APARAT
APARILMA
OBASTAN VİKİ
Aparıcı
Aparıcı — radioda, televiziyada, əyləncə məkanında proqramı təqdim edən, izah edən, nümayiş edən və elan edən bir insandır. Spiker (bu sözün əsli ingilis dilindəki <<spiker>> sözündən götürülmüşdür) yerinə görə diktor, şərhçi və aparıcı da adlanır. Aparıcılar yalnız xəbər bülletenləri, reklam yazıları, tanıtım və şərh mətnlərini oxumurlar; Həm də radio və televiziya tərəfindən təşkil edilən müsabiqələr, oyunlar və buna bənzər əyləncə proqramlarını təqdim edir və idarə edirlər. Bu proqramlarda yazılı bir mətn oxumaq əvəzinə onu danışırlar. Əslində klassik aparıcılıq getdikcə daha çox tarixə çevrilir və müasir dövrün aparıcıları daha cəlbedici və aktiv iş sahələrinə üz tuturlar: Teatrlar, musiqi salonları, qumarxanalar və s. Bu tip yerlərdə aparıcıların gördüyü iş daha çox şərh etmək və ya təqdim etməkdir. Radio və televiziya təşkilatları da, dinləyicilərin və tamaşaçıların bir idman yarışmasını və ya bir mərasimi daha yaxşı izləyə, yaxud dinləyə bilmələri üçün aparıcı diktorlardan faydalanırlar.
Kamran Quliyev (aparıcı)
Kamran Quliyev (d. 3 oktyabr 1990, Tiflis, Gürcüstan SSR) — azərbaycanlı televiziya və radio aparıcısı, "Eurovision-2015"in ən gənc şərhçisi. == Həyatı == Kamran Nəriman oğlu Quliyev 3 oktyabr 1990-cı ildə Tbilisi şəhərində dünyaya göz açıb. Evlidir. == Təhsili == Bakı şəhər 246 saylı orta məktəbdə (1995-2006) təhsil alıb. Bakalavr təhsilini (2008-2012) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində almışdır. Ukraynanın ən böyük özəl təhsil müəssisələrindən biri hesab edilən Avropa Universitetində isə (2015-2016) magistr dərəcəsini qazanmışdır. == Fəaliyyəti == 2009-cu ildə Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətində aparıcı kimi fəaliyyətə başlamışdır. 2017-2019-cu illərdə Bakı Biznes Universitetinin Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. Hal-hazırda (2017-ci ildən) AY Media Group MMC-nin rəhbəridir.
Nurlana Cəfərova (aparıcı)
Nurlana Cəfərova (tam adı: Cəfərova Nurlana Sakit qızı) — azərbaycanlı aparıcı, tərcüməçi. Nurlana Cəfərova 1988-ci ilin 24 sentyabr tarixində Bakı şəhərində dünyaya göz açıb. İxtisasca filoloq olan aparıcı ilk dəfə 2006-cı ilin iyun ayında Azad Azərbaycan televiziyasının elan etdiyi müsabiqədə iştirak edərək, müsabiqə qalibi kimi 106.3 FM radiosunda çalışmağa başlamışdır. İlk radio efirinə Emin Musavi ilə birlikdə 2006-cı ilin 25 sentyabrında çıxmışdır. Həmin ilin sonu, şəxsi istəyi ilə eyni şirkətin 106 FM radiosunda işə davam edərək, 2007-ci ilin yanvar ayında ATV kanalında TOP 10 adlı ilk televiziya efirinə başlamışdır. Daha sonra, Azad Azərbaycan televiziyasının efirində , həm müəllifi olduğu gündəlik canlı efir yayımına çıxan ATV Club verilişini müğənni Azad Şabanovla birlikdə tamaşaçılara təqdim etmişdir. Ardınca , ATV Səhər və FreeZone verilişləri ilə efirdə olan aparıcı, paralel olaraq radio fəaliyyətini davam etdirmişdir. Nurlana Cəfərova aktrisa kimi ATV-nin "Qız Atası" və "Kişi Sözü" seriyallarında rol alıb. 2014–2016-cı illər ərzində 106 FM radiosunun direktoru vəzifəsində çalışmışdır. Nurlana həm də İdman Azərbaycan kanalının "Mərc Meydanı" verilişinin aparıcısı olub.
Ruslan Ağayev (aparıcı)
Səbinə Ağayeva (aparıcı)
Səbinə Ağayeva (1985, Marneuli) — REAL TV-nin Baş Redaktoru. Səbinə Ağayeva 1985-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2006-cı ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini bitirib. ANS Media akademiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur. 2011-ci ildə ANS televiziyasının vitse-prezidenti Mir Şahinlə ailə həyatı qurub.2012-ci ildə Aysan, 2015-ci ildə Sevin adlı qızları dünyaya gəlib. "İç xəbər"ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəlmişdir. 3 aylıq jurnalistika kurslarını bitirdikdən sonra "İç xəbər" verilişində fəaliyyətə başlamışdır. 2006-2012-ci illərdə İç Xəbər, Növbətçi və Xəbərçi verilişlərinin aparıcısı, 2013-cü ildən isə Xəbərçi verilişinin layihə rəhbəri və aparıcısı olub. 2015-ci ildən Baş Xəbər verilişinin aparıcısı və layihə rəhbəri olub. 2016- cı ilin Mart ayının 1 də ANS TV- dən öz ərizəsi ilə ayrılıb.
