanların həm məkanda, həm də zamanında qeyri-müəyyən bir mühitdə paylanması və yerləşdirilməsi” ilə əlaqədardır. Nəticə etibarilə, maliyyə bazarları və nəticədə ortaya çıxan iqtisadi və maliyyə modelləri və prinsipləri kontekstində qeyri-müəyyənlik qarşısında qərarların qəbul edilməsinə və qəbul edilə bilən fərziyyələrdən sınaq və ya siyasi nəticələr çıxarılmasına yönəlmişdir. Mikroiqtisadiyyat və qərar nəzəriyyəsinin əsasları üzərində qurulmuşdur. Maliyyə ekonometriyi, bu münasibətləri parametrləşdirmək üçün ekonometrik metodlardan istifadə edən maliyyə iqtisadiyyatının bir hissəsidir. Riyazi maliyyə, maliyyə iqtisadiyyatı tərəfindən təklif olunan riyazi və ya ədədi modelləri əldə edəcək və genişləndirəcəkdir. Burada iqtisadi nəzəriyyə ilə uyğunlaşmaqdan çox riyazi tutarlılığa diqqət yetirilir.
Monteneqro iqtisadiyyatı
Monteneqro iqtisadiyyatı - keçid dövründə olan iqtisadiyyatdır. Slobodan Miloşeviçin hakimiyyəti dövründən başlayaraq Monteneqro öz iqtisadiyyatını Serbiyanın federal nəzarətindən azad etmiş və Monteneqro mərkəzi bankı yaradılmışdır. Ölkə valyutası ilk olaraq “Yuqoslav dinarı” , daha sonra alman markası, daha sonra isə avro olaraq müəyyən edilmiş, avroya keçid gömrük tariflərinin yığılması və büdcənin idarə olunmasına müsbət təsir göstərmişdir. Serbiya və Monteneqro ittifaqının 2006-cı ildə dağılması bu iki ölkənin Avropa Yenidənqurma və İnkişaf Bankı və s. beynəlxalq maliyyə təşkilatlardakı üzvlüklərinin də bölünməsinə və ayrılmasına səbəb olmuşdur. Monteneqro 18 Yanvar 2007-ci ildə Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının üzvünə çevrilmişdir. 2007-ci ilin oktyabr ayında Avropa Birliyi ilə imzalanmış “Sabitləşdirmə və Birləşmə” sazişi (Stabilization and Association Agreement) nəticəsində Monteneqro 15 dekabr 2008 tarixində Avropa Birliyinə üzvlük üçün müraciət etmişdir. Hal-hazırda Monteneqro Ümumdünya Ticarət Təşkilatına üzv olması üzrə fəaliyyətini davam etdirir. Monteneqronun siyasi və iqtisadi cəhətdən başlıca problemləri işsizlik və regionların qeyri-bərabər inkişafıdır. Monteneqroda alüminium sənayesinin inkişafı böyük alüminium kompleksinin yaradılmasına imkan yaratmışdır.
