ARXİV

(latın archivum, yunan archéion-hökumət idarəsi) mühüm əhəmiyyətli sənəd və materialların qorunub saxlandığı dövlət idarəsi (və yaxud dövlət orqanının şöbəsi). İctimai-siyasi, sosialiqtisadi və vətəndaşların həyatında baş verən digər mühüm əhəmiyyətli hadisələr müvafiq sənədlər halında A. fondunu təşkil edir və dövlət tərəfindən qorunur. A.-lər tarixin öyrənilməsində mühüm rol oynayırlar. A.-lər ilk yaxın və qədim dövlətlərin yarandığı vaxtdan mövcuddurlar. Dövlət A.-indən savayı digər orqanların, ictimai birliklərin A.-ləri mövcuddur.
ARXAİZM
“ASİMMETRİK” FEDERASİYA
OBASTAN VİKİ
Arxiv (film)
Arxiv (ing. Archive) — rejissor Gavin Rothery tərəfindən çəkilmiş elmi fantastika filmidir. Baş rollarda Theo James və Stacey Martin oynamışdırlar. Premyerası 10 iyul 2020-ci ildə baş tutmuşdur. 2038-ci ildə gənc alim Corc Elmor süni intellektə malik insan ağlına bərabər olan robot üzərində işləyir. O, Yaponiyanın dərin meşələrindən birində yerləşən laboratoriyada tək yaşayır. Onu işə götürən şirkətlə 3 illik bağlanmış müqaviləsi altı aydan sonra başa çatacaq, lakin indiyə qədər o, J1 adlandırdığı gələcəyin robotunun yalnız bir prototipini göstərə bilmişdir. Eyni zamanda, Corc ikinci nəsil olan qabaqcıl J2 prototipinə malikdir və üçüncü nəsil olan və tam antropomorfik J3 üzərində işlərini bitirir. Geri dönüşlərdən aydın olur ki, müqavilə bağlanan ərəfədə Corc və həyat yoldaşı Jüli avtomobil qəzasına düşmüş və Jüli ölmüşdür. Bununla belə, Arxiv şirkətinin texnologiyalar üzrə mütəxəssisləri mərhumun qalıqlarını xüsusi anbara yerləşdirmiş və ümumilikdə 200 saata qədər onun şüuruna daxil olmağın mümkün olduğunu, bundan sonra isə tamamilə şüurun ölümü hadisəsinin baş verəcəyini bildirirlər.
Milli Arxiv İdarəsi (Azərbaycan)
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi — Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» 816 Nli Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış dövlət idarəsi. Arxiv işinin əsası yalnız 1920-ci il dekabr ayının 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış «vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında» dekretlə qoyulmuşdur. Həmin dekretə müvafiq olaraq Azərbaycan ərazisində keçmişdə mövcud olmuş və dekret verilərkən fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin arxivləri Vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli və kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi oldu. Azərbaycanda sovet hakimiyyətinin ilk illərində respublikanın arxivçiləri çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol quberniyalarındakı idarələrin, Azərbaycan ərazisində fəaliyyət göstərmiş xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aid sənədlərin toplanılması və qaydaya salınması sahəsində fəaliyyət göstərmişlər. 1922-ci ilin avqustunda Mərkəzi Dövlət Arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət (MİK) Heyətinə həvalə olunur ki, bu da arxiv orqanlarının nüfuzu və rolunun artmasına kömək edir. 20-ci illərdə yerlərdə də arxiv təşkilatları yaradılırdı. 1925-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında Mərkəzi arxiv, 1928-ci ildən isə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanılır. 1930-cu ildə arxivlərin fəaliyyət dairəsi genişləndirilir və onların işlərinin canlandırılması üçün Azərbaycan SSR MİK Rəyasət Heyəti Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edir və onun Əsasnaməsini təsdiq edir. Bu Əsasnaməyə görə Mərkəzi Arxiv İdarəsinə yalnız sənədlərin komplektləşdirilməsi, sistemləşdirilməsi və mühafizəsi deyil, həmçinin siyasi, xalq təsərrüfatı və mədəni quruculuq işlərinə kömək məqsədilə elmi-tədqiqat işlərində arxiv sənədlərindən istifadənin təşkili işi də tapşırılır.
Baş Milli Arxiv (Nikaraqua)
Baş Milli Arxiv — (İspan. Archivo General de la Nación) Nikaraquanın sənədli irsinin qorunması, milli arxiv sisteminin standartlaşdırılması, tədqiqatların və məlumatların əldə edilməsinin qəbulu ilə məşğuldur. Prezidentin 21 fevral 1863-cü il tarixli fərmanı ilə Baş Hökumət Arxivinin (ispanca: Archivo General del Gobierno) funksiyaları tənzimləyirdi ki, bu arxiv yeni yaranmaqda olan qurumların sənədlərindən ibarət olmalı və Maliyyə Naziri tərəfindən idarə olunmalı idi. Lakin 1896-cı il iyulun 7-də president Xose Santos Zelaya hökumətin icra, məhkəmə və qanunvericilik qollarının saxlanması, habelə bələdiyyələrin arxivlərinin saxlanması üçün repozitoriya kimi Baş Milli Arxivin yaradılması haqqında fərman verdi. 31 mart 1931-ci il zəlzələsi müstəmləkə dövrünə aid sənədləri ehtiva edən, Sección de Tierras da daxil olmaqla arxivlərin əksəriyyətini məhv edən yanğına səbəb oldu. 1959-cu ilin oktyabrında arxivin fəaliyyətini tənzimləmək üçün daha bir fərman verildi. 1979-cu ilə qədər İdarə Nazirliyinin tabeliyində olub, o zaman Mədəniyyət Nazirliyinin nəzarətinə keçib. 1988-ci ildə aparılan inzibati islahatlarla arxiv Təhsil Nazirliyinin Baş Mədəniyyət İdarəsinin tabeliyinə keçib. Daha sonra Nikaraqua Tarix İnstitutuna aid edildi və 1990-cı ildən Nikaraqua Mədəniyyət İnstitutu tərəfindən idarə olunur. Baş Milli Arxivin funksiyalarına aşağıdakılar daxildir: Dövlət qurumları tərəfindən hazırlanmış sənədlərin toplanması, baxılması və dövlət qulluğuna verilməsi; Qanuni və şəxsi kolleksiyalara qulluq etmək və mühafizə etmək, və çap nəşrləri və digər media vasitəsilə tarixi maraq doğuran sənədlərin yayılması Arxivdə aşağıdakı kolleksiyalarda təşkil edilmiş təxminən on milyon sənəd var: Müstəmləkə Bölməsi (1526–1821): Kosta Rika Milli Arxivindən əldə edilmiş fotokopiyalar toplusu, xronoloji ardıcıllıqla.
