ANTARKTİ́K

sif. Antarktikaya aid olan; cənubi, qütbi.
ANTAQONİ́ZM
ANTÁRKTİKA
OBASTAN VİKİ
Antarktik boğazı
Antarktik boğazı- Juenvil adası ilə Antarktik yarımadasını bir-birindən ayırır. Onun uzunluğu 50 km (30 mil), eni isə 11–19 km arası dəyişir (7-12 mil). Adlanmasına gəldikdə isə bu boğazı İsveç səyyahı Otto Nordenşeldin Antarktidaya espedisiya nəticəsində kəşf edilir. Boğazı isə 1902-ci ildə kapitan Karl Anton Lares “Antarktik” gəmisində keçmişdir. Demək olar ki, ilin böyük qismi buzla örtülü olur.
Antarktik susüpürəni
Antarktik susüpürəni (lat. Sterna vittata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Antarktik səhra
Аntarkti səhra — Təbii zona antarktik qurşaq boyunca yerləşir. Bütünlüklə Antarktika materikinin ərazisini əhatə edir. Ən cənub zonadır. Qış ayları ən aşağı temperatur −60 ; −70 °C arası, yayda isə −30 ; −50 °C arası dəyişir. Yay ayları −20° C yuxarı qalxmır. Ən isti bölgə isə Antarktik yarımadasıdır. Burada temperatur 10–12° C çatır. Bəzi hissələrdə rütubət 60–80 % çatır. Sahil hissələrdə rütubət 20 və hətta 5 % çatır. Ankartik səhrada yağıntının miqdarı 30–50 mm-dən 600–700 mm qədər arasında dəyişir.
Antarktik vilayət
Antarktik vilayət — biocoğrafi vilayətlərdən biri, burada həmişə şaxta olur. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev. "Ekologiya" dərs vəsaiti. Bakı, "Bakı Dövlət Universiteti" nəşriyyatı, 2004, s. 379 – 384.
Antarktik yarımadası
Antarktida yarımadası (1961-ci ilədək sovet və İngiltərə xəritələrində Qreyam Torpağı, Amerika xəritələrində Palmer yarımadası, Çili xəritələrində O’Xiqgins Torpağı, Argentina xəritələrində San Martin Torpağı adlanırdı) — Antarktida ərazisinin bir hissəsi. Uzunluğu materikin əsas kütləsindən şimala 1200 km. qərbdən-şərqə təqribən 200 km-dir. Mərkəzi hissəsi hündürlüyü 1500–2000 m olan buz platosudur. Yarımada ilə Juenvil adası arasında Antarktik boğazı yerləşir. Sahil zolağında qismən buzdan azad dağ massivləri var. 10-cu Sakit okean elmi konqresin (1961) məsləhəti ilə Antarktikanın tədqiqində iştirak edən ölkələrin əksəriyyəti bu ərazini Antarktika yarımadası adlandırmışdır. Ondan şimal-qərbdə Adeleyd adası yeləşir.
Arktik və Antarktik landşaftın torpaqları
Arktik və Antarktik landşaftın torpaqları — Avrasiya materikində Şpitsbergen, Frans-İosif Torpağı, Yeni Torpaq, Novosibirsk adalarında, Taymır yarımadasında, Şimali Amerikada Qrenlandiyanın şimal sahillərində, Şimali Amerikanın şimal arxipelaq adalarında, Antarktida materikinin vahələrində rast gəlinən torpaq tipi. == İqlimi == İqlim şəraiti çox soyuq olub, orta illik temperatur −10°C-dən −14°C-i arasında dəyişir. Yayda orta sutkalıq temperatur +5°C-ni aşmır. Şaxtasız günlər 12–14 gündən çox davam etmir. Arktik zonanın qərb hissəsinin şərqinə nisbətən qışı yumşaqdır. Yağıntıların illik miqdarı Arktikada 130–200 mm arası dəyişir. Antraktidanın vahələrində də az yağıntı düşür. Məsələn, Benqerada ildə 62 mm qar şəklində yağıntı yayda düşür. Antraktida sahil hissələrindəki vahələrində yağıntının miqdarı 300 mm-ə qədər artır. Nisbi rütubətliyin yüksək olması xarakterikdir (90%).