Müharibə iqtisadiyyatı
Müharibə iqtisadiyyatı — dövlət iqtisadiyyatının geniş mənada hərbi işlərin bütün iqtisadi məsələlərini əhatə edən, dövlətin müdafiə (hərbi) potensialını təmin edən sahəsi. Bundan əlavə, hərbi elmin tərkib hissəsi olan dövlətdə hərbi işlərin iqtisadi təminatının (müdafiə, tikinti, silahlı qüvvələrin saxlanması və s.) qanunauyğunluqlarını öyrənən elm və akademik intizamdır. "İqtisadi şəraitdən ordu və donanmadan daha çox şey asılı deyil. Silah, tərkib, təşkilat, taktika və strategiya ilk növbədə hazırkı istehsal mərhələsindən və rabitə vasitələrindən asılıdır Bir çox görkəmli dövlət xadimlərini hərbi işlərin meydana çıxması ilə ortaya çıxan hərbi iqtisadiyyat məsələləri narahat edirdi. Rusiyada müharibə iqtisadiyyatı problemlərinə dair ilk əsərlər XIX əsrdə ortaya çıxdı. XIX əsrin sonu — XX əsrin əvvəllərində müxtəlif dövlətlərdə silahlı qüvvələr, hərbi əməliyyatlar və hərbi iqtisadiyyat arasında əlaqənin öyrənilməsinə həsr olunmuş elmi əsərlər daha fəal şəkildə ortaya çıxmağa başladı. Hərbi iqtisadiyyatın inkişafı dövlətin iqtisadi potensialının ümumi inkişafı, onun hərbi əməliyyatlar (müharibə) şəraitində işləmək imkanları və müharibə və sülh dövründə silahlı qüvvələrin ehtiyaclarının ödənilməsi ilə ayrılmaz şəkildə bağlıdır. Hərbi iqtisadiyyat müdafiə (hərbi) sənayenin güclü sahələrinin yaradılmasını, onların istehsal imkanlarının artırılmasını, dövlət ərazisində müdafiə (hərbi) müəssisələrin müvafiq coğrafi yerləşməsini, sabit iqtisadi və elmi-texniki bazanın yaradılmasını əhatə edir. onların arasında əlaqələr, yeni texnologiyaların inkişafı, enerjinin hazırlanması, kənd təsərrüfatının, səhiyyənin, dövlət rabitə şəbəkəsinin, nəqliyyat şəbəkəsinin inkişafı, əməliyyatların təmin edilməsi nəzərə alınmaqla, mülki müdafiə üçün mühafizə tədbirlərinin həyata keçirilməsi. Hərbi iqtisadiyyat mülki iqtisadiyyatdan təcrid olunmur — bir sıra sənaye və müəssisələr həm mülki, həm də hərbi təyinatlı məhsullar istehsal edir və ya iqtisadiyyatın həm mülki, həm də hərbi sektorunda istehlak olunan məhsullar (ikili təyinatlı məhsullar) (ayaqqabı, parçalar, geyim) istehsal edir.
Naxçıvan iqtisadiyyatı
Sovetlər Birliyinin yarandığı ilk dövrlərində Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların başlıca istiqamətini kollektivləşmə, əsaslı təsərrüfatçılıq və sənaye potensialının dirçəlişinə yönəlmiş tədbirlər təşkil edirdi. Naxçıvanda da sənaye istehsalının nisbətən yeni texniki baza üzərində qurulmasına səy göstərilirdi. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində həmin illərdə Ordubad rayonunda konserv zavodu və yeni tipli ipəkçilik fabriki tikilmiş, Şərur rayonunda pambıq zavodu bərpa olunmuş, Naxçıvan şəhərində yeni pambıq zavodu tikilmiş, şərabçılıq müəssisəsi bərpa olunmuşdur. Tarixi inkişafın gedişini əks etdirən sosial-iqtisadi xarakterli materialların, sənədlərin təhlili göstərir ki, sonrakı dövrlərdə Naxçıvan iqtisadiyyatına real vəziyyətdən irəli gələn diqqət göstərilməmiş, müxtəlif dövrlərdə onun qarşısında duran vəzifələrin yerinə yetirilməsinə respublika üzrə icra templərindən gec başlanılmışdır. Azərbaycanda sənayeləşdirmə və birinci beşillik planın vəzifələrinin yerinə yetirildiyi vaxtda muxtar respublikada sənayenin qismən yeni texniki baza üzərində bərpası işləri həyata keçirilirdi. Tarixi mənbələr göstərir ki, muxtar respublikada dağılmış sənayenin ilkin bərpası duz mədəni üzrə 1924–1926-cı, ipəkçilik üzrə 1924–1927-ci, konserv istehsalı üzrə 1925–1927-ci, şərabçılıq üzrə 1926–1927-ci illərdən başlayaraq həyata keçirilmişdir. Sosialist inqilabı ərəfəsində Naxçıvan ərazisində olan sənaye müəssisələri yüngül və yeyinti sənayesi sahələrinə aid olmaqla, əsasən, kiçik kustar xarakteri daşıyırdı. İnqilabdan sonrakı dövrdə aparılan bir sıra yenidənqurma işlərinə baxmayaraq, birinci beşilliyin axırlarında muxtar respublikada hələ də tam gücü ilə işləməyən, texniki bazası zəif olan xeyli sayda kooperativləşdirilməyən xırda müəssisələr vardı. 1930-cu ildə bütün sənayedə işləyənlərin 43,2 faizi, 1932-ci ildə isə 50 faizi fabrik-zavod sənayesinin payına düşürdü. Beləliklə, hələ birinci beşilliyin axırlarında sənaye istehsalının iri fabrik-zavod müəssisələri hesabına təşkili başa çatmamışdı.