Teymur Əliyev (aparıcı)
Tural Məmmədli (aparıcı)
Yusif Ağayev (aparıcı)
Yusif Ağayev (tam adı: Ağayev Yusif Hüseyn oğlu, 28 dekabr 1958, Bakı, Azərbaycan SSR) — televiziya aparıcısı. Yusif Ağayev Hüseyn oğlu 1958-ci il 28 dekabrda Bakıda anadan olmuşdur. 1975-ci ildə Bakıdakı ilk ingilis təmayüllü 7 saylı məktəbi bitirmişdir. Ela hamin il Xarici Dillər Universitetinin ingilis dili fakültesine qəbul olunmuş, 1980-ci ildə təhsilini uğurla basha vurmuşdur. Pedaqoji fəaliyyətinə kənd müəllimi kimi başlamışdır. Bir müddət Oğuz, sonra isə Şamaxı rayonunda ingilis dili fənnini tədris etmişdir. 1999-cu il mart ayının 4-dən bu günə qədər Azad Azərbaycan Teleradio yayım şirkəti — 106 FM radiosunun DJ-yi və direktoru vəzifəsində çalışır. "10-dan sonra" verilişinin aparıcısıdır. Atv telekanalinda 2000-ci ildən 2011-ci ilədək "106 House" verilişinin aparıcısı olmuşdur. 2008-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.
Günay Kazımova (aparıcı)
Onurğa beyninin aparıcı yolları
Ön piramid yol ya ön qabıq-onurğa beyni yolu – lat. tractus pyramidalis s. corticospinalis anterior şüuri hərəki yoldur, beyin qabığının hərəki nahiyəsindəki piramid hüceyrələrin aksonlarından tərtib olunub, ön ciyənin içəri tərəfində yerləşmişdir. Bu yol ümumi piramid yolunun uzunsov beyində çarpazlaşmamış hissəsini təşkil edir və ön ciyə ilə aşağıya doğru gedərək döş seqmentlərinə dək davam edir. ön piramid yolu təşkil edən liflər (lat. fibrae corticospinales) onurğa beyində ayrı-ayrı seqmentlər səviyyəsində çarpazlaşıb ağ bitişməni əmələ gətirir və ön buynuzların hərəki hüceyrələrinə çatır. Örtük-onurğa beyni yolu – görmə-eşitmə reflektor yoludur, ön ciyədə ön piramid yolun içəri tərəfində yerləşmişdir; bu yol orta beyindən (dördtəpənin başlıca olaraq yuxarı qoşa təpəsindən və qismən aşağı qoşa təpəsindən) başlayıb, orada çarpazlaşıb və beyin kötüyünü keçərək onurğa beyninin ön ciyəsinə daxil olur və ön buynuzların hərəki hüceyrələri ilə rabitəyə girir. Görmə və eşitmə üzvlərindən orta beyin qapağına (dördtəpəyə) gələn impulslar (oyanmalar) lat. tractus tectospinalis vasitəsilə ön buynuzalrın hərəki hüceyrələrinə verilir və nəticədə müxtəlif hərəki reaksiyalar meydana çıxır (məsələn diksinmə hadisəsi). dəhliz-onurğa beyni (Lövental) yolu – lat.
Avroviziya Uşaq Mahnı Müsabiqəsi aparıcılarının siyahısı
== İstinadlar ==
Televiziya aparıcısı
Televiziya (yunanca τήλε — uzaq və latınca video — görürəm; televisio — uzağıgörmə) — kütləvi informasiya vasitəsi, səsin və hərəkət edən təsvirin müəyyən məsafəyə ötürülməsi və qəbulu üçün rabitə sistemi. İlk televiziya sitemləri mexaniki idilər və təsviri göstərərək səs müşayiətini nəzərdə tutmurdu. Edvard Merou: "O öyrədə və maarifləndirə, hətta həvəsləndirə bilər, ancaq o vaxta qədər ki, insanlar ondan müvafiq surətdə istifadə edə bilsinlər. Əks halda o sadəcə olaraq naqil və lampalardan ibarət qutudur". Artur Çarlz Klark: "Nə vaxtsa bizim nəsil haqqında işıqlı hərflərlə yazacaqlar: "Tanrılar məhv etmək istədiklərinə əvvəlcə televizor bağışlayacaqlar. Biz yaradan yox, tamaşa edən nəsilə çevrilirik".

Значение слова в других словарях