Aboa (Antarktika stansiyası)
Aboa — Finlandiyanın Antarktidadakı araşdırma stansiyasıdır. Adı Turkunun latıncadan olan adından yaranıb. 1988-ci ildə Kraliça Mod Torpağında sahildən 130 kilometr içəridə Vestfyella dağlarında Basen adı verilən bir qayalıq (nunatak) üzərində qurulmuşdur. Stansiya, Finlandiya Ticarət və Sənaye Nazirliyi tərəfindən maliyyəyə edilmiş, Finlandiya VTT Texniki Araşdırma Mərkəzi tərəfindən hazırlanaraq inşa edilmişdir. Hazırda Finlandiya Əmək və İqtisadiyyat Nazirliyi nəznində fəaliyyət göstərir. Stansiya yalnız yay aylarında istifadə edilməkdədir. 12 nəfərlik iş sahəsi və ən çox 18 nəfər üçün müvəqqəti yaşayış sahəsi mövcuddur. İsveçə aid Vasa Araşdırma Stansiyası, Aboanın 200 metr yaxınlığında qurulmuşdur. Aboa və Vasa birlikdə Nordensköld bazasını təşkil edirlər.
Afrika-Antarktika silsiləsi
Afrika-Antarktika silsiləsi — Hind okeanının daxili boyunca , 0—35° ş. u boyunca uzanır. Cənubi-Atlantika silsiləsinin davamını təşkil edir. Bu silsilə mezazoy-kaynazoy dövrləri zamanı formalaşmışdır. 3000 km məsafədə uzanır. Sonunda isə Kroze platosuna keçir. Maksimal eni 450 km. Dərinliyi 3000—4000 m, bəzi yerlərdə 315 metrdən (şərq) 413 m (qərb) arasında dəyişir.
Akademik Vernadski (Antarktika stansiyası)
Akademik Vernadski (ukr. Антарктична станція Академік Вернадський) — Antarktidada Ukraynaya aid qütb stansiyası. Stansiya Ukrayna Milli Elmlər Akademiyasının ilk prezidenti olmuş rus və ukraynalı mineraloq Vladimir Vernadskinin (1863-1945) adını daşıyır. Stansiya 1996-cı ildə Ukraynaya təhvil verilməzdən əvvəl, təxminən yarım əsrlik bir dövrdə İngilis araşdırma bazası olaraq mövcud idi. Bazanın əlaqələndirilməsi və operativ idarə olunması Ukrayna Təhsil və Elmlər Nazirliyinin tərkibinə daxil olan Ukraynanın Milli Antarktika Elmi Mərkəzi tərəfindən həyata keçirilir. == Tarix == === Britaniya Faraday stansiyası (Stansiya F) === Faraday Stansiyası FİDS və BAS tərəfindən idarə olunurdu və 49 il 31 gün (7 Yanvar 1947 - 6 Fevral 1996) mövcud idi. Tədqiqat bazası 1947-ci ildə bugünkü Britaniya Antarktik Müşahidə mərkəzi tərəfindən Qış Adasında quruldu. Stansiyanın əsas məqsədi geofizika, meteorologiya və ionosferika sahələrini tədqiq etmək idi. == Ukrayna Vernadski stansiyası == Ukrayna bazanı 1996-cı ilin fevralında, Britaniyadan simvolik olaraq bir funta icarəyə götürdü. Ətraf mühitin yaxşı təcrübələri və standartları ilə bazanın sökülməsi dəyəri çox baha olacaqdır.