Naxçıvanın iqtisadiyyatı
Sovetlər Birliyinin yarandığı ilk dövrlərində Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların başlıca istiqamətini kollektivləşmə, əsaslı təsərrüfatçılıq və sənaye potensialının dirçəlişinə yönəlmiş tədbirlər təşkil edirdi. Naxçıvanda da sənaye istehsalının nisbətən yeni texniki baza üzərində qurulmasına səy göstərilirdi. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində həmin illərdə Ordubad rayonunda konserv zavodu və yeni tipli ipəkçilik fabriki tikilmiş, Şərur rayonunda pambıq zavodu bərpa olunmuş, Naxçıvan şəhərində yeni pambıq zavodu tikilmiş, şərabçılıq müəssisəsi bərpa olunmuşdur. Tarixi inkişafın gedişini əks etdirən sosial-iqtisadi xarakterli materialların, sənədlərin təhlili göstərir ki, sonrakı dövrlərdə Naxçıvan iqtisadiyyatına real vəziyyətdən irəli gələn diqqət göstərilməmiş, müxtəlif dövrlərdə onun qarşısında duran vəzifələrin yerinə yetirilməsinə respublika üzrə icra templərindən gec başlanılmışdır. Azərbaycanda sənayeləşdirmə və birinci beşillik planın vəzifələrinin yerinə yetirildiyi vaxtda muxtar respublikada sənayenin qismən yeni texniki baza üzərində bərpası işləri həyata keçirilirdi. Tarixi mənbələr göstərir ki, muxtar respublikada dağılmış sənayenin ilkin bərpası duz mədəni üzrə 1924–1926-cı, ipəkçilik üzrə 1924–1927-ci, konserv istehsalı üzrə 1925–1927-ci, şərabçılıq üzrə 1926–1927-ci illərdən başlayaraq həyata keçirilmişdir. Sosialist inqilabı ərəfəsində Naxçıvan ərazisində olan sənaye müəssisələri yüngül və yeyinti sənayesi sahələrinə aid olmaqla, əsasən, kiçik kustar xarakteri daşıyırdı. İnqilabdan sonrakı dövrdə aparılan bir sıra yenidənqurma işlərinə baxmayaraq, birinci beşilliyin axırlarında muxtar respublikada hələ də tam gücü ilə işləməyən, texniki bazası zəif olan xeyli sayda kooperativləşdirilməyən xırda müəssisələr vardı. 1930-cu ildə bütün sənayedə işləyənlərin 43,2 faizi, 1932-ci ildə isə 50 faizi fabrik-zavod sənayesinin payına düşürdü. Beləliklə, hələ birinci beşilliyin axırlarında sənaye istehsalının iri fabrik-zavod müəssisələri hesabına təşkili başa çatmamışdı.
