[Piri baba:] Ay dəliqanlılar, aqibətinizi çox pis görürəm.
Xəyalən hər ikisi gələcəyi, başladıqları işin aqibətini düşünürdü.
// Ara söz mənasında.
Ey Nəbati, nə qədər var isə ömrün, xətt yaz; Aqibət, bir gün olur kim, gəli bir karə bu xətt.
// Zərf mənasında. Axırda, nəticədə.
Dərdinə bulunmaz oldu dərman; “Məcnun” dedi, verdi aqibət can.
Gövhəri-əşkin kimi düşdün nəzərdən aqibət; Noldu, ey miskin könül, bir söylə təqsirin sənin?
Çəksə hər kim ki bir qədər zəhmət; Olar, əlbəttə, aqibət rahət.
◊ Aqibətin(iz) xeyir! (xeyir olsun!) – “sabahın (axşamın) xeyir!”ə cavab olaraq işlədilən ifadə. [Cavanşir:] Aqibətiniz xeyir! Haradan belə, övladlarım?