Amerika-Antarktika silsiləsi
Amerika-Antarktika silsiləsi (ing. American–Antarctic Ridge (AAR)) — Cənubi Amerika Plitəsi və Antarktika Plitəsi arasında olan tektonik qırılma xətti zonasıdır. Atlantik okeanın cənubunda yerləşən silsilənin cənub-qərbində Cənubi Sandviç çökəkliyi yerləşir. == Ədəbiyyat == "The American-Antarctic Ridge", Journal of Geophysical Research, Volume 88, Issue B10 (Oct.1983) Е. П. Дубинин, Н. М. Сущевская, А. Л. Грохольский. "История развития спрединговых хребтов Южной Атлантики и пространственно-временное положение тройного соединения Буве". Российский журнал наук о Земле Том 1, № 5 (rus). сентябрь 1999. 2004-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-15.
Amundsen-Skott (Antarktika stansiyası)
Amundsen-Skott stansiyası (ing. Amundsen–Scott South Pole Station) — Amerikaya məxsus olan, 1956-cı ildən fəaliyyət göstərən qütb stansiyası. Stansiya cənub qütbündə yerləşir. Dəniz səviyyəsindən 2835 metr hündürlüyə malikdir. Materik daxilində inşa edilən ilk stansiyadır. Stansiya 1956-cı ilin noyabrında elmi məqsədlər üçün inşa edilmişdir. == Xronologiya == Açılış zamanı stansiya cənub qütbü üzərində yerləşirdi. Ancaq 2006-cı ilə olan məlumata görə isə buzların hərəkəti ilə əlaqədar olaraq stansiya cənub qetbündən 100 metr aralıda yerləşir. Stansiya cənub qütbünü ilk fəth efən Raul Amundsen və Robert Skottun şərəfinə adlandırılmışdır. Stansiya 2835 metr dəniz səviyyəsində yuxarıda yerləşir.
Fransanın Cənub və Antarktika əraziləri
Fransız Cənub və Antarktik əraziləri, qısaça FCAƏ (fr. Terres australes et antarctiques françaises, (TAAF), rəsmi adı Territoire des Terres australes et antarctiques françaises) — Fransanın sahib olduğu dənizönü əraziləri. == Coğrafiya == Sen-Pol, Amsterdam, Kroz və Kerqelen arxipelaqları Hind okeanın cənubunda, Eparse adaları Madaqaskarın qərbində, Adeli Torpağı isə Fransanın Antarktidada yerləşən ərazilərdir. === Amsterdam arxipelaqı === Arxipelaq iki adadan və onların yaxınlıqlarında yerləşən qayalıqlardan ibarətdir. Vulkanik məşşəllidir. Ən hündür nöqtəsi De lya Div dağı 867 metr yüksəkliyə malikdir. Ekvatora yaxınlığına baxmayaraq Antarktidadan gələn soyuq küləklər onun iqliminə öz təsirini göstərir. İqlimi yumşaq və dəyişməzdir. Ən soyuq (iyul, avqust) ayları + 11°S, yay ayları isə (fevral) 17,5° təşkil edir. Ada ağaclarla örtülüdür (insanla bura gələnə qədər ancaq otlar bitirdi).
Fransız Cənub və Antarktika əraziləri vulkanlarının siyahısı
Fransız Cənub və Antarktika ərazilərində yerləşən fəaliyyət göstərən və sönmüş vulkanların siyahısı.
Fransız Cənub və Antarktika ərazilərindəki vulkanların siyahısı
Fransız Cənub və Antarktika ərazilərində yerləşən fəaliyyət göstərən və sönmüş vulkanların siyahısı.
