asozial
Asphalt
OBASTAN VİKİ
Aspekt
Aspekt – görünüş, baxış. Əşya, hadisə və anlayışlara münasibət, nöqteyi-nəzər. Hadisənin perspektivi. Nəzəri baxış, nəzəri nöqtə. Tədqiq olunan predmet, hadisə və ya anlayışın müəyyən baxımdan nəzərdən keçirilməsi, təhlili. Predmetin, hadisənin bir cəhəti, onun başqa predmet və hadisələrlə münasibətinin, yaxud əlaqəsinin bir forması. Bu və ya digər obyektə müəyyən elm nöqteyi-nəzərindən yanaşma. Məsələn, fəlsəfi aspekt, iqtisadi aspekt və s.
Aspekt (coğrafiya)
Aspekt (yun. Aspectus- görünüş) — vegetasiya dövrü ərzində bitkinin inkişaf fazasının və bitmə şəraitinin dəyişilməsilə əlaqədar fitosenozun xarici görünüşü. Bitkilərin inkişaf fazaları fəsillərə görə dəyişildiyindən fitosenozun xarici görünüşü də dəyişilir. Bu, çəmənlərdə, bozqırlarda və enliyarpaqlı meşələrdə daha aydın nəzərə çarpır. Aspekt müxtəlif illərdə iqlim şəraitinə görə də dəyişə bilir. Aspekt adətən, bitkilərdə üstünlük təşkil edən, onun həyatında böyük rolu olan rəngin adına əlavə edilir. Məsələn, cilin quru yarpaqlarının qonur aspekti, xoruzgülünün qızılı-sarı aspekti və s. == Aspektləşdirmə == Aspektləşdirmə ilin mövsüm tskillərinin (erkən yaz, yaz, yay, payız və qış) bitki və heyvan qruplarının xarakterinə, xarici görünüşünə (aspekt) və aktivliyinə təsir dərəcəsinin müşahidəsi və təsvir edilməsidir.

Digər lüğətlərdə