ARXİTEKTURA

сущ. архитектура:
1. искусство проектирования, возведения и художественного оформления строения
2. характер, стиль постройки. Şərq arxitekturası восточная архитектура
3. собир. здания, сооружения
ARXİTEKTOR
ARXİV
OBASTAN VİKİ
Arxitektura
Memarlıq və ya arxitektura (lat. architectura от q.yun. αρχι — böyük, əsas və q.yun. τέκτων — inşaatçı, dülgər) — bina və arxitektura ansambllarının layihələndirilməsi və tikilməsi. Memarlıq insanların istirahəti və fəaliyyəti üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğulardır. Memarlıq sənəti isə bina, körpü, qəsr və digər tikililərin etibarlılıq və qanunlarına uyğun olaraq yaradılması sənətidir. == Etimologiya == "Memarlıq" sözü Azərbaycan dilinə ərəbcə "abadlıq edən" mənasını daşıyan "mimar" (معمار) sözündən gəlmişdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə elmi-memari (علمی-مئماری) adlandırılmışdır. "Arxitektura" sözü qədim yunan dilində olan "ἀρχιτέκτων" (arxi- – "baş") +‎ tekton – "inşaatçı") sözündən gəlmişdir. Mənası — yüksək usta memar deməkdir.
Arxitektura stili
Memarlıq üslubu — memarlıq xüsusiyyətlərin və əlamətlərinin məcmusudur. Memarlıq üslubunu, müəyyən dövrün və yerin xarakterik xüsusiyyətləri, funksional, konstruktiv və incəsənət tərəflərinin fərqliliyi formalaşdırır və onun ikişafı iqlim, dini və mədəni amillərdən asılıdır. Memarlığın inkişafı zamandan birbaşa asılı olmasına baxmayaraq, həmişə üslublar ardıcıllıqla dəyişmir. Müəyyən dövrlərdə, fərqli üslubların eyni zamanda mövcudluğu tarixdə müşahidə olunmuşdur (məsələn, barokko və klassisizm, modern və eklektika, funksionalizm, konstruktivizm və ar-deko).
Üçqatlı arxitektura
Üçqatlı arxitektura – three-tier architecture ~ трехуровневая архитектура ~ üç katmanlı mimari ~ proqram kompleksinin arxitekturasının bir növü; üçqatlı arxitektura üç əsas komponentin olmasını nəzərdə tutur: müştəri, tətbiqi proqramlar serveri və verilənlər bazası serveri. Müştəri (CLIENT) kompleksin son istifadəçiyə təqdim olunan interfeys (adətən, qrafik) komponentidir. Bu səviyyənin verilənlər bazası ilə birbaşa əlaqəsi olmamalıdır (təhlükəsizlik və genişlənəbilmə tələblərinə görə). Bu səviyyəyə, adətən, yetkiləndirmə (AUTHORIZATION) interfeysi, şifrləmə alqoritmləri, daxil edilən qiymətlərin mümkün formata uyğunluğu, terminala yüklənmiş verilənlər üzərində mürəkkəb olmayan əməliyyatlar (çeşidləmə, qruplaşdırma, qiymətlərin hesablanması) çıxarılır. Tətbiqi proqramlar serveri (APPLICATION SERVER) ikinci səviyyədə yerləşir, iş məntiqinin (BUSINESS LOGIC) əksər hissəsi orada cəmləşib. Ondan kənarda yalnız müştəriyə (terminallara) ixrac edilən fraqmentlər, eləcə də verilənlər bazasına salınmış məntiq elementləri (saxlanılan prosedurlar və triggerlər) qalır. Verilənlər bazası serveri (DATABASE SERVER) verilənlərin saxlanmasını təmin edir. O, bir qayda olaraq, verilənlər bazasının idarəedilməsi sistemləri (DBMS) vasitəsilə reallaşdırılır. Bu komponentə yalnız tətbiqi proqramlar serveri səviyyəsində bağlanmaq olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Arxitektura i stroitelstvo Rossii
"Arxitektura i stroitelstvo Rossii" (ing. Архитектура и строительство России; mənası – "Rusiyanın Memarlıq və İnşaatı") — Rusiyada memarlıq və tikinti üzrə elmi, praktiki, mədəni və maarifləndirici jurnal. "Arxitektura i stroitelstvo Rossii" jurnalı Rusiya Ali Attestasiya Komissiyasının resenziyadan keçmiş elmi nəşrləri siyahısına daxil edilmişdir. Jurnal Elmi Elektron Kitabxana tərəfindən aparılan Rusiya Elm Sitat İndeksinin məlumat bazasına daxildir. == Tarixi == "Arxitektura i stroitelstvo Rossii" jurnalı 1933-cü ildə SSRİ Memarlar İttifaqının orqanı kimi təsis edilmişdir. Jurnalın ilkin adı "Arxitektura i stroitelstvo" idi. Jurnalın sələfi "Sovetskaya arxitektura" jurnalı idi. İkinci Dünya müharibəsi illərində jurnalın nəşri dayandırılmış və müharibədən sonra da davam etdirilmişdir. 1960–1989-cu illərdə jurnal Rusiya Tikinti və Mənzil-Kommunal Təsərrüfat Agentliyinin təşəbbüsü ilə "Na stroykax Rossii" adı altında nəşr olunmuşdur. 