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi — Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» 816 Nli Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış dövlət idarəsi. Arxiv işinin əsası yalnız 1920-ci il dekabr ayının 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış «vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında» dekretlə qoyulmuşdur. Həmin dekretə müvafiq olaraq Azərbaycan ərazisində keçmişdə mövcud olmuş və dekret verilərkən fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin arxivləri Vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli və kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi oldu. Azərbaycanda sovet hakimiyyətinin ilk illərində respublikanın arxivçiləri çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol quberniyalarındakı idarələrin, Azərbaycan ərazisində fəaliyyət göstərmiş xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aid sənədlərin toplanılması və qaydaya salınması sahəsində fəaliyyət göstərmişlər. 1922-ci ilin avqustunda Mərkəzi Dövlət Arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət (MİK) Heyətinə həvalə olunur ki, bu da arxiv orqanlarının nüfuzu və rolunun artmasına kömək edir. 20-ci illərdə yerlərdə də arxiv təşkilatları yaradılırdı. 1925-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında Mərkəzi arxiv, 1928-ci ildən isə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanılır. 1930-cu ildə arxivlərin fəaliyyət dairəsi genişləndirilir və onların işlərinin canlandırılması üçün Azərbaycan SSR MİK Rəyasət Heyəti Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edir və onun Əsasnaməsini təsdiq edir. Bu Əsasnaməyə görə Mərkəzi Arxiv İdarəsinə yalnız sənədlərin komplektləşdirilməsi, sistemləşdirilməsi və mühafizəsi deyil, həmçinin siyasi, xalq təsərrüfatı və mədəni quruculuq işlərinə kömək məqsədilə elmi-tədqiqat işlərində arxiv sənədlərindən istifadənin təşkili işi də tapşırılır.
Arxiv
Arxiv (yun. άρχεϊον) — istifadə edilmiş sənədlərinin komplektləşdirilməsini, uçotunu, mühafizəsini və yenidən istifadəsini həyata keçirən qeyri-kommersiya dövlət təşkilatları və ya idarələrin struktur bölmələri. Arxivlər hər hansı qurum və ya fərdi şəxslərin istifadəsində olan sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və tədqiqatını təmin edən müəsissələrdir. Arxiv sözü qədim yunan dilindəki "arkheon" sözündən törəyib, latın dilindəki "archivum" sözünə keçmişdir. Məna etibarilə, mahiyyətli sənədlərin saxlanc yeri deməkdir. Öz profilinə uyğun olaraq arxivlər dövlət, şəhər, rayon, idari müəssisəsə və yaxud ailə arxivləri kimi bir neçə qrupda sinifləndirilir. Arxiv fondları, dövlət və qeyri-dövlət təşkilatları tərəfindən qeydə alınmış siyasi, ictimai və hüquqi yazışma, akt, sərəncam kimi sənəd növlərindən ibarətdir. Əldə olunmuş sənədlər arxivin mütəxəssisləri tərəfindən xüsusi ekspertizadan keçdikdə sonra öz profili üzrə fondlara yerləşdirilir. Öz qədimliyi ilə seçilən arxiv sənədləri gil və tuncdan hazırlanmış lövhələr üzərində, papirus kağızlarında və ya parşomen materiallarda, əsasən əl yazısı və yaxud daktilo ilə yazılmış halda olur. Bununla yanaşı müasir tələblərdən meydana gələn elektron arxiv növləri də mövcuddur.
Milli Arxiv və Sənədlər İdarəsi (ABŞ)
Milli Arxiv və Sənədlər İdarəsi (ing. National Archives and Records Administration (NARA)) və ya sadəcə ABŞ Milli arxivi — Amerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyidir. 1984-cü ildə yaradılmışdır. Milli Arxiv Amerika Birləşmiş Ştatlarının İstiqlaliyyət Bəyannaməsi, ABŞ Konstitusiyası, Hüquqlar haqqında Bill kimi fundamental tarixi sənədlərin orijinallarının saxlanmasına, ABŞ hökumətinin fəaliyyətinin sənədləşdirilməsinə, həmin sənədlərə ictimaiyyətin çıxışının sərhədlərinin genişləndirilməsinə cavabdehdir. NARA rəsmi olaraq ABŞ Konqresi Aktlarının, Prezident müraciətlərinin və icra sərəncamlarının və federal qaydaların hüquqi cəhətdən dəqiq və nüfuzlu nüsxələrinin saxlanması və dərc edilməsi üçün məsuliyyət daşıyır. NARA-nın Baş Administratoru Amerika Birləşmiş Ştatlarının arxivariusudur və o, ABŞ Konstitusiyasına düzəlişlərin ştatların qanunvericilik orqanları tərəfindən qəbul edilməsinə dair rəsmi sənədləşməyə nəzarət edir.
Arxiv proqramları
Arxiv proqramları (Arxivatorlar) — fayldakı informasiyları sıxmaqla onların arxivləşməsini yerinə yetirir. Sıxma dərəcəsi asılıdır: İstifadə olunan arxivatordan Sıxma üsulundan Faylın tipindən. İnformasiyanın qorunması (faylın rezerv surətini yaratmaqla) Fayllar üçün ayrılmış yerdən səmərəli istifadə. Arxivləşmə zamanı faylın daha kiçik həcmə malik, rezerv surəti yaradılmış olur. Rezerv surət – faylın dəqiq surəti olub, sıxılmış halda xüsusi daşıyıcıda, təhlükəsiz yerdə saxlanılır. Arxiv faylları: ARJ, CAB, GZ, LHA, RAR, TAR, TGZ, UU, ZIP. Windows əməliyyat sistemlərində əsasən 7-Zip, WinZİP və WinRAR arxivatorlardan istifadə edilir.
Arxiv (film, 2020)
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi — Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» 816 Nli Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış dövlət idarəsi. Arxiv işinin əsası yalnız 1920-ci il dekabr ayının 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış «vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında» dekretlə qoyulmuşdur. Həmin dekretə müvafiq olaraq Azərbaycan ərazisində keçmişdə mövcud olmuş və dekret verilərkən fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin arxivləri Vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli və kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi oldu. Azərbaycanda sovet hakimiyyətinin ilk illərində respublikanın arxivçiləri çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol quberniyalarındakı idarələrin, Azərbaycan ərazisində fəaliyyət göstərmiş xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aid sənədlərin toplanılması və qaydaya salınması sahəsində fəaliyyət göstərmişlər. 1922-ci ilin avqustunda Mərkəzi Dövlət Arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət (MİK) Heyətinə həvalə olunur ki, bu da arxiv orqanlarının nüfuzu və rolunun artmasına kömək edir. 20-ci illərdə yerlərdə də arxiv təşkilatları yaradılırdı. 1925-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında Mərkəzi arxiv, 1928-ci ildən isə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanılır. 1930-cu ildə arxivlərin fəaliyyət dairəsi genişləndirilir və onların işlərinin canlandırılması üçün Azərbaycan SSR MİK Rəyasət Heyəti Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edir və onun Əsasnaməsini təsdiq edir. Bu Əsasnaməyə görə Mərkəzi Arxiv İdarəsinə yalnız sənədlərin komplektləşdirilməsi, sistemləşdirilməsi və mühafizəsi deyil, həmçinin siyasi, xalq təsərrüfatı və mədəni quruculuq işlərinə kömək məqsədilə elmi-tədqiqat işlərində arxiv sənədlərindən istifadənin təşkili işi də tapşırılır.