Norveç iqtisadiyyatı
Norveç iqtisadiyyatı strateji sahələrdə dövlət mülkiyyətinə malik inkişaf etmiş qarışıq iqtisadiyyatdır. Qlobal biznes sikllarına həssas olmasına baxmayaraq, Norveç iqtisadiyyatı sənaye dövrünün başlanğıcından etibarən möhkəm böyümə göstərmişdir. Ölkənin digər Avropa ölkələri ilə müqayisədə çox yüksək həyat səviyyəsi və güclü inteqrasiya edilmiş bir təminat sistemi var. Norveçin müasir istehsal və rifah sistemi təbii ehtiyatların, xüsusilə də Şimal dənizi neftinin istismarı nəticəsində yaranan maliyyə ehtiyatına güvənir. Birləşmiş Millətlər Təşkilatının 2016-cı il məlumatlarına görə, Norveç Lüksemburq (kiçik dövlət) və İsveçrə ilə birlikdə dünyada adambaşına ÜDM 70.000 ABŞ dollarından yuxarı olan (kiçik ada dövlətləri və mikrodövlətləri çıxmaqla) yeganə üç ölkədir. Norveç dövləti təbii ehtiyatlarda və strateji neft sektoru (Equinor), su elektrik enerjisi istehsalı (Statkraft), alüminium istehsalı (Norsk Hydro), ən böyük Norveç bankı (DNB) və telekommunikasiya provayderi (Telenor) kimi strateji və cəmləşmiş sənaye sahələrində mülkiyyət mövqelərini qoruyur. . Hökumət Oslo birjasında açıq siyahıya alınmış şirkətlərin ümumi dəyərinin təxminən 35% -nə nəzarət edir, onun ən böyük yeddi şirkətinin beşi qismən dövlətə məxsusdur. Siyahıya alınmayan şirkətlər daxil olduqda, dövlətin sahiblikdə daha çox payı var (əsasən neft lisenziyası sahibliyindən). Norveçin dövlət müəssisələri kənd təsərrüfatına aid olmayan məşğulluğun 9,6% -ni təşkil edir, azsaylı dövlət mülkiyyət payına sahib şirkətlər daxil olduqda, demək olar ki, 13% -ə yüksəlir, ki bu rəqəm OECD ölkələri arasında ən yüksəkdir. İstər dövlət, istərsə də siyahıya alınmayan firmalar, bazarda idarə olunan və yüksək liberallaşdırılmış bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərirlər.
Nəqliyyat iqtisadiyyatı
Nəqliyyat iqtisadiyyatı — 1959-cu ildə amerikalı iqtisadçı Con Meyer tərəfindən nəqliyyat sektorundakı mənbələrin bölüşdürülməsi ilə məşğul olan bir iqtisadiyyat sahəsidir. Mülki mühəndisliklə möhkəm əlaqələri vardır. Nəqliyyat iqtisadiyyatı bəzi digər iqtisadi sahələrdən fərqlənir ki, boşluq, ani iqtisadiyyat fərziyyəsi yerinə yetirilmir. İnsanlar və mallar şəbəkələr arasında müəyyən bir sürətlə hərəkət edirlər. Əvvəlcədən bilet alqı-satqısı tez-tez aşağı gediş haqları ilə baş verir. Şəbəkələrin özləri rəqabət edə bilər və ya olmaya bilər. Səyahət (istehlakçının nəzərində son məhsul) bir neçə firma, agentlik və nəqliyyat növü tərəfindən göstərilən xidmətlərin birləşdirilməsini tələb edə bilər . Nəqliyyat sistemləri digər sənaye sahələri ilə eyni tələb və təklif nəzəriyyəsini təqib etsə də, şəbəkə təsirlərinin mürəkkəbliyi və bir-birinə bənzəməyən mallar arasındakı seçim (məsələn, avtomobil və avtobusla səyahət) nəqliyyat vasitələrinin tələbini qiymətləndirməyi çətinləşdirir. Nəqliyyat qərarları ilə əlaqəli mallar arasındakı ehtimal seçimini qiymətləndirən modellərin inkişafı (diskret seçim modelləri) mühüm bir ekonometri sahəsinin inkişafına və Deniel Makfaddenə Nobel mükafatı verilməsinə səbəb oldu. Nəqliyyat şəbəkələri istifadəçilərinə fayda verməklə yanaşı, istifadə etməyənlərə həm müsbət, həm də mənfi xarici təsirlər tətbiq edir.