1989-cu ildən jurnal yenidən təşkil edildikdən sonra "Arxitektura i stroitelstvo Rossii" adlanır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi — şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Haqqında == Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə imzaladığı 28 fevral 2006-ci il tarixli sərəncamına əsasən 1993-cü ildən fəaliyyət göstərən Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin bazasında yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib. == Tabeliyindəki qurumlar == Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi «Azərmemarlayihə» Dövlət Baş Layihə institutu (DBLİ) Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ) Bakı Dövlət Layihə İnstitutu == Fəaliyyət istiqamətləri == müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin edir; ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirir; müvafiq sahənin inkişafını təmin edir; müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir; şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını və müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir; respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılmasını təmin edir; bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirir. == Beynəlxalq əlaqələr == Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma, şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafı, ərazilərdən səmərəli istifadə, şəhərsalma kadastrı, memarlıq, tikintiyə icazə və digər sahələr üzrə dünya praktikasının öyrənilməsi, təcrübə və məlumat mübadilələrinin aparılması istiqamətində Türkiyə, Böyük Britaniya, İsveçrə, Koreya Respublikası, Latviya, Macarıstan, Rusiya Federasiyası və s. dövlətlərin aidiyyəti qurumları, habelə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Dünya Bankı, Avropa İttifaqı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlar ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurularaq inkişaf etdirilir. Eyni zamanda, xarici ölkələrin aidiyyəti dövlət qurumları ilə birgə imzalanmış Saziş, Protokol, Memorandum və Proqramların icrasında Komitənin səlahiyyətlərinə aid edilmiş istiqamətlər üzrə aktiv fəaliyyət həyata keçirilir. == BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq == Ötən illər ərzində Komitə ilə UN-Habitat arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş və bu təşkilat tərəfindən keçirilən bir sıra mötəbər beynəlxalq tədbirlərdə Komitə geniş tərkibli heyətlə təmsil olunub. 2022-ci ildən etibarən “UN-Habitat”la əməkdaşlıq çərçivəsində illik əsaslarla Milli Şəhərsalma Forumu təşkil edilir. Şəhərsalma və inkişaf mövzusunda təşkil edilən Forumda yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri və digər maraqlı tərəflər iştirak edir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Azərbaycan)

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrlərinin siyahısı
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrləri — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Fon Neyman arxitekturası
Fon Neyman arxitekturası (Von Neumann architecture) – mikrokompüterlər də daxil olmaqla adi kompüterlərin konstruksiyasının xarakteristikası. 1945-ci ildə əslən macar olan Amerika alimi Con fon Neyman (John von Neumann) tərəfindən "First Draft of a Report on the EDVAC" hesabatında təklif olunmuşdur. Ancaq Fon Neyman arxitekturasının müəlliflik hüququ ona deyil, həmin dövrdə son dərəcə məxfi olan ENIAC kompüterinin gəlişdiriciləri Con Mauçli (J. Mauchly) və Con Ekkertə (J. Eckert) məxsusdur. Ona görə də çox zaman bu arxitekturanı Mauçli və Ekkertin işlədikləri universitetin adına görə Priston arxitekturası (PRINCETON ARCHITECTURE) adlandırırlar. Fon Neyman arxitekturası kompüterin yaddaşında komandaların və verilənlərin birgə saxlanması prinsipinə əsaslanır. Eyni zamanda, bu yanaşma prosessor modulunun proqram və verilənlərin saxlanması qurğularından fiziki ayrılmasını nəzərdə tutur. Komandaların və verilənlərin bir yaddaşda saxlanmasının bir sıra çatışmazlıqları olduğundan Harvard arxitekturası (HARVARD ARCHITECTURE) meydana çıxmışdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kompüterin arxitekturası
Arxitektura anlayışı geniş bir anlayış olub, sistemin komponentlərinin birləşmə konstruksiyasını ifadə edir. Bu termin adətən prosessorlara, hesablama sistemlərinə və eynilə istənilən mürəkkəb sistemə tətbiq oluna bilər- məsələn, "əməliyyat sisteminin arxitekturası", "mikroprosessorun arxitekturası", "kompüterin arxitekturası" və s. Baxılan mövzuda "arxitektura" termini iki məna kəsb edir. Onun birincisi mikroprosessorun icra edə biləcək əmrlər toplusu və əmr sisteminin mikroprosessorda icra olunmasının texnologiyasını əks etdirirsə, ikinci halda o, operativ yaddaşın və sistem şininin strukturu, giriş/çıxışın təşkili prinsiplərini və ümumiyyətlə hesablama sisteminin əsas hissələrinin əlaqələndirilmə prinsiplərini əks etdirir. "Kompüterin arxitekturası" dedikdə, onun hesablama sistemi olaraq əsas hissələrinin fiziki və məntiqi baxımdan əlaqələndirilmə prinsipləri nəzərdə tutulur. == Mənbə == M.A. Camalbəyov, R.Ə. Fərəməzov. IBM PC tipli kompüterlərin arxitekturası, sistem proqram təminatı və əməliyyat sistemləri. Bakı, H.Əliyev adına AAHM, 2009. – 307 səh.