Azərbaycan Xalq Cümhuriyyətində arxiv işi
Arxiv işi - Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət və hökumət orqanlarının sənədlərin saxlanması məqsədilə gördükləri tədbirlər. Çarizm dövründə Şimali Azərbaycanda vahid arxiv sistemi yox idi. Çar hökumətinin süqutu və 1917-18 illərdə baş verən mürəkkəb hadisələr dövlət və hökumət idarələrinin, sahibkarlara məxsus fabrik, zavod və digər müəssisələrin sənəd və materiallarının toplanması və saxlanması işini çətinləşdirmişdi. Bu vəziyyət Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin nəzərindən yayınmadı. Dövlət nəzarəti idarəsi 1918 il noyabrın 3-də Azərbaycan dövləti ərazisindəki, demək olar, bütün dövlət təşkilatlarının kargüzarlıq və qeydiyyat işinin müharibə və inqilabi şəraitlə əlaqədar olaraq bərbad vəziyyətə düşdüyünü və əsaslı surətdə qaydaya salınmalı olduğunu bildirdi. Azərbaycan Hökuməti çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu məsələyə xüsusi diqqət yetirirdi. Hökumətin Tiflisdə yaradılması, bir müddət orada fəaliyyətdən sonra Gəncəyə köçürülməsi, nəhayət, Bakıda fəaliyyətə başlaması formalaşmaqda olan dövlət hakimiyyəti orqanlarının kargüzarlıq sənədlərinin mühafizəsində çətinlik yaradırdı. Lakin bu sahəyə qayğı işin təşkilinə müsbət təsir göstərirdi. 1918 ilin oktyabrında sığorta cəmiyyəti idarələrindən biri binasını dəyişərkən keçmiş hərbi-sənaye kompleksinin atılmış arxiv sənədləri aşkar edilmişdi. Onların siyahısı dərhal tutulmuş, pərakəndə sənədlər yığılıb rəflərə qoyulmuş, bir hissəsi bağlanıb ayrıca otağa yerləşdirilmişdi.
Maktutor riyaziyyat tarixi arxivi
Maktutor riyaziyyat tarixi arxivi (ing. MacTutor History of Mathematics archive) — bir çox riyaziyyatçının tərcümeyi-halı, eləcə də riyaziyyat tarixinə dair məlumatların yer aldığı veb-sayt. Arxiv Şotlandiyanın Sent-Endryus Universitetinin saytında yerləşir və Con O'Konnor və Edmund Robertson tərəfindən dəstəklənir. Riyaziyyatçıların tərcümeyi-halı, məlumat bazası əlifba sırası və xronoloji göstəricilər üzrə axtarış aparmağa imkan verir. 1997-ci ilin mart ayına olan məlumat bazasında 1162 tərcümeyi-hal və 626 portret var idi. Xronoloji göstərici 29 qrupa (2003-cü ilə görə) bölünüb və Misir papirusu Ahmesdən tutmuş 1940-cı ildən sonra doğulmuş və yaşayan riyaziyyatçılara, o cümlədən 76 qadın riyaziyyatçıya qədər olan zaman intervalını əhatə edir. Hər bir məqalədə (mümkün qədər) doğum və ölüm tarixləri, portret, ətraflı tərcümeyi-halı və əsas nailiyyətləri daxil olmaqla şəxs haqqında əsas məlumatlar var. Tərcümeyi-hal olan səhifələrdə demək olar ki, heç bir qrafik yoxdur. Riyaziyyatın tarixinə dair məlumatlar müxtəlif mədəniyyətlərdə riyaziyyatın tarixini və riyaziyyatın müxtəlif sahələrinin tarixini özündə cəmləşdirən ayrıca indeksdə (Tarix Mövzuları İndeksi) yerləşdirilir. 2003-cü ildə Babildə, Misirdə, Yunanıstanda, Hindistanda, Ərəb dünyasında, Amerikada, Şotlandiyada riyaziyyat tarixinə, həmçinin İnk və Mayya riyaziyyatına dair bölmələr təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi — 741 fond üzrə 260992 iş, 4410 kino, 83597 fotosənəd saxlanılır. Naxçıvan Muxtar Respublikasmın Dövlət Arxivi Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin 1925-ci il 13 dekabr tarixli qərarı ilə yaradılımısdır. 1941-ci ildən Naxçıvan MR Mərkəzi Dövlət Arxivi adlandırılmışdır. Naxçıvandadır. Arxivdə 1832-2002 illərə aid 741 fond üzrə 260992 iş, 4410 kino, 83597 fotosənəd qorunub saxlanılır. Naxçıvan MR Dövlət Arxivində 19 əsrin əvvəllərindən başlayaraq son dövrləri də əhatə edən qiymətli sənədlər var. XIX və XX əsrin əvvəllərinə aid sənədlər arasmda İrəvan quberniya idarəsinin, İrəvan quberniya və Qars vilayəti torpaq və əmlak idarəsinin, hərbi mükəlləfiyyətlərin şəhər və kənd işləri üzrə idarələrin Naxçıvan və Şərur-Dərələyəz polis idarələrinin, Naxçıvan notariatının, Culfa və Şahtaxtı gömrükxanalarının Qıvraq, Təzəkənd, Cananab, Cəhri, Şahtaxtı kredit cəmiyyətlərinin, Naxçıvan şəhər xəzinədarlığının arxivdə saxlanılan fondlarında kəndli iğtişaşlarından və üsyanlarından, dəyirmanlardan, sudan, otlaqlardan istifadə etməyə icazə verilməsi haqqında kəndlilərin müraciətlərindən, kəndli torpaqlarının bəylər tarifindan zorla ələ keçirilməsindən və mükəlləfiyyətlərin qoyulmasından, gömrük, pul-kredit əməliyyatlarından bəhs edən xeyli material vardır. Arxivdə Naxçıvanda Muxtar Respublikanın yaradılması uğrunda gedən mübarizəni əks etdirən qiymətli sənədlər qorunub saxlanılır. Naxçıvan Muxtar Respublikası Mərkəzi İcraiyyə Komitəsinin (MR MİK), Ali Sovetin, Xalq Komissarları Sovetinin (Nazirlər Sovetinin), müxtəlif nazirliklərin, komitələrin, dövlət idarələrinin, qəza, rayon icraiyyə komitələrinin və b. təşkilalların fondlarındakı sənədlərdə Muxtar Respublikada təsərrüfatın bərpası, sənaye və kənd təsərrüfatının inkişafı, şəhər, qəsəbə və kəndlərin abadlaşdırılması, xalq təhsili və səhiyyənin inkişafı, əhali arasında mədəni-maarif işlərinin aparılması, adamların maddi və mədəni səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlər öz əksini tapmışdır.