Komandante Ferras (Antarktika stansiyası)
Komandante Ferras (62°05′ c. e. 58°24′ q. u.) — Braziliyaya məxsus olan qütb stansiyası (baza). Baza ilk dəfə 6 fevral 1984-ci ildə Braziliyanın Antarktika maraq zonasında Admiraliti körfəzində, Kinq-Corc adasının sakilində yerləşir. Stansiya öz adını Braziliya hərbi-dəniz qüvvələrinin zabiti, hidroqraf, okeanoloq, Luis-Antonio di Karvalo Ferrasın şərəfinə adlandırılmışdır. Stansiyada yayda 100, qışda isə 50 elmi işçinin fəaliyyətinə imkan verir. 17 fevral 2008-ci ildə Braziliya prezidenti Luis İnasiu da Silva stansiyada olmuşdur. Bazadan bir qədər aralıda "General Artiqas" (Uruqvay), "Korol Secon" (Koreya), "Cubani" (Argentina), "Prezident Eduardo Frey Montavla" (Çili), "Henrik Arstovski" (Polşa) və "Maçu Pikçu" (Peru) stansiyaları yerləşir. Leyspinq adasının cəbununda "Eko-Nelson" (Çexiya), 50 km aralıda Qrinviç adasında isə "Kapitan Arturo Prat" stansiyası qərarlaşır.
Kunlun (Antarktika stansiyası)
Kunlun (çin. 崑崙站) — Çinin Antarktidada yerləşən dörd elmi-araşdırma stansiyasından biri. Stansiyanın sahəsi 236 m²-dir. Kunlun stansiyası 27 yanvar 2009-ci ildə fəaliyyətə başlamışdır. Stansiya Avstraliyanın Antarktika ərazisində 4087 metr yüksəklikdə yerləşir. Bu yer kürəsində ən soyuq yerlərdən biridir. İqlimi Antarktik kontinentaldır. Nadir hallarda temperatur -10 °C yuxarı qalxır. Qeydə alınan minimal temperatur −80 °C-dir. Yağıntınln miqdarı olduqca azdır.
Lazarev (Antarktika stansiyası)
Lazarev stansiyası — fəaliyyətini dayandırmış Sovetlər Birliyinə məxsus olan qütb stansiyası. Stansiya 1959-cu ildən 1961-ci ilə qədər fəaliyyət göstərmişdir. == Tarixi == Elmi Lazarev stansiyası Dördüncü Sovet Antarktika ekspedisiyası zamanı 1959-cu ilin 10 martında açılmışdır. Stansiya Şahzadə Astrid sahilində şelf buzlağında inşa edilmişdir. Stansiya Antarktidanı kəşf edən Mixail Lazarevin şərəfinə adlandırılmışdır. Stansiyada aerologiya, aktinimetriya, geomorfologiya, qlyasiologiya, meteorologiya və okeanologiya sahəsində elmi araşdırmalar aparılmışdır. Burada xüsusi diqqət qütb parıltısına yönəldilmişdi. Stansiyanın mövcudluğu təhlükə doğururdu. Burada güçlü küləklər qarı sovuraraq stansiyanın üzərinə qədər qaldırırdı. Üstəlik şelf buzlağının qırılma ehtimalı mövcuddur Beşınci Sovet Antarktida ekspedisiyası işini bitirdikdən sonra 26 fevral 1961-ci ildə stansiya fəaliyətini fayandırılmışdır.
Leninqradskaya (Antarktika stansiyası)
Lelinqradskaya — Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya Viktoriya Torpağında Ots sahilində yerləşir. 1971-ci ilin 25 fevralda inşa edilmişdir. 1991-ci ilin martında fəaliyyətini dayandırmışdır. Stansiyada meteorologiya, okeanologiya və qlyasiologiya üzrə elmi araşdırmalar aparmışdır. İlboyu temperatur mənfi olur. Bəzən isə temperatur müsbəti keçir. Fevral 2006-ci ildə Rusiya antarktik ekspedisiyasının rəhbəri Baleriy Lukin əvvəllər fəaliyyət göstərən stansiyalar yenidən bərpa ediləcəyini bildirmişdir. 2007-2008 ilin yayında stansiyaya təşkil edilən ekspedisiya zamanı məlum olmuşdur ki, 1991-ci ildə stansiyanın qapıları kimsə tərəfindən çıxarılmışdır. Bu səbəbdən stansiyanın daxili hissəsini buz örtmüşdür.