Kompüterlərin arxitekturası
Müasir kompüterlərin yaradılmasının əsas prinsipləri XX əsrin 40-cı illərində Amerikanın alimləri Con fon Neyman və Bers tərəfindən verilmişdir. Başqa sözlə desək, hələ ki kompüterlər Fon Neyman arxitekturası ilə işləyir. Bu arxitekturaya görə kompüter iki hissədən ibarətdir: mərkəzi və perferiya hissələrindən. Mərkəzi hissə hesab məntiqi qurğusundan (HMQ); idarəetmə qurğusundan (IQ) və daxili yaddaş qurğularından ibarətdir. Daxili yaddaşlar — operativ yaddaş (RAM); daimi yaddaşdan (ROM) ibarətdir. Müasir kompüterlər HMQ və IQ prosessor adlanan qurğuda birləşir. Perferiya hissəsində xarici yaddaş qurğuları, daxiletmə qurğuları, xaricetmə qurğuları və idarəetmə pultu perferiya qurğularına aiddir. == Kompüterlərin təsnifatı == Kompüterlərin imkanlarını qiymətləndirmək üçün müəyyən əlamətlərə görə qruplara bölürlər, yəni təsnif edirlər. Təsnifat əlamətləri ölçülərinə, məhsuldarlığına, qiymətinə və element bazasına görə seçilə bilər. Kompüterlər ölçülərinə görə aşağıdakı siniflərə bölünürlər.
Mikroprosessorun arxitekturası
Mikroprosessorun arxitekturası onun bir neçə xüsusiyyəti ilə təyin edilir. Bunlardan başlıcası təlimat sistemini təşkil edən təlimatların (əmrlərin) xüsusiyyəti və onların icra mexanizmi ilə bağlıdır. Mikroprosessorların əsasən iki tip arxitekturası mövcuddur: RISC arxitekturası CISC arxitekturası RISC (Reduced Instruction Set Computer- sadələşdirilmiş təlimat sisteminə malik kompüter) arxitekturası ilk dəfə 1979-cu ildə IBM801 mini-kompüterində gerçəkləşdirildi. Bu arxitektura üç əsas prinsipə söykənir: sistemin mükəmməl kompilyator vasitəsilə yüksək səviyyə proqramlaşdırma dillərini dəstəkləməsi; tamamilə aparat vasitələri ilə icra olunan primitiv təlimatlar toplusundan istifadə; əksər təlimatların prosessor tərəfindən bir taktda icra edilməsinə imkan verən yaddaş və giriş-çıxışın təşkili. İlk RISC arxitekturalı mikroprosessorlar 80-ci illərin əvvəllərində Kaliforniya (Berkli şəhəri) və Stəndford universitetlərində işləndi və hazırlandı. Bu mikroprosessorların müəlliflərinin qarşılarına qoyduqları məqsəd mümkün qədər sadə quruluşa malik daha məhsuldar mikroprosessora nail olmaq idi. Bu məsələnin həllində iki yol var idi. Birinci yol registr faylı tutumunu artırmaqla yaddaşa müraciət sayını azaltmaqdan ibarət idi. Bu prinsipə əsaslanan arxitektura ilk dəfə RISC I mikroprosessorunda istifadə olundu və Berkli arxitekturası adı ilə tanındı. İkinci yolun mahiyyəti kompilyatorun optimallaşdırmasının köməyilə konveyerdə təlimatların ardıcıllığını dəyişməklə mikroprosessor registrlərinin intensiv işini təmin etmək və nəticədə konveyerin boşdayanmalarını aradan qaldırmaqdan ibarət idi.