Osmanlı Arxivi
Osmanlı arxivi — Osmanlı imperiyasının ilk illərindən süqutuna qədər keçən müddətdə imperiyanın imzaladığı müqavilələr, yazılan dəftərlər və digər sənədlərin yer aldığı, baş nazirə tabe olan arxivdir. Arxiv, hazırda rəsmi olaraq Türkiyə baş nazirinin Osmanlı arxivi adlandırılır və Türkiyə Cümhuriyyəti Baş nazirinin Dövlət Arxivləri Baş İdarəsinə tabedir. Arxivin mühafizə edildiyi kompleks İstanbulun Kağıthane rayonunda yerləşir. Osmanlı imperiyasının 600 ildən uzun müddət hökm sürdüyü Balkanlardan Orta Şərqə, Krımdan Şimali Afrikaya uzanan torpaqlarda mövcud olan 40-dan artıq ölkənin tarixi ilə bağlı məlumatlar saxlaması cəhətdən mühüm informasiya mənbəyidir. Saxlanılan 95 milyon sənədin hamısı osmanlıca yazılmışdır. Arxiv, ilk dövrdə Yeddiqüllədə saxlanan arxivlər daha sonra Topqapı Sarayının içində və Sultanəhməd yaxınlığında yerləşən binalara köçmüş, sağlam olmayan şəkillərdə mühafizə edilmiştir. İmperiyanın ilk illərindən 14-cü əsr sonlarına qədər keçən müddətdə arxivlənən sənədlər yox deyiləcək qədər azdır. II Mehmedin səltənətinin başlanğıcı ilə XVI əsrin ortalarına qədər keçən iki yüz illik müddətdə isə bir neçə dəftər və təxminən yüzə qədər sənəd arxivlənmişdir. Osmanlı arxiv işinin nizama qoyulması ancaq Qanuni Sultan Süleyman dövründə baş vermişdir. I Süleymanın səltənəti və sonra hər bir müqavilə, dəftər və bütün sənədlər qorunmağa başlanmıştır.
Qazaxıstan Respublikası Prezidentinin arxivi
Qazaxıstan Respublikası Prezidentinin arxivi — Qazaxıstanın arxivlərindən biri, prezidentin, prezident administrasiyasının və ona tabe olan və hesabat verən digər dövlət orqanlarının rəsmi sənədlərini saxlayan bir təşkilat. 1994-cü ildə Qazaxıstan Prezidenti N.A.Nazarbayevin təklifi ilə təşkil edilmişdir. Arxivin əsas funksiyalarından biri dövlətin maraqlarını qorumaqdır, bununla əlaqədar arxiv Qazaxıstan Respublikasının "Dövlət sirləri haqqında" qanununu rəhbər tutur. Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin fondunda təxminən 19 min iş cəmlənmişdir. Arxivin 1.072 fondunda 1921-2000-ci illər üçün 640.000 nüsxədən çox idarəetmə sənədləri, fotoşəkil sənədləri və video proqramlar, həmçinin mikrofilmlər üzrə sığorta fondunun 6.340.000 əməkdaşı var. Kataloq 52 min kartı ehtiva edir, 8 avtomatlaşdırılmış məlumat axtarış bazası var. Arxivdə saxlanılan sənədlərin məzmunu açıqlanan 3.1 min arxiv inventarı var. Arxiv heyəti, təxminən 700 min vərəqi bərpa etdi, 69 min sənəd bağladı, 8 mindən çox kontrastlı aşağı mətni bərpa etdi. Xüsusi qiymətli sənədlərdən 1 milyon 200 min kvadrat mikrofotokopiya istehsal edilmişdir. İlk dəfə 2001-ci ildə “Qazaxıstan Respublikası Prezidentinin Arxivi.
Rusiya Dövlət Hərbi Tarixi Arxivi
Rusiya Dövlət Hərbi Tarixi Arxivi — XVII əsrin sonundan 1918-ci ilə qədər olan dövrə aid Rusiya İmperator Ordusu haqqında sənədlərin saxlandığı Rusiya Federasiyasının ən böyük arxivlərindən biri. Rusiya Dövlət Hərbi Tarixi Arxivi Yauzada (Lefortovo Sarayı) I Pyotrun sarayında yerləşir. İnqilabdan əvvəlki Rusiyanın ən böyük hərbi arxivlərinin materiallarının birləşdirilməsi nəticəsində formalaşmışdır: Hərbi Məktəb, Lefortovo, Moskva hərbi dairəsi və ordunun hərbi-tarixi sənədlərinin mərkəzi anbarı. Hərbi-elmi arxiv Sankt-Peterburqda I Pavelin 8 avqust 1797-ci il tarixli fərmanı ilə arxiv şöbəsi kimi yaradılmışdır. 1812-ci ilin fevralında Hərbi Topoqrafik Depoya çevrilmiş və 1816-cı ilin mayında Hərbi Topoqrafik Depoya (HTD) adı dəyişdirilmiş və xəritələr anbarı kimi fəaliyyət göstərmişdir. 1863-cü ildə HTD Arxivi Hərbi Tarixi-Topoqrafik Arxiv adlandırıldı və 1867-ci ildə Baş Qərargahın Hərbi Elmi Arxivinə (1906-cı ildən - Baş Qərargahın Baş İdarəsi) çevrildi. Arxiv fondları həm xəritə materialları, həm də hərbi-əməliyyat sənədləri, hərbi əməliyyatların təsviri, hərbi-diplomatik agentlərin hesabatları, xatirələr və s. ilə komplektləşdirilmişdi. Lefortovo arxivi 7 fevral 1819-cu ildə Baş Qərargahın Müfəttişlik İdarəsinin arxivinin Moskva şöbəsi kimi yaradılmışdı. Hərbi Kollegiya müəssisələrinin, Hərbi Nazirliyin, XVIII-XIX əsrlərdə fəaliyyətdə olan orduların, hərbi rəhbərlərin iş yerlərinin və praktiki əhəmiyyətini itirmiş “növbələrin” işlərinin saxlanması məsələsində ixtisaslaşmışdır.
Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi
Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi (RDSSTA; rus. Российский государственный архив социально-политической истории (РГАСПИ)) — federal hökumət qurumu, Rusiya Federasiyasının dövlət arxivi, fondlarında təkcə Rusiya tarixi (XVIII-XXI əsrlər) deyil, həm də ümumi (XVII-XX əsrlər) tarixə aid sənədlər və muzey əşyaları var. 1921-ci ildə əsası qoyulmuşdur. RDSSTA həm rus, həm də xarici alimlər arasında “tarixin qızıl xəzinəsi” kimi layiqli şöhrətə malikdir. RDSSTA-da (01.01.2012-ci il tarixinə) 1617-2011-ci illər üzrə 691 fond var; 2147 min ədəd xr., o cümlədən: foto sənədlər - 182,5 min ədəd. xr., fono sənədlər - 1,3 min ədəd. xr., muzey materialları - 140 min ədəd. xp. RDSSTA sənədləri iki əsas tematik kompleksdən ibarətdir: Qərbi Avropanın ictimai-siyasi tarixinə dair sənədlər (XVII-XX əsrlər); müasir və yaxın dövrlərdə (19-cu əsrin ikinci yarısı - 21-ci əsrin əvvəlləri) Rusiya və SSRİ-nin siyasi və sosial tarixinə dair sənədlər. Muzeyin arxiv kolleksiyası da böyükdür (bunun əhəmiyyətli hissəsi 1993-cü ildə RSXİDNİ-yə əlavə edilmiş ləğv edilmiş K. Marks və F. Engelsin Moskva Muzeyinin fondlarıdır), onların arasında fransız dilinin qiymətli kolleksiyaları, 18-19-cu əsrlərin ingilis və alman siyasi və gündəlik cizgi filmləri və qrafikası (o cümlədən görkəmli ingilis rəssamları V. Hoqart, J. Gillray, A. Kruikşenk, T. Rolandson; fransız ustaları O. Daumier, G. Dore, Fr.
Rusiya Federasiyası Dövlət Arxivi
Rusiya Federasiyasının Dövlət Arxivi (RFDA; rus. Государственный архив Российской Федерации (ГАРФ)) — Rusiya Federasiyasının qanunvericilik, icraedici və məhkəmə hakimiyyətinin ali orqanlarının sənədlərinin saxlanması üçün nəzərdə tutulmuş arxiv. Hazırda Rusiya Federasiyasının Dövlət Arxivində saxlanılan arxiv fondlarının tarixi arxivin özünün meydana çıxmasından çox əvvəl başlayıb. Onun kolleksiyasına müxtəlif dövrlərdə aşağıdakı, indi fəaliyyət göstərməyən arxivlərdə saxlanılan sənədlər daxildir: 1917-1920-ci illərdə mövcud olmuş Moskva Tarix-İnqilabi Arxivi (MTİA); RSFSR Dövlət Arxivi (1920-1925); Praqadakı Rusiya Xarici Tarix Arxivi (RXTA), 1923-1945. Mürəkkəb yenidənqurma sisteminin nəticəsi olaraq, sadalanan arxivlərin sənədlərini saxlayan, habelə dövlət mühafizəsinə qəbul edilən Oktyabr İnqilabı və Sosialist Quruluşunun Mərkəzi Dövlət Arxivi meydana gəldi. xalq komissarlıqları (nazirlikləri) və SSRİ dövlət hakimiyyəti və idarəetməsinin ali orqanları. 1925-ci ildən İnqilab və Xarici Siyasət Arxivi (ARVP) mövcud idi, burada bir sıra köçürmələrdən sonra Novoromanovski arxivinin sənədləri, 1927-ci ildə mövcud olan Petroqrad Tarixi-İnqilabi Arxivinin fondları məskunlaşdı. 1917-ci ildən daxil olub. 1932-ci ildə ARVP Dövlət İnqilab Arxivinə çevrildi, o da öz növbəsində 1941-ci ildə Moskvada Mərkəzi Dövlət Tarix Arxivinə çevrildi. Hazırda Rusiya Federasiyasının Dövlət Arxivində saxlanılan arxiv fondlarının tarixi arxivin özünün meydana çıxmasından çox əvvəl başlayıb.
Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi
Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi (tam adı: S. Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, qısaca: ARDƏİA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri. Bu arxivdə ədəbiyyat və incəsənət əsərlərinin saxlanılır. Bakıda yerləşir. Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 17 iyul tarixli qərarı ilə yaradılmış, 1966-cı ilin yanvar ayından fəaliyyət göstərir. İlk adı Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli Sərəncamı ilə arxivə Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərini nəzərə alaraq görkəmli ədəbiyyatşünas Salman Mümtazın adı verilmişdir. Arxivdə 19 əsrin sonları — 2005-ci illərə aid 717 fond üzrə 98215 iş saxlanılır. Arxiv Azərbaycan ədəbiyyatı və incəsənəti tarixinə aid sənədlərin aşkar edilməsi, toplanması, elmi-texniki cəhətdən işlənilib qaydaya salınması, hərtərəfli mühafizəsi və istifadəsinin təşkili istiqamətində fəaliyyət göstərir. Arxivdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan SSR Xalq Komissarları (Nazirlər) Soveti İncəsənət İşləri İdarəsinin, Azərbaycan SSR D"vlət Kinematoqrafıya Komitəsinin, Cəfər Cabbarlı adına " Azərbaycanfılm" kinostudiyasının, mədəniyyət sahəsindəki ali və orta ixtisas təhsili məktəblərinin, yaıadıcılıq ittifaqlarının, teatr və musiqi təşkilatlarınm qəzet və jurnal redaksiyalarının və digər yaradıcılıq təşkilatlarının 50-dən artıq fondu mühafizə olunur. Arxivdə 660-a yaxın görkəmli ədəbiyyat, incəsənət xadiminin, o cümlədən, ədabiyyat sahəsində (Hüseyn Cavid, Əliağa Vahid, Abdulla Şaiq, Mir Cəlal Paşayev, Süleyman Rüstəm, Mirvarid Dilbazi, Əziz Şərif, Abbas Zamanov və b.), teatr sahəsində (Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Mirzağa Əliyev, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Fatma Qədri, Mehdi Məmmədov, Aleksandr Tuqanov, Şəmsi Bədəlbəyli, Əli Zeynalov, Bəşir Səfəroğlu, Rza Əfqanlı və b.), musiqi sahəsində (Müslüm Maqomayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Tofiq Quliyev, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Nazim Rzayev, Qənbər Hüseynli, Fatma Muxtarova, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova və b.), memarlıq və təsviri sənət sahəsində (Mikayıl Hüseynov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Kazım Kazımzadə, Fuad Əbdürrəhmanov, Maral Rəhmanzadə, Bədurə Əfqanlı və b.), kino sahəsində (Rza Təhmasib, Ağarza Quliyev, Hüseyn Seyidzadə, Lətif Səfərov, Həsən Seyidbəyli və b.) çalışan xadimlərin şəxsi fondkırı mühafizə olunur.
