Anqara çayı haqqında əfsanə
Anqara çayı haqqında əfsanə - Anqara və Yenisey çayları, Baykal gölü və Şaman daşı haqqında qədim buryat əfsanəsi.
=== Qısa məzmunu ===
Qədim dövrlərdə qüdrətli Baykal şən və xeyirxah idi. O, öz yeganə qızı Anqaranı çox sevirdi. Dünyada ondan gözəli yox idi. Gündüzlər o səmadan daha parlaq, gecələr isə buludlardan daha tutqun olardı. Anqaranın yanından keçən hər kəs onun gözəlliyinə heyran olar, onu vəsf edərdi. Hətta köçəri quşlar, durnalar, leyləklər, qazlar da alçaqdan uçaraq ona tamaşa edər, lakin onun sularına nadir hallarda enərdilər.
Qoca Baykal öz qızını göz bəbəyi kimi qoruyurdu. Bir dəfə Baykal yuxuya getdikdən sonra Anqara gənc Yeniseyin yanına qaçdı. Yuxudan oyanan Baykal öz sularını titrətdi.