Mak-Merdo (Antarktika stansiyası)
Mak-Merdo (ing. McMurdo) — Antarktida ərazisində yerləşən yaşayış məntəqəsi, liman və araşdırma mərkəzi. Stansiya ABŞ Antarktika proqramına mənsub olsa da digər dövlətlərin araşdırma proqramlarını da həyata keçirir. Ross şelf buzlağının kənarında qərarlaşır. Stansiya Yeni Zelandiyanın ərazi iddiası irəli sürdüyü bölgədə yerləşir. Stansiyadan Yeni Zelandiyaya məsafə 3500 km, Skott stansiyasına olan məsafə isə 5 km-dir. Yayda əhalisinin sayı 1 258 nəfər (1996-cı il), qışda isə 150 nəfər (1999 il) təşkil edir. Ancaq hazırda stabsiyada 1300 nəfər yaşayır == Xüsusiyyətləri == Stansiya yaxınlığında Robert Skottun düşərgəsi yerləşir. 1902-ci ildən Antarktidanın paytaxtı rolunu oynayır. Hazırda stansiya müasir elmi mərkəzdir.
Mirnı (Antarktika stansiyası)
Mirnı stansiyası — SSRİ, Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya Deyvis dənizi sahilində yerləşir. Stansiyanın adı Antarktidanın kəşfində iştirak etmiş «Mirnı» gəmisinin şərəfinə adlandırılmışdır. 5 yanvar 1956-ci ildə "Ob" gəmisi Birinci Sovet Antarktik ekspedisiyası cərcivəsində Antarktida sahilində dayanırlar. 15 yanvar tarixində isə stansiyanın tikinti yeri seçilir. Burada 21 bina və hava limanı inşa edilir. Stansiya 13 fevral 1956-cı ildə açılır. Bu Sovetlər birliyinin Antarktidada yerləşən ilk qütb stansiyası olur. İlk əvvəllər Sovetlərə məxsus olan bütün Antarktik stansiyaların idarə olunması buradan idarə edilirdi. Üstəlik mərkəzi baza rolunu oynayırdı.
Molodyojnaya (Antarktika stansiyası)
Мolodyojnaya — Rusiya-Belarusa məxsus olan qütb stansiyası. 2006-ci ildən mövsümü stansiya kimi fəaliyyət göstərir. Stansiya ərazisində mövsümdə 15-20 nəfər işləyir. Stansiya Vladislav İosifoviç Qerboviç tərəfindən 1962-ci ilin fevralında Kosmonavtlar dənizi sahilində yerləşir. Uzun zaman Molodyojnaya stansiyası Sovet Antarktidasının paytaxtı rolunu oynayırdı. Bazada bir küçəyə düzülmüş onlarla tikili mövcud olmuşdur. Bu bazada eyni anda 150 nəfər yaşaya və işləyə bilərdi. Burada yaşayış komleksi, elmi-araşdırma laboratoriyası, yanacaq anbarı və aerodrom mövcuddur. Eniş zolağı İl-76 təyyarələrini sərbəst şəkildə qəbul edə bilir. 1990-cı illərdə stansiyada bir çox araşdırmalar aparılmışdır.
Müqəddəs Üçlük kilsəsi (Antarktika)
Müqəddəs Triniti Kilsəsi — Antarktikada Rusiyanın Bellinshauzen stansiyasının yaxınlığında yerləşən kiçik ortodoks kilsəsidir. Bu bütün şərqi ortodoks kilsələri arasında ən cənubda yerləşənidir. Antarktikada kilsə, hətta monastır yaratmaq fikri 1990cı illərdə yarandı. "Antarktika üçün məbəd" adlı bir xeyriyyə təşkilatı Patriarx Alexis II tərəfindən razılıq aldı və Rusiyanın dörd bir tərəfindən ianələr qəbul etməyə başladı. Onlar Barnauldan olan P.I.Anisfirov, S.G.Rybak və A.B.Schmidt adlı arxitektorlar tərəfindən qazanılan bir yarışma başlatdılar. Kilsə 15 metr hündürlüyündə, ənənəvi rus üslubunda tikilmiş taxta konstruksiyadır. Burada 30 şəxs eyni anda ibadət edə bilərlər.