Terror arxivləri
"Terror arxivləri" (isp. Archivos del Terror) — 22 dekabr 1992-ci ildə hüquqşünas və insan haqları aktivisti Martin Almada və hakim Xose Aqustin Fernandes tərəfindən Paraqvayın paytaxtı Asunsyon yaxınlığındakı Lambare qəsəbəsinin polis məntəqəsində tapılmışdır. Fernandes, burada keçmiş məhbus barəsindəki sənədləri axtarırdı. Əvəzində isə Argentina, Boliviya, Braziliya, Çili, Paraqvay və Uruqvay xüsusi xidmət orqanları tərəfindən gizlincə oğurlanan, işgəncə verilən və öldürülən minlərlə Latın Amerikalının taleyi barədə arxivləri tapdı. Həmin hadisələr Kondor əməliyyatı adı ilə tanınır. UNESCO "Democracy in the light of dictatorship" by Alain Touraine, article for the UNESCO. www.pittstate.edu Article in Spanish by Martín Almada Arxivləşdirilib 2005-12-20 at the Wayback Machine "In Search of Truth and Justice: Coordination Board for Assistance to the Commission of Truth and Justice" Arxivləşdirilib 2006-09-06 at the Wayback Machine. Voces: Boletin Informativo de la CODEHUPY. 4(1) January–March 2004. Translated by D. Schenck-Hamlin and N. Ossar. Consequences of the discovery of the archives of terror. "The Bloody Legacy of Stroessner, Pinochet and Rios Montt.
Vatikan Məxfi Arxivi
Vatikan Məxfi Arxivi (lat. Archivum Secretum Apostolicum Vaticanum) — Vatikan Apostol Kitabxanasının tərkib hissəsi. Arxivariusu Jan-Lui Brügedir. Əvvəlki başlıqda, “Vatikan Gizli Arxivi”ndə “gizli” sözünün istifadəsi məxfiliyin müasir mənasını ifadə etmir. Arxivin keçmiş Latın adının daha dolğun və bəlkə də daha yaxşı tərcüməsi “özəl Vatikan Apostol arxivi” ola bilər ki, bu da onun fondlarının Roma Kuriyasının və ya Müqəddəs Taxt-tacın hər hansı xüsusi departamentinin deyil, Papanın şəxsi mülkü olduğunu göstərir. "Gizli" sözü ingilis dilində bu köhnə, orijinal mənada, "gizli qulluqçular", "gizli stəkan", "gizli oymaçı" və ya "katib" kimi ifadələrdə istifadə olunmağa davam edir. şərəf və hörmət VIP ilə müqayisə edilə bilər. 1969-cu ildə aparılan bir araşdırmada qeyd edilirdi ki, arxivlərin kataloq sistemi o qədər qeyri-adekvat idi ki, "gizli" termininin istifadəsinə layiq idi, belə ki, o, "geniş basdırılmış şəhər, zamanın lavaları ilə sular altında qalmış Herkulaneum... arxeoloji qazıntı kimi gizli" olaraq qalır. məxfidir”.
İnternet arxivi
İnternet arxivi (ing. Internet Archive) — 1996-cı ildə San-Fransiskoda Bryuster Keyl tərəfindən əsası qoyulmuş qeyri-kommersiya təşkilatı. Arxiv, veb-səhifələrin surətlərini, qrafik materialları, video və audioyazıları, proqram təminatını toplayır. Arxiv, toplanmış materialın uzunmüddətli arxivləşdirilməsini və geniş oxucu kütləsi üçün öz məlumat bazalarına pulsuz giriş hüququ təmin edir. Arxivin bəyan edilmiş məqsədləri — internet texnologiyaları dövründə bəşəriyyətin mədəni-tarixi dəyərlərini qorumaq, elektron kitabxananın yaradılması və dəstəklənməsidir. 2012-ci ilin oktyabrında Arxivdə toplanan materialların ölçüsü 10 petabayta çatdı. 2014-cü ilin oktyabrına olan məlumata görə, Arxivdə 430 milyard veb-səhifə toplanıb. Arxivin serveri San-Fransiskoda, güzgü serverləri Yeni İsgəndəriyyə kitabxanasında və Amsterdamda yerləşir. 2007-ci ildən Arxiv hüquqi olaraq kitabxana statusuna malikdir.
Şimali Makedoniya Dövlət Arxivi
Şimali Makedoniya Dövlət Arxivi (mak. Државен архив на Република Северна Македонија) — Skopye şəhərində yerləşən Şimali Makedoniya Milli Arxivi. 1946-cı ildə qurulmasından əvvəl arxivlər 1926-1941-ci illər arasında Serbiya Arxivində yerləşirdi. 3 may 1945-ci ildə Makedoniya Xalq Qurtuluş Ordusu arxiv kolleksiyasının Müqəddəs Klement Ohridlinin Kitabxanasında saxlanılmasına qərar verdi. Lakin kolleksiya kitabxanaya verilmədi və 31 may 1946-cı ildə Şimali Makedoniya Dövlət Arxivi quruldu. Dövlət Arxivi yaradıldıqdan sonra dərhal Şimali Makedoniyada ümummilli arxiv şəbəkəsinin yaradılması üzərində işlər başladı. Bitola, Kumanovo, Oxrid, Prilep, Skopye, Strumitsa, Tetovo, Veles və Ştip şəhərlərində regional təşkilatlar yaradıldı. Şimali Makedoniya Dövlət Arxivində mikrofilm laboratoriyası ilə yanaşı bərpa edilmə laboratoriyası da mövcuddur. Yeni binalar 1969-cu ildən istismara verildi, Arxiv ofisi isə Skopyanın mərkəzində, Arxeoloji Muzeyi və Konstitusiya Məhkəməsinin yerləşdiyi binada yerləşir. 2015-ci ildə Arxivdə 298 nəfər işləyirdi.
Şollerin arxivi (film, 2018)
Şollerin arxivi — ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovun olduğu Azərbaycan filmi. Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Filmdəki hadisələr XX əsrin 40-cı illərindən Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Cəlaləddin Qasımovun sözlərinə görə filmin sujet xətti real həyatdan götürülüb: Çəkilişlər Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. “Şollerin arxivi” bədii filmi həm Karlovı Varı Beynəlxalq Film Festivalında, həm də Kann Film Festivalında nümayiş etdiriləcək. Cəlaləddin Qasımov bildirib ki, artıq hər iki festival filmi nümayiş üçün qəbul edib. Cəlaləddin Qasımovun sözlərinə görə, Kann Film Festivalında filmlərin qəbul vaxtının martın 5-də bitməsinə baxmayaraq, təşkilatçılar “Şollerin arxivi”ni aprel ayında qeydə almaqdan imtina etməyiblər. Hətta festivala qəbul üçün ödəniş rüsumlarını belə özləri ödəyiblər. “Şollerin arxivi” filmi 4 iyul 2018-ci il tarixində Belçikanın Move Me Producions Belgium Festivalının 10-cu buraxılışında “Ən yaxşı film” nominasiyasına layiq görülüb. Ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı dram", “Yaradıcılıq axtarışlarına xüsusi diplom və qızıl priz” mükafatlarına layiq görülüb.