Müştəri-qulluqçu arxitekturası
Müştəri-qulluqçu arxitekturası - işçi stansiyaların və serverin hesablama güclərindən (imkanlarından) maksimal səmərəli istifadə edilməsi məqsədilə idarəetmənin onlar arasında paylanmasına əsaslanan lokal şəbəkə (LAN) strukturu. Bu arxitekturada tətbiqi proqramın işlənməsi iki komponent – müştəri və server (qulluqçu) arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçili sistemlərin “lal” terminanlarından fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturasındakı müştərilər mükəmməl fərdi kompüterlər olur. Server olaraq başqa fərdi kompüterdən, minikompüterdən və ya menifreymdən istifadə edilə bilər; o, müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarəedilməsi imkanlarını, informasiyaya kollektiv erişməyi, verilənlərin şəbəkə administirasiyasını və qorunmasını verir. Özündən öncəki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturası çərçivəsində çalışan proqram təminatının üzərində serverlər və işçi stansiyalar birgə işləyir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnternetin Arxitekturası Şurası
İnternetin Arxitekturası Şurası və ya qısaca IAB (ing. Internet Architecture Board) – internetin rəhbər orqanlarından biri. ISOC-un tərkibinə daxil olan bu qurum yeni protokolları, standartları, şəbəkənin inkişafı layihələrini, ünvanların verilməsi qaydalarını və s. təsdiq edir. İctimai əsaslarla fəaliyyət göstərir, ancaq IAB-ın üzvləri yalnız peşəkarlar və nüfuzlu şəxslər ola bilər. IAB IANA, IETF, IRTF komitələrinə (qruplarına) rəhbərlik edir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Şəbəkə arxitekturası
Şəbəkə arxitekturası (ing. Network architecture) – aparat vasitələri, funksional səviyyələr, interfeyslər və rabitə protokolları da daxil olmaqla kompüter şəbəkəsinin iç quruluşu. Şəbəkə arxitekturaları etibarlı rabitənin qurulması və informasiyanın ötürülməsinə zəmanət verməklə, həm terminoloji, həm də fiziki standartların təmin olunması üçün hazırlanıb. Şəbəkə arxitekturaları arasında bütün dünyada qəbul olunmuş yeddi səviyyəli ISO/OSI modeli və IBM firmasının Systems Network Architecture (SNA) arxitekturası seçilir; Bu və ya başqa şəbəkə arxitekturalarının son məqsədi çeşidli kompüterlərin sərbəst informasiya mübadiləsinə imkan verən rabitə standartlarının yaradılmasıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Computer Network Architects at the US Department of Labor.
Müştəri-server arxitekturası
Müştəri-qulluqçu arxitekturası - işçi stansiyaların və serverin hesablama güclərindən (imkanlarından) maksimal səmərəli istifadə edilməsi məqsədilə idarəetmənin onlar arasında paylanmasına əsaslanan lokal şəbəkə (LAN) strukturu. Bu arxitekturada tətbiqi proqramın işlənməsi iki komponent – müştəri və server (qulluqçu) arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçili sistemlərin “lal” terminanlarından fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturasındakı müştərilər mükəmməl fərdi kompüterlər olur. Server olaraq başqa fərdi kompüterdən, minikompüterdən və ya menifreymdən istifadə edilə bilər; o, müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarəedilməsi imkanlarını, informasiyaya kollektiv erişməyi, verilənlərin şəbəkə administirasiyasını və qorunmasını verir. Özündən öncəki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturası çərçivəsində çalışan proqram təminatının üzərində serverlər və işçi stansiyalar birgə işləyir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnformasiya arxitekturası
İnformasiya arxitekturası (ing. Information architecture) — məlumatların effektiv şəkildə təşkil edilməsi, strukturlaşdırılması və idarə edilməsi ilə bağlı olan bir sahədir. İnformasiya arxitekturasının əsas məqsədi, istifadəçilərin lazım olan məlumatları asanlıqla tapa bilməsi və onları düzgün başa düşməsidir. Qeyd olunan anlayış xüsusilə veb saytların, mobil tətbiqlərin və digər rəqəmsal məhsulların dizaynında mühüm rol oynayır. == Sahələri == === Məlumatların təşkili === Məlumatların necə qruplaşdırılacağına, təsnif ediləcəyinə və təqdim ediləcəyinə dair qərarlar verir. Məsələn, bir veb saytda məhsullar kateqoriyalar üzrə qruplaşdırılır: “elektronika,” “paltar,” “kitablar” və s. Təşkil sistemləri iki əsas növdə ola bilər: Qəti təşkilat — məlumatlar müəyyən bir sıra və ya təsnifata uyğun qruplaşdırılır, məsələn əlifba sırası və ya tarixi ardıcıllıq. Fərzi təşkilat — mövzular və ya məzmunlar bir-birinə bağlı ola bilər, məsələn, oxşar məzmunlar və əlaqəli məqalələr kimi. === Navigasiya sistemi === İstifadəçilərin sayt və ya tətbiq daxilində hərəkət etməsini təmin edir. Bu sistem vasitəsilə istifadəçilər məlumatları axtarıb tapa bilirlər.

Значение слова в других словарях