Novolazarevskaya (Antarktika stansiyası)
Yenilazarev — SSRİ daha sonradan isə Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya 18 yanvar 1961-ci ildə altıncı Sovet Antarkika ekspedisiyası zamanı işə salınmışdır. Stansiya Şirmaher vahəsinin cənub-şərqində, Kraliça Mod Torpağının sahilində yerləşir. Lazarev dənizindən 80 km. aralıda qərarlaşır. Stsnsiyadan şimalda şelf buzlağı keçir. Cənubdan isə msterik buzlağının eniş sahəsi qəralaşır. Hansı ki, artıq 50 km aralıda buzlağın qalınlığı 1000 metrdir. Eniş sahəsində, buz altında çoxlu sayda nunatoklar vardır. Bu stansiyasında meteorologiya, qlyasiologiya, okeanologiya, geofizika sahəsində araşdırmalar aparılır.
Antarktika ekspedisiyalarının siyahısı
Antarktika ekspedisiyalarının bu siyahısı Antarktida ilə əlaqəli ekspedisiyaların xronoloji siyahısıdır. Cənub qitəsinin mövcudluğu fərziyyəsi eramızın 1-ci əsrində Ptolemeyin yazılarında irəli sürülsə də, Cənub qütbünə yalnız 1911-ci ildə çatılmışdır. == Kəşfiyyatdan əvvəlki nəzəriyyələr == e.ə. 600 — e.ə.300 Yunan filosofları Şimal və Cənubi Qütb bölgələri ilə Sferik Yer nəzəriyyəsini irəli sürürlər. 150-ci il — Ptolemey "Coğrafiya" -kitabını nəşr etdi, burada Terra Australis Incognita qeyd olunur. == 19-cu əsrdən əvvəl == 7-ci əsr — Ui-te-Rangiora'nın cənub buz sahələrini gördüyü iddia edilir. 13-cü əsr — Polineziyalılar Oklend adalarında məskunlaşdılar (50° S) 1522 — Juan Sebastián de El Cano — Fernando de Magallanes Magellan boğazını (54 °C) kəşf etdi 1526 — Francisco de Hoces'in Magallanes Boğazından cənuba (56 °C)üzdüyünü bildirildi. 1578 — Francis Drake Cənubi Amerikanın cənubunda bir okean və "Elizabet Adası"-nı (57 °C) kəşf etdiyini iddia edir 1603 – Qabriel de Kastilya – potensial olaraq (64 °C) istiqamətə üzür 1615 — Jacob le Maire və Willem Schouten ilk dəfə Horn burnu (56 °C) ətrafında üzdülər. 1619 — Garcia de Nodal ekspedisiyası — Tierra del Fueqonu dövrə vuraraq Dieqo Ramirez adalarını kəşf edin (56°30′S 68°43′W) 1643 – Valdiviyaya Hollandiya ekspedisiyası – şimal küləkləri ekspedisiyanı aysberqlərin bol olduğu 61°59 S-ə qədər cənuba doğru itələyir.[6] Ekspedisiya Isla de los Estadosun Terra Australisin bir hissəsi olduğuna dair inamları təkzib edir.[6][7][8] 1698–1699 – Edmond Halley (52° S) 1720 — Kapitan George Shelvocke — (61 ° 30' S) 1739 — Jan-Batist Şarl Buvet de Lozier — Buve adasını kəşf etdi (54°26'S 3°24'E) 1771 — Ceyms Kuk — HM Bark Endeavour ekspedisiyası 1771–1772 — İlk Fransız Antarktika Ekspedisiyası — Yves-Joseph de Kerguelen-Trémarec başçılıq etdiyi Kerguelen adalarını kəşf etdi (49°15′S 69°35′E) 1772–1775 – Ceyms Kuk– 1773-cü ilin yanvarında və 1773-cü ilin dekabrında Antarktika Dairəsini keçir. 30 yanvar 1774-cü ildə o, Antarktika materikindən təxminən 120 kilometr (75 mil) yaxınlıqda olan Ən Uzaq Cənubu olan 71° 10′ S-ə çatır.