Ədəbiyyat və İncəsənət Arxivi
Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi (tam adı: S. Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, qısaca: ARDƏİA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri. Bu arxivdə ədəbiyyat və incəsənət əsərlərinin saxlanılır. Bakıda yerləşir. Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 17 iyul tarixli qərarı ilə yaradılmış, 1966-cı ilin yanvar ayından fəaliyyət göstərir. İlk adı Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli Sərəncamı ilə arxivə Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərini nəzərə alaraq görkəmli ədəbiyyatşünas Salman Mümtazın adı verilmişdir. Arxivdə 19 əsrin sonları — 2005-ci illərə aid 717 fond üzrə 98215 iş saxlanılır. Arxiv Azərbaycan ədəbiyyatı və incəsənəti tarixinə aid sənədlərin aşkar edilməsi, toplanması, elmi-texniki cəhətdən işlənilib qaydaya salınması, hərtərəfli mühafizəsi və istifadəsinin təşkili istiqamətində fəaliyyət göstərir. Arxivdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan SSR Xalq Komissarları (Nazirlər) Soveti İncəsənət İşləri İdarəsinin, Azərbaycan SSR D"vlət Kinematoqrafıya Komitəsinin, Cəfər Cabbarlı adına " Azərbaycanfılm" kinostudiyasının, mədəniyyət sahəsindəki ali və orta ixtisas təhsili məktəblərinin, yaıadıcılıq ittifaqlarının, teatr və musiqi təşkilatlarınm qəzet və jurnal redaksiyalarının və digər yaradıcılıq təşkilatlarının 50-dən artıq fondu mühafizə olunur. Arxivdə 660-a yaxın görkəmli ədəbiyyat, incəsənət xadiminin, o cümlədən, ədabiyyat sahəsində (Hüseyn Cavid, Əliağa Vahid, Abdulla Şaiq, Mir Cəlal Paşayev, Süleyman Rüstəm, Mirvarid Dilbazi, Əziz Şərif, Abbas Zamanov və b.), teatr sahəsində (Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Mirzağa Əliyev, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Fatma Qədri, Mehdi Məmmədov, Aleksandr Tuqanov, Şəmsi Bədəlbəyli, Əli Zeynalov, Bəşir Səfəroğlu, Rza Əfqanlı və b.), musiqi sahəsində (Müslüm Maqomayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Tofiq Quliyev, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Nazim Rzayev, Qənbər Hüseynli, Fatma Muxtarova, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova və b.), memarlıq və təsviri sənət sahəsində (Mikayıl Hüseynov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Kazım Kazımzadə, Fuad Əbdürrəhmanov, Maral Rəhmanzadə, Bədurə Əfqanlı və b.), kino sahəsində (Rza Təhmasib, Ağarza Quliyev, Hüseyn Seyidzadə, Lətif Səfərov, Həsən Seyidbəyli və b.) çalışan xadimlərin şəxsi fondkırı mühafizə olunur.
Planet arxivləri
Planet arxivləri (fr. Les archives de la planète) – 1909–1931-ci illər arasında 50-dən çox ölkədə çəkilmiş təxminən 72 min avtoxrom fotoşəkildən və 183 min metrlik film çəkilişlərindən ibarət olan, bu günə qədər qorunub saxlanılan şəkil arxivi. Layihənin təsisçisi və maliyyəçisi fransız iş adamı Albert Kandır. Layihənin koordinatorlarından biri olan Cin Brunhes komandaya nəyi və necə qeyd etməli olduqları ilə barədə təlimlər keçmişdir. Kan çıxdığı dünya səyahətləri zamanı sürətlə dəyişən dünyanın fotolarını çəkmək fikrinə düşdü və Fransaya qayıdan zaman bu layihə üzərində çalışmağa başladı. Bu zaman o Lümyer qardaşlarının kəşf etdiyi avtoxrom fotoaparatla tanış oldu. Kan düşünürdü ki, layihənin ilk şəkilləri məhz bu fotoaparat vasitəsilə çəkilməlidir. Avtoxrom şüşə üzərində müsbət rəngli görüntü təmin edən fotoqrafik texnikadır. Layihənin fotoqrafları 22 ildə 55 ölkə gəzərək şəhər, kənd və qəsəbələrdəki insanları, onların mədəniyyətlərinin ilk rəngli fotoşəkillərini çəkdilər. Arxivdə Avropa, İrlandiya (Kelt mədəniyyəti), Asiya, Afrika, Amerika coğrafiyası, mədəniyyəti və gündəlik həyatı ilə bağlı etnoqrafik əhəmiyyət daşıyan fotoşəkillər və film çəkilişləri var.
Serb Respublikası Arxivi
Serb Respublikası Arxivi (serb-xorv. Архив Републике Српске, Arhiv Republike Srpske) — Bosniya və Herseqovinanın iki təsisçi qurumundan biri olan Serb Respublikası Təhsil və Mədəniyyət Nazirliyinin tərkibindəki inzibati təşkilat. Arxivin baş ofisi Banya Lukada yerləşir və onun Doboy, Zvornik, Foça, Sokolaç və Trebinyedə regional ofisləri mövcuddur. Onun məqsədi mədəni irsin mühafizəsi üzrə mərkəzi qurum kimi təyin olunduğu Serb Respublikası ərazisində arxiv materiallarını toplamaq, saxlamaq, qorumaq, təşkil etmək, araşdırmaq və onlara çıxışı təmin etməkdir. Arxiv həmçinin, əsasən arxivşünaslıq, tarix və hüquq sahələrində tədqiqat layihələri, sərgilər, kitab və elmi məqalələrin nəşri ilə məşğul olur. O, müvafiq olaraq qurum daxilində və xaricində arxiv materiallarının mühafizəsinə cavabdeh olan iki sektorda təşkil edilmişdir. Arxivdə hal-hazırda 794 fond və 35 kolleksiya var ki, bunlar XVII əsrdən müasir dövrə qədər olan dövrü əhatə edir. Serb Respublikası Arxivinin işi peşəkar arxiv, mədəni, inzibati, tədqiqat və xidmət fəaliyyətlərini əhatə edir. Bu, Serb Respublikası Milli Şurası tərəfindən qəbul edilmiş "Arxiv fəaliyyəti haqqında" Qanun, habelə Serb Respublikası Hökumətinin Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən verilən qaydalar və təlimatlarla tənzimlənir. Qanuna əsasən, Arxivin missiyası dövlət sənədli və arxiv materiallarını toplamaq, çeşidləmək, emal etmək, araşdırmaq və mühafizə etmək, habelə onları dərc etmək və əldə etmək imkanı yaratmaqdan ibarətdir.
