ANİMİ́ZM

[ lat. ] İbtidai insanların hər bir şeyin ruhu olduğuna inanması, təbiət qüvvələrinə və hadisələrinə ruhi isnad verməsindən ibarət etiqadı (dini etiqadların ilk mənşəyi). Animizmin başlıca ideyası.
ANİLİK
ANKÉT
OBASTAN VİKİ
Animizm
Animizm (lat. anima – ruh) — ruhun varlığına inancı bildirən termin. Animizmə görə, insanları, heyvanları, maddi aləmin digər cism və hadisələrini ruh idarə edir. Yəni ruhların mövcudluğu, onların heyvanların, insanların həyatına , ətraf aləmin predmetinə və hadisələrinə təsir etməsinə inancdır. İbtidai insan doğum, ölüm, bayılma, yuxu, xəstəlik və s. hadisələri bədəndəki ruhun fəaliyyəti ilə bağlayırdı. Axirət dünyasına, əcdada, təbiətə pərəstiş animizmin əsas ideyasıdır. İnsanın və heyvanın ruhu onun nəfəsində, qanında, bəzi orqanlarında (ürək, baş, gözlər), kölgəsində yerləşə bilərdi. "Animizm" terminini elmə ilk dəfə 18-ci əsrin əvvəllərində alman həkimi G. Ştal gətirmişdir. 19-cu əsrdə ingilis idealist filosofları, təkamülçülük nümayəndələri E. Taylor və H. Spenser A. nəzəriyyəsini inkişaf etdirmişlər.

Значение слова в других словарях