Oman iqtisadiyyatı
Neft və qazçıxarma sənayesi istisna olmaqla Oman iqtisadiyyatı o qədər də güclü inkişaf edə bilməmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən isə Omanda güclü iqtisadi inkişaf hiss olunmaqdadır. İqtisadi inkişafa təkan verən amil isə neft çıxarmaqdır, lakin neftin ehtiyatı o qədər də böyük deyil. Buna görə neft satışından əldə olunan gəlir ilk növbədə ölkənin iqtisadi mexanizminin yaradılmasına, təsərrüfatın digər sahələrinin inkişafına yönəldilir. Sənaye sahələrinin yaradılması sahəsində əvvəlcə sement, ərzaq, gübrə və mal-qara üçün yem istehsal edən kiçik və orta həcmli müəssisələrin tikintisinə "yaşıl işıq" yandırıldı. Yeni yaradılan müəssisələrə hökumət tərəfindən müəyyən güzəştlər edilirdi. Məsələn, ölkə rəhbəri yerli omanlıların iştirakı olmadan xaricilərin biznes sahəsində fəaliyyətinə icazə vermir. Dövlət milli mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirir və bütün bu proses "omanlaşdırma" adlanır. İran körfəzinin neft çıxaran digər ərəb ölkələrindən (Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı) fərqli olaraq Oman rəhbərliyi öz vətəndaşları üçün "parnik şəraiti" yaratmır, yəni ancaq omanlı olduqlarına görə onlara pul güzəştləri edilmir. Oman rəhbərliyi yaxşı başa düşür ki, 40–50 ildən sonra ölkədə neft ehtiyatları tükənəcək.
Pələng iqtisadiyyatı
Pələng iqtisadiyyatı (ing. Tiger economy) — yaşayış standartların artması ilə ölkə iqtisadiyyatının sürətli inkişafı. Bu termin ilk dəfə Cənubi Koreya, Sinqapur, Honkonq və Tayvan üçün istifadə edilmişdir (Dörd Asiya pələngi). Belə ki, pələng Asiya simvolikasında əhəmiyyətli sayılır. 1990-cı illərdə bu termin İrlandiya Respublikasına ("Kelt pələngi") tətbiq edilmişdir. Daha sonra Dubay, Rumıniya, Slovakiya və Baltik ölkələri pələng iqtisadiyyatını təkmilləşdirmişlər. 1960-cı illərdə Filippin, Şri Lanka və Myanma "Asiyanın Pələngi" iqtisadiyyatları kimi qəbul edilirdi, çünki hər üç ölkə yüksək inkişaf edirdi. Bununla belə, daxili problemlər hər üç ölkənin iqtisadiyyatının zəifləməsinə gətirib çıxardı.1990-cı illərdə və yenidən 2000-ci və 2010-cu illərdə qısamüddətli tənəzzüldən sonra İsrailin sürətli iqtisadi inkişafı ona pələng iqtisadiyyatı kimi şöhrət qazandırdı və bir qəzetdə "İbrani pələngi" termini adlandırıldı.Banqladeş, Dörd Asiya Pələnginin 1960–1990-cı illər arasında sənayeləşmə yolu ilə bir çox oxşarlıqlar daşıyan yüksək iqtisadi artımı və sənayeləşməsi səbəbindən son illərdə yeni yaranan "Asiya pələngi" kimi təsvir edilmişdir. Digər pələng iqtisadiyyatı Ermənistanın iqtisadiyyatıdır. Ermənistanın 2007–08-ci il maliyyə böhranına qədər göstərdiyi diqqətəlayiq, çox vaxt ikirəqəmli iqtisadi artıma görə o, Qafqaz pələngi kimi ortaya çıxdı.
