ANOREKSİYA

is. \[yun.\] tib. Əsəbi-psixi pozuntular nəticəsində orqanizmin qida qəbul etməməsi.
ANOMİYA
ANTAQONİST
OBASTAN VİKİ
Anoreksiya
Anoreksiya və ya nevrotik anoreksiya (anorexia neurosa, an – inkar şəkilçisi + yun. όρυός – iştaha ) – qidalanmaya olan fizioloji tələbatın saxlanması ilə iştahanın olmaması, kökəlmədən əsassız qorxu hissi, eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur. Qida mərkəzinin üzvi zədələnmələri (məs., şişlər, travma, insult, zəhərlənmələr və s.), sinir sisteminin funksional pozğunluqları (məs., nevrozlar, stress vəziyyətləri və s.), endokrin xəstəlikləri (hipofiz kaxeksiyası, addison xəstəliyi və s.), xroniki üzücü xəstəliklər (vərəm, yaman şişlər və s.), həzm orqanları xəstəlikləri (xroniki qastrit və s.) və s. nəticəsində ola bilər. Anoreksiya uşaqlarda yeknəsəq qidalanma, qida rasionu, yaxud qidalanma rejiminin dəyişdirilməsi, vitamin çatışmazlığı, həddən artıq, yaxud məcburi yedizdirdikdə və s. hallarda müşahidə edilir. Sinir (sinir -psixi) anoreksiyası patoloji vəziyyəti anoreksiyanın müstəqil formasıdır; əsasən, pubertat yaşda (demək olar ki, ancaq qızlarda), arıqlamaq məqsədilə qida qəbulunun uzun müddət məhdudlaşdırılması (bəzən hətta imtina edilməsi) ilə xarakterizə olunur. Hər şey ilk baxışdan adi görünən ideal qadın bədəni kriterilərinə müvafiq istəkdən başlaya bilər. Lakin bəzi hallarda bu istəyə nail olmağa çalışanlar reallıq hissini itirirlər. Onlar çəkilərinin normadan xeyli az olması barədə ətrafdakıların fikirləri ilə formal olaraq razılaşsalar da, inadkarlıqla ciddi pəhriz saxlamağı davam etdirirlər.