Kanada Arxivləri və Kitabxanası
Kanada Arxivləri və Kitabxanası (LAC; fr. Bibliothèque et Archives Canada) — Kanadanın sənədli irsini əldə etmək, qorumaq və onlara əlçatanlığı təmin etmək vəzifəsi daşıyan federal qurumdur. Milli arxiv və kitabxana dünyanın ən böyük beşinci kitabxanasıdır. LAC Kanada İrs Naziri vasitəsilə Kanada Parlamentinə hesabat verir. LAC öz mənşəyini 1872-ci ildə yaradılmış Dominion Arxivləri və 1953-cü ildə yaradılmış Kanada Milli Kitabxanası ilə əlaqələndirir. Birincisi daha sonra 1912-ci ildə Kanadanın İctimai Arxivləri və 1987-ci ildə Kanada Milli Arxivləri adlandırıldı. 2004-cü ildə, Kanada Milli Arxivi və Kanada Milli Kitabxanası birləşərək Kanada Arxivləri və Kitabxanası təşkil edildi. Kanadanın İctimai Arxivləri 1925-ci ildə genişlənmədən əvvəl 1923-cü ildə tikilmişdir. Müəssisə 1906–1967-ci illərdə Sussex Drive 330 ünvanında yerləşirdi. Dominion Arxivi 1872-ci ildə Kənd Təsərrüfatı Departamentinin tərkibində Kanada tarixi ilə bağlı sənədləri əldə etmək və köçürmək vəzifəsi daşıyan bir bölmə olaraq yaradılmışdır.
Milli Arxivlər və Efiopiya Kitabxanası
Efiopiyanın Milli Arxivlər və Kitabxanası ― Efiopiyanın Əddis-Əbəbə şəhərində yerləşən milli arxivlər və kitabxanası; 1944-cü ildə İmperator Hayli Selasi tərəfindən təsis edilmiş və imperatorun hədiyyə etdiyi kitablarla xidmətə başlamış kitabxana. 1976-cı ildə 50/76 nömrəli elan kitabxanaya ölkədə nəşr olunan hər bir materialın üç nüsxəsini toplamaq hüququ verdi. 1999-cu ildə qəbul edilmiş 179.1999 nömrəli qərarla kitabxana milli təsisat kimi yenidən təşkil edildi. Bu qərarın qəbulu ilə kitabxanada aparılan struktur dəyişiklikləri nəticəsində Efiopiyanın Milli Arxivlər və Kitabxanası 2020-ci ilə qədər Afrikanın ən yaxşı beş milli kitabxana və arxivlərdən biri olmaq missiyasını reallaşdıra bildi. Hazırda bu kitabxana Mədəniyyət və Turizm Nazirliyinin struktur bölməsidir. Arxiv 1979-cu ildə yaradılmışdır və onun kolleksiyasına XIV-XV əsrlərə aid qədim və tarixi əlyazmalar daxildir. Böyük Saray Nazirliyi, Vəliəhd Sarayı və başqa arxivlərlə birgə fəaliyyətə başlamışdır. Arxivə bir neçə kral, imperatriça və şahzadənin yazdığı məktublar da daxildir.
Misir Milli Kitabxanası və Arxivləri
Misir Milli Kitabxanası və Arxivləri — (ərəb. دار الكتب والوثائق القومية‎; "Dar əl-Kotob") Qahirənin Nil Kornişində yerləşir və Misirin ən böyük kitabxanasıdır, onu Əl-Əzhər Universiteti və Bibliotheca Alexandrina Kitabxanası izləyir. İsgəndəriyyə). Misir Milli Kitabxanası və Arxivləri qeyri-kommersiya hökumət təşkilatıdır. Milli Kitabxanada müxtəlif mövzularda bir neçə milyon cild var. Minlərlə qədim kolleksiyası ilə dünyanın ən böyük kolleksiyalarından biridir. O, ərəbdilli və dünyanın ən qədimi olan digər Şərq əlyazmalarının geniş çeşidini ehtiva edir.Əsas kitabxana Qahirənin bir bölgəsi olan Ramlet Bulaqda yeddi mərtəbəli binadır. Misir Milli Arxivi binanın yanındakı əlavədə yerləşir. Kitabxananın yanındakı əlavədə yerləşən Milli Arxiv geniş və müxtəlif kolleksiyaya malikdir. Kolleksialar ictimaiyyətə açıq olmasa da, Misirin ictimai və siyasi tarixi ilə məşğul olanlar üçün xüsusilə əhəmiyyətlidir.
İctimai-Siyasi Sənədlər Arxivi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi — Azərbaycan Prezidentinin və Prezident Administrasiyasının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. İşlər İdarəsi Administrasiyanın tərkibinə daxil deyil. Azərbaycanın dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqandır. 2021-ci ildən Prezidentin İşlər müdiri Ramin Quluzadədir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatlar: "Ulduz" Qonaq Evi (Prezident İqamətgahı və "Ulduz" Sarayı daxil olmaqla) "Azadlıq" Qonaq Evi "Gənclik" iqamətgahı "Zuğulba" iqamətgahı (1 N-li Pansionat və "Şəfəq" Sarayı daxil olmaqla) İşlər İdarəsinin Pansionatı (əvvəlki adı: 2 N-li Pansionat) "Qəbələ" iqamətgahı "Marxal" Müalicə-İstirahət Kompleksi Rəsmi Qəbullar Sarayı (əvvəlki adı: Səadət sarayı) "Azərsuvenir" "Azərbaycan Nəşriyyatı" MMC Prezident Kitabxanası İctimai-Siyasi Sənədlər Arxivi Təsisçisi olduğu qəzetlərin siyahısı: "Bakinski raboçi" qəzetinin redaksiyası "Respublika" qəzetinin redaksiyası "Xalq qəzeti"nin redaksiyası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin «Azərsuvenir» (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2012-ci il tarixli 155 saylı Qərarı ilə Azərbaycan «Zərgərsənaye» İstehsalat Birliyinin bazasında yaradılmışdır. Müəssisənin əsas fəaliyəti dövlət orden və medallarının, müxtəlif yubiley və xatirə medallarının, döş nişanlarının, dünya dövlətlərinin bayraqlarının, Azərbaycan milli naxış və ornamentləri ilə bəzədilmiş yüksək əyarlı hədiyyəlik gümüş məmulatlarının və digər milli suvenirlərin istehsalından ibarətdir. Bütün məhsullar «Azərsuvenir» MMC-nin istehsalı olan futlyarlarla fərdi qaydada qablaşdırılır. Yuxarıda qeyd olunan məhsulların müasir tələblərə cavab verən yüksək keyfiyyətli istehsalatını təmin etmək məqsədi ilə, müəssisədə yeni istehsalat sahələri yaradılmış müasir avadanlıqlar və yüksək texnoloqiyalar tətbiq edilmişdir. Bütün məmulatların istehsalı «Azərsuvenir» MMC-də fəaliyyət göstərən, yüksək peşəkarlardan ibarət bədii-texniki şuranın nəzarəti altında icra olunur.

Значение слова в других словарях