Avstraliya-Antarktika hövzəsi
Avstraliya-Antarktika hövzəsi — Hind okeanının cənub-şərqində geniş sualtı hövzə. Antarktidanın kontinental yamacı, sualtı Kerguelen silsiləsi və Avstraliya-Antarktika yüksəlişi arasında yerləşir. Hövzənin uzunluğu 4,500 km, eni isə 1,500 km-dir. Üstünlük təşkil edən dərinliklər 4,000–5,000 metrdir. Onlardan ən böyüyü 6,089 m, şimal-qərbdə Kerguelen silsiləsi yaxınlığında yerləşir. Hövzənin dibi dağlıq relyefə malikdir. Antarktidaya yaxın olanda əhəmiyyətli əraziləri düz abissal düzənlik tutur. Yatağının çox hissəsi akkumulyator səviyyəli səthdir. Alt səthi diatomlu, gilli-diatomlu və lilli-argilli lillərdən ibarətdir.
İmperial Trans-Antarktika ekspedisiyası
İmperial Trans-Antarktika ekspedisiyası 1914–1917-ci illəri əhatə edən, Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrünün sonuncu əsas ekspedisiyasıdır. Ser Ernest Şeklton tərəfindən irəli sürülən bu ekspedisiyanın məqsədi Antarktida qitəsi üzərində ilk quru keçidini etmək idi. Bu keçid Roald Amundsenin 1911-ci ildəki Cənub qütbünə ekspedisiyasından sonra Şekltonun ifadəsi ilə "Antarktika səyahətlərinin ən əsas obyekti" kimi qaldı. Şekltonun səyahəti bu obyektivi tamamlamaqda uğursuz olsa da, dramatik dözümlülük mübarizəsi kimi böyük şöhrət qazanır. Şeklton bu səyahətə başlamazdan əvvəl 1901–1904-cü illərdə Britaniya Milli Antarktika ekspedisiyasında xidmət etmiş və 1907–1909-cu illərdə Nimrod ekspedisiyasına rəhbərlik etmişdi. Bu yeni avantürasında o, Veddell dənizinə yelkən açmağı və buradan Vahsel körfəzi ilə quruya çıxaraq, Cənub qütbü üzərindən Ross dənizinə qədər getməyi təklif edir. Bu müddət ərzində Ross dənizi partiyası adlanan dəstək qrupu Mak-Medro boğazında düşərgə qurmalı, buradan Ross şelf buzlağı boyunca, Birdmor buzlağının ayağına qədər olan ərazidə təminat anbarları yerləşdirməli idi. Qurudan yürüş əməliyyatını icra edəcək əsas qrup özləri ilə yetərincə təchizat götürməyəcəklərinə görə bu anbarlar onların sağ qalması üçün həyati əhəmiyyət daşıyırdı. Ekspedisiya iki gəmiyə ehtiyac duyurdu: Şekltonun rəhbərliyindəki Veddell dənizi qrupu üçün "Endurans" və Eneas Makintoş rəhbərliyindəki Ross dənizi qrupu üçün "Aurora". Ekspedisiyanın əvvəlindəcə "Endurans" gəmisi hələ Vahsel körfəzinə çata bilmədən Veddell dənizindəki buzlaqlara ilişir.

Значение слова в других словарях