Qazaxıstan iqtisadiyyatı
Qazaxıstan İqtisadiyyatı — həm Asiya, həm də adambaşına nisbətdə Orta Asiyada ən böyükdür, lakin valyuta 2013 ilə 2016 arasında kəskin bir dəyər itkisini yaşadı. Neft ehtiyatlarına, minerallara və metallara da sahibdir. Həm heyvandarlıq, həm də taxıl istehsalını təmin edən geniş çöl torpaqları ilə kənd təsərrüfatının potensialına malikdir. Cənubdakı dağlar alma və qoz üçün vacibdir; hər iki növ orada vəhşi olur. Qazaxıstanın sənaye sektoru bu təbii ehtiyatların hasilatı və emalı üzərində dayanır. SSRİ-nin dağılması və Qazaxıstanın ənənəvi ağır sənaye məhsullarına tələbatın azalması, 1991-ci ildən bəri 1994-cü ildə ən yüksək illik enmə ilə iqtisadiyyatın kəskin tənəzzülü ilə nəticələndi. və özəlləşdirmə sürətləndi, nəticədə aktivlərin özəl sektora əhəmiyyətli dərəcədə daxil olması. Qazaxıstanın Tengiz yatağından Qara dənizə qədər yeni bir boru kəməri çəkmək üçün 1996-cı ilin dekabrında Xəzər Boru Kəməri Konsorsiumu müqaviləsinin imzalanması bir neçə il ərzində əhəmiyyətli dərəcədə daha böyük neft ixracı perspektivlərini artırır. Qazaxıstan iqtisadiyyatı 1998-ci ildə neft qiymətlərinin aşağı düşməsi və Rusiyadakı avqust maliyyə böhranı səbəbiylə ÜDM-in artımının 2,5% azalması ilə aşağıya doğru döndü. 1999-cu ildəki parlaq bir məqam, beynəlxalq neft qiymətlərinin bərpası idi, bu zamanlı bir devalvasiya və bamper taxıl məhsulu ilə birlikdə iqtisadiyyatı tənəzzüldən çıxartdı.
Qırğızıstan iqtisadiyyatı
Qırğızıstan iqtisadiyyatı əsasən sənaye və xidmət sektorundan ibarətdir və əmək qabiliyyətli əhalinin yarısından azı xidmət sektorunda işləyir . 2011-ci ildə miqrant köçürmələrinin həcmi ölkənin ÜDM-nin 29% -ni təşkil etmişdir . Sənaye enerji və mədənçiliklə təmsil olunur. Yüngül və qida sənayesində müəssisələr var. Yanacaqdoldurma stansiyası bazarı qismən ölkənin şimalında yanacaqdoldurma məntəqələrinin 63% -ə qədərinə sahib olan Qazprom Neft şirkəti tərəfindən idarə olunur. 1990-cı illərdə respublikada sənayeləşmə və Orta Asiya standartlarına görə böyük bir eniş yaşandı: Qırğızıstanın ÜDM-i 1990-2001-ci illərdə 10,35 dəfə azaldı (qonşu Özbəkistanda, eyni zamanda, 3,45 dəfə) . Ciddi bir problem 2008 - 2012-ci illərdə kəskin artan dövlət xarici borcudur: 2083,8 milyon dollardan 3031,1 milyon dollara qədər. Kənd təsərrüfatı məhsullarının əhəmiyyətli bir hissəsi ixrac olunur. Turizm Qırğızıstan üçün vacib bir gəlir mənbəyidir. 2008-ci ildə ölkəni gəliri 509 milyon dollar olan 2 milyondan çox xarici turist